Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə34/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
35 
yeməklərindən ibarət 150 növ bulud gətirdilər, beləliklə iki dəfəyə 
290 yemək növü verilmişdi”. Misal üçün, hələ XVI əsrdə 
Azərbaycan xalqının mətbəxt mədəniyyəti nə qədər zəngin 
olduğunu ingilis səyyahını dili ilə bir daha sübut edir. Bu ilk 
növbədə Azərbaycan xalqının nə qədər qöonaqpərvər olduğunu
onun yadelli xalqlara nə qədər diqqət, qayğı göstərdiyini və 
mehribançılıqla qarşıladığını sübut edir. Misal həm də Azərbaycan 
qadınlarının zəngin təxəyyülə və şəhər mədəniyyətinə sahib 
olduqlarını sübut edir. Çünki, köçəri xalq heç də bu qədər zəngin 
mətbəx yarada bilməz.
Azərbaycan və azərbaycanlılarla bağlı daha bir xatirə isə 
alman alimi, riyaziyyatçısı, astronomu, filosof və coğrafiyaşünası 
Adam Olearinin “Moskoviya və Moskoviyadan keçməklə İrana, 
oradan da geriyə səyahətin təsviri” adlı əsərində verilmişdir. 1636-
1638-ci illərdə Azərbaycanda olan Adam Oleari Şamaxıda olmuş 
və orada mədrəsədə tələbələrə astronomik cihazlardan (qlobus və 
bucaqölçən (üstürlab) istifadə etməklə elmlərin sirlərini, o 
cümlədən Evkilid həndəsəini öyrətdiklərini yazır. Digər bir xatirə 
isə holland səyyahı Yan Streysin “Səyahət” əsərində verilir.Onun 
səfəri 1670-1672-ci illərdə Dərbənd, Şamaxı və Ərdəbil şəhərlərinə 
olmuşdur. 
Hacı Zeynalabdin Şirvani (1780-1838) Azərbaycanın ən 
görkəmli səyyahı (Azərbaycan Çələbisi) olmuş və 40 illik səyahət 
əsasında əsasən Şərq ölkələrində olmuş və orada yaşayan xalqların 
həyatını əks etdirən dörd əsər yazmışdır: “Riyazüs-səyahə”, 
“Kəşfül-Maarifin”, “Hədaiqüs-səyahəni”, “Büstanüs-Səyahəni”. 
Nəsirəddin Tusinin etnopsixoloji fikirləri və müşahidələri 
əsasən “Əxlaqi-Nasiri” əsərində toplanmışdır. N.Tusi Şərq 
xalqlarından bəzilərinin xarakterik xüsusiyyətləri haqqında 
mövcud olan stereotipləri belə təsvir edir:
Ərəb: natiqlik, bəlağət və fəsahətdə üstünlük qazanıblar, lakin 
tünd xasiyyət və şəhvətpərəstlikdə ad alıblar; 
Əcəm: ağıl, fərasət, təmizlik və zirəklikdə ad alıblar; 
Rumi: vəfa, əmanət, kömək və qənaətdə üstünlük qazanıblar, 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin