qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər
yerdə eyni qaydada və dürüst əməl olunmasını;
sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasını;
işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını;
işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını;
səlahiyyətləri çərçivəsində əmək qanunvericiliyinin təkmilləşdirilməsini;
əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə
müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin
həyata keçirilməsini təmin etməlidirlər.
2. Dövlət, iş qüvvəsindən səmərəli istifadə olunmasını təmin etmək, Azərbaycan
Respublikası Konstitusiyasının 35-ci maddəsinin VIII hissəsinə müvafiq olaraq işsizliyin
aradan qaldırılması məqsədi ilə vətəndaşların peşəkarlıq səviyyəsini, əmək vərdişlərini,
çoxillik təcrübəsini nəzərə almaqla müvafiq ixtisaslar, sənətlər, peşələr üzrə ölkədə
mövcud olan işçi qüvvəsindən istifadə olunmadan xarici ölkələrdən əsassız olaraq
mütəxəssislərin işə cəlb olunmasının qarşısının alınmasını, işsizlik, əhalinin məşğulluğu
və miqrasiyası məsələlərini tənzimləyir.
3. Əmək münasibətləri sahəsində dövlət siyasətinin həyata keçirilməsi müvafiq
icra hakimiyyəti orqanı tərəfindən təmin edilir. Həmin icra hakimiyyəti orqanı:
səlahiyyətləri çərçivəsində müəyyən edilmiş hallarda əmək münasibətlərinin
tənzim edilməsinin təmin olunması üçün müvafiq normativ hüquqi aktlar qəbul edir;
əməyin ödənilməsi, əmək münasibətləri, əməyin mühafizəsi, əmək ehtiyatlarından
istifadə, əmək miqrasiyası, əhalinin sosial müdafiəsi, əlillərin
və 18 yaşınadək sağlamlıq
imkanları məhdud olan işçilərin reabilitasiyası problemləri sahəsində dövlət siyasətini
həyata keçirir.
Dostları ilə paylaş: