12. Elektrik təchizatı və avtomatlaşdırma 12.1. İsitmə, ventilyasiya və havanın kondisiyalaşdırılması sistemlərinin elektrik qəbulediciləri,
binanın texnoloji və mühəndis qurğularının elektrik qəbulediciləri ilə eyni kateqoriyalı nəzərdə
tutulmalıdır.
Qəza ventilyasiya və tüstü əleyhinə mühafizə sistemlərinin elektrik təchizatı, yanğından sonra
(bax bənd 8.13) qazların və tüstünün xaric edilmə sistemləri istisna olmaqla, I kateqoriyalı nəzərdə
tutulmalıdır. I kateqoriyalı elektrik qəbuledicilərinin, yerli şəraitə görə iki müstəqil mənbədən
qıdalandırılması mümkün olmadıqda, bir mənbədən iki transformatorlu yarımstansiyanın müxtəlif
transformatorlarından və ya biri-birinə yaxın bir transformatorlu iki yarımstansiyadan
qidalandırılmasına yol verilir. Bu halda yarımstansiyalar müxtəlif traslarla çəkilmiş müxtəlif
qidalandırıcı xətlərə qoşulmalı və aşağı gərginlik tərəfdən ehtiyatın avtomatik qoşulma qurğusu
nəzərdə tutulmalıdır.
12.2. Tüstü əleyhinə mühafizə sistemləri ilə təchiz edilmiş bina və otaqlarda yanğın əleyhinə
avtomatik siqnalizasiya sistemi nəzərdə tutulmalıdır.
12.3. Avtomatik yanğınsöndürmə qurğuları və ya avtomatik yanğın siqnalizasiyası ilə təchiz
edilmiş bina və otaqlar üçün ventilyasiya, havanın kondisiyalaşdırılması və hava ilə isitmə
sistemlərinin (bundan sonra – ventilyasiya sistemləri) elektrik qəbuledicilərinin (işıqlandırmanın
birfazalı şəbəkəsinə qoşulan elektrik qəbulediciləri istisna olmaqla), həmçinin aşağıdakıların təmin
edilməsi üçün bu qurğularla olan tüstü əleyhinə mühafizə sisteminin avtomatik bloklama nəzərdə
tutulmalıdır:
a) A və Б kateqoriyalı otaqların tambur-şlüzlərinə hava verən sistemlərdən başqa, yanğın vaxtı
digər ventilyasiya sistemlərinin dayandırılması;
b) yanğın vaxtı tüstü əleyhinə qəza sisteminin (bənd 8.13-də göstərilən sistemlər istisna
olmaqla) qoşulması;
c) yanğın baş vermiş otaqda və ya tüstü zonasında və ya yanğın olan mərtəbənin dəhlizində
tüstü klapanlarının açılması və odsaxlayıcı klapanların bağlanması.
Tüstü əleyhinə mühafizə üçün nəzərdə tutulmuş və ya istifadə olunan şaxtaların, fənər və
pəncərələrin tüstü və odsaxlayıcı klapanlarının, xəfənglərinin açılan qurğuları avtomatik, məsafədən
və əl ilə (quraşdırıldığı yerdə) idarə olunmalıdır.
Qeyd: 1. Ventilyasiya sistemlərinin qismən və ya tam dayandırılması texnoloji tələblərə görə müəyyən edilməlidir. 2. Yanğın vaxtı yalnız əl ilə siqnalizasiya sistemi olan otaqlar üçün, məsafədən idarə edilən bu otaqlara xidmət edən ventilyasiya sistemlərinin dayandırılması və tüstü əleyhinə mühafizə sistemlərinin qoşulması nəzərdə tutulmalıdır. 12.4. Yanğın avtomatik siqnalizasiyasına malik otaqlar, xidmət etdiyi otaqlardan kənarda
yerləşdirilmiş, məsafədən idarəetmə qurğuları ilə təchiz edilməlidir.
A və Б kateqoriyalı otaqlarda bütün ventilyasiya sistemlərinin eyni vaxtda dayandırılması tələb
olunduqda, məsafədən idarəetmə qurğuları binanın xaricində nəzərdə tutulmalıdır.
В kateqoriyalı otaqların sahəsi ən azı 2500 m
2
olan ayrıca zonalarının ventilyasiya sistemlərinin
məsafədən dayandırılmasının nəzərdə tutulmasına yol verilir.
12.5. A və Б kateqoriyalı otaqların isitmə və ventilyasiya sistemlərinin avadanlığı, metal boru
kəmərləri və havakəmərləri, həmçinin partlayış təhlükəli qarışıqları xaric edən yerli sorma sistemləri
46
üçün ПУЭ-nin tələblərinə uyğun olaraq yerlə birləşdirmə nəzərdə tutulmalıdır.