Şəhər destinasiyaları,
Xüsusilə böyük şəhərlər turizm baxımına əsasən əhəmiyyətli destinasiyalardır.
Turistik cazibədarlıqları olması ilə yanaşı, biznes baxımından mərkəz vəziyyətində
olmaları, konqres və yığıncaqlar üçün böyük imkanların mövcud olması, təhsil
sahəsində fərqliliklər və imkanlar ilə, mədəni - ictimai həyatın mövcudluğu və canlılığı
səbəbiylə, bu şəhərlərə olan tələb – təklif sıx olmaqdadır.
Böyük şəhərlər ən əhəmiyyətli turizm destinasiya tiplərindən biridir və həmişə
turistlərin diqqətini cəlb edir. Böyük şəhər sahələrində, təqdim edilən fərqlilik
səbəbindən, turizm sürətlə yayılmağa başlamışdır. Eymi zamanda paytaxtlar, şəhər
turizminin ən əhəmiyyətli hissələridir. Paytaxtlar ölkələrin siyasi mərkəzləri və ürəyi
olduqları üçün lobbiçilik etmək və hökumət qərarlarına təsir etmək istəyən işgüzar
mühitin axınına məruz qalmaqdadırar. Eyni zamanda paytaxtlar; tarixi - mədəni və
simvolik rolları etibarilə də maraq doğururlar [21,səh.36].
23
Sahil destinasiyaları,
Dəniz – qum - günəş olaraq ad verilən ünsürləri tərkibində saxlayan və
istirahətlərini keçirmək istəyənlərin bu ünsürlər əhatəsində, xüsusilə yaz aylarında
seçim elədikləri destinasiyalardır.
Türkiyə, uzun sahillər, mavi bayraqlı dəniz, qumluqlar, təbii və tarixi gözəlliklər
ətrafında, müvafiq iqlim şərtlərinə də sahib olması səbəbiylə, turizm növündə olduqca
inkişaf etmişdir.
Qloballaşma və inteqrasiya nəticəsində məsafə aralıqları azalmış və insanların
daha uzaqlara səyahətləri mümkün halına gəlmişdir. Goa və Şeysel adaları kimi
destinasiya mərkəzləri, nəqliyyatın imkanlarının inkişafı və səyahət edənlər üçün
diqqətçəkici olmasının üstünlüklərindən faydalanmaqdadır [21,səh.37].
Dağ destinasiyaları,
Qış aylarında qış idman tipləri ilə maraqlanan, qışda təbii fərqlilikləri görmək
istəyən insanların seçdiyi destinasiya mərkəzləridir. Bunun xaricində, elm adamları,
idmanla məşğul olan həvəskarlar və gediş imkanlarından faydalanmaq istəyən insanlar
dağ destinasiyalarıyla maraqlanmaqdadırlar.Xüsusilə, buna istiqamətlənmiş
programlar və səyahət turları təşkil edilməkdədir. İnsanların xüsusilə həftə sonu üçün
şəhərin səs – küyündən uzaqlaşma, təbiətlə ünsiyyətdə olma arzuları də buna
istiqamətli təşkilatları dəstəkləyən xüsusiyyətdəndir [21,səh.38].
Bunun yanında, əhəmiyyətli işgüzar qarşılıqlı əlaqələrin inkişafı, Davos Forumun
kimi siyasi və iqtisadi görüşlər, yeni bir bazar seqmentində cəzbetməkdə və qış istirahət
bölgələri üçün mövsüm yaratmaqdadır. Nəticədə ortaya çıxan böyük diametrli bir
marketinq və planlaşdırma tədbirlərinin dağlıq bölgələrin turizmdən gəlir əldə
etməsinə rəvac verməkdə və resursların davamlılığını zəmanət altına almaqdadır.
24
Bunlarl yanaşı Kənd Turizm böyük sürətlə inkişaf etməkdədir. Kənd turizmi,
insanların davamlı səyahət etdikləri yerlər xaricindəki çöl regionlara səfərləri,
buralarda cütçülərin çıxardıqları məhsul və xidmətləri bölgənin təbii toxumasına
müvafiq yerləri tələb edərək və bölgədə pul artırma istəklərini minimum endirərək
müvəqqəti yaşayış zamanı yaranan hadisələr və əlaqələrin bütünü olaraq ifadə
edilməkdədir. Böyük şəhərlərdə yaşayan insanların buradan qaçmaq, təbiətə və təbii
olana qayıtma istəkləri ilə, bu istiqamətlərə olan tələb, xüsusilə son illərdə artım
göstərmişdir [21,səh.40].
Kənd turizm, ferma turizmi, ekoturizm və təbiət turizmi olaraq qeyd edilə bilər.
Kənd sahəsində edilən hər turizm fəaliyyətləri çöl turizm əhatəsində qiymətləndirilə
bilər. Təbiət gəzintisi, kanoe, kənd turizmi, quşları seyr etmə, balıqçılıq, ovçuluq və s.
bunlar arasında iştirak etməkdədir.
Ayrıca turistlər bu çöl marşrutlara səfər edir və bu məkanlarda reallaşdırılan
əkinçilik fəaliyyətlərində iştirak edirlər. Xüsusilə, heç çöl həyatı yaşamamış və
şəhərlərdə yaşayan uşaq üçün də, bu fəaliyyətlərin cəlbediciliyi söz mövzusu
olmaqdadır [21,səh.42].
3-cü Dünya ölkələrdəki destinasiyalar. Bu ölkələrdəki destinasiyalar tez-tez
üstünlük verilən istiqamətlər deyildir. Turistlər, məhdud turizm inkişafına sahib
yerlərdəki orijinal təcrübələrdən zövq alırlar. Asiya, Cənubi Amerika və Afrikada
inkişaf etməkdə olan destinasiyalar, yerli xalq və pozulmamış təbiət ilə qarşılıqlı
münasibətdə olmaq üçün, rahatlıqlarından imtina etməyə hazır olan kiçik bir
macərapərəst turist birliyini çəkirlər [21,səh.44].
Bənzərsiz – Ekzotik - Xüsusi destinasiyalar
Bu destinasiyalardakı yaşanacaq təcrübələr ''həyatda bir dəfə'' şəklində təqdim
edilir və yüksək ödəniş qarşılığında yaranır. Bu destinasiyalar bir turistin arzusunu
25
gerçəkləşdirir, xüsusi nüfuzlu bir məhsul olaraq qiymətləndirilir və təqdim edilir,
məsələn toy, balayı, yubileylər ya da xüsusi bir səyahət şəklindədir [21,səh.45].
Dostları ilə paylaş: |