Строительные нормы и правила


 Həcm-planlaşdırma və konstruktiv həllər



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə42/64
tarix20.10.2022
ölçüsü1,4 Mb.
#65620
1   ...   38   39   40   41   42   43   44   45   ...   64
isitme-ventilyasiya-havanin-kondisiyalasdirilmasi-layihelendirme-normalari

13. Həcm-planlaşdırma və konstruktiv həllər 
13.1. İlin yay mövsümündə istehsalat otaqlarına havanın təbii olaraq daxil olması üçün, açılan 
boşluqlar və ya pəncərələr döşəmədən və ya iş meydançasından boşluğun altına qədər 1,8 m-dən çox 
olmayan hündürlükdə, qış mövsümündə isə ən azı 3,2 m hündürlükdə yerləşdirilməlidir. 
Yaşayış, ictimai və inzibati-məişət binalarında vurucu havanın verilməsi üçün açılan 
nəfəsliklər, xəfənglər və digər qurğular nəzərdə tutulmalıdır. 
13.2. İstehsalat və ictimai binaların, döşəmədən və ya iş meydançasından 2,2 m və daha çox 
hündürlükdə işıq boşluqlarında yerləşdirilmiş pəncərə laylarının, xəfənglərin və ya jalüzlərin 
məsafədən və əl ilə açılması üçün istifadə olunan qurğular otağın işçi və ya xidmət edilən zonasında, 
yanğın zamanı tüstünün xaric edilməsi üçün istifadə edilənlər isə bu otaqlardan kənarda 
yerləşdirilməlidir. 
13.3. Döşəmədən və ya yer səthindən 1,8 m-dən artıq hündürlükdə yerləşdirilən avadanlığa, 
armatura və cihazlara xidmət etmək üçün təhlükəsizlik texnikası qaydalarına uyğun olaraq stasionar 
pilləkən və meydançalar layihələndirilməlidir. 
Armaturların, cihazların, ventilyasiya və isitmə aqreqatlarının, həmçinin fərdi kondisionerlərin 
təmiri və xidməti üçün təhlükəsizlik texnikası qaydalarının tələblərinə əməl etməklə səyyar 
qurğularından istifadə edilməsinə yol verilir. 
13.4. Xarici qapılardan 3 m-dən və darvazalardan 6 m-dən az məsafədə yerləşmiş daimi iş 
yerləri soyuq havanın təsirindən arakəsmələr və ya ekranlarla mühafizə edilməlidir. 
13.5. Ventilyasiya və soyuducu avadanlıqlarının təmiri və onlara xidmət edilməsi məqsədilə 
bənd 7.106-da nəzərdə tutulmuş yükqaldırıcı maşınlar üçün inşaat konstruksiyaları hazırlanmalıdır. 
13.6. Yanğın əleyhinə divarın (bax bənd 7.100) arxasında yerləşdirilmiş ventilyasiya avadanlığı 
otağının qoruyucu konstruksiyaları üçün odadavamlılıq həddi 0,75 saat, qapıları üçün isə 0,6 saat 
nəzərdə tutulmalıdır. 
13.7. Ventilyasiya və ya soyuducu avadanlığının quraşdırılması və sökülməsi (və ya onların 
hissələrinin dəyişdirilməsi) üçün quraşdırma boşluqları nəzərdə tutulmalıdır. 

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin