ö) işçilərə bədən tərbiyəsi və idmanla, o cümlədən iş rejimi şəraitində və işdən sonrakı
reabilitasiya və peşəkar-tətbiqi məşqlərlə, idman-sağlamlıq turizmi ilə məşğul ola bilmələri üçün
şəraitin yaradılması.
33
3. Kollektiv müqavilədə müəssisənin iqtisadi imkanları nəzərə alınmaqla digər, o
cümlədən bu Məcəllədə nəzərdə tutulduğundan daha güzəştli əmək və sosial-iqtisadi
şərtlər də (əlavə məzuniyyətlər, pensiyalara əlavələr, nəqliyyat və ezamiyyə xərclərinin
ödənilməsi, pulsuz və ya güzəştli qiymətlərlə yemək verilməsi və digər güzəşt və
əvəzlər) nəzərdə tutula bilər.
4. Bu Məcəllədə və digər normativ hüquqi aktlarda kollektiv müqaviləyə daxil
edilməsi nəzərdə tutulmuş müddəaların kollektiv müqavilədə əks etdirilməsi
məcburidir.
Dostları ilə paylaş: