Əlavə 11-in davamı Otaqlar (sahələr)
İsitmə sistemi (qızdırıcı cihazlar, istilikdaşıyıcı, istilikdaşıyıcının
və ya istilikvermə səthinin həddi temperaturu)
ç) Г və Д kateqoriyalı
havasının təmizliyinə yüksək
tələblər olan otaqlar
Hava ilə isitmə.
İstilikdaşıyıcının temperaturu 150C olan radiator (qabırğaları
olmayan), panel və hamar borularla su ilə isitmə.
Xarici divarlar, mərtəbəarası örtük və döşəmələrdə quraşdırılmış
qızdırıcı elementlərlə su ilə isitmə (bənd 6.15-ə uyğun).
d) Г və Д kateqoriyalı
yanmayan toz və aerozollar
ayrılan otaqlar
Hava ilə isitmə.
İstilikdaşıyıcı su olduqda temperaturu 150C, buxar olduqda isə
130C olan radiatorlarla su və buxar ilə isitmə.
Xarici divarlar, mərtəbəarası örtük və döşəmələrdə quraşdırılmış
qızdırıcı elementlərlə su ilə isitmə (bənd 6.15-ə uyğun).
İstilikvermə səthində temperaturu 150C olan elektrik və qaz
qızdırıcıları ilə isitmə.
e) Г və Д kateqoriyalı yanar
toz və aerozollar ayrılan
otaqlar
Hava ilə isitmə.
İstilikdaşıyıcı su olduqda temperaturu 130C, buxar olduqda isə
110C olan radiator və hamar səthli borularla su və buxar ilə
isitmə.
Xarici divarlar, mərtəbəarası örtük və döşəmələrdə quraşdırılmış
qızdırıcı elementlərlə su ilə isitmə (bənd 6.15-ə uyğun).
ə) Г və Д kateqoriyalı böyük
miqdarda nəmlik ayrılan
otaqlar
Hava ilə isitmə.
İstilikdaşıyıcı su olduqda temperaturu 150C, buxar olduqda isə
130C olan radiator, konvektor və qabırğalı borularla su və buxar
ilə isitmə.
İstilikvermə səthində temperaturu 150C olan qaz qızdırıcı ilə
isitmə.
f) Zəhərli maddələr ayrılan
otaqlar
Xüsusi normativ sənədləri üzrə
12. Pilləkən qəfəsləri, piyada
keçidləri və vestibüllər
İstilikdaşıyıcı su olduqda temperaturu 150C, buxar olduqda isə
130C olan radiator, konvektor və kaloriferlərlə su və buxar ilə
isitmə.
Hava ilə isitmə.
13. İstilik məntəqələri
İstilikdaşıyıcı su olduqda temperaturu 150C, buxar olduqda isə
130C olan radiator və hamar səthli borularla su və buxar ilə
isitmə.
14. İsidilməyən və havasının
temperaturu normalaşdırılan
qiymətdən az olan isidilən
binalarda olan ayrı-ayrı otaqlar
və iş yerləri (A, Б və В
kateqoriyalı otaqlardan başqa)
Elektrik və qaz qızdırıcıları ilə, o cümlədən yüksək temperaturlu
şüalandırıcılarla isitmə (bənd 5.7 və 6.17-ə uyğun).
Qeyd: 1. Bu əlavənin 1-ci (yaşayış otaqlarından başqa) və 10-cu bəndlərində göstərilmiş otaqlarda istilikdaşıyıcının temperaturu 130
C-yə qədər olan birborulu su isitmə sisteminin istifadəsinə qızdırıcı cihaz kimi üzlüklü konvektorlardan istifadə edildikdə və boru kəmərləri gizli çəkildikdə yol verilir. Boru kəmərləri, dayaqlar və paylayıcı borular izolyasiya olunduqda bu əlavənin 1-ci bəndindəki otaqlara temperaturu 105
C-dən, bu əlavənin 10-cu bəndindəki otaqlara isə 115
C-dən artıq olan istilikdaşıyıcı verildikdə, həmçinin xidmət edilən otaqlarda borular qaynaqla birləşdirildikdə də birborulu su isitmə sistemindən istifadəsinə yol verilir. 2. Vurucu ventilyasiya və ya kondisiyalaşdırma sistemi ilə birləşdirilmiş hava ilə isitmə sistemlərinin hesablanmasında otağa verilən havanın temperaturu bu normaların 7.9-cu bəndinin tələblərinə uyğun müəyyən edilməlidir. 3. Odadavamlılıq dərəcəsi III, IIIa, IIIб, IVa və V olan binalarda qaz cihazları ilə isitməyə yol verilmir.