Beynəlxalq magistratura və doktorantura məRKƏZİ



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə22/38
tarix14.10.2022
ölçüsü1,48 Mb.
#65149
1   ...   18   19   20   21   22   23   24   25   ...   38
Seyidzad-N-zak-t-Mirna-q-z-

Sxem 2.2. “Destinasiyanın idarəedilməsi və marketinq əsasları: İzmir şəhəri üçün 
destinasiya model nümunəsi”, Doktoratura dissertasiyası, Doqquz Eylül Universiteti 
Sosial elmlər fakultəsi, İzmir [27, səh 42]. 
Bazarın analizi 


48 
Destinasiya marketinq fəaliyyətlərinin təməlində gəlir əldə etmək, turizm 
məhsulunu tanıtmaq və dolayı yolla əhalinin rifah səviyyəsini, yaşamaq sevincini daha 
da qaldırmaq üçün bazarların müəyyən olunması və strategiyaların bazarların 
xüsusiyyətlərinə uyğun inkişaf etdirilməsi tələb olunur [27, səh 43]. 
Destinasiya marketinq şöbələri 1880 – ci ilərdə turizmin inkişaf etməsiylə artmağa 
başlamışdır. İlk öncələr destinasiya marketinq departamentləri həvəsləndirici turizm 
fəaliyyətlərini inkişaf etdirmişlər. Daha sonra isə mənfəət əldə etməyə yönəlmiş, 
turizm müəssisələrinin gəlirliliyini və yerli əhalinin fikirlərini nəzərə alaraq öz 
fəaliyyətlərini yerinə yetirmişlər [17, səh 85]. 
2.7. Destinasiyada mövqeləndirmə anlayışı
Destinasiya üçün mövqeləndirmə anlayışı rəqib firmalara qarşı bir üstünlükdür və 
destinasiya brendi yaradılmasında mühüm əhəmiyyətə malikdir. Destinasiya 
mövqeləndirməsinin məqsədi, destinasiyaya baş çəkəcək turistlərin ağıllarında 
destinasiyaya xas olan xüsusi yerləri onlara dərk etdirməkdən ibarətdir. 
Dünyada olan bir çox destinasiya planlı və ya plansız şəkildə insanların beyinlərinə 
həkk etdirilmişdir. Azərbaycan dedikdə “Land of fire”, Paris dedikdə məhəbbət, 
romantika şəhəri, İtaliya modanın mərkəzi, Las Vegas azart oyunları buna misal gətirə 
bilərik [8]. 
Turizm və səyahət xidmətləri üçün iki mövqeləndirmə vardır. Bunalar aiddir : 
1. Obyektiv mövqeləndirmə; xidmətlər və məhsullar istehlakçıların tələb və 
ehtiyaclarına əsasən hazırlanılır 
2. Subyektiv mövqeləndirmə; məhsulun və ya xidmətin fiziki xüsusiyyətlərinə 
cəmlənmədən potansial turistin ağlındakı imici yaratmaq, dəyişdirmək və 
gücləndirməkdir [27,səh 45]. 


49 
Destinasiya rəhbərləri destinasiya mövqeləndirmə edən zaman destinasiya ilə 
əlaqədar ən uyğun mövqeyə qərar verərək bu istiqamətdə çalışmalıdırlar. Bunun üçün 
destinasiyalar, özlərini digər destinasiyalardan fərqləndirən imic seçməlidirlər [27,səh 
46]. 
Destinasiya mövqeləndirmədə reklamlardan köməkçi bir vasitə olaraq istifadə 
edilər. Ancaq reklamların məqsədi ölkə imicini dəyişdirmək deyil, ölkəyə gələn 
turistlərin sayını artırmaqdan ibarətdir [16]. 

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin