c) işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında
və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək;
ç) işgüzar keyfiyyətinə, əməyinin nəticələrinə, peşəkarlıq
səviyyəsinə uyğun
olaraq işçini müvafiq vəzifələrə (peşələrə) irəli çəkmək;
d) işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını
pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə
cəlb etmək;
e) işçilərin ona və ya mülkiyyətçiyə vurduğu maddi ziyanın
ödənilməsi üçün
qanunvericiliyə müvafiq tədbirlər görmək;
ə) bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək
şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur
bölmələri ləğv etmək;
f) əmək kollektivi ilə və ya həmkarlar ittifaqları təşkilatı
ilə kollektiv müqavilə
bağlamaq və bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə nəzarət etmək;
g) əmək müqaviləsi bağlayarkən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və
müddətə sınaq müddətini müəyyən etmək.
2. İşəgötürənin bu maddədə nəzərdə tutulan hüquqlarının həyata keçirilməsinə,
bu Məcəllənin 12-ci maddəsi ilə və digər normativ hüquqi
aktlarla müəyyən edilmiş
vəzifələrinin icra edilməsinə hər cür müdaxilə və maneələr edilməsi yolverilməzdir.
İşəgötürənin bu sahədə fəaliyyətinə müdaxilə edərək onun qanuni hüquqlarını pozan
şəxs qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyət daşıyır.
Maddə 12. İşəgötürənin əsas vəzifələri və məsuliyyəti
1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır:
a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl
etmək;
b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların
tələblərini yerinə
yetirmək;
c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada
pozmaq;
ç) kollektiv müqavilələrin, sazişlərin şərtlərinə,
onlarda nəzərdə tutulmuş
öhdəliklərə əməl etmək;
d) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini)
yerinə yetirmək;
e) işçilərin ərizə və şikayətlərinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və
qaydada baxmaq;
ə) işçilərin əmək, maddi,
sosial-məişət şəraitinin, onların ailəsinin rifah halının
yaxşılaşdırılması üçün müəssisənin əsasnaməsinə (nizamnaməsinə), kollektiv
müqaviləyə müvafiq olaraq zəruri tədbirlər görmək;
f) işə qəbul, işdə irəli çəkilmək, peşə hazırlığını artırmaq, yeni ixtisasa yiyələnmək və
ixtisasını artırmaq zamanı, işin keyfiyyətini qiymətləndirərkən, işdən azad edərkən cinsindən
asılı olmayaraq işçilərə eyni yanaşmaq və bərabər imkanlar yaratmaq;