46
2.6. Destinasiyada marketinq anlayışı
Müasir dövrdə turizm sektoru həm iqtisadi və sosial – mədəni faydalarla yanaşı,
həm də ölkələrin rifah səviyyəsinin artırılmasınada mühüm rol oynayır. Turizm
sektorunun bu xüsusiyyəti destinasiyaların bu sahədə yüksək bazar payı əldə etmək
üçün bir sıra bazar strategiyaları həyata keçirmişdir.
Beləliklə, destinasiya marketinqi və destinasiyaların marka halına gəlməsi,
destinasiyalar baxımından böyük önəm daşımağa başlamışdır [29,səh 120].
Destinasiya mərkəzlərinə
fərqli şəhərlərdən, bölgələrdən,
ölkələrdən turist
cəlbedəbilmək üçün marketinq strategiyalarına ehtiyac duyular. Destinasiyanın marka
kimliyini və onu digər destinasiylardan ayıran xüsusiyyətlərini müəyyən etmək və
marketinq fəaliyyətlərində qeyd
olunan ünsürləri vurğulamaq, bir destinasiyanı
beynəlxalq turizm bazarında rəqabətçi bir mövqeyə çatdırmaq marketinqin təməl
ünsürləridir [27,səh 121].
Destinasiyada marketinq orada yaşayan insanlara böyük məsuliyyətlər yükləyər.
Çünki bir destinasiyada yaşayan insanlar o destinasiyanın
ən önəmli marketinq
ünsürləridir. Buna görə də destinasiyaların qarşılarına qoyduqları hədəflərinə nail
olmaq üçün lazımi işlər görmək lazımdır [5].
Turizm sektorunda destinasiyaların qarşılarına qoyduqları hədəflərə çatmaq üçün
destiasiyaların özlərini gözdən keçirməlidirlər. Ona görə də destinasiya mərkəzlərini
əhəmiyyətli edən tarixi və mədəni yerlər yenidən kəşv edilib yeni bir ad ilə beynəlxalq
turizm bazarına çıxarılmalıdırlar [5].
47
Sxem 2.2
Hədəflərin müəyyən olunması və planlanması
Coğrafi marketinq mix - müəyyənləşdirilməsi
Nəticəni analiz etmək və qiymətləndirmək
Dostları ilə paylaş: