qanunvericilik toplusu, 2002-ci il, № 6, maddə 328) ilə 270-ci maddəyə yeni 9-cu hissə əlavə edilmişdir.
231
4 mart 2005-ci il 856-IIQD nömrəli “Fövqəladə vəziyyət haqqında" Azərbaycan Respublikası
Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və
dəyişikliklər edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi barədə”
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 4, maddə 278) ilə 280-ci maddəsinin birinci hissəsində "məhdudlaşdırıla" sözündən sonra "və ya qadağan oluna" sözləri əlavə edilmişdir.
232
01 fevral 2010-cu il tarixli 950-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti, 24 fevral 2010-cu il, № 43, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, №2, maddə 75) ilə 282-ci maddənin üçüncü hissəsi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
3. Tətilin qanunsuz hesab edilməsi barədə məhkəmə qərarı dərhal icra olunmalıdır. İşçilər tətilə
son qoymalı və məhkəmə qərarının tətilə başçılıq edən orqana təqdim olunduğu günün ertəsi günü işə
başlamalıdırlar.
233 23 aprel 2002-ci il tarixli 311-IIQD nömrəli "Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında"
Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Mülki
Məcəlləsinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər
və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında”
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002-cü il, № 5, maddə 241) ilə 296-cı maddənin 4-cü hissəsinə ikinci cümlə əlavə edilmişdir.