Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Maddə 31. Kollektiv müqavilənin məzmunu



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə17/233
tarix25.10.2022
ölçüsü1,52 Mb.
#66208
1   ...   13   14   15   16   17   18   19   20   ...   233
Maddə 31. Kollektiv müqavilənin məzmunu 


1. Kollektiv müqavilənin məzmununu tərəflər müəyyən edirlər. 
2. Kollektiv müqaviləyə, bir qayda olaraq, aşağıdakı məsələlər üzrə tərəflərin 
qarşılıqlı öhdəlikləri daxil edilir: 
a) müəssisənin istehsal və iqtisadi fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi; 
b) əməyin ödənilməsi qaydaları və miqdarının, pul mükafatlarının, müavinətlərin, 
əlavələrin və digər ödəmələrin müəyyən edilməsi; 
c) qiymətlərin artımı, inflyasiyanın səviyyəsi nəzərə alınmaqla əmək haqqı 
miqdarının tənzimlənmə mexanizmi; 
ç) məşğulluq, əlavə təhsil, işçilərin sərbəstləşdirilməsi şərtləri;
 
30
d) iş və istirahət vaxtı, məzuniyyətlərin müddəti haqqında şərtlər; 
e) işçilərə və onların ailə üzvlərinə mədəni və məişət xidmətlərinin, sosial 
təminatlar və güzəştlərin müəyyən edilməsi; 
ə) əməyin qiymətləndirilməsi, əmək normalarının müəyyən edilməsi və yenidən 
işlənməsi qaydaları; 
f) qadınların, 18 yaşına çatmamış işçilərin əmək şəraitinin yaxşılaşdırılması; 
g) əməyin mühafizəsinin yaxşılaşdırılması üçün əlavə təminatların müəyyən 
edilməsi; 
ğ) əmək vəzifələrini yerinə yetirməklə əlaqədar işçilərə dəyən ziyanın ödənilməsi; 
h) əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması və onun 
fəaliyyət qaydası; 
x) işçilərin tibbi və sosial sığortasının üstün əlavə şərtlərinin müəyyən edilməsi; 
ı) işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsi ləğv edilərkən həmkarlar ittifaqları 
təşkilatı ilə razılaşmalar aparılması; 
i) işçilərin ekoloji təhlükəsizliyinin və sağlamlığının gözlənilməsi; 
j) həmkarlar ittifaqının üzvü olan işçilərin əmək haqqından həmkarlar ittifaqına üzvlük 
haqlarının işəgötürən tərəfindən mühasibatlıq vasitəsi ilə tutulmasının təmin edilməsi və 4 iş 
günü müddətində həmin müəssisənin həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına 
köçürülməsi, habelə həmkarlar ittifaqları təşkilatına nizamnamə fəaliyyətini səmərəli 
təşkil etmək üçün digər zəruri şəraitin yaradılması;

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin