53
tikildiyi xəbər verilir. Hal-hazırda bu kitabə Azərbaycan Tarix Muzeyində qorunub
saxlanılır [1,səh 8].
XIX əsrin 40-cı illərindən başlayaraq Bakıda neft sənayesinin inkişafı ilə əlaqədar
olaraq şəhər böyüyüb qala divarlarından kənara çıxdı. Bu isə 1880-ci illərin
əvvəllərində çöl qala divarının sökülməsi ilə nəticələndi. 1608-1609-cu
illərdə Şah
Abbas Səfəvinin əmrilə tikilmiş divardan hazırda Qoşa qala qapısı üzərinə həkk
edilmiş bir kitabə qalıb. Qoşa qala qapısı üzərindəki digər kitabələr iç və çöl qala
divarları arasında yerləşmiş və sonralar sökülmüş məscidə, məzar daşına
və başqa
tikililərə aiddir. Qeyd edim ki, sökülmüş qala divarının daşları qırx min qızıl pula Bakı
sakinlərinə satıldı.Əvvəllər qala divarının uzunluğu 1500 m olduğu halda, indi 500 m
- dir. Hal - hazırda qala divarı 25 yarımbürcü birləşdirir və onun 5 qapısı var. Bu qala
divarları monqol - tatarların, Səfəvi qoşunlarının hücumunun, I Pyotr qoşunlarının
mərmi atəşinin şahidi olublar [1,səh 9].
Şamaxı qapılarının yaxınlığında, meydanın soldakı tərəfində XVIII əsrin tarixi
abidəsi - Bakı xanlarının iqamətgahı
vardır. XVI əsrdən başlayaraq XVIII əsrin birinci
yarısına kimi Bakı əldən - ələ keçmişdir. Bu iqamətgah 1747 - ci ildən 1806 - cı ilə
kimi Bakıda hökmranlıq sürmüş Bakı xanlarının iqamətgahı olmuşdur. Bakı xanlarının
iqamətgahı xan, onun yaxınlarına məxsus üç yerləşdirmə evinin daxil olduğu bir
kompleks olmuşdur [1,səh 11].
Zaman keçdikcə meydanda yeni tikili ucaldılırdı. Bu tikililerden biri fərqli adı olan:
“Zəncirli mülk” , “Ütü ev”. İkinci ad binanın planlaşdırma quruluşunu əks etdirir.
Sovet imperiyası dövrünə kimi həmin ev yerli tacir Hacı
Məmməd Hüseyn
Məmmədova aid olmuşdur. 1928 - ci ildə bu ev komersant Məlikov qardaşları alıblar.
İkicə il sonra Bakı şəhər gömrük qaçaqmalçılığa görə bu evi əllərindən alaraq Bakı
Tikiş Fabrikinə verir. Yaxın vaxtlara kimi bu tikili “BP“ və “STATOİL“ neft
54
şirkətlərinin ofisi olub. Hal-hazırda burada “Etnoqrafiya və arxeologiya” muzeyi
yerləşir [1,səh 15].
Bakının simvolu sayılan, 2000 – ci ilin dekabrında UNESKO – nun Mədəni İrsi
siyahısına daxil olmuş Qız Qalası. Xəzər dənizinin sahillərində ucalan Qız Qalası
zəmanəmizə kimi öz möhtəşəmliyini qoruyub saxlamış, Bakının ümumi müdafiə
sisteminə aid olmuşdur. Bu qala düşmən tərəfindən fəth edilməz olduğuna görə “Qız
Qalası” adlandırılmışdır [1,səh 17].
Qalanın üzərində onun tikilmə zamanını bildirən heç bir yazı əks olunmadığına
görə onun tikilmə zamanını, təyinatı haqqında müxtəlif fərziyələr,
əfsanələr
mövcuddur. Bəzi fərziyələrə görə Qız Qalası rəsədxana olmuşdu. Qalanın üçüncü
yarusunda dərinliyi 21m olan su quyusu var. Qalanın mühasirə olunan vaxtlarda
təhlükəsizliyini təmin etmək məqsədilə I mərtəbənin bu quyu ilə heç bir əlaqəsi
olmamışdır. Quyu qalın qala divarlarının daxilində gizlədilmişdi
və I mərtəbədə
divarın içində su quyusunun olduğunu müəyyən edən heç bir zahiri əlamət mövcud
deyil. Su quyusunun bu cür inşası alimlərin fikrincə qalada təxminən 205 müdafiəçinin
susuz qalması təhlükəsini ortadan qaldırırdı [3,səh 18].
Quş uçuşu səviyyəsindən Qız Qalası abidəsi 9 və 6 rəqəmlərini göstərir. Bunlar
birlikdə “in – yan” terminalogiyasını əmələ gətirir. “İn – yan” keçmiş Çin
kosmologiyasında qadın yaradıcılığının başlanğıcı və bəşəri yaradıcılığın qadın
başlanğıcı hesab edilə bilər. Türk xalqının dünyagörüşündə 9 haqq dünya ilə əlaqəni,
uşağın ana bətnində inkişaf dövrünü nümayiş etdirir, 6 rəqəmi isə alt, aşağı dünya
mənasını bildirir.
Çox güman ki, məbəd kimi yaranmış bu abidə orta əsrlərdə tarixi reallıqlardan asılı
olaraq müdafiə funksiyasını daşımışdır.
55
Şirvanşahlar Sarayı Kompleksi minillik tarixçəsi
olan Şirvan dövləti
hökmdarlarının axırıncı iqamətgahı olmuşdur. Bu dövlət orta əsrlərdə Azərbaycanın ən
qüdrətli hakimiyyəti olmuşdur. Azərbaycanın cənubunda feodallıqlar bir-birini əvəz
etdiyi təqdirdə onun şimalında Şirvan dövlətinin sərhədləri Dərbəndə, Dağıstanın
cənubuna çatırdı. Kompleksin tikililərinin yerləşdiyi 1 hektarlıq ərazinin çox mürəkkəb
relyefi vardır. Bu da müxtəlif səviyyələrdə yerləşən üç daxili həyətin yaranmasına
səbəb olmuşdur. Kompleksin tikililəri bu üç həyətdə yerləşirlər. Bu saray kompleksi
həmçinin, ölkəmizə gələn turistlər üçün əsas baş çəkilən turizm mərkəzlərindəndir
[1,səh 19].
Dostları ilə paylaş: