3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq
hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin:
hüquq bərabərliyinin təmin edilməsi;
mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması;
maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını
ödəmək məqsədi ilə
əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi;
əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat
yaradılması prinsiplərinə əsaslanır.
Maddə 3. Azərbaycan Respublikasının əmək qanunvericiliyində işlədilən əsas
məfhumların anlayışları
2
1. Müəssisə — mülkiyyətçinin təşkilati-hüquqi formasından, adından və fəaliyyət
növündən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq
olaraq yaratdığı hüquqi şəxs, onun
və xarici hüquqi şəxsin filialı, nümayəndəliyi.
2. İşçi — işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq
müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs.
3. İşəgötürən — tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi
(kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna
malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli
orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki
şəxs.
3
4. Əmək kollektivi — işəgötürənlə əmək münasibətlərində olan, bu Məcəllə ilə və
digər normativ hüquqi aktlarla müəyyən edilmiş əmək, sosial, iqtisadi hüquqlarını
birgə həyata keçirmək və qanuni mənafelərini kollektiv halında müdafiə etmək
səlahiyyətinə malik müvafiq iş yerlərində çalışan işçilərin birliyi.
5. Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında «əmək
müqaviləsi») – işəgötürənlə işçi arasında
fərdi qaydada bağlanan əmək
münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı
müqavilə.
5-1. Əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən
edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin
və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində
(bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə
işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi
ilə daxil edilən elektron sənəd.
4
6. Kollektiv müqavilə —
işəgötürənin, əmək kollektivinin və ya həmkarlar
ittifaqları təşkilatının arasında yazılı formada bağlanan əmək, sosial-iqtisadi, məişət və
digər münasibətləri tənzimləyən müqavilədir.
7. Kollektiv saziş — müvafiq icra hakimiyyəti orqanı, həmkarlar ittifaqlarının və
işəgötürənlərin respublika, peşələr, sahələr və ya ərazi üzrə birlikləri arasında
bağlanan, işçilərin əmək şəraitinin yaxşılaşdırılması, əməyin mühafizəsi, məşğulluğun
təmin edilməsi və digər sosial müdafiə tədbirlərinin həyata keçirilməsi sahəsində birgə
fəaliyyətə dair tərəflərin öhdəliklərini müəyyən edən razılaşmadır.
8. İş yeri — işçinin haqqı ödənilməklə vəzifəsi (peşəsi)
üzrə əmək müqaviləsi ilə
müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdiyi yer.
9. Əmək funksiyası — əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə
vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu.
10. Əməyin mühafizəsi — işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək
hüququnu təmin etmək məqsədi ilə bu Məcəllədə və digər normativ hüquqi aktlarda,
habelə kollektiv müqavilələrdə, sazişlərdə, əmək müqavilələrində
nəzərdə tutulan
texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicə-profilaktika tədbirləri, normaları və
standartları sistemidir.
11. Əmək şəraiti — işçinin öz əmək funksiyasını səmərəli və faydalı
yerinə
yetirmək üçün minimum normaları bu Məcəllədə nəzərdə tutulan, habelə əmək
müqaviləsində (kollektiv müqavilədə, sazişdə) tərəflərin özləri müəyyən etdiyi əmək,
sosial və iqtisadi normaların məcmusu.
12. İşçilərin nümayəndəli orqanı — əmək, sosial, iqtisadi hüquqlarını
və qanuni
mənafelərini müdafiə etmək məqsədi ilə işçilərin könüllü birləşib yaratdıqları
nizamnamə və müvafiq qanunvericilik əsasında fəaliyyət göstərən həmkarlar ittifaqları
təşkilatları (birlikləri).
13. İşəgötürənlərin nümayəndəli orqanı — sahibkarlıq fəaliyyətləri ilə əlaqədar
sosial-iqtisadi hüquqlarını, mülkiyyət, istehsal və əmək münasibətləri ilə bağlı
mənafelərini müdafiə etmək məqsədi ilə işəgötürənlərin könüllü birləşib yaratdıqları
nizamnamə və müvafiq qanunvericilik əsasında fəaliyyət göstərən birliklər.
14. Kollektiv tələblər — kollektiv müqavilələrin, sazişlərin bağlanması, onlara
dəyişikliklərin edilməsi və icrası, habelə digər əmək, sosial və iqtisadi məsələlərlə bağlı
işçilərin, ya da həmkarlar ittifaqları orqanının
işəgötürən, onların birlikləri və ya
müvafiq icra hakimiyyəti orqanları qarşısında irəli sürdüyü tələblərdir.
15. Kollektiv əmək mübahisəsi — kollektiv tələblərdən törəyən fikir ayrılığıdır.
16. Fərdi əmək mübahisəsi — əmək müqaviləsinin, kollektiv müqavilənin və
sazişin şərtlərinin, tərəflərin öhdəliklərinin yerinə yetirilməsi, habelə bu Məcəllənin və
digər normativ hüquqi aktların tətbiqi zamanı fərdi qaydada işəgötürənlə işçi arasında
yaranan fikir ayrılığıdır.
17. Tətil — kollektiv və fərdi əmək mübahisəsini həll etmək məqsədi ilə işçilərin
(işçinin) müvəqqəti olaraq öz əmək funksiyasının icrasından tam və ya qismən könüllü
imtina etməsidir.
Dostları ilə paylaş: