Aktivliyin məhdudlaşdırılması. Kəskin BA zamanı yataq
rejiminin effektiv terapiya vasitəsi olmadığı barədə əsaslı dəlillər
mövcuddur. Gündəlik adi fəallığın saxlanılması bərpaya daha güclü
dəstək verir. Lakin bəzi hallarda ağrıların xarakterini və xəstənin
işinin təbiətini nəzərə alaraq fəallığın müəyyən dərəcədə
məhdudlaşdırılması faydalı olur. Ağrının obyektiv qiymətləndirilən
əlamət və həkimin xəstənin peşəsi üzrə mütəxəssis olmaması nəzərə
alınaraq, fəallığın fərdi qaydada məhdudlaşdırılması haqqında qərar,
xəstənin yuxarıda qeyd edilmiş amillər barəsində biliklərinin nəzərə
alınması ilə qəbul edilməlidir.
Uzun müddət işdən kənarlaşma
əmək qabiliyyətinin
uzunmüddətli itirilməsi riski ilə birbaşa əlaqəlidir. Buna görə bütün
tədbirlər fəallığın məhdudlaşdırılmasının minimallaşdırılmasına
yönəlməlidir. Məhdudlaşma yalnız müəyyən dövr olmalıdır.
Dərman vasitələri ilə müalicə. Cədvəl 8-də adətən istifadə
olunan dərman vasitələrinin siyahısı göstərilib. Bəzi dərman
vasitələri kəskin bel ağrısınından yaranan diskomfortu azaltmaq
məqsədilə istifadə olunur. Göstərilən dərman vasitələrinin heç biri
əlilliyin azalmasına və ya xəstəliyin təbii gedişatına təsir göstərmir.
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
22
Xüsusi hallar
Beldə təkrarlanan ağrılar
Anamnezində heç olmasa bir dəfə bel ağrısı olan əksər xəstələrdə
il ərzində residiv müşahidə olunur. Onlar əsasən təbiətinə görə
əvvəlkinə oxşadığı və o qədər də intensiv olmadığı üçün qabaqkı
müalicə təkrarlana bilər. Uzunmüddətli residiv epizodlarında əlavə
müayinələr, müalicə üsulları və mütəxəssisin məsləhəti tələb oluna
bilər.
Hamiləlik və bel ağrıları
Hamilə qadınların təxminən 50%-i ciddi bel ağrısından
şikayətlənir. Bu şikayətlər böyük ehtimalla bütün hamiləlik boyu
artacaqdır. Bel ağrılarının əmələ gəlməsi riski doğuşdan sonra artır.
Beldə irradiasiya edən ağrıların ehtimal olunan səbəblərinə
aşağıdakılar daxildir:
oma-çanaq oynağının zəifləməsi
əzələ zəifliyi
disk yırtığı
oturaq sinirin və ya bel kələfinin uşaqlıq tərəfindən basılması.
İstifadə olunacaq dərmanların sayı məhduddur və onlarda
hamilələr üçün əks-göstərişlər olmamalıdır. Hamiləlik dövründə
MRT-nin aparılması planlaşdırıldığı halda radioloqun konsultasiyası
mütləqdir.
Bel ağrısı olan hamilə qadınlar ağrını yüngülləşdirmək məqsədi
ilə mamalıq yardımı mütəxəssisləri ilə müxtəlif pozaları, müalicə
strategiyalarını və üsullarını müzakirə edə bilərlər. Buraya
nevropatoloqun konsultasiyası və xəstəxanaya göndəriş daxil ola
bilər. Diaqnostik müayinə kimi, tələb olunduqda, MRТ və ya EMQ
istifadə edilə bilər.
Hamiləlik zamanı rentgenoqrafiya və KT
əks-göstərişdir!
Profilaktika
Effektiv olması ehtimal olunan profilaktik tədbirlərə aiddir:
fiziki fəallıq (D)
beli açan əzələlərin gücləndirilməsi (С)
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
23
siqaret çəkməkdən imtina nəticələrə təsir edir (С)
psixososial problemlər aradan qaldırılmalıdır (С)
işindən məmnun olma aspektlərinə önəm verilməlidir (С)
ümumi aerob və gücləndirici məşğələlər
ağırlıq qaldırma və ayaq üstə durmağa aid adekvat vərdişlər
nəticələrə təsir edir (С)
əmək fəaliyyəti/iş vərdişlərinin və iş yerinin modifikasiyası
istehsalat travmalarının profilaktikası məqsədi ilə belin
immobilizasiyası vasitələri effektiv deyil (А)
Yaşlı qadınlarda və osteoporoz riski olan insanlarda gövdənin
ekstenziyası (açılması) məşqləri profilaktik faydalıdır, lakin eyni
zamanda belin fleksiyası (bükülməsi) məşqləri osteporoz etiologiyalı
sınıqlar riskini artırır. Bel kəmərləri kimi ortopedik vasitələrin bel
zədələnmələrinin qarşısının alınmasında effektivliyi sübut
olunmayıb.
Xəstənin maarifləndirilməsi
Həkim tərəfindən xəstənin öyrədilməsinin patoloji prosesə
müsbət təsiri var. BA səbəblərinə dair xəstə ilə həkim arasında
səmimi və sıx əlaqələrin olmaması və ya çatışmazlığı müalicəni
ləngidir və razı qalmamaq hallarının ehtimalını artırır.
Bel ağrıları olan xəstələrə anamnezə əsasən proqnoz və bərpa
müddəti, simptomların residivləri haqda; aktivliyin dəyişdirilməsinin
təhlükəsiz və mümkün olan formaları; bel problemləri residivlərinin
azaldılmasının ən yaxşı üsulları; təhlükə əlamətləri olmadığı hallarda
əlavə müayinələrin keçirilməsinə ehtiyacın olmaması; istifadə olunan
diaqnostika üsullarının effektivliyi, riskləri və simptomların
saxlanılması halında əlavə müalicə tədbirlərinin nəzərdən keçirilməsi
barədə dəqiq məlumatın verilməsi tövsiyə olunur (B).
Həkim sübut olunmuş məlumatlar əsasında xəstəyə mümkün
müalicələr və özünəyardım üsulları barədə məlumat verməlidir. Eyni
zamanda, xəstələrə fiziki aktivliyin saxlanılmasını tövsiyə etmək
lazımdır (В).
Xəstələr üçün məlumat.
Belin irradiasiya edən və etməyən ağrıları zamanı xəstə üçün
vacib olan məlumat cədvəl 6 və 7-də qeyd edilmişdir.
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
24
Cədvəl 5. BA: müalicə və davamlı nəzarət
İlk gəliş
Diaqnostik müayinələr: adətən aparılmır.
Qeyri-medikamentoz müalicə:
Buz. Buzu (1 dəfədə 20 dəqiqə) ağrılı yerə
lazımi qədər qoymaq (D).
Dartılma. Tədricən dartılma ağrı hissini
azaltmağa kömək edir (D).
Dərman vasitələri (bax: cədvəl 8):
Vaxt amilindən istifadə edin. Çox zəif
ağrı istisna olmaqla, resepti ağrı
mövcudluğu əsasında deyil, vaxt çərçivəsi
əsasında yazın (gündə neçə dəfə) (A).
Dərman vasitələrin strategiyası.
Müalicə zamanı istifadə olunan güclü
dərman vasitələri ağrının ağırlığından
asılıdır (artmaq qaydası ilə):
1. Parasetamol. Kəskin BA-da
öyrənilməyib, ağrıkəsici təsiri əzələ-skelet
patologiyalarda var, kənar təsiri azdır (D)
2. QSİƏD-lər. BA-nın müalicəsində
effektiv olduğu sübut olunub (A). SOG-2
inhibitorları ənənəvi QSİƏD-dən daha
güclü deyil. Onların qısamüddətli təyini
fəsad yaratmasa da, uzunmüddətli qəbul
edilməsinə bir çox xəstənin mədə-bağırsaq
sistemi dözümlü deyil (A) və eyni zamanda
infarkt riskini artıra bilər (B).
3. Əzələ relaksantları. Plasebodan daha
effektiv olsa da, QSİƏD-dən effektiv
olması təyin edilməmişdir (A).
Fəaliyyətin məhdudlaşdırılması:
Yataq rejimi. Yataq rejimindən çəkinin
(А).
İşlə bağlı məhdudiyyətlər. Xəstələr
adətən işə çıxaqla bağlı
məhdudlaşdırılmamalıdırlar (D).
Ümumi fəaliyyət. Adi həyat tərzinə
qayıdın. Bəzi hallarda uzunmüddətli
səfərlərdən, ağırlıq qaldırmadan,
uzunmüddətli oturmadan və gövdədə
təkrar fırlanma/burulma hərəkətlərindən
çəkinmək faydalıdır (D).
Nəzarət gəlişləri
(Əmək qabiliyyətinin xronik itirilməsi
riskli xəstə) (D):
Cədvəl:
əgər işdən qalırsa: 2-3 gün ərzində
müşahidə edin, sonra həftədə bir dəfə
orta dərəcəli ağrı/məhdudiyyətlər
zamanı: həftədə bir dəfə müşahidə
etmək ağrı keçibsə, məhdudiyyətlər
yoxdursa: ayda 1 dəfə müşahidə
etmək.
İlkin aktiv müdaxilə 6 həftədən
sonra əmək qabiliyyətinin xroniki
itirilməsi riski varsa, mütləq bel
problemləri ilə
məşğul olan
reabilitasiya mütəxəssisinə göndərin.
Sonrakı profilaktika. Ağrı epizodu
keçdikdən sonra gələcək
məhdudiyyətlərin qarşısının
alınmasını müzakirə edin.
Sonrakı gəlişlər
Anamnez və fiziki müayinə:
Anamnez və fiziki müayinəni
təkrarlayın. Diaqnoza dair fikriniz
dəyişibsə, diaqnostika alqoritmində
(Əlavəyə bax) göstərilən ardıcıllıqla
gedin.
Ümumi müalicə:
Ağrı keçirsə: Dərmanları azaldın,
aktivliyi
artırın
Ağrı artırsa: Dərmanları
azaldın/əlavə edin, məhdudiyyətləri
artırın
Fizioterapiya. 1-2 həftə ərzində (A)
heç bir yaxşılaşma yoxdursa, manual
terapiya (onurğa manipulyasiyaları)
haqda
fikirləşin.
Əgər risk varsa: Əmək
qabiliyyətinin xronik itirilməsinin
profilaktikası (A) (Cədvəl 3)
Xəstənin maarifləndirilməsi (A)
Məhdudiyyətləri minimuma endirin
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
25
Xəstənin maarifləndirilməsi (C) (aşağıda
göstərənlərin xülasəsi):
Epidemiologiya. Beldə ağrı insanların
əksəriyyətində əmələ gəlir. Narahatçılıq
yaratsa da, əlilliyə (əmək qabiliyyətinin
itirilməsinə) nadir hallarda səbəb olur.
Diaqnoz. Sinirlərin zədələnməsi və digər
təhlükəli xəstəliklərin əlamətləri yoxdur.
Əzələ və vətər problemləri zamanı
diaqnostik testlər, adətən, nadir hallarda
yardım edir.
Proqnoz. Proqnoz, adətən, müalicədən
asılı olmayaraq yaxşıdır. Təkrar
epizodlar, adətən, həmişə keçib-gedir.
Fəallıq.
Fəal qalın,
əzələləri
qıcolmalardan qoruyun.
Qeyri-medikamentoz müalicə. İsrar
edin.
Dərman vasitələri. Riskləri və yanaşı
təsirləri nəzərə alın.
Xəbərdarlıq. Zəiflik, həssaslığın itməsi,
nəcis və sidiyi saxlaya bilməmə baş
verdiyi zaman təxirəsalınmaz tibbi yardım
üçün müraciət edin (bütün əlamətlər az baş
verir).
-
Əgər risk varsa: əmək qabiliyyətinin
xronik
itirilməsinin profilaktikası (A)
(Cədvəl 3)
Maneələri təyin edin. Xəstə ilə sağalma
ilə bağlı bütün maneələri və onların aradan
qaldırılması yollarını müzakirə edin.
Xəstəni mümkün qədər işdən qalmaqdan
çəkindirin.
Məhdudiyyətləri minimallaşdırın. Xəstə
və ola bilsin ki, müdiriyyətlə xəstənin iş
yükü və alternativ iş imkanları barədə
konsultasiya edilməsi yolu ilə bütün
məhdudiyyətləri minimallaşdırın. Məhdu-
diyyətlər təyin olunubsa, onların
qısamüddətli olmasına çalışın (yəni, 2
həftə ərzində 10 kq-dan artıq yük
qaldırmamaq, sonra əvvəlki rejimə
qayıtmaq). Həkimə təkrar gəlişin tarixini
müəyyən edin.
6 həftədən sonra bel problemləri
ilə məşğul olan reabilitasiya
proqramına göndərin.
Nəzarət: İlkin gəlişdə olanlar və
üstəgəl:
2 həftə: Klinik yaxşılaşma yoxdur
və beyinin sərt qişasına təzyiq
əlamətləri (düz ayağın qaldırılması
və ya üzü üstə uzanarkən düz
ayağın qaldırılması) müsbət
müşahidə olunursa, fizioterapevtə və
ya nevropatoloqa göndəriş haqqında
düşünün (D).
6 həftə və məhdudiyyətlər var:
Qeyri-cərrahi profilli onurğa
mütəxəssisinə göndərməyi fikirləşin
(A).
12 həftə və məhdudiyyətlər var:
Bel problemləri ilə məşğul olan
reabilitasiya proqramı əsasında
məsləhətləşmə.
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
Cədvəl 6. BA zamanı istifadə olunan dərmanlar
Sinif QSİƏD
Oral qəbul
edilən orta
doza (mq)
Yanaşı təsirlər
Proprion
turşusu
600 x gündə
4 dəfə
Aseptik meningit
İbuprofen
800 x gündə
3 dəfə
Fenoprofen
600 x gündə
3 dəfə
Flurbiprofen
100 x gündə
3 dəfə
Ketoprofen
100 x gündə
3 dəfə
Naproksen
500 x gündə
2 dəfə
Böyrək xəstəliklərində
istifadəsindən çəkinmək
Oksaprozin
1200 hər səhər
Karbol turşusu Aspirin
1000 x gündə
3 dəfə
Qulaqda küy
Salsalat
1500 x gündə
2 dəfə
Qlikemik indeksin
aşağı düşməsi/
böyrək riski
Xolin maqnezium
trisalisilat
1500 x gündə
2 dəfə
Qlikemik indeksin
aşağı düşməsi/
böyrək riski
Diflunisal
500 x gündə
2 dəfə
Qlikemik indeksin
aşağı düşməsi/
böyrək riski
Asetat turşusu
törəmələri
Diklofenak
75 x gündə
2 dəfə
Qaraciyər xəstəlik-
lərində artmış risk
Etodolak
300 x gündə
2 dəfə
Qlikemik indeksin
aşağı düşməsi
İndometasin
50 x gündə
3 dəfə
Baş ağrısı riski.
Böyrək xəstəliklərində
istifadəsindən çəkinmək
Azərbaycan Respublikasında dövlət qeydiyyatdan keçməmiş dərman vasitələri
Diklofenak istifadəsinin xüsusən ilk ayında hepatotoksiklik müşahidə olunur. Həkimlər bunu nəzərə
almalı və müalicənin ilk 4 həftəsində qanda transaminazaların səviyyəsini nəzarətdə saxlamalıdır.
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
27
Sulindak
200 x gündə
2 dəfə
Böyrək xəstəliklərində
istifadəsi
məqsədəuyğundur
Tolmetin
400 x gündə
3 dəfə
Ketorolak
10 x gündə
4 dəfə
Enol turşusu
törəmələri
Fenilbutazon
200 x gündə
3 dəfə
Qaraciyər xəstəlikləri
Piroksikam
20 gündəlik
Meloksikam
7,5-15
gündəlik
Fenam turşusu
törəmələri
Meklofenamat
50 x gündə
4 dəfə
Naftilkanonlar
Nabumeton
1000 x
gündəlik
Zəif mədə qıcıqlan-
ması (Etodolakla
müqayisə oluna bilər)
“Əzələ
relaksantları”
Siklobenzaprin
10 x gündə
3 dəfə
Antixolinergik təsir
Karisprodol
350 x gündə
4 dəfə
Yuxululuq
Baklofen
10 x gündə
4 dəfə
Yuxululuq
Diazepam
10 yatmazdan
əvvəl
Yuxululuq
SOG-2
inhibitorları
Selekoksib 200
gündəlik
Yuxululuq,
depressiya, asılılıq
Qeyd: Diklofenak istifadəsinin xüsusən ilk ayında hepatotoksiklik
müşahidə olunur. Həkimlər bunu nəzərə almalı və müalicənin ilk
4 həftəsində qanda transaminazaların səviyyəsini nəzarətdə saxlamalıdır.
Azərbaycan Respublikasında dövlət qeydiyyatdan keçməmiş dərman vasitələri (Fenilbutazonun
yalnız
məlhəm
və Piroksikamın yalnız gel formaları dövlət qeydiyyatdan keçib).
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
28
Cədvəl 7. SOG-2 inhibitorlarının təyinatında ehtiyatlılıq
tədbirlərinin meyarları
Xəstə:
1. Anamnezdə yüksək qlikemik indeks qanaxması var
2. Uzun müddət yüksək dozada sistem kortikosteroidlər qəbul edir
3. Qanaxma verən xəstəlikləri var
4. Antikoaqulyantlar alır
5. QSİƏD-yə qarşı dəqiqləşdirilmiş dözülməzlik var
6. Yaşlı xəstələr müxtəlif yanaşı patologiyalarla
Qeyd: Aşkar ürək xəstəlikləri olanlara SOG-2 preparatları təyin
etməyin. Koronar ürək xəstəlikləri üçün çoxsaylı risk amilləri
olarkən son dərəcə ehtiyatlılıq tələb olunur.
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
Əlavə
Diaqnostika alqoritmi
Beldə ağrının müddəti 6 həftədən az olan 18
yaşdan yuxarı şəxslər
29
Bəli
Xeyr
Ətraflı anamnez və fizikal müayinə
Ciddi xəstəliklər (Cədvəl 1) (C)
Xronik prosesin riski (Cədvəl 2) (D)
Əzələ gücü və reflekslər (Cədvəl 4) (D)
1. QÜA, EÇS (C)
2. Şübhə qalıbsa: a)
mütəxəssisin yanına
göndəriş və ya b) əlavə
sübutları əldə etmək (onurğa
sütununun skanlaşması (C),
rentgenografiya (B), başqa
laborator analizlər –
rentgendə normal şəkil
xəstəliyi istisna etmir)
Təcili
müayinələr və
qəti müalicə
üçün dərhal
göndəriş (C)
“At quyruğu”
sindromu və ya
sürətlə çoxalan
nevroloji defisit
Ciddi xəstəliklərin təhlükə
əlamətləri və yüksək
şübhə indeksi? (Cədvəl 1)
Onurğa sütununun
sınığı və ya onurğa
in kompre
1. Onurğa sütununun
rentgenografiyası (B)
2. 10 gündən sonra
sınığa şübhə qalıbsa və
ya ağrı ocaqlarının sayı
çoxdursa onurğa
sütununun skanlaşması
(C) və ya mütəxəssisin
yanına göndəriş (D)
(KT/MRT-yə qədər)
beynin
ssiyası
Xeyr
Ağrı irradiasiya
edirmi?
Bəli
Keçmək
“irradiasiya
etməyən” ağrıya
(Cədvəl 3)
Keçmək
“irradiasiya
edən” ağrıya
(Cədvəl 4)
Xeyr Bəli
Bəli
Xeyr
Ciddi xəstəliklərin
sübutları? (Cədvəl 2)
Ağrı irradiasiya
edirmi?
Müvafiq müalicə və ya konsultasiya
(kompression sınıqlar çox vaxt ilkin
səhiyyə səviyyəsindədir) (D).
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
30
Ədəbiyyat:
1.
Acute Low Back Pain: Guidelines for Clinical Care /
University of Michigan Health System. – 2010 Jan. - 14 p.
2.
Burton A, et al. Chapter 2 - European guidelines for prevention
in low back pain // European Spine Journal. – 2006. - 15 (Suppl 2).
- p 136-168. – available:
http://www.backpaineurope.org/web/files/WG3_Guidelines.pdf
(11.06.2013)
3.
Chou R, et al. Diagnosis and treatment of low back pain: a joint
clinical practice guideline from the American College of
Physicians and the American Pain Society / Clinical Efficacy
Assessment Subcommittee of the American College of
Physicians and the American College of Physicians/American
Pain Society Low Back Pain // Ann Intern Med. – 2007. - 147
(7). - p 478-491. – available:
http://annals.org/article.aspx?articleid=736814 (11.06.2013)
4.
Chou R, Huffman L. H. Nonpharmacologic therapies for acute
and chronic low back pain: a review of the evidence for an
American Pain Society/American College of Physicians clinical
practice guideline // Ann Intern Med. – 2007. - 147 (7). - p 492-504.
– available:
http://www.ncbi.nlm.nih.gov/pubmed/17909210 (11.06.2013)
5.
Chou R, et al. Imaging strategies for low-back pain: systematic
review and meta-analysis // Lancet. – 2009. – 373. – p 463-472.
– available:
http://www.ncbi.nlm.nih.gov/pubmed/19200918 (11.06.2013)
6.
Henschke N, Maher C.G, Refshauge K.M. A systematic review
identifies five "red flags" to screen for vertebral fracture in
patients with low back pain // J Clin Epidemiol. – 2008 Feb. –
61 (2). - p 110-118. – available:
http://www.ncbi.nlm.nih.gov/pubmed/18177783 (11.06.2013)
7.
Last A.R, Hulbert K. Chronic Low Back Pain: Evaluation and
Management / Racine Family Medicine Residency Program,
Medical College of Wisconsin, Racine, Wisconsin // Am Fam
Physician. – 2009 Jun 15. – 79 (12). – p 1067-1074. – available:
http://www.aafp.org/afp/2009/0615/p1067.html (11.06.2013)
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
31
8.
Low back pain. Early management of persistent non-specific
low back pain: NICE clinical guideline 88/ National Institute
for Health and Clinical Excellence. – Manchester, 2009. – 30 p.
– available:
http://www.nice.org.uk/nicemedia/live/11887/44343/44343.pdf
(11.06.2013).
9.
Van Tulder M, et al. Chapter 3 - European guidelines for the
management of acute nonspecific low back pain in primary
care // European Spine Journal. – 2006. - 15. – p 169-191.
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
Dostları ilə paylaş: |