Строительные нормы и правила



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə41/64
tarix20.10.2022
ölçüsü1,4 Mb.
#65620
1   ...   37   38   39   40   41   42   43   44   ...   64
isitme-ventilyasiya-havanin-kondisiyalasdirilmasi-layihelendirme-normalari

12.15. Xarici və ya vurucu havanın dəyişən sərfli sistemləri üçün xarici havanın minimal sərfini 
təmin edən bloklama qurğuları nəzərdə tutulmalıdır. 
12.16. Havanın təmizlənməsi yaş toztutucularda aparılan sorucu ventilyasiya üçün 
aşağıdakıların təmin edilməsi ilə toztutuculara su verən qurğu ilə ventilyatorun avtomatik bloklama 
nəzərdə tutulmalıdır: 
a) ventilyator işə qoşulduqda suyun verilməsinin; 
b) suyun verilməsi dayandıqda və ya toztutucuda suyun səviyyəsi aşağı düşdükdə ventilyatorun 
dayandırılmasının; 
c) su olmadıqda və ya toztutucuda suyun səviyyəsi verilmiş qiymətdən aşağı düşdükdə 
ventilyatorun işə qoşula bilməməsinin. 
12.17. Hava pərdəsinin işə qoşulması darvazaların, qapı və texnoloji boşluqların açılması ilə 
bloklaşdırılmalıdır. Hava pərdəsinin avtomatik dayandırılması darvazalar, qapı və texnoloji boşluqlar 
bağlandıqdan və otaqda havanın normalaşdırılmış temperaturu bərpa edildikdən sonra, suyun 
donmamasını təmin edən istilikdaşıyıcının sərfini minimal miqdara qədər azaltmaqla, nəzərdə 
tutulmalıdır. 
12.18. Havaqızdırıcılarda suyun donmasından avtomatik mühafizə, ilin qış mövsümü üçün 
xarici havanın hesabi temperaturu mənfi 5C və daha aşağı olan rayonlar üçün (B parametrləri) 
nəzərdə tutulmalıdır. 
12.19. Texnoloji proseslərin və ya mühəndis avadanlığın işinin dispetçerləşdirilməsi nəzərdə 
tutulmuş istehsalat, yaşayış, ictimai və inzibati-məişət binaları üçün dispetçerləşdirilmə sistemləri 
layihələndirilməlidir. 
12.20. Kondisiyalaşdırılmada meteoroloji şəraitin saxlanılma dəqiqliyi (əgər xüsusi tələblər 
yoxdursa), aşağıdakı sistemlər üçün vericilərin quraşdırılma nöqtələrində qəbul edilməlidir: 
a) birinci və ikinci sinif üçün temperatura görə 1C və nisbi rütubətliyə görə 7 %; 


48 
b) yerli kondisionerlərlə və birbaşa təsirli fərdi temperatur tənzimləyicili qarışdırıcılarla 2C. 

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin