Строительные нормы и правила



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə33/64
tarix20.10.2022
ölçüsü1,4 Mb.
#65620
1   ...   29   30   31   32   33   34   35   36   ...   64
isitme-ventilyasiya-havanin-kondisiyalasdirilmasi-layihelendirme-normalari

p
m
V


(7) 
burada V
p
- otağın həcmidir, min m
3

8.10. Birmərtəbəli binaların otaqlarından tüstünün bilavasitə xaric edilməsi təbii sorucu 
ventilyasiya sistemi vasitəsilə tüstü klapanları olan tüstü şaxtalarından və ya açılan üfürülməyən 
fənərlərdən nəzərdə tutulmalıdır. 
Pəncərələrə bitişik, eni ≤ 15 m olan zonadan tüstünün, altı döşəmədən 2,2 m-dən az olmayaraq 
hündürlükdə olan pəncərə xəfənglərindən (laylarından) xaric edilməsinə yol verilir. 
İki və daha çox mərtəbəsi olan binalarda mexaniki olmaqla sorucu qurğular nəzərdə 
tutulmalıdır, hər bir izolyasiya edilmiş otaq üçün təbii ventilyasiya tüstü şaxtalarının nəzərdə 
tutulmasına yol verilir. 
Kitabxanalarda, kitablar saxlanılan yerlərdə, arxivlərdə, kağız anbarlarında, tüstü qazlarının 
xüsusi çəkisini 7 N/m
3
, temperaturunu 
=220C qəbul etməklə, mexaniki sorucu qurğular nəzərdə 
tutulmalıdır. 
Mexaniki sorucu sistemin şaquli kollektoruna hər mərtəbədə dörddən artıq olmayaraq otaqdan 
və ya tüstü zonasından qollar birləşdirilməlidir. 
8.11. Tüstü əleyhinə mühafizə üçün aşağıdakılar nəzərdə tutulmalıdır: 
a) xidmət etdiyi otağın kateqoriyasına uyğun bir oxda olan elektrik mühərrikli radial 
ventilyatorların (o cümlədən radial dam ventilyatorların) quraşdırılması, yanğın vaxtı tüstü xaric 
edildikdə isə yumşaq taxmalarsız. Yanmayan materiallardan olan yumşaq taxmaların istifadəsinə, 
həmçinin hava ilə soyudulan qayış ötürməli və ya muftalı radial ventilyatorların quraşdırılmasına yol 
verilir; 
b) tüstü bilavasitə otaqdan xaric edildikdə odadavamlılıq həddi ən azı 0,75 saat, dəhlizlərdən və 
ya hollardan xaric edildikdə - 0,5 saat, yanğından sonra qazlar xaric edildikdə (bənd 8.13) isə - 0,25 
saat olan yanmayan materiallardan havakəmərləri və şaxtalar; 
c) tüstü dəhlizlərdən, holl və otaqlardan xaric edildikdə – yanğın vaxtı avtomatik açılan, 
odadavamlılıq həddi 0,5 saat və yanğından sonra qazlar xaric edildikdə (bənd 8.13) odadavamlılıq 
həddi 0,25 saat olan yanmayan materiallardan tüstü klapanları. Bir otağa xidmət edən sistemlər üçün 
odadavamlılıq həddi normalaşdırılmayan tüstü klapanların istifadə edilməsinə yol verilir. 
Tüstü qəbuledici qurğular otağın sahəsinə, tüstü zonasına və ya tüstü rezervuarlarına görə 
mümkün qədər bərabər yerləşdirilməlidir. Bir tüstü qəbuledici qurğunun xidmət etdiyi sahə 900 m
2
-
dən çox qəbul edilməməlidir; 
ç) tüstünün atmosferə, yanar və ya çətin yanar materiallardan olan dam örtüyündən ən azı 2 m 
hündürlükdə atılması. Tüstü çıxışının kənarından ən azı 2 m məsafədə dam örtüyünün yanmayan 
materiallarla qorunması ilə, daha az hündürlükdə tüstünün atılmasına yol verilir. Təbii sorma olduqda 
şaxtaların üzərində deflektorların qoyulması nəzərdə tutulmalıdır. Mexaniki sistemlərdə borulardan 
tüstünün atılması zontlar olmadan nəzərdə tutulmalıdır; 
d) ventilyatorun yanında əks klapanların qoyulması. Xidmət edilən istehsalat sahəsində 20 
Vt/m
3
-dən artıq izafi istilik ayrılması olduqda (keçid dövründə), əks klapanların nəzərdə tutulmasına 
yol verilir. 
Aşağı mərtəbələrdən və ya zirzəmilərdən götürülən tüstünün şaxtalardan əritmə, tökmə, prokat 
və digər isti sexlərin aerasiya edilən aşırımlarına atılmasının nəzərdə tutulmasına yol verilir. Bu halda 
şaxtaların çıxışı, aerasiya edilən aşırımların döşəməsindən ən azı 6 m hündürlükdə, binaların tikinti 
konstruksiyalarından şaquli olaraq 3 m-dən və üfüqi olaraq 1 m-dən az olmayan məsafədə və ya tüstü 
şaxtalarının çıxışında drençer sulama qurğusu olduqda döşəmədən ən azı 3 m hündürlükdə 
yerləşdirilməlidir. Bu şaxtalarda tüstü klapanlarının qoyulması lazım deyildir. 


39 
8.12. Tüstü xaric edən ventilyatorlar 1-ci tip yanğın əleyhinə arakəsmələrlə yerləşdirilməlidir. 
Tüstü əleyhinə mühafizənin sorucu avadanlığının otaqlarında, ilin yay mövsümündə (B 
parametrləri) yanğın vaxtı havanın 60C-dən yuxarı olmayan temperaturu təmin edən ventilyasiya 
nəzərdə tutulmalıdır. 
Sorucu sistemlərin ventilyatorlarının damın üstündə və binanın xaricində yerləşdirilməsinə yol 
verilir. Binanın xaricində qoyulan ventilyatorlar (damda olanlardan başqa) kənar şəxslərin 
müdaxiləsindən, tordan olan sədlə qorunmalıdır. 
8.13. Qaz yanğınsöndürmə qurğuları ilə mühafizə edilən otaqlardan yanğından sonra qaz və 
tüstünün xaric edilməsi mexaniki olmaqla, otaqların aşağı zonalarından (bax 7.58-ci bənd) nəzərdə 
tutulmalıdır. 
Qaz yanğınsöndürməsi olan otağın divarlarının havakəmərləri ilə (tranzit havakəmərlərindən 
başqa) kəsişmə yerlərində, odadavamlılıq həddi ən azı 0,25 saat olan odsaxlayan klapanlar nəzərdə 
tutulmalıdır. 
8.14. Yanğın vaxtı tüstünün və yanğından sonra qazların xaric edilməsi üçün bənd 8.3-8.13-ün 
tələblərini təmin edən qəza və əsas ventilyasiya sistemlərinin istifadə edilməsinə yol verilir. 
8.15. Binaların tüstüyə qarşı mühafizəsi üçün yanğın vaxtı xarici havanın aşağıdakı yerlərə 
verilməsi nəzərdə tutulmalıdır: 
a) tüstülənməyən pilləkən qəfəsləri olan binaların çıxışında tambur-şlüz olmadıqda lift 
şaxtalarına; 
b) 2-ci tip tüstülənməyən pilləkən qəfəslərinə; 
c) tambur-şlüzlərə, 3-cü tip tüstülənməyən pilləkən qəfəsləri olduqda; 
ç) ictimai, inzibati-məişət və istehsalat binalarının zirzəmi mərtəbəsində liftlərin qarşısındakı 
tambur-şlüzlərə; 
d) В kateqoriyalı otaqları olan zirzəmi mərtəbəsində pilləkənlərin qarşısındakı tambur-şlüzlərə. 
Qeyd. Əritmə, tökmə, prokat və digər isti sexlərdə tambur-şlüzlərə binanın aerasiya edilən 
aşırımlarından götürülən havanın verilməsinə yol verilir. 
e) yanğın vaxtı havanın izafi təzyiqi saxlanılan lift şaxtalarından başqa, A və Б kateqoriyalı 
binaların liftlərinin maşın otaqlarına. 
8.16. Tüstü əleyhinə mühafizə üçün xarici havanın sərfi aşağıdakı yerlərdə, havanın ən azı 20 
Pa olan təzyiqini təmin etməklə hesablanmalıdır: 
a) bütün mərtəbələrdə (aşağıdakı mərtəbədən başqa) lift şaxtalarının qapıları bağlı olmaqla, lift 
şaxtalarının aşağı hissəsində
b) yanğın mərtəbəsində dəhliz və hollardan pilləkən qəfəsinə yönələn təxliyyə yollarında 
qapılar açıq olduğu və digər qalan mərtəbələrdə dəhliz və hollardan qapıların bağlı, binadan xaricə isə 
qapıların açıq olduğu hallarda 2-ci tip tüstülənməyən pilləkən qəfəslərinin hər bölməsinin aşağı 
hissəsində;
c) 3-cü tip tüstülənməyən pilləkən qəfəsləri olan binanın, dəhliz və ya holla bir açıq qapısı 
olmaqla, yanğın olan mərtəbəsindəki tambur-şlüzlərdə, bənd 8.15-in “ç” yarımbəndinə müvafiq 
qapıları bağlı olan zirzəmi mərtəbəsində liftlərin qarşısındakı tambur-şlüzlərdə, həmçinin bənd 8.15-
in “d” yarımbəndinə müvafiq açıq qapısı olan zirzəmi mərtəbəsində tambur-şlüzlərdə. 
Yanğın vaxtı dəhlizə, holl və ya zirzəmi mərtəbəsinə bir açıq qapısı olan tambur-şlüzlərə 
verilən havanın sərfi hesablama ilə və ya qapı boşluğunda havanın sürəti 1,3 m/s qəbul edilməklə 
müəyyən edilməlidir. 
8.17. Tüstü əleyhinə mühafizənin hesablanmasında aşağıdakılar qəbul edilməlidir: 
a) qış dövrü üçün xarici havanın temperaturu və küləyin sürəti (B parametrləri). Əgər ilin yay 
dövründə küləyin sürəti qış dövründəkinə nisbətən çoxdursa, hesablamalar ilin yay dövrünə uyğun 
yoxlanmalıdır (B parametrləri). İlin qış və yay dövrlərində küləyin sürəti 5 m/s-dən yuxarı olmayaraq 
qəbul edilməlidir; 
b) fasada tərəf olan küləyin istiqaməti binadan təxliyyə çıxışının əksinə; 
c) 2-ci tip tüstülənməyən pilləkən qəfəslərinin lift şaxtalarında və tambur-şlüzlərdə izafi təzyiq - 


40 
binanın küləkdöyən tərəfindəki xarici havanın təzyiqinə nəzərən; 
ç) təxliyyə yollarında bağlı qapılara 150 Pa-dan çox olmayan təzyiq; 
d) ikilaylı qapılarda bir böyük layın sahəsi. 
Lift kabinələri ən aşağı mərtəbədə olmalıdır və bu mərtəbədə lift şaxtasına olan qapılar açıq 
olmalıdır. 
8.18. Tüstü əleyhinə mühafizə üçün aşağıdakılar nəzərdə tutulmalıdır: 
a) radial və ya ox ventilyatorların digər təyinatlı ventilyatorlardan ayrıca olan 1-ci tip yanğın 
əleyhinə arakəsmələrli otaqlarda quraşdırılması. Kənar şəxslərin müdaxiləsindən çəpərlə qorumaqla, 
ventilyatorların damın üstündə və binanın xaricində yerləşdirilməsinə yol verilir; 
b) odadavamlılıq həddi 0,5 saat olan yanmayan materiallardan havakəmərləri; 
c) ventilyatorun yanında əks klapanın qoyulması. Xidmət edilən istehsalat binasında 20 Vt/m
3
və daha çox (keçid dövründə) istilik ayrılması olduqda, əks klapanın qoyulmamasına yol verilir; 
ç) xarici havanın qəbul yerlərinin tüstü atılan yerdən ən azı 5 m məsafədə yerləşdirilməsi. 

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin