Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Maddə 181. Qanunvericilikdə nəzərdə tutulmuş hallarda işçilərə digər



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə91/233
tarix25.10.2022
ölçüsü1,52 Mb.
#66208
1   ...   87   88   89   90   91   92   93   94   ...   233
Maddə 181. Qanunvericilikdə nəzərdə tutulmuş hallarda işçilərə digər 
təminatların verilməsinin tənzimlənməsi 
İxtiraçı və səmərələşdirmə təkliflərinin müəllifləri olan, qan və qan komponentləri 
verən, ezamiyyətə göndərilən işçilərin iş yeri və orta əmək haqqı saxlanılmaqla onlara 
digər müvafiq təminatların verilməsi qüvvədə olan normativ hüquqi aktlarla tənzim 
edilir.
VII bölmə 
 


Əmək və icra intizamı 
 
İyirmi səkkizinci fəsil 
 
Əmək və icra intizamının təmin edilməsi qaydaları 
 
Maddə 182. Müəssisədaxili intizam qaydaları 
1. Müəssisələrdə əmək müqavilələri, habelə bağlanmış kollektiv müqavilələr üzrə 
tərəflərin öhdəliklərinin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi, əmək 
qanunvericiliyinin tələblərinin gözlənilməsi və əmək intizamının təmin olunması 
məqsədi ilə müəssisədaxili intizam qaydaları qəbul edilə bilər. 
2. 
Müəssisələr 
birliyinin 
nizamnaməsində 
nəzərdə tutulmuş 
hallarda 
müəssisədaxili intizam qaydaları birliyin müvafiq icra orqanı tərəfindən həmin birliyə 
daxil olan müəssisələr üçün də qəbul edilə bilər. 
3. Müəssisədaxili intizam qaydaları bu Məcəlləyə, habelə əmək qanunvericiliyi 
üzrə digər normativ hüquqi aktlara uyğun tərtib edilməlidir. Bu normativ hüquqi 
aktlara zidd olan müəssisədaxili intizam qaydalarının müvafiq müddəaları və onların 
tətbiqinin hüquqi nəticələri etibarsız hesab edilir. 
Maddə 183. Müəssisədaxili intizam qaydalarının məzmunu 
1. Müəssisədaxili intizam qaydalarına, bir qayda olaraq, aşağıdakılar daxil edilir: 
a) müəssisənin adı, təşkilati-hüquqi forması, fəaliyyət növü, hüquqi ünvanı; 
b) iş vaxtının, nahar və digər istirahət fasilələrinin başlandığı və qurtardığı saatlar; 
c) növbə cədvəlləri və onun tənzimlənməsi qaydaları; 
ç) əmək şəraitinin təmin edilməsi qaydaları; 
d) əmək və icra intizamının, əmək vəzifələrinin yüksək səviyyədə yerinə 
yetirilməsində fərqlənmiş işçilərin, əmək kollektivlərinin mükafatlandırılması şərtləri 
və qaydaları; 
e) əmək və icra intizamını pozmuş işçilərə əlavə intizam tənbehi tətbiq 
edilməsinin şərtləri və qaydaları. 
2. Müəyyən müəssisələr birliyinə daxil olan müəssisələr üçün qəbul edilən 
müəssisədaxili intizam qaydalarında bu maddənin birinci hissəsində nəzərdə tutulmuş 
məlumatlarla yanaşı, həmin qaydaların şamil edildiyi müəssisələrin adları 
sadalanmaqla əlavə əmək şəraitinin yaradılmasına, əmək və icra intizamının təmin 
edilməsinə dair qanunvericiliyə uyğun olan digər məlumatlar da göstərilməlidir. 

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin