1. Psixologiyanın mövzusu və vəzifələri


Kommunikativlik- ünsiyyət deməkdir. 3



Yüklə 344,91 Kb.
Pdf görüntüsü
səhifə15/17
tarix06.11.2022
ölçüsü344,91 Kb.
#67616
1   ...   9   10   11   12   13   14   15   16   17
1-15

2.Kommunikativlik- ünsiyyət deməkdir.
3. Ekspresivlik- hərəkət deməkdir. 
Ünsiyyət şəraitindən asılı olaraq nitqin iki növü ayırd edilir
1.Xarici nitq 2.Daxili nitq 
•Xarici nitqşifahi və yazılı olur. Şifahi nitq öz növbəsində monoloji və 
dialoji olur. Monoloji nitq bir adamın öz fikir və mülahizələrini 
müntəzəm surətdə şərh etməsidir. Bu halda onun nitqi heç kəs 
tərəfindən kəsilmir. Bu nitqin rəvan getməsi üçün danışan adamın 
zəngin söz ehtiyatına malik olması, dilin qayda-qanunlarına 
mükəmməl yiyələnməsi əsas şərtdir. Dialoji nitq ünsiyyətin ən qədim 
növü olub, iki və ya bir neçə şəxsin bilavasitə ünsiyyət prosesidir. 


Nitqin bu növü daha çox insanların birgə əmək fəaliyyəti ilə bağlıdır. 
Yazılı nitq isə nitqin nisbətən sonralar təşəkkül edən mühüm növüdür. 
Bu, əsasən görmə qavrayışı üçün nəzərdə tutulan formadır. Yazılı nitq 
psixoloji planda daha çox sərbəstlik dərəcəsinə malikdir. Yazılı nitq 
daha geniş auditoriya üçün nəzərdə tutulur. Həm də onun köməyi ilə 
insanlar ümumdünya mədəniyyətinə qoşulurlar. 
•Daxili nitq-insanın öz-özünə fikirləşməsi, özü ilə danışması 
prosesidir. Daxili nitq tələffüz edilməyən səssiz nitqdir. Daxili nitqdən 
xarici nitqə keçmək üçün nitq mədəniyyəti tələb olunur. Nitq 
mədəniyyəti inkişaf etməmiş adamlar özləri üçün aydın olan fikri 
başqaları üçün ifadə etməkdə çətinlik çəkirlər. Bunun başqa səbəbi də 
ola bilər. Bəzən fikir insanın özü üçün lazımi qədər aydın olmur. Fikri 
özü üçün ətraflı aydınlaşdırmadan onu başqası üçün izah etmək 
istədikdə də adam məntiqsiz, dolaşıq tərzdə danışır. 
-Nitqin aydın, anlaşıqlı olması bir sıra nitq xüsusiyyətlərindən asılıdır: 
1. Nitqin məzmunluğu 
2. Nitqin anlaşıqlılığı 

Yüklə 344,91 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin