12
sistemlər dəyişən temperaturlar fərqinə görə hesablandıqda, istilikdaşıyıcının temperaturlar fərqi,
hesabi temperaturlar fərqindən 25 %-dən çox (lakin 8C-dən yuxarı olmamaqla) fərqlənməməlidir.
6.30. Birborulu su isitmə sistemlərinin dayaqlarında təzyiq itkiləri, ümumi sahələrdəki təzyiq
itkiləri nəzərə alınmamaqla, sirkulyasiya konturlarındakı ümumi təzyiq itkilərinin 70 %-indən az
olmamalıdır.
Aşağıdan paylanan verici magistral kəmərli və yuxarıdan yığılan qayıdıcı magistral kəmərli
birborulu sistemlərin dayaqlarında təzyiq itkiləri dayağın hər bir metr hündürlüyü üçün 300 Pa-dan az
olmayaraq qəbul edilməlidir.
İkiborulu şaquli və birborulu üfüqi isitmə sistemlərində ən yuxarıda yerləşən qızdırıcı
cihazlardan (qollardan) keçən sirkulyasiya konturlarında təzyiq itkiləri, istilikdaşıyıcının hesabi
parametrlərində həmin konturlarda yaranan təbii təzyiq basqısından az olmayaraq qəbul edilməlidir.
6.31. Buxar isitmə sistemlərinin dayaqlarında (qollarında) hesabi təzyiq itkilərinin
uyğunsuzluğu buxar kəmərləri üçün 15 %-dən və kondensat kəmərləri üçün 10 %-dən yuxarı
olmamalıdır.
6.32. Su isitmə sistemləri, temperaturlar fərqinin qiyməti sabit qəbul edilməklə hesablandıqda
sirkulyasiya konturlarında təzyiq itkilərinin (ümumi sahələrdəki təzyiq itkilərini nəzərə almadan)
uyğunsuzluğu boru kəmərlərinin eyni istiqamətli çəkilişində 5 %-dən, dalan tipli çəkilişində isə 15 %-
dən yuxarı olmamalıdır.
6.33. İsitmə sistemlərinin boru kəmərləri plintuslarda, ekranlar arxasında, yarıqlar açılmaqla
divarın içərisində, şaxtalarda və kanallarda yerləşdirilməklə gizli çəkilməlidir. Metal boru
kəmərlərinin və termiki və mexaniki zədələnməyə məruz qalma ehtimalı olmayan yerlərdə və
ultrabənövşəyi şüalanmanın birbaşa təsirinə məruz qalmadıqları yerlərdə plastmas boru kəmərlərinin
açıq çəkilməsinə yol verilir.
Boru kəmərlərinin çəkilmə üsulu təmir vaxtı onların asan dəyişdirilməsini təmin etməlidir.
Boruların inşaat konstruksiyalarında örtüksüz monolitləşdirilməsinə aşağıdakı hallarda yol verilir:
- istismar müddəti 20 ildən az olan binalarda;
- boruların hesabi istismar müddəti 40 il və daha çox olduqda.
Boru kəmərlərinin gizli çəkilişində sökülə bilən birləşmələrin və armaturların olduqları yerlərdə
lyuklar nəzərdə tutulmalıdır.
Polimer materiallardan olan boru kəmərləri sistemləri, plastmas materialların isitmə
sistemlərində quraşdırılmasına olan tələblərə uyğun olmalıdır (bax əlavə 25).
6.34. İsitmə sistemlərinin tranzit boru kəmərlərinin sığınacaqlardan, elektrotexniki otaqlardan,
piyada qalereya və tunellərindən çəkilməsinə yol verilmir.
İsitmə sistemlərinin genişləndirici çənlərinin yanmayan materiallardan istilik izolyasiyası
edilməklə çardaqlarda quraşdırılmasına yol verilir.
6.35. İsitmə sistemlərinin boşaldılması üçün qurğular nəzərdə tutulmalıdır:
- mərtəbələrinin sayı 4 və daha çox olan binalarda;
- 2 və daha artıq mərtəbəli aşağıdan paylanan isitmə sisteminə malik binalarda;
- mərtəbələrin sayından asılı olmayaraq pilləkən qəfəslərində.
Hər bir dayaqda şlanqın birləşdirilməsi üçün ştuseri olan bağlayıcı armatur nəzərdə tutulmalıdır.
Armatur və drenaj qurğuları döşəməaltı kanallarda yerləşdirilməməlidir.
Qeyd. Üfüqi isitmə sistemlərində mərtəbələrin sayından asılı olmayaraq hər bir mərtəbədə sistemin
boşaldılması üçün qurğular nəzərdə tutulmalıdır.
Dostları ilə paylaş: