qarabağıN geNeral-quberNatoru
Qarabağ bütövlükdə, xüsusən də dağlıq əraziləri dünyanın
mö cüzəli bölgələrindən biridir. Cənublu-Şimallı Bütöv Azər
bay canın hər guşəsində olduğu kimi Qarabağda da insan yaşayı-
şının bütün dövrləri yaşanmışdır. Xosrov bəy də belə bir torpa-
ğın yetişdirməsidir. Xosrov bəy çox kiçik yaşlarından evlərində-
ailələrində gedən söhbətlərdən ən azı Zəngəzurda olan savadlı
ailələr, bəylər, mülkədarlar və tanınmış din xadimləri haqqında
gedən söhbətləri eşitmişdi. Sonra, təhsil aldı, mütəxəssis oldu, si-
yasi səhnədə seçilən şəxslərdən birinə çevrildi.
Bir məqamı xatırlatmaq yerinə düşər. XX əsrin əvvəllərində
bütün Şərqdən, bir neçə qitələrdən öncə, Şimali Azərbaycanda
qurulan Xalq Cümhuriyyətini quran insanlar əsilli-nəsilli insanlar
olmaqla yanaşı, həm də yüksək mənəviyyatlı ziyalılar olmuşlar.
Bunlardan biri də Xosrov bəy idi. Eyni zamanda Xosrov bəyi bu
vətənpərvər insanlardan fərqləndirən cəhətlər də mövcud idi. Çün-
ki o, Zəngəzurlu idi, onun bir guşəsi olan Hacısamlıdan idi. Bu in-
sanlar erməninin kimliyini, hansı xislətin sahibi olduqlarını yaxşı
bilirdilər.
XX əsrin əvvəllərində Zəngəzurda Nəzər Heydərovun yazdığı
kimi, həqiqətən də, daha çox tanınan üç Sultan bəy ailələri var idi.
Xosrov bəy Sultanovlar Əsəd Sultanlılar ilə həm qohum ol-
muşdular, həm də xoş münasibətdə idilər. əslində bu münasibəti
Zəngəzurun Araflı bəyləri yaramışdılar. Fikri Araflıdan olan və
Qara Murtuzanın törəmələrindən olan Süleyman bəy XIX əsrin
sonlarında yazdığı “Bəyliyin tarixi” kitabında və yenə də həmin
nəslin nümayəndəsi Alməmməd bəy Nəbibəyli “Dədəm Qorqud”
(1991-ci il, 4-cü sayında) və “Azərbaycan” (№13(76), 30 mart
Qarabağın general-qubernatoru
117
1991-ci il) qəzetlərində çap etdirmişlər. Sonralar Elnaz Xəlil qızı
“7 gün” (23(64)), 20iyun 1992-ci il) qəzetində Sultan bəyin qızı
Bəyim xanımla müsahibəsində və digər yazılarında bu fikri xatır-
latmışdır. Təbii ki, Xosrov bəyin Murtuza bəyin törəmələri ilə də
qohumluq əlaqələri olmasını təkcə Alməmməd bəy deyil, digər
yazarlar da qələmə almışlar. Bu yazının müəllifi də (Z.N.) dörd
kitabında və bir neçə elmi yazılarında Xosrov bəyin, Sultan bəyin,
Paşa bəyin haqlarında və nəsl səcərləri haqqında xeyli maraqlı
məlumatlar vermişdir.
Xosrov bəy gənc yaşlarında Şuşada, Gəncədə oxuyarkən Qa-
rabağın ayrı-ayrı bölgələri, sərhədləri, adət-ənənələri, onun insan-
ları, tarixi keçmişi ilə mütəmadi maraqlanmışdı. O, tarixçi olmasa
da Azərbaycan tarixini, milli xüsusiyyətlərimizi bir çox ziyalıları-
mızdan daha yaxşı bilən əsl vətəndaş idi.
Xosrov bəy 1879-cu il martın 10-da Zəngəzur qəzasının Hacı-
samlı bölgəsində işıqlı dünyaya göz açmışdır. Odessada – Cəbrayıl
bəyin qurtardığı Tibbi Universitetini Paşa bəyin tövsiyəsi ilə bitir-
mişdir.
Günümüzdə hamıya bəlli olduğu kimi AXC-nin ilk müdafiə
naziri-general, AXC-nin ikinci kabinetində əkinçilik naziri, 1919-
cu ilin 15 yanvarından 1920-ci ilin aprelin son günlərinə kimi Şu-
şada Qarabağın general-qubernatoru olmuşdur.
Xosrov bəyin Zəngəzuru, xüsusəndə Qarabağın ermənilərdən
müdafiə edilməsində zəhməti heç də qardaşı Sultan bəydən az ol-
mamışdır.
Belə ki, o, 1919-cu il 2130 martında Əsgəran döyüşündə
daşnak generalı Dronu məğlub edib. Bu işdə Zəngəzurun Araflı
bəyləri ona daha çox yardımçı olmuşlar. 1919-cu ilin iyununda
Azərbaycan Elmlər Akademiyasının Xəbərlər jurnalının verdi-
yi arxiv sənədlərinə görə Şuşaya ermənilərin silah gətirənləri və
erməni Milli Şurasının üzvlərini həbs elətdirib. Burada da Xosrov
bəyə Zəngəzurun qəza rəisi Camal bəy Sultanov, Laçının Araflı
bəyləri, Haxnəzər kəndindən olanlar və müavini Çingiz İldırım eti-
barlı adamları kimi xeyli yardımçı olmuşlar.
Sultan bəy və Xosrov bəy qardaşları
118
Xosrov bəy, eyni zamanda müstəqilliyimizə, xalqımıza sə
daqətli, hər kəsin dəyərini düzgün qiymətləndirməyi sevən bir şəxs
olmuşdur.
Bütün çətinliklərə baxmayaraq o, vaxt tapıb, Əhməd Cavad
şəxsiyyətinə və yaradıcılığına hörmət əlaməti olaraq şairin şeirlər
kitabını da çap etdirmişdir.
Tarixi sənədlərə görə, 1919-cu il yanvarın 15-də Azərbaycan
Demokratik Respublikası Hökumətində keçirilən iclasında əsas
məsələ Zəngəzur və Qarabağda yaranmış ağır vəziyyət idi. Həm
də hər iki bölgənin eyni qubernatorluğunun yaradılması məsələsi
gündəmdə dururdu. Əsas səbəb Xosrov bəyin əslən Qarabağın
Zəngəzur bölgəsindən olması, bölgələri yaxşı tanıması, ən əsası
isə Xosrov bəyə dayaq dura biləcək qardaşı Sultan bəyin yuxarı
Zəngəzurun Hacısamlı hissəsinin səlahiyyətli bəyi olması, onun
xeyli silahlı dəstəsinin olması və silah-sursat, nizamlı-təcrübəli
orduya malik daşnak-erməni generalı Andranikin qarşısında da-
yana bilməsi idi. İstər Yuxarı Qarabağdakı, istərsə də nisbətən
Aşağı Qarabağdakı ermənilər havadarları olan ingilislərin, rus-
ların, fransızların, ABŞ-ın və s. köməkliyi sayəsində azərbaycan
hökumətinə tabe olmaq istəmirdilər. Ermənilər istəyirdilər ki, ilk
növbədə Zəngəzurla Qarabağı, daha sonra Gəncəni ələ keçirməklə
S.Şaumyan qüvvələri ilə birləşib ümumilikdə Şimali Azərbaycanın
varlığına son qoymaqla “Dənizdən-dənizə” “Böyük Ermənistan”
yaratsınlar. Zəngəzurda isə Zəngəzur qəzası üzrə orada ermənilərin
törətdiyi faciələri araşdıran dövlət komisiyanın üzvü Mixaylovun
yazdığı kimi Andranikin Türkiyədən, Rusiyadan, Ermənistandan,
Zəngəzurdan, İrandan topladığı təcrübəli erməni qoşunları ilə
Zəngəzurun 160 kəndini viran qoymuş, insanlara olmazın əzablar
vermiş, insanların mal-mülkünü qamarlamışdı. Növbəti hədəf in-
diki Laçın bölgəsi idi.
AXC-i özünün həm 15, həm də 29 yanvar tarixli yığıncaqların
da Qarabağ general-qubernatorluğunun yaradılmasını və bu vəzifə
yə Xosrov bəyin təyin edilməsinə yekdilliklə qərar vermişdir. Bu
qərarla Xosrov bəy Sultanov Zəngəzur, Cavanşir, Şuşa və Cəbrayıl
Qarabağın general-qubernatoru
119
inzibati ərazisinin rəhbəri, Çingiz İldırım isə onun müavini olmuş-
dur. Hər iki şəxs 1919-cu il fevralın 12-də quberniyanın mərkəzi
olan Şuşa şəhərinə gəlmiş və özlərinin ilk müşavirəsini fevralın
15-də keçirmişlər. Bu yığıncaqda polis təşkilatlarının fəaliyyətinin
gücləndirilməsi, qaçqınların öz torpaqlarında məskunlaşdırılması,
əkin sahələrinin gücləndirilməsi, təhsil, tibbi işlər, poçt və teleqraf,
hərbə çağrış və cari məsələlər diqqət mərkəzində olmuşdur.
Xosrov bəy öz fikrini bildirdikdən sonra müşavirədə Şuşanın
qəza rəisi Abış bəy Qalabəyov, Zəngəzurun qəza rəisi Camal bəy
Sultanov və Cavanşir qəzasının rəisi Bəhram bəy Məlik Abbasov
və digərləri çıxış edərək mövcud vəziyyət, ondan çıxış yolları haq-
qında öz fikirlərini bildirdilər.
Zəngəzur qəzasının rəisi Camal bəy öz çıxışında qəzada olan
ağır vəziyyəti, ABŞ-ın, İngiltərənin, Rusiyanın və sair ölkələrin
Andranikə həm hərbi, həm pul, həm də ərzaq yardımlarından da-
nışdı.
Qeyd edək ki, Xosrov bəyin bu vəzifəyə təyinatını ermənilər
istəmirdi. Onun qardaşının da ermənilərə qarşı mübarizə etdiyi-
ni bilirdilər. Ona görə də erməni mətbuatı və xarici işlər nazirliyi
bir çox dövlətlərə müraciət edib öz narahatçılıqlarını bildirirdilər.
Hətta, onlar Qarabağ qubernatorluğunun ləğv olunması üçün xa-
rici havadarlarından kömək istəyirdilər. Ermənilər Qarabağda İn-
gilis qubernatorluğunun yaradılmasını xahiş edirdilər. Bununla
əlaqədar AXC-nin Xarici Işlər Nazirliyi bir neçə nota vermiş və
Qarabağın, Zəngəzur qəzasının qədim Azərbaycan-türk torpağı ol-
duğunu bildirmişlər. Üç aprel 1919-cu il tarixində tarixi həqiqətlər
qarşısında aciz qalan ingilis komandanlığı bəyanət verərək Andra-
nikin qoşunlarının buradan çıxarılmalı olduğunu və Xosrov bəyin
Qarabağın general-qubernatorluğunu qəbul etdiklərini bildirmişlər.
Lakin, ingilislər günümüzdə olduğu kimi az sonra verdikləri bu
bə yanatdan üz döndərmiş, erməniləri müdafiə edərək hər vəchlə
bölgədə hakimiyyətin Erməni Milli Şurasına verilməsini və Xosrov
bəyin vəzifəsindən uzaqlaşdırılmasını istəmişlər. AXC-nin Xarici
İşlər Nazirliyi 25 iyun 1919-cu il tarixində Ermənistana Ədilxan
Sultan bəy və Xosrov bəy qardaşları
120
Ziyadxanovun imzası ilə 224 saylı nota vermişdir. Notada deyilir:
– “Mən hökumətimiz adından, onun tapşırığı ilə sizə xəbərdarlıq
edirəm ki, X.Sultanov Azərbaycan Respublikası hökumətinin 1919-
cu il 15 yanvarında Azərbaycan Respublikasının ayrılmaz hissəsi
olan Zəngəzur, Şuşa, Cavanşir və Cəbrail qəzalarının general-
qubernatoru təyin edilmiş və o, aprel ayının 3-də rəsmən tanın-
mışdır. Ermənistan Respublikasının Hökumətinin X.Sultanovun
fəaliyyətinə və göstərilən qəzalarda Azərbaycan qoşunlarının
yerləşdirilməsinə qarşı etirazları, Azərbaycan Respublikasının da-
xili işlərinə qarışmaq sayılır. Qarabağ general-qubernatoru Xosrov
bəy Sultanovun apardığı ciddi tədbirlər nəticəsində Şuşada qayda-
qanun yaradılmış və həyat qismən normal ahəng almışdır. Xosrov
bəyin rəhbərliyi və səlahiyyətində olan Zəngəzur qəzasında isə
Andranik öz qoşunları ilə oturmuşdu, 160-dan artıq kəndi xaraba-
zarlığa çevirmişdi, xarici ölkələrdən gətirilən erməniləri bu torpaq-
da məskunlaşdırırdılar. Həmin dövrdəki prosesləri ermənilər ha-
zırda da eyni qaydalarla təkrarlayırlar. Xosrov bəyin elə bir silahlı
qüvvəsi yox idi ki, Andraniki Zəngəzurdan çıxarsın. AXC-nin də
belə bir imkanı yox idi ki, Xosrov bəyin tələbələrini yerinə yetirə
bilsin. Ölkədə çox acınacaqlı vəziyyət hökm sürürdü. Zəngəzur
məsələsində ancaq qardaşı Sultan bəy onun karına gəlirdi.
Xosrov bəy 2 aprel 1919-cu il tarixində və başqa-başqa vaxt-
larda Nazirlər Şurasına ünvanladığı məktublarda yazırdı ki, son
dərəcə ağır şərait yarandığı bir vaxtda hərbi hissələrin ona tabe
olmaması daha ağır nəticələrə gətirib çıxaracaqdır. Səbəb isə zəruri
məqamlarda o, hərbi qüvvələrə göstəriş verə bilmir və ya yaranmış
vəziyyət barədə nazirlər şurası ilə, eləcə də müdafiə nazirliyi ilə
ortaq məxrəcə gələ bilmirdi. Xosrov bəy hökumətdən tələb edir-
di ki, ordu üzərində onun səlahiyyətləri olmalıdır və qubernator-
luğun ərazisində olan hərbi qüvvələr onun göstərişləri ilə hərəkət
etməlidirlər. Xosrov bəy onun tələbələri müsbət həll olunmadığı
halda istefa verəcəyini də dilə gətirmişdi. O, “geciksək Zəngəzur
və digər qəzaları itirə bilərik, Azərbaycanda hərc-mərclik yaranar”
– demişdir.
Qarabağın general-qubernatoru
121
Xosrov bəy rəhbərlik etdiyi bölgələrdə gedən prosesləri yax-
şı dərk edir, ölkənin taleyini ermənilərdən və yadellilərdən xilas
etmək üçün bütün mümkün vasitələrə əl atırdı.
Xosrov bəy çalışırdı ki, təxirə salınmadan hərbi hissələr Zən
gəzura yeridilsin və İrəvandan Azərbaycan torpaqlarına ermənilə
rin hərbi yürüşlərinin qarşısı alınsın.
Xosrov bəy istəyirdi ki, Dağlıq Qarabağda yaşayan ermənilərə
Azərbaycan hakimiyyətini tanımaq barədə ultimatum verilsin və
onlara altı gün vaxt qoyulsun. Eyni zamanda bütün ermənilərə
Azərbaycan bölgələrindən getməyi təklif etmək və ultimatum
müddətində onlarla bütün əlaqələrin kəsiləcəyini bildirmək. Ul-
timatumu yalnız Şuşa şəhəri üçün bir istisna olaraq qəbul etmək
nəzərdə tutulurdu. Xosrov bəy tələb edirdi ki, Azərbaycan höku
mə ti altı gün müddətində ermənilər tərəfindən tanınmazsa, yeddin-
ci gün hərbi əməliyyatlara başlamaq və bunun məsuliyyətinin tam
olaraq erməni əhalisi rəhbərlərinin üzərinə düşəcəyini bildirmək
gərəkdir.
X.Sultanov general-qubernator kimi fəaliyyətə başlayarkən
yaranmış vəziyyətlə əlaqədar bildirmişdir ki, öz həyatını xalqının
azadlığına, Azərbaycan torpaqlarının bütövlüyünə qurban verməyə
hazır olan bir dövlət adam kimi, ancaq qanun və ədalətə xidmət
edəcəkdir. Bu bölgədə olan hakimiyyət Azərbaycana məxsusdur
və hər kəs milliyyətindən asılı olmayaraq bərabərdir, qanunlara
tabe olmayanları isə ciddi cəza gözləyir.
Xosrov bəyin Baş Nazir N.Yusifbəyliyə göndərdiyi məktu
bun da yazır: “.... Ermənilərin hərəkətlərindən görünür ki, onlar
hücum üçün hazırdırlar. Ona görə xahiş edirəm hərbi nazirə göstə
riş verərsiniz ki, hərbi çağırışdan əvvəl əsgərlərin geyim hazırlığı
olsun. Yerli batalyonda ayaqqabı və geyim çatışmamazlığından
narazılıqlar olduğundan mən dünən işə qarışmalı oldum, əks halda
bu ciddi xarakter alardı. Hələlik qəzaların dördündə də sakitlikdir.
Onu da deyim ki, vəd olunmuş patronları da almamışam”. Xos-
rov bəy öz vəzifəsinə çox ciddi yanaşır, heç nədən geri çəkilmirdi.
Şuşa şəhərinin özündə ermənilər atışmadan əl çəkmirdilər. Özləri
Sultan bəy və Xosrov bəy qardaşları
122
də hamılıqla silahlı idilər. General-qubernatorun tapşırığına məhəl
qoymayan ermənilər üçün o, demişdir: “...Bundan sonra atışma
bir daha təkrar olarsa, erməni Milli Şurasının üzvləri Şuşadan sür-
gün edilsin, əks təqdirdə zor tətbiq etmək məcburiyyətində ola-
cam” ... Xosrov bəyin bu fikrindən sonra ingilislər erməni Abe-
tisyanı, Tumanyansı və İşxanyanı nəinki Şuşadan, eyni zamanda
Azərbaycandan sürgün etdilər. Bu məsələdən sonra da ermənilər
Xosrov bəydən beynəlxalq təşkilatlara şikayət etməyə başlayırlar.
Xosrov bəyin ciddi cəhdi, Andranikin silahlı qüvvələrinin Sultan
bəy tərəfindən Laçın bölgəsinin zabux dərəsində məhvi yuxarı
Qarabağda nisbətən sakitlik yaratmağa imkan yaradır və erməni
əhalisi Azərbaycan hökumətini tanımağa qərar verməyə məcbur
olurlar. Ümumilikdə erməni insanları ancaq güc qarşısında təslim
olurlar. 1919-cu ilin avqust ayında Qarabağ erməniləri yığıncaq
keçirir və Azərbaycan hökumətinə tabe olurlar. 23 noyabr 1919-cu
ildə isə ABŞ nümayəndələrinin təşəbbüsü və vasitəçiliyi ilə mü
naqişələrə son qoyulmasına dair Azərbaycan və Ermənistan ara-
sında müqavilə imzalanır. Müqavilə bağlamalarına baxmayaraq bu
imza mərasimindən az sonra ermənilər Zəngəzurda və Qarabağda
azərbaycanlılar yaşayan kəndlərə hücumlar edirlər. Ona görə də
Xosrov bəy 1919-cu ilin dekabr ayında bir neçə dəfə Azərbaycan
hökumətinə, Azərbaycan Xarici İşlər Nazirliyinə bu barədə məlu
mat verməklə yanaşı, kömək də istəmişdir. Hətta, böyük qüvvə
mümkün olmasa, heç olmasa Zəngəzurda azərbaycanlıları müda fiə
üçün onun sərəncamına Qaryagin (Füzuli) bölgəsində yerləşən 600
türk əsgəri ilə birlikdə iki pilamyotla üç nəfər zabit verilsin. Bu
müraciət yerinə yetirilmədiyindən Xosrov bəy 1919-cu il dekabrın
sonlarında Azərbaycan hökumətindən tutduğu vəzifəsindən azad
olunması haqqında xahiş etmişdir.
Xosrov bəy çox böyük vətənsevər olaraq təkcə Qarabağın ona
tabe olan torpaqlarında deyil, ermənilərə qarşı başqa bölgələrimiz
də də mübarizə aparan insanlarımıza yardımçı olmuşdur. Bunun
bariz nümunəsi olaraq Göyçə, Basarkeçər və Kəlbəcərdə eyni
zamanda baş verən və bir-biri ilə əlaqəli olan bir erməni vəhşiliyini
Qarabağın general-qubernatoru
123
misal gətirmək olar. Məlum olduğu kimi ermənilər Birinci Dün-
ya müharibəsi illərində Osmanlı Türkiyəsində və Şimallı-Cənublu
bütün Azərbaycanda, xüsusəndə Qərbi Azərbaycanda, Yuxarı Qa-
rabağda, Zəngəzurda daha çox, daha uzunmüddətli və daha çox
fa ciəvi qırğınlar törətmişlər.
Xosrov bəy və Sultan bəy qardaşlarının, Araflı, Alıqulu
bəylərinin, ümumiyyətlə Laçın bölgəsi insanlarının ermənilərlə
mübarizə tariximizdə Azərbaycan dövləti qarşısındakı xidmətləri
misilsizdir.
Məlum olduğu kimi Laçın, Kəlbəcər, Basarkeçər, Göyçə
mahalları Qərbi Azərbaycan torpaqlarının bir hissəsi olmaq-
la bir-birlərinə söykənən vəziyyətdədirlər. Sultan bəy də təkcə
Laçının müdafiəsi ilə məşğul deyildi. Adı çəkilən bölgələrə də
yardımçı olurdu. Andraniklə yanaşı, digər erməni generalı Sili-
kov Türkiyədə döyüşmüş erməni hərbiçilərdən ibarət çoxsaylı
erməni ordusu ilə Göyçəyə, Basarkeçərə, Kəlbəcərə, indiki Laçın
bölgəsinin şimal hissəsinə tez-tez basqınlar etməklə Aran Qara-
bağa girmək istəyirdilər. Sultan bəy də imkanı çərçivəsində bu
bölgələrə hərbi yardımlar edirdi. Ermənilərin növbəti basqılarının
birində ermənilərin Göyçəni məhv edərək Basarkeçərə üz tutduq-
larını Sultan bəyə çatdırırlar. Kəlbəcərli Məşədi Cəmil ilə Sultan
bəy yaxın idilər. Məşədi Cəmilin məlumatı əsasında Sultan bəy
Kəlbəcəri müdafiə edərək, Basarkeçərə istiqamət götürür. Zimistan
Həsənovun, Məhəmməd Nərimanoğlunun və Elburus Şahmarın
yazdıqlarına görə 5 aprel 1918-ci il tarixində ermənilərin deyilən
bölgələrdəki hücumlarının qarşısını almaq üçün Sultan bəyin bir
dəstəsi Hacısamlıdan Kəlbəcərə doğru hərəkətə başladı. Onu da
qeyd edək ki, bu tarixdə Xosrov bəy Qarabağa general-qubernator
təyin olunmamışdı, Andranik aşağı Zəngəzurda bütün bölgəni
məhv etmişdi, Şuşada, Əsgəranda, Füzulidə erməni silahlıları tüğ-
yan edirdilər və Zəngəzurla – Andraniklə birləşmək istəyirdilər.
Bütün bunlara baxmayaraq Sultan bəy ilk olaraq Kəlbəcərin
Zar-Zəylik kəndinə gələrək yerli əhalini cəm etmiş, onları silah-
sursatla təchiz etmişdir. Sonra o, Göyçə tərəfə üz tutur, Basarkeçəri
Sultan bəy və Xosrov bəy qardaşları
124
ermənilərdən təmizləmək istəyir. Sultan bəyin gəlişini ermənilərə
xəbər verirlər. Zod kəndində ermənilərin çox olduğunu bilən Sul-
tan bəy onları ilk olaraq məhv etmək istəsə də Zod əhalisinin
başbilənləri buna yol vermək istəmirlər, qantökmə tərəfdarları ol-
murlar. Sultan bəy onları başa salır ki, gələcəkdə basarkeçər erməni
quldurlarının hücumuna məruz qala bilər. 4 may 1918-ci ildə bu
bölgədəki ermənilər əlavə olaraq Andranikdən yardım almaqla
bu bölgənin kəndlərinə eyni zamanda hücum etməklə müdafiəsiz
kəndləri yandırır, əhalisini məhv edirlər. Sultan bəy haqlı olur.
Bölgənin Kəvər, Bayazut, Gözəldərə, Haçalı, Yarpızlı, Əzizli,
Tüsgülü, Yuxarı Zağa, Aşağı Zağa, Kərkibaş, Qanlı, Qırxbulaq,
Aşağı Məzrə, Yuxarı Məzrə, Daşkənd, Aşağı Sorca, Yuxarı Sorca,
Sarıyaqub, Qayabaşı, Zərkənd, Ağkimsə, Tənbeh, Nərimanlı, Ağ-
yoxuş, Qaraqoyunlu, Göysu, Canəhməd, İnəkdağı, Şişqaya, Sorca-
su, Toxluca, Zod və s. qırxa yaxın kəndləri ermənilər darmadağın
etdilər, əhalisi eybəcər üsullarla məhv edildi. 1918-ci ilin qışında
isə ermənilər Kəlbəcərin şimal hissəsində yerləşən Göycənin 32
kəndinin əhalisini qışın çovğununda öz ev-eşiklərindən qovaraq
Kəlbəcər tərəfə istiqamətləndirməklə kəlbəcərliləri də vahiməyə
salmaq istədilər. Bu insanların əksəriyyəti sonralar sümüklü dərə
adlanan və Dikyurd və Söyüdlü yaylaqlarına yaxın olan bir dərədə
məhv edildi. Burada 20 minə yaxın Göyçəli həyatları ilə vidalaş-
malı oldular.
Yenidən bu bölgələri müdafiə üçün gələn Sultan bəy xeyli səy
göstərsə də qardaşı Xosrov bəyin Məşədi Cəmilə yardımı məsələni
bölgə insanlarının xeyrinə həll etdi.
Belə ki, Xosrov bəyə 14 qatır yükü yağ-bal gətirən Məşədi
Cəmilə o, xeyli silah-sursat verir və yağla-balın dəyərini isə pulla
ödəyərək, bu pulları insanların özlərinə paylamağı tapşırır. Yardım
alan Məşədi Cəmil Xosrov bəyin fikirlərinə əməl etməklə və Sul-
tan bəydən aldığı yardımla birləşdirməklə, yerli əhalinin gücünə
ermənilərin hücumlarının qarşısını ala bilir.
Sağ qalan göyçəlilərin öz yerlərinə qaytarılması və ermənilərə
layiq olduqları cavabı alması yolunda XVIII əsrin ortalarında
Qarabağın general-qubernatoru
125
Zəngəzurun Sultanı olmuş Qara Murtuza bəyin Laçın bölgəsindən
gələrək Kəlbəcərdə məskunlaşan törəmələrinin də zəhməti çox
olmuşdur. Onlar Laçında yaşadıqları kəndlərin adlarını da Kəlbə
cərdə yaşadıqları yurdlarına vermişlər. Bunlardan Bəylik, Keştək,
Qoturlu, Qılınclı, Kiş, Qaraçənli, Bağırbəyli və s. yaşayış mən
təqələrini misal göstərə bilərik. Bu insanların vətənpərvərliyi nə
ticəsində, Xosrov bəyin yardımı sayəsində həmin ildə də ermənilər
Göyçənin bütün müsəlman kəndlərindən qovulur və erməni gene-
ralı Silikov Basarkeçər bölgəsinin Qumlu bulaq adlanan yerində
keştəkli döyüşçüləri tərəfindən öldürülür və sağ qalan göyçəlilər
öz kənd lərinə dönürlər.
Xosrov bəyin Vətən qarşısındakı xidmətləri söylənilənlərlə bit
mir. O, 1920-ci il 28 aprel bolşevik işğalından sonra da 1923-cü ilə
kimi Azərbaycanda yaşamışdır. Xosrov bəy Azərbaycanlı bolşe vik
lərdən xeylisi ilə tanış olsa da onun Azərbaycanda qalması mümkün
olmur, yaxşı ki, bu belə də olur. Ermənilərin təşkilatçılığı ilə Qara-
bağdan 70 erməni qadını adından mərkəzə şikayət edilərək bildiririk
ki, guya Xosrov bəy bu erməni qadınları ilə yaxın olmuşdur.
Təbii ki, Xosrov bəyə başqa bir nöqsan tapa bilmirdilər. Çün-
ki, Xosrov bəy Qarabağın erməni əhalisinə də çox humanistcəsinə
yanaşmışdır və erməni qadınlarına salam verməyə nə onun vaxtı,
nə həvəsi və nədə ki, mənəvi imkanı yox idi.
Xosrov bəyi həbs edirlər, Bakıya gətirirlər. Onun azad edil
məsində qardaşı Sultan bəyin dostları, Xosrov bəyin öz dostları,
qardaşı – neftçi Rüstəm bəyin, Rüstəm bəylə birlikdə Bakıda neft
sənayesi sayəsində işləmiş, ailənin yaxını və qohumluq əlaqəsi
olan Cəlil bəyin böyük zəhməti olmuşdur. Xosrov bəyi Bakıdan
müxtəlif yollarla Laçına aparan xeyli insanlar arasında Kişdən
olan Mikayıl oğlu Rüstəm bəy onu Bakıdan Hacısamlıya qədər
müşayiət edənlərdəndir.
Xosrov bəy ixtisasca həkim olsa da, çox uzaqgörən siyasətçi,
vətənpərvər, dövlətini və xalqını sevən bir şəxs olmuşdur.
Azərbaycan Xalq Cümhuriyyəti yerini bolşeviklərə verəndən son-
ra bir çox narahatçılıq məqamları olsa da, Sultan bəy vətəni tərk
Sultan bəy və Xosrov bəy qardaşları
126
etmək fikrində olmamışdır. Onun əksinə olaraq Xosrov bəy Ba-
kının Bayıl türməsində yatdığı zaman qardaşı Sultan bəyə xəbər
göndərmişdir ki, Azərbaycanı tərk etsin. Sultan bəy isə, əlbəttə
istəmiş olsaydı belə, Xosrov bəyi qoyub getməzdi. Belə də oldu.
Lakin, Xosrov bəy Laçına gəldikdən sonra getməyin vacib oldu-
ğunu hər ikisi dərk etdi. Bununla yanaşı, qardaşların hər ikisi he-
sab edirdilər ki, bu hakimiyyət möhkəmlənə bilməyəcək və yerini
təzədən AXC-nə verəcəkdir. Odur ki, Sultan bəy ailəsini özü ilə
aparmadı. Digər tərəfdən o vaxtın psixologiyası belə idi ki, heç
kəs arvad-uşağa toxunmaz. Belə işlər kişiliyə sığmaz. Bu fikirlə
Xosrov bəy Sultan bəylə Azərbaycanı tərk edərək, böyük bir ürək
ağrısı ilə 1923-cü ildə Cənubi Azərbaycana keçdilər. Orada da hiss
etdilər ki, qardaşları nə ermənilər, nədə ki, farslar rahat buraxma-
yacaqlar. Hər iki qardaş İrandan Türkiyəyə getmək məcburiyyəti
qarşısında qalırlar. Cümhuriyyət tarixindən məlum olduğu kimi,
Xosrov bəy “Itdihad” partiyasının rəhbərliyində ikinci şəxs idi.
Xosrov bəy Cümhuriyyətin bərpası yolunda bu partiya vasitəsi ilə
siyasi fəaliyyətini İranda, Türkiyədə və Avropanın bir sıra ölkə
lərində özəklər yaradaraq işini davam etdirməkdə idi.
İkinci Dünya müharibəsi illərində Xosrov bəyin siyasi fəa
liyyəti daha da güclü və qələbənin yaxın olması iddiasında idi.
Həqiqətən də Almaniyanın Rusiyaya qalib gəlməsi halında bu
daha da inandırıcı görünürdü. Almanların qələbələri bütün siyasi
mühacirlərdə olduğu kimi, Xosrov bəyə də böyük ilhamlar verir-
di və o, fəaliyyətini daha da genişləndirmişdi. Bu fəaliyyətlərdən
biri də bu yazının müəllifinin atası İsrafil bəyin Avropada, xüsu
sən də Almaniyada SSRİ-ni təmsil edərkən Xosrov bəylə tanışlığı
və qarşılıqlı fəaliyyətləri olmuşdur. Onu da qeyd edim ki, İsra-
fil bəyin fəaliyyəti haqqında Dövlət Təhlükəsizlik Nazirliyinin
“Sərhəd” qəzetində onun xidmətləri haqqında iki yazı verilmiş-
dir. İsrafil bəyin Xosrov bəylə və M.Ə.Rəsulzadə ilə İkinci Dün-
ya müharibəsi getdiyi dövrdə tanış olmaları barəsində “Son Söz”
qəzetində də (310 aprel 1999-cu il) yazı verilmişdir. Həmin dərci
tam olmasa da burada vermək həm Xosrov bəy və həm də İsrafil
Qarabağın general-qubernatoru
127
bəy ruhu qarşısında bir borc hesab edirəm. Yazı, sırf danışıq qay-
dasında danışıldığı tərzdə olduğu kimi qələmə alınmışdır.
Z.Nəbibəylinin “Xosrov bəy həmvətənlərimizin xilaskarı kimi”
yazısında Azərbaycan Respublikası öz müstəqilliyini 2-ci dəfə
elan etmək ərəfəsində idi. Ermənilər Qazax və Laçın bölgələrində
sərhədlərimizi tez-tez pozur, atəş açırdılar. Laçın dəhlizinə rus
əsgərləri nəzarət edirdi. Laçında yerli əhali ilə rus əsgərləri ara-
sında narazılıqlar əmələ gəlmiş, yerli özünümüdafiə dəstəsi yaran-
mış və get-gedə bu dəstə möhkəmlənməkdə idi. Mən də tez-tez
Laçınla əlaqə saxlayır, get-gəl edirdim. Laçın əhalisi çox fəallıq
göstərirdilərsə də, buna mərkəzdə o qədər də əhəmiyyət vermir
dilər. Yerli özünümüdafiə batalyonu inkişaf edərək rus ordusun dan
qabağa getmişdi. Dəstədə çox böyük ruh yüksəkliyi, vətənpərvər
lik, döyüşkənlik, nizam-intizam, səliqə-sahman hökm sürürdü.
Amma, bununla yanaşı batalyonun silaha, paltara, bütövlükdə hər
bi sursata böyük ehtiyacı var idi.
Belə çətinliklərin hökm sürdüyü günlərin birində Laçın özü
nümüdafiə batalyonundan Bakıya xəbər gəldi ki, filan-filan şeylərə
çox böyük ehtiyac var, Bakıdan kömək gəlməsə Laçında vəziyyət
ağırlaşa bilər. Bakıdakı, Sumqayıtdakı əslən Laçınlı ziyalılar və
digər vətənpərvər insanlar imkanları daxilində kömək etməyə ça-
lışırdılar. Lakin, bu insanların maliyyə çətinliyi də kifayət qədər
idi. Biz əlimizdən gələn hər cür köməkliyi edir, sən-mən, siz-biz
söhbəti etmirdik. Kimin əlindən nə gəlirdisə onu da edirdi. Lakin,
özünümüdafiə batalyonunun bu dəfəki çağırışına fəallıqla girişib
xeyli iş görsək də aldığımız sursatlara pulumuz çatmırdı. Kimin
üstündə, evində, dostunda, tanışında nəyi var idisə, hamısını bir
yerə yığsaq da yenə də lazım olanı ödəmirdi. Birdən yadıma düşdü
ki, atam İsrafil bəyin bir neçə aylıq təqaüdünü qabaqcadan almaq
olar. Üz tutdum kişinin yanına, ondan da əvvəl poçtdakı tanışım-
la onun təqaüdünün verilməsinin mümkünlüyünü razılaşdıq, – bir
şərtlə təqaüdü kişi özü qol çəkib almalı idi.
Məsələnin məğzini qısaca da olsa İsrafil bəyə çatdıra bildim.
O, cavabında – “ə, bala, nə vaxtdan mən sənin əlinin üstünə əl
Sultan bəy və Xosrov bəy qardaşları
128
qoymuşam?” belə işlərə lazım gələrsə, kişi evini-malınıda satıb
ödəməlidir. Mənim o ayaqqabılarımı ver mənə, kömək elə gedək.
Kişi nasaz idi, amma dinməz-söyləməz mənimlə getdi və pulu alıb
verdi. Bu pulun məbləği bir şey olmasa da, çox karımıza gəldi və
lazımi şeyləri alıb Laçına, Arif Paşayevə göndərə bildik.
İşimizdə olduğu kimi, evimizdə də bütün söhbətlər erməni-
azərbaycan, rus-azərbaycan, yer-yurd, haqq-nahaq söhbətləri idi.
Evdə adamların az olduğu bir məqamda kişi dedi (mən onu
beləcə çağırırdım) – “hə, bu xəmir hələ çox su aparacaqdır, dünya
müharibəsi yadıma düşdü, Allah sənə rəhmət eləsin Xosrov”. Kişi,
Xosrov kimdir, – dedim. Paşa bəyin oğlu Xosrov bəyi deyirəm.
Kişi, o haradan sənin xəyalına gəldi. Qardaş (o, məni qardaş, balaca
qardaş çağırardı) cavanlığım yardıma düşdü, mən onunla Avropa-
nın ayrı-ayrı ölkələrində, şəhərlərində görüşmüşəm, müharibənin
qızğın çağında, almanların fanat vaxtında. Kişi, bu söhbətləri
heç mənə deməmisən. Necə deyəydim, ay bala, elə özümdən çox
səndən qorxurdum, bir də kişinin ağzı nə qədər möhkəm olsa, bir
o qədər yaxşıdır.
Beləcə söhbət uzandı və kişidən bilmədiyim bəzi məsələləri
öyrəndim.
Söhbətin qısa məzmunu belə idi ki, İsrafil bəy tez erkən kom-
somola qəbul olunmuş, komsomol fəalı olduğundan da öz könlü
ilə vaxtından əvvəl əsgərliyə getmiş, Leninqradda xidmət etmiş,
yaxşı əsgəri xidmətə görə elə oradaca xüsusi təyinatlı məktəbə get-
miş, elə kursantlıqdan Rus-Fin müharibəsinə göndərilmiş, orada
yaralandıqdan sonra öz oxuduğu məktəbə qaytarılmış, vaxtından
əvvəl zabit çini almış və yoldaşlarından xeyli qabağa çıxa bilmişdi.
Xüsusi məktəbdə xüsusi dil – alman dili də öyrədirdilər.
Boy-buxunum, bayavoyluğum, yaralanmağım və alman dilini
yaxşı öyrənməyim bir növ başıma bəla oldu. Məni xüsusi məktəbin
xüsusi institutuna göndərdilər. Yorulmaq bilmirdim, fiziki normala-
rı, silahlardan istifadə və “Avropa qaydası”nı çox dəqiq yerinə yetirə
bilirdim. Arada, elə oxuya-oxuya Ukraynaya hərbi təlim təcrübəsinə
göndərildim və çox yaxşı zəmanətlə geri qayıtdım. Elə bu da mənim
Qarabağın general-qubernatoru
129
Avropaya göndərilməmin axırıncı etapı imiş. Xeyli adam idik,
əksəriyyəti bir-birini tanımırdı. Elə bir nəqliyyat növü olmadı ki, bizi
ona mindirməsinlər, hər bir adamla ayrıca məşğul olur, təlim keçirdilər.
Biznən olan söhbətləri heç kimə açmamaq məqsədi ilə “xüsusi for-
maya” qol çəkmişdim. 25 il müddətində mənimlə olan söhbətləri hər
kimə açsaydım, məhkəməyə ehtiyac yox idi, əlli-ayaqlı getməli idim,
amma mən 50 ildir susmuşam və təbii ki, bundan sonra da demərəm.
Bir məqamı isə deyəcəm, sən də bilsən yaxşıdır, lazım olar.
O dövrdə Avropada demək olar ki, hamı alman dilində danışır-
dı, hətta incə dilli fransızlar da.
Kişinin “dili” açılmışdı. Məəttəl qalmışdım. Fikirləşirdim ki,
ayə, bu kişi nələrə qadir imiş, deməli “solaxay” İsrafilin solaxaylıq
sirri bu imiş / o, çəngəli sol əli ilə tuturdu, məclislərdə isə çalışırdı
sağ əlində tutsun, yaxud əli ilə yesin/.
Mənə ayrılmış marşurutların hamısına baş çəkmişdim, işlərim
səhmanda idi, fədakarcasına işləyirdim. Xəbər gəldi ki, alman
düşərgələrindən, orada olan vəziyyətdən, “satqınlardan” məlumat
toplayım. Bu minvalla doğma işimə bir işdə əlavə olundu. Bu gün
alman düşərgələri haqqında məlumat dünyada bəllidi. Lakin, elə
məqamlar var ki, gərək özün şahidi olasan. Almanlara çox bö-
yük hörmətim olsa da, faşistlər elə doğrudan da faşist idilər, bircə
ermənilərdən geri qalırdılar. Düşərgələrdə hər cür əzablar verilsə
də, alman səliqəsahmanı hər yerdə hökm sürürdü, onu pozmaq heç
bir almanın ağlına da gəlmirdi. Düşərgələrdə ruslardan çox digər
millətlərin oğulları var idi, Orta Asiya, Qafqaz, Ukrayna. Nədənsə,
almanlar ukraynalılara nisbətən diqqətli idilər. Amma, əvvəlcə onu
sübut etmək gərəkdi. Elə bil bütün türkdilli xalqları Rusiyadan se-
çib bu düşərgələrə doldurmuşdular. Bu əhalinin əksəriyyəti dil bil-
mirdi və savadsız idilər, siyasətdən başları çıxmırdı.
Yəhudilər özlərini gizlətməyə çalışsalar da mümkün olmur-
du, onları “satırdılar”. Satqınlıq əsasən ruslara, ermənilərə aid idi,
bəziləri də bilməməzlikdən “satqınlıq” edirdilər.
Hətta, ermənilər erməni olduqlarını sübuta yetirmək üçün
Amerikada, Fransada olan məşhur ermənilərin adlarını çəkər, bu
Sultan bəy və Xosrov bəy qardaşları
130
kara gəlməyəndə şalvarlarını açıb sünnətsiz olduqlarını göstərməyə
çalışırdılar.
Müsəlman əsgərlər də isə heç bir sübuta çalışqanlıq yox idi.
Mənə məlum oldu ki, sünnətlə bağlı azərbaycanlıları və müsəlman
əsgərləri yəhudi kimi düşərgələrdən seçib aparıb məhv edirlər.
Hətta, əsir düşmüş sovet əsgərlərinin birinin başqasından xoşu
gəlməyəndə, xüsusən qarabuğdayı insanları yəhudi kimi – alman
zabitlərinə çatdırırdılar. Çoxlu miqdarda əsgərlər yəhudi millətinin
nümayəndəsi kimi məhv edilirdi. Məlumatı aidiyyatı məntəqələrə
ötürsək də nəticəsi olmamışdı, cavan-cavan insanlar məhv olurdu.
Adətən, Türkiyə ilə bağlı məsələlərdə mən iştirak etmirdim.
Səbəbini bildirdim, sadəcə üstümə götürmürdüm, götürməkdə ol-
mazdı. Buna baxmayaraq eşitmişdim ki, almanlar qalib gələrlərsə,
Azərbaycana Rəsulzadə adlı bir nəfər rəhbər göndərilməlidi. Onun
kimliyini, nəçiliyini aydınlaşdıranda bütün məsələlər gün kimi mənə
aydın oldu. Mən onu axtarırdım, görüşməyə də ürək etmirdim.
Növbəti tapşırıqda bizə rəhbərlik edən və təlimat verən, bizlərə
oxşayan bir şəxs idi və o, məni onunla qalmağı təklif etdi. Biz bir-
birimizlə yaxınlaşdıq. O, ukraynalı idi, səmimi adam olsa da tərsliyi
vardı. Mənə əvvəlcədən heç bir məlumat vermədən bir qrup adamla
görüşə aparmışdı. Söhbətdən məlum oldu ki, bu adamlar Sovetlərə
qulluq edirlər və almanlardan, türklərdən məlumatlar toplayırlar.
Görüşlərin birində bunlardan bir-birilə azərbaycanca danı-
şığın şahidi oldum və ukraynalı söhbəti yazdığından, mən bir də
diqqətlə sözlərə fikir verdim. Beləliklə, mən birbaşa bunlarla əlaqə
saxladım.
Bir çox məlumatları onlar əvvəlcə mənə verir, saf-çürük
etdikdən sonra meydana çıxarırdıq. Bir-birimizə inam yaranmış-
dı. Mən onlara azərbaycanlıların, müsəlmanların yəhudi adı ilə
məhvi məsələsini söylədim. Onlar da çox təlaş keçirdilər. Elə o,
gündən də bu yolda fəaliyyətə birgə başladıq. Çox canfəşanlıqdan,
çətinlikdən sonra onlara – Məmməd Əmin Rəsulzadəni istiqamət
verdim. Bu insanların fikirləri mənimki kimi tamam çevrilmişdi.
İndi biz nə olursa-olsun, insanlarımızı xilas etməli idik. Dostlar
Qarabağın general-qubernatoru
131
bütün Avropanı, Türkiyəni bir-birinə vurduqdan sonra Məmməd
Əmin Rəsulzadəni tapıb mənim qoyduğum məsələni ona çatdır-
mışdılar. Məmməd Əmin Rəsulzadə ilə məni görüşdürmək fikrinə
də gəlmiş və ondan razılıq almışdılar. Mən isə razılıq vermədim,
zamana ehtiyacı var dedim. Bu səbəbdən də Məmməd əmin
Rəsulzadə mənim Azərbaycanın hansı bölgəsindən olmağımı ara-
mış və mənə bəraət qazandırmışdı. Bir müddət keçdikdən sonra
həmin əlaqələndiricilər mənə general qohumunu tapmışıq dedilər
və bizi görüşdürdülər. Əlbəttə, görüşdük, amma generalı tanıma-
dım. Həmsöhbətim yerd-yurd adlarını, özünün və mənim adlı-sanlı
qohumlarımın adını çəkdikdən sonra və gözünün birindəki şəkki
gördükdən sonra onu tanıdım. İkimiz də ayağa durub qucaqlaşdıq
və Xosrov bəy, sizi xoş gördük, – dedim. Yaşlı görünsə də sifətdən
çox təravətli idi. Azərbaycanca təmiz danışa bilmirdi, türk, al-
man və fransız dillərində yaxşı danışırdı, xalq aforizmlərindən
istifadə edirdi. Alman dilini nə gözəl bilirsən, qardaşoğlu, o dağlar
hara, alman hara – deyə mənə mürciət etdi. Kənd – kəsəklə, Ha-
cısamlı, Şuşa, Azərbaycan, Sovet quruluşu barədə, xüsusən Sta-
lin, M.Bağırov və ermənilər barəsində olan suallarının ardı-arası
kəsilmirdi. Hər görüşdə də bu qəbildən olan suallar təkrar olurdu.
Adımı çəkmirdi, “qardaşoğlu” çağırırdı məni.
Mən Almaniyada, onun hüdudlarından kənarda olan azərbayc
anlı və Sovet əsirləri haqqında Xosrov bəyə, onun təsəvvür edə
bilməyəcəyi məlumatlar verdim. Amma, bütövlükdə birinci
məsələ əsirlikdə olan Azərbaycan və islam əsgərlərinin taleyi, on-
ların yəhudi adı ilə məhv olunmalarından xilas olmalarını qoydum.
Xosrov bəy Avropanı yaxşı tanısa da, çox dost və tanışları olsa da,
ilk vaxtlar heç nə edə bilmirdi, çox əsəbiləşirdi. Mən onun fikrini
Məmməd Əmin Rəsulzadəyə yönəltdim, almanlarla türklərin yaxşı
münasibətdə olmalarını xatırlatdım. O, yuxudan ayılmış kimi oldu.
Çox düz yoldasan, belə olan halda mən getməliyəm. Bu çox yerinə
düşdü. Bilirsən, qardaşoğlu, azərbaycanda sənə nazir vəzifəsi
məndən. Mən təəccüblənəndə – qardaşoğlu, Məmməd Əmin mənə
iki nazir vəzifəsini təklif edib. Deyib seç ya səhiyyə və sosial
Sultan bəy və Xosrov bəy qardaşları
132
təminat naziri, yaxud xarici işlər naziri vəzifəsini. Qəm yemə, gün
o gün olsun ki, evlərimizdə üzbəüz oturaq, qalanları düzələr.
M.Rəsulzadənin müdaxiləsi ilə Türkiyə Xarici İşlər Nazirliyi
Alman dövləti qarşısında müsəlmanların yəhudi kimi məhv edil-
diyi məsələsini qaldırdı. Türk və alman nümayəndələrinin iştira-
kı ilə xüsusi qrup yaradıldı və M.Rəsulzadə Xosrov bəy Sulta-
novu gələcək Azərbaycan dövlətinin səhiyyə naziri və bir həkim
–mütəxəssis kimi bu qrupda iştirakına nail oldu.
İki dövlətin – dövlət nümayəndələri ilə yanaşı Xosrov bəy
müsəlman və yəhudi sünnətinin fərqini sübuta yetirdi. Almaniya
dövləti Türkiyə dövlətinə bu yardım üçün təşəkkürlərini bildirirlər
və Türkiyəyə icazə verdilər ki, öz bayraqlarını asmaqla əsirlərə
türkcə müraciət etsinlər, öz millətlərini ölümün pəncəsindən xi-
las etsinlər. Bu belə də oldu. SSRİ dövləti də bu məsələni dünya
səviyyəsində siyasi bir məqam kimi istifadə etməkdə idi. Almanlar
da həqiqəti anlamışdılar.
Alman əsirliyində olan minlərlə soydaşlarımız faşist peçlərində
yandırılmaqdan azad olsalar da, SSRİ-yə qayıdan kimi güllələndilər,
yaxud Sibirə sürülərək məhv oldular.
Xosrov bəylə İsrafil bəyin doğma xalqı qarşısındakı missiya-
ları öz humanistliyi ilə də qiymətli olsa da tale onların bu missiya-
nı axıra kimi yerinə yetirməyə imkan vermədi. Xosrov bəy vətən
həsrəti ilə qardaş Türkiyə Respublikasının Bursa şəhərində torpağa
gömüldü. İsrafil bəysə ali təhsildən, general çini almaq ərəfəsində
polkovnik çinindən, sovetlərin qəhrəmanı adından məhrum edi
lərək, hərbi tərcüməçi “tacı” ilə kifayətlənməli olub, əlli il elə sus-
malı oldu ki, ailəsinin də bu işlərdən xəbəri olmadı”.
İkinci Dünya müharibəsi qurtardıqdan sonra da Xosrov bəy si-
yasi fəaliyyətindən əl çəkməmişdi. Azərbaycan uğrunda mübarizə
aparan Xosrov bəyin fəaliyyəti bir çox vətənsizlər kimi, çox geniş
və ruhlu olmuşdur. Tarixi məlumatlarda onun ailə və uşaq sahibi ol-
ması haqqında heç bir yazılı mənbəyə təsadüf etməmişim. Amma,
şifahi olaraq insanlardan eşitmişəm ki, o, azərbaycanda olarakən
bir nəfər qarabağlı xanımı ilə evlənmiş və uşaqları olmadığından
Qarabağın general-qubernatoru
133
həmin xanım onu tərk etmişdir. Atam, İsrafil bəyin dediyinə görə,
Xosrov bəy bir müddət Polşada yaşamış və orada bir polşalı qadın-
la evlənsə də uşaqları yox idi. Polşanı tərk edib Türkiyəyə qayıdan
Xosrov bəy tək qayıtmış və bir daha Polşaya dönməmişdir.
Elburus Şahmarın və digərlərinin yazdıqlarına görə Azərbay
canın Laçın bölgəsini təmsil edən və əslən türk oğlu – türk olan
bu qardaşlar Türkiyədə dünyalarını dəyişmişlər. Sultan bəy 1955-
ci ildə Türkiyənin Göçgöy kəndində, bəzi mənbələrdə isə sadəcə
Ərzurum bölgəsində vəfat etdiyi bildirilir. Azərbaycan türklərinin
böyük oğlu Xosrov bəy isə 1956-ci ildə Bursa şəhərində torpağa
gömülmüşdür.
Xosrov bəy Azərbaycan türk xalqını təmsil edən bir şəxs kimi
özünün şirin canını vətənə həsr edən alicənab fəaliyyəti bu günkü
gəncliyə bir örnəkdir. Dərk edilməlidir ki, dağlı-aranlı Qarabağ tor-
paqlarının 1993-cü ilə kimi Azərbaycan dövlətinin əlində qalması
bilavasitə Laçınlı Xosrov bəy və Sultan bəy qardaşlarının fəallığı
sayəsində mümkün olmuşdur. Sultan bəyin oğlu-qızı və hazırda da
onların törəmələri, davamçıları vardır. Onlardan tələb olunan isə
ata və babalarının, əmiləri Xosrov bəyin yolunu davam etdirmək,
nəsl səcərəsinə yeni-yeni qəhrəmanlıqlar imzası atmaqdır.
Xosrov bəyin isə övladı qalmamışdır, vətən qarşısında xid-
mətləri isə yetərincədir. Qalan odur ki, Azərbaycan dövləti, Azər
baycan xalqı onun adını əbədiləşdirsin, layiq olduğu bir məkanda
heykəli ucaldılsın, adına küçələr, prospektlər olsun, hansısa bir
təşkilata onun adı verilsin, vətənpərvərliyi lazımlı səviyyədə
dövlətimiz naminə təbliğ edilsin.
|