Hemofiliya
irsi xəstəlikdir
Buklet Azərbaycan Respublikası Nazirlər Kabinetinin «2011-2015-ci
illər üçün hemofiliya xəstəliyi» Dövlət Proqramı»nın icrası üzrə
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planının
2.1-ci bəndinə uyğun olaraq İctimai Səhiyyə və İslahatlar Mərkəzi
tərəfindən hazırlanmış və çap edilmişdir. Bukletdə dərc olunanlar
Elmi-Praktik Hemofiliya Mərkəzi ilə razılaşdırılmışdır.
Yadda saxla:
1.Qanaxmanı tez dayandır!
Qanaxmanın tez dayandırılması zamanı ağrı azalır, oynaq, əzələ və orqanlara daha az
zərər dəyir. Həmçinin qanaxmanın dayandırılması daha azmüddətli müalicə tələb edir.
2.Fiziki formada ol.
Möhkəm əzələlər qanaxma və oynaq problemlərindən qorunmağa kömək edəcək.
Müalicə həkimindən hansı idman və məşq növlərinin münasib olduğunu soruş.
3.Aspirin qəbul etmə.
Aspirin (asetilsalisil turşusu) qanaxmaya səbəb ola bilər. Bəzi dərmanlar qanın
laxtalanmasına təsir göstərə bilər. Həkimdən hansı dərmanın zərər verməyəcəyini
soruş.
4.Mütəmadi olaraq müalicə həkiminlə məsləhətləş.
Hemofiliya nədir?
Hemofiliya valideynlərin genləri ilə ötürülən nadir anadangəlmə xəstəlikdir. Bu
xəstəliyə başqalarından yoluxma mümkün deyil. Hemofiliya qanaxma ilə bağlı
problemdir. Hemofiliyalı xəstələrin qanında laxtalanma faktoru çatışmır. Bu
səbəbdən onlarda qanaxma sağlam insanlara nisbətən daha uzun müddət
davam edir.
Hemofiliyaya bəzən ailələrində bu xəstəlik olmayan insanlarda da rast gəlinir.
Bu, sporadik
hemofiliya adlanır. Bu zaman xəstəliyə insanın öz genlərindəki
dəyişikliklər səbəb olur.
ƏLAVƏ MƏLUMAT ALMAQ ÜÇÜN MÜRACİƏT ET:
HEMOFİLİYALI XƏSTƏLƏRİN RESPUBLİKA ASSOSİASİYASI
TEL.: (+99412) 513 15 39
AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİ
ELMİ-PRAKTİK HEMOFİLİYA MƏRKƏZİ
TEL.: (+99412) 431 30 60
Əzələdaxili və oynaqdaxili qanaxmalar
aşağıdakılara səbəb olur:
ağrı və ya “qəribə hiss” (zədə almış oynaq və ya əzələdə)
ağrı və keyimə (zədə almış oynaq və ya əzələdə)
oynaq və əzələlərin hərəkətliliyinin pozulması
şişkinlik (oynaq və ya əzələdə)
Hemofiliyalı xəstələri necə müalicə edirlər?
Hazırda hemofiliyanın müalicəsi səmərəli nəticə verir. Çatışmayan laxtalanma
faktoru inyeksiya üsulu ilə yeridilir. Qanın laxtalanma faktoru lazımi həcmdə
zədələnmiş hissəyə çatdıqda qanaxma dayanır.
Müalicə aşağıdakı
hallarda tələb olunur:
oynaqdaxili qanaxmalar zamanı
əzələdaxili (xüsusilə əl və ayaqlarda baş verən) qanaxmalar zamanı
boyun, ağız, dil, üz və gözlərin zədələnmələri zamanı
başın güclü zədələnmələri və qeyri-adi baş ağrıları zamanı
müxtəlif nahiyələrdə daimi və güclü qanaxmalar zamanı
müxtəlif nahiyələrdə bərk ağrı və şişkinlik zamanı
əməliyyat vasitəsilə tikişlər tələb olunan hər bir açıq yarada
qanaxma törədə biləcək hər bir bədbəxt hadisədən sonra
Müalicə MÜTLƏQdir:
cərrahi əməliyyatdan əvvəl (stomatoloji əməliyyat daxil olmaqla)
qanaxmaya səbəb ola biləcək hərəkətlərdən əvvəl
Müalicə nə zaman tələb olunmur?
Kiçik kəsik və sıyrıntılar. Bu, təhlükəli deyil
Dərin kəsiklər tez-tez adi halda olduğuna nisbətən çox qanayarsa. Bir
qayda olaraq, yaranı basıb saxlamaqla və ya buz qoymaqla qanaxmanı
dayandırmaq olar
Burun qanaxmasını, adətən, burunu beş dəqiqə sıxmaqla dayandırmaq
olar. Güclü, uzunmüddətli qanaxma zamanı həkimə müraciət etmək
lazımdır
Hemofiliyanın əlamətləri hansılardır?
böyük qançırlar
əzələdaxili və oynaqdaxili qanaxmalar (xüsusilə diz, dirsək, baldırla pəncəni
birləşdirən oynaqlarda)
nadir qanaxmalar (birdən baş verən və səbəbi bəlli olmayan daxili qanax-
malar)
kəsiklər, diş çəkdirmə,
cərrahi əməliyyatlar, bədbəxt hadisə,
xüsusən baş
zədələnmələrindən sonra olan uzunmüddətli qanaxmalar
Əzələdaxili və oynaqdaxili
qanaxmaların daha çox olduğu nahiyələr:
çiyin əzələləri
dirsək oynağı
bazu əzələləri
bud əzələləri
diz oynağı
baldırla pəncəni birləşdirən oynaq –
aşıq-baldır oynağı
bel əzələləri
baldır əzələləri
Hemofiliya irsən
necə ötürülür?
Ata – sağlam
Sağlam
Xəstə
Daşıyıcı
Oğul –
sağlam
Oğul –
xəstə
Qız –
sağlam
Qız –
daşıyıcı
Ana – hemofiliya
geninin
daşıyıcısıdır
Hemofiliya valideynlərdən
uşaqlara ötürülür. Bu xəs-
təliyin əsas xüsusiyyəti
odur ki, hemofiliya ilə yalnız
kişilər xəstələnir, genin
ötürücüləri isə qadınlar
(qüsurlu genin daşıyıcısı)
olur.