Oxu, Məhəbbət
Şuşa hayqır, Laçın çağır, harayla,
Bu yaranı qoyma qaysaq bağlaya
Bəlkə səsin sinəmizi dağlaya
Bar səsinlə titrət bizi, Məhəbbət,
Oyat bizi, inlət bizi, Məhəbbət!
Yurd, yuvamız yağılara qalıbdı
Ağır ellər gözü yolda qalıbdı,
Dağ, qayalar bu səbrə mat qalıbdı,
Yağılara girov qalan qəbrimiz
Bağışlamaz, oxu, daşsın səbrimiz.
Gör nə vaxtdı qan ağlıyır Həkəri
Perik düşdü bu ellərin ərləri,
Yurd dərdindən yoxdu dərdin betəri
Sultan bəyin tərənnümü
89
İçimizə yanğı, ağrı, acı təp,
Zəngulə vur, yaramıza sən duz səp.
Yollar bizə yol verərmi dönməyə,
Ağuşunda yer verərmi ölməyə,
Bir umuddu qoymur ömrü sönməyə,
Nəfəsinlə titrət bizi, Məhəbbət
Səksət, oyat, inlət bizi Məhəbbət.
Qərib yetim təki sızlayır vətən
“Laçınım” de, o dağları çağır sən
Bəlkə sənin haray çəkən səsindən
Tüstüləyən ocağımız od ala
Mürgü döyən qeyrətimiz oyana.
Oxuculardan rica edərdim ki, bu dəyərli yazıçı-jurna lis-
timizin şəxsi hacinerimanoglu.azersayt.com bloqunda toplan-
mış yazıları oxusunlar.
SultaN bəydəN bəZi dəqiqləMələr
Uzun illərdir qəlblərdə, bir neçə aydır Azərbaycanda, Tür
kiyədə, xüsusən Azərbaycan mətbuatında teztez haqqında yazılar
verilən xalq qəhrəmanı Sultan bəy yad edilir, qürur hissləri yaşa-
dılır. Lakin, bu yazıların əksəriyyəti eyni cümləli, eyni sözlüdür.
Yəqin ki, bunun da səbəbi Sultan bəy, onun kimliyi, fəaliyyəti,
keçmişi haqqında arxiv sənədlərinin azlığı, yaxud az araşdırıldığı
və eyni fikirlərin əksər tərəfindən çeynənilməsidir. Burada tarixin
özünün də “günah” var desək, fikrimizcə qəbahət etmərik.
Məlumdur ki, Qafqazda Zakfederasiya qurumu dağıldıqdan
sonra, Azərbaycan müstəqilliyini elan etsə də bir çox çətinliklərlə,
çəkişmələrlə, siyasi oyunlarla, müharibələrlə, torpaq itkiləri ilə
üzləşdi. Həmin dövrün öncül təbəqəsini təmsil edən Sultan bəy,
Xosrov bəy, Cümhuriyyət öncülləri, eyni ilə bu təbəqənin yaxın
silahdaşları və qohumları çox böyük iztirablarla qarşılaşmış oldu.
Sultan bəy də bunlardan xali deyildi. O, öz vətənində – doğma
Zəngəzurda, İranda və hətta Türkiyədə pünhan yaşamağa məcbur
olmuşdu. Odur ki, onun öz dilindən izhar oluna biləcək və onun
ermənilərə qarşı fəaliyyəti haqqında istər Azərbaycanda, istərsə də
Türkiyədə məlumatlar verilmədi. O, özü də bunu lazım bilmirdi.
Çünki, Türkiyədə də ermənilər yetərincə var idilər. Ermənilərin də
xislətləri cəmiyyətimizə gün kimi aydın olduğundan, məsələnin
xırdalıqlarına getməyə ehtiyac duymuruq.
Söylədiyimiz və söylənilməsini bilmədiyimiz səbəblərdən
Sultan bəy haqqındaki məlumatlarda bir çaşqınlıq, qeyri sə
listlik, hətta xeyli həqiqətlərə uyğun olmayan fikirlər mətbuata
ayaq açmışdır. Həqiqətlərə uyğun gəlməyən, dövlətimizə və
dövlətçiliyimizə gərəksiz olan, Sultan bəyin soyuna aid olmayan,
Sultan bəydən bəzi dəqiqləmələr
91
dövrün həqiqətlərini özündə düzgün əks etdirməyən və təbii ki,
bizə məlum olan bəzi məqamlara aydınlıq gətirmək istərdik.
Bunlardan biri 2007ci ildə Bakıda çap edilmiş Azərbaycan
toponimlərinin ensiklopediyası 2cildlik lüğətidir. Onun 1ci
cildində Sultan bəy, onun yaşadığı yurd – onun qısa tarixi, coğ-
rafiyası, iqlimi, əhalisi, iqtisadiyyatı, mədəniyyəti haqqında xeyli
məlumatlar verilmişdir. Məsələnin qoyuluşu özüözlüyündə çox
yaxşıdır. Bütövlükdə bu yazıdakı məlumatları alqışlayır və bəzi
aydınlıqlar gətirməyi ozümüzə vətəndaşlıq borcu hesab etdik.
Deyilən mənbədə Sultan bəyin kəndinin adına yanaşma istiqaməti
pis olmasa da, reallığı tam əks etdirmir. Əvvəla onu deyək ki,
Sovetlər dönəmində Qurdgəzi kəndinin adı “Kürdhacı” kimi
göstərilmişdir. Z.Nəbibəyli özünün “Zəngəzurun altun tacı Laçın
kitabında göstərir ki, “... heyvandarlıqla məşğul olan qədim türk
tayfaları həm yaylağa gedəndə və həm də yaylaqdan qayıdanda bu-
rada müvəqqəti yurd salardılar. Yaylaq yolları üstündə çox əlverişli
coğrafi məkanda yerləşdiyindən çalışardılarki Qurdgəziyə 1ci çat-
sınlar, heyvanlarını buranın təbii yemi ilə 1ci yedizdirsinlər, son-
ra yaylağa çıxsınlar. At yəhərinə oxşar dağlar arasındakı bu alçaq
yerin ətəyində məskən salan maldarlar mütləq ocaq çatıb od yan-
dırmalı idilər. Bu yolla onlar qoyunquzunu özlərindən yuxarıdaki
gəzdə məskən salan qurdlardan (canavarlardan) xilas edə bilirdilər.
Qaranlıq olsa idi qurdlar heyvanlara hücum edib boğub atardılar.
Ocaq yandırmağın əsas mənası bu idi. Təpənin, dağın ortası iki
tərəfdən açıq, digər iki tərəfi hündür olan yerlərə gəz deyirlər,
ağacı gəzləmək, kotanın boyunduruğunda, onun samısında və
digər işlərdə belə gəzləmə əməliyyatı aparardılar. Qurdgəzidə isə
dediyimiz kimi qurdlar gəzdən işıq olanda aşağı düşüb ov edə
bilmədiklərindən orada ulaşırdılar. Bu səbəbdən də buranı qurdgəzi
deyə çağırmışlar. Burada ilk məskunlaşan ailə əslən indiki füzuli
bölgəsindən olan türk mənşəlidir, XIX əsrin ortalarında daimi ya-
şayış yerinə çevrilmişdir. Lakin sonralar buraya Ərikli, Büləvli,
Qarasaqqal, Naxçıvan, Qarakilsə (Sisyan) bölgələrindən gələnlər
də olmuş və hazırda hamısının adı Qurdgəzili çağrılır.”
Sultan bəy və Xosrov bəy qardaşları
92
Sultan bəyin babası çalvadar Murad isə Ərikli kəndində
məskunlaşan Cənubi Azərbaycandan gəlmiş bir türk əsilli səcə
rədəndir. Pənahəli xanla bu nəslin heç bir yaxın ünsiyyəti olmayıb
və ayrıayrı əsrin insanlarıdırlar. Qurgəzi kəndinin və onun ətraf
kəndlərinin əhalisi bu sözü yerli şivəyə uyğun səsləndirmişlər
Qurdqaji.
Təbii ki, Qurdqaji şifahi səslənmə olduğu halda, yazılışda bu
söz öz həqiqi adında – Qurdgəzi şəklində olmalıdır.
Ensiklopedik lüğətdə çox düzgün olaraq göstərilir ki, “ qədim
dövrlərdə türkləri qurd adlandırmışlar. Əbülqasım Firdovsi isə öz
dövründə türklərin yaşadığı ölkəni “Qurdlar ölkəsi” adlandırmış-
dır. Beləliklə, lap qədimdən qurd türk millətinin onqonu sayıl-
mışdır. Türkdilli xalqlar arasında qurd sözü bildiyimiz kimi igid,
mərd, qoçaq, ərən mənasında işlənib. Bu söz bizim dilimizdə
öz mənasını bu günə qədər də saxlamaqdadır. Bu kəndin adı-
nın Qurdqaji (Qurdgəzi) olduğunu sübut edən sənəd Respubli-
ka Dövlət tarix arxivində 123cü fondun 7saylı işin 155169cu
səhifələrində özünü qoruyub saxlayır. Bu qeydiyyat 1848ci ildə
qeydə alınmışdır”.
Onu da qeyd edək ki, bütün Laçın, Zəngəzur bölgəsində oldu-
ğu kimi, Qurdgəzi kəndi ətrafında da Azərbaycanın Alban dövləti
dövrünə aid qədim abidələr və kimsələr (kilsələr) mövcud idi. Bu-
rada hətta atəşpərəstlik dövrünə, orta əsir mədəniyyətinə aid də
abidələr var idi. Sultan bəyin təmsil olunduğu Hacisamlı kəndinin
adı isə qədim türk tayfalarından olan samlılarla əlaqəlidir. Sultan
bəyin şəxsi mülkü (aran evi) isə Qurdgəzidən bir neçə kilometr aşa-
ğı Şəlvəçay axarındadır. Bütün fərqlərə baxmayaraq Sultan bəyin
atası Paşa bəyin məzarı Qurdgəzi qəbiristanlığında idi. Sultan bəyin
təhsili ilə əlaqədar qeydlərin bəziləri ayrıayrı müəlliflər tərəfindən
fərqli mülahizələrlə yazılıb və reallıqdan kənarları xeylidir.
Qafan mis mədənləri, Bərguşad çayının axarı boyu inkişaf etmiş
kənd təsərrüfatının Sultan bəyə məxsusluğunun da heç bir tarixi kökləri
yoxdur. Deyilən təsərrüfatlar başqabaşqa bəylərə, mülkədarlara
mənsubdur və bu haqda kifayət qədər tarixi sənədlər mövcuddur.
Sultan bəydən bəzi dəqiqləmələr
93
Bəziləri bəy dedikdə ilk öncə dünyanın ona mənsubluğunu güman
edirlər. Sultan bəyin ünvanına qeyri düzgün məlumatlar aid etmək,
heç də ona xüsusi qayğının nəticəsi hesab edilməməlidir. Əksinə, ona
xələl gətirən fikirlərdir. Yaxud, hansısa yaylaqdakı mülk məsələsi
də bu işlərin mahiyyətini, o bölgəni tanımamağın, bilməməyin
məhsuludur. Adəti üzrə heç bir yaylaqda mülk salınmır, xüsusəndə
kiçik Qafqazda, onun Çalbayır yaylağında.
Bu yaylağında Sultan bəyə mənsubiyyəti yoxdur. Ora ancaq
ən çoxu yayın üç isti aylarında heyvanatı təbii yemlə təmin etmək
üçündür və maldarlar da alançıqlarda yaşıyardılar. Çünki onlar
yaylaqda da bir hissəni otardıqdan sonra, başqa sahəyə köçməli
olduqlarından daimi yaşayış mülkləri salmağa ehtiyac qalmır.
Minkənd, Sadınlar, Hacılar, Farmaştəpə bölgəsində ermənilərlə
döyüşlər əsasən 19021907ci illəri əhatə edir. O dövrdə Yuxarı
Qarabağın, Zəngəzurun, indi Laçın bölgəsi adlanan torpaqların
müdafiəsinə rəhbərliyi əsasən Şuşada şəhid olmuş İbrahim bəy et-
mişdir. Onun ətrafında çox da böyük olmayan, lakin hamısı bəyliyi
təmsil edən insanlar olmuşlar. Bu insanlar gündəlik silah gəzdirən
olmaqla, silahdan istifadəni gözəl bilirdilər. Bu insanlardan Alı
bəy, Məhəmmədhəsən bəy, Ağakişi bəy, Bağır bəy, Cabbar bəy,
Həsən bəy, Paşa bəy, Əbdülləzim bəy, Nəbi bəy, Rüstəm bəy, Ağa
bəy, Şahverdi bəy, Əbil bəy, Cavad bəy, Əli bəy, Əvil bəy, Mikayıl
bəy, Cəfərqulu bəy, və s. döyüşçülərin adı məlumdur.
Laçının qərbində sonralar 19141918ci illər arasında arasıra
ermənimüsəlman döyüşləri lokanik xarakterli olmuş və yerli əhali
ermənilərin cavabını mərdliklə vermışlər. 1918ci ilin yayın sonu
və payızda Cənubi Zəngəzurda çox dəhşətli erməni müsəlman
döyüşləri olmuş, bu bölgənin bütün silahı olanlar döyüşə qoşul-
muşlar və Naxçıvanda, Qərbi Azərbaycanda, Qarabağ və Yuxarı
Qarabağda böyük hünərlər göstərən insanlar olmuşlar. Bu haqda
AXC hökməti komisiyasından geniş və dəqiq məlumatlar arxivdə
saxlanılır. Sultan bəy isə daha tədbirli el ağsaqqallarının, qardaşı
Xosrov bəyin fikirləri ilə uzlaşan siyasət yürütmüş, gücləri nəzərə
alaraq özünü müdafiəyə daha çox üstünlük vermişdir.
Sultan bəy və Xosrov bəy qardaşları
94
Bu isə öz bəhrəsini vermiş, kiçik güclə böyük qüvvəyə və bö-
yük məkrə qalib gəlməklə nəticələnmişdir. Burada, artıq Sultan
bəy hamıdan qabaqdadır, hamıdan üstündür.
1920ci ildən sonra Sultan bəy sovet hökümətini təmsil edən
adi insanlarla deyil, hətta bəy səcərələri olan və sovetləri təmsil
edən insanları ilə də öz hüquqlarını bərpa edə bilməmişdi. Əsas
səbəb isə Sultan bəyin bəy olması və sovetlərin məqsədi isə bəyləri,
seyidləri, mülkədarları və s. bir sinif kimi məhv etməsi zərurəti ol-
muşdu. Bolşeviklər Sultan bəyə qohum olan bir nəfəri ələ almaq-
la onu yaralamışlar. Bəzilərinin yazdığı Hacısamlının “Gorgahat”
yox, Göykaha daxilində Sultan bəy üç gün qalmış, sonra onu La-
ladağda hər kəsin gedə və girə bilməyəcəyi kahaya aparmışlar. O,
burada sağalana yaxın uzandığı yerin yanına kahanın daxili damın-
dan bir qaya düşdükdən sonra bu sözləri söyləmişdi:
Mən aşiqəm yarğana
Yar sözünü yar qana
Dünyaya sığmaz başım
Sığınıbdır yarğana
Sultan bəy bu hadisədən çox ruhlanmış və demişdir ki,
“... Allah mənimlədir, mənə daha ölüm yoxdur, hazırlaşın – biz
burdan getməliyik.” Bu ifadəni onu yola salan və Arazdan keçirən,
əslən Haxnəzərdən olan Sultan bəyin dostunun oğlu söyləmişdir.
Sultan bəyin məhvinin əsas təşkilatçıları ermənilər idi.
Ermənilər bu işi Moskvadan təşkil edir və Moskva Bakıya göstəriş
deyil, öz əmrlərini qətiyyətlə bildirirdilər.
Başqa bir məqam isə digər qeyd barəsindədir. Yazırlar ki,
“Sultan bəy vətəndən, doğma yurddan ayrılarkən Qurdgəzi kəndi
nin ərazisində ən uca zirvə, “Qarapalçıq” adlanan dağın zirvəsinə
qalxır, oradan Qırxqız yaylaqlarını, dağları son dəfə seyr edir və
bir neçə bayatı çağırır.
Qeyd edək ki, deyilənlər həqiqətə uyğun deyil və mümkün də
deyildir. Sultan bəy Aran otağında yaralanandan sonra bir daha bu-
Sultan bəydən bəzi dəqiqləmələr
95
raya dönməmişdir. Burada deyilən dağın adı düz deyil və oradan
da Qırxqız yaylaqları görünmür. Bayatıya gəldikdə isə o, həqiqətən
bayatı demişdir. Lakin, o, aşağıdakı bayatını Araz çayını keçərkən
arxa tərəfə göz gəzdirib demiş və Arazı keçmişdi.
Mən aşiq dolan gözüm,
Dol gözüm, dolan gözüm.
Gedərsən qayıtmazsan,
Vətəni dolan gözüm.
1923ci ildə Qars Vilayətinin Köçqoy kəndində Sultan bəyə
mülk və malikanə verilməsi də həqiqətləri əks etdirmir. Avropada
Xosrov bəylə bir neçə dəfə görüşən və geniş söhbətlər aparan, həm
də qohumluq əlaqələri olan İsrafil bəyin dediklərinə görə Sultan
bəy Azərbaycanı tərk edərkən özü ilə xeyli qızıl da aparmışdı və
Köçqoydakı bütün təsərrüfatları özü almış, kimliyini uzun müddət
heç kimə bildirməmişdi.
Bir məsələni də xatırlatmaq gərəklidir. Belə ki, Qars vilayəti
və onun Köçqoy kəndi Azərbaycan torpaqlarıdır, tarixin müxtəlif
dönəmlərində ya Osmanlı türklərində, yaxud Azərbaycan türkləri
dövlətinə tabe olmuşdur. Odur ki, bu yerlərdə Azərbaycanın müx
tə lif bölgələrindən, xüsusən də Yuxarı QarabağdanZəngəzurdan
olanlar çox idi. Deyilən məsələ də Sultan bəyə məlum idi. Elə bu
səbəbdən də Sultan bəy Qarsı seçmişdi.
Həqiqət və ədalət xatirinə deməliyik ki, bəzi yazılarda Sul-
tan bəyin yağpendir zavodu tikdirməsini yazırlar. Əlbətdə bu
da həqiqətləri əks etdirmir. Sultan bəy bizim günümüzdə dərk
etdiyimiz uyğun yağpendir zavodunu heç yaxına da buraxmaz-
dı və həmin yağpendiri heç kim almazdı. XIX əsrin sonu, XX
əsrin əvvəllərində bütün Azərbaycanda, onun Yuxarı Qarabağ
bölgəsində islamın təsiri güclü idi və bu cür işlərdə Qarabağın ta-
rixi təcrübəsi də Avropadan çoxçox qədim və həm də yerli şəraitə
uyğun idi. Sultan bəy istehsal etdiyi yağı, pendiri heç bir vasitə ilə
heç bir yerə aparmırdı. Yuxarı Qarabağda, Zəngəzurda, onun Laçın
Sultan bəy və Xosrov bəy qardaşları
96
bölgəsində, Qərbi Azərbaycanda, Dilican dərəsində, Borçalıda və
s. yerlərimizdə belə bir qayda var idi. Aran bölgələrimizdən, ticarət
daha çox inkişaf etmiş şəhərlərdən dağ yerlərində insanların tələb
etdiyi malmaterialları aparıb satar, qalanlarını isə dosttanışlarının
evlərində qoyardılar. Mallar, materiallar puldan çox yağla, pendirlə,
balla, yunla, keçə ilə və s. dəyişdirilərdi. Dağ yerlərindən əldə edil-
miş yağ, pendir, bal və s. şəhərlərə, aran bölgələrə gətirilərək, aldıq-
ları qiymətdən baha qiymətə satılar və ikiqat gəlir əldə edərdilər.
Digər bir məsələ isə Paşa bəyin Alıqulu kəndini ermənilərdən
azad etməsi məsələsidir. Əvvəla bu kəndin yaranması Alıməmməd
bəyin adı ilə bağlıdır. Zəngəzur sultanı Murtuza bəyin nəvəsi olan
Alıməmməd bəy bu kəndin yaradıcısıdır, kəndətrafı torpaqların
xeylisi onun şəxsi mülkü olmuşdur. Alıməmməd bəy Zəngəzurun
müxtəlif yerlərində çoxlu torpaq, mülk, digər təsərrüfat sahi-
bi olmuşdu. Onun özünün Alıqulu kəndi ilə üzbəüz, çox yaxın-
dakı güneydə də mülki var idi. Özünü və ətrafdakı ailələrə yar-
dım məqsədilə özünün iş yeri olan Gorusdan bir nəfər Stepan
adında dəmirçi erməni gətirmiş və həmin erməniyə Alının qulu
deyərmişlər. Bu səbəbdən də bu yurdun əsl adı Yalyeri olsa da
Alıqulu adı formalaşmış və ermənilər burada bir neçə ailə yarada
bilmişlər. Alməmməd bəy dünyasını dəyişdikdən sonra Zəngəzu
run rəhbərliyinə onun qardaşı oğlu, çox təhsilli, dünyagörüşlü,
Şeyx Şamillə dostluq etmiş Cəbrayıl bəy gəlmişdir. Ermənilər
adəti üzrə bir neçə nəfər bir yerə toplandıqda çörək verənlərinə
qarşı xəyanət əməllərini burada da həyata keçirmək, yerli əhalini,
torpaq sahiblərini buradan qovmaq istəmişlər. Xəyanətə dözməyən
kənd sahibləri Cəbrayıl bəyin rəhbərliyi ilə erməniləri Alıqulu
kəndindən sıxışdırıb çıxarmışlar.
Bəzi müəlliflər isə 1918ci ildə Sultan bəyin Andronikin silahlı
döyüşçülərinin silahlı milis bölmələrinin köməyi ilə məhv etdiyini
yazırlar. Bu fikir də səmadan götürülmədi. Əvvəla milis bölmələri
ümumiyyətlə yox idi. Olan milislərdə qəza milis rəislərinə tabe idi lər.
Laçında isə belə bir qurum ayrılıqda yox idi. Sultan bəy sırf laçınlı
insanların hesabına Andranikin cavabını verməyə nail olmuşdu.
Sultan bəydən bəzi dəqiqləmələr
97
Sultan bəyin, Xosrov bəyin və digər vətənpərvər insanlarımızın
növbəti çətinliyi Rusiya bolşeviklərinin 1920ci ildə Azərbaycanı
işğal etməsi və millətin öncüllərinin məhvi, cürbəcür ittihamların
irəli sürülməsi idi.
Həmin günlərdə də N.Nərimanovun sərt mövqeyinə və bəzi
məqamlarda dirəniş göstərməsinə baxmayaraq Sovet Rusiyası Xalq
Xarici İşlər Komissarlığı tərəfindən müəyyən edilən Azərbaycanın
gözdən salınması siyasətinə üstünlük verdi. 1920ci ilin 20 iyulun
da N.Nərimanova göndərdiyi təcili diplomatik teleqramda Çiçe-
rin hikkəli formada yazırdı: “İndiyə qədər nə siz, nə də oradakı
kommunistlər bizə izah edə bilirsiniz ki, nə üçün Rusiya qoşunla-
rının Qarabağı və Zəngəzuru tutmasının əleyhinə siz nə üçün bu
ərazilərin Azərbaycana birləşdirilməsini dönmədən tələb edirsiniz.
Biz Ermənistanla işlərimizi qaydaya qoymalıyıq. Türkiyə bizə qar-
şı çevrildiyi təqdirdə hətta daşnaq Ermənistanı belə türk hücumuna
qarşı bizim ön istehkamımız, forpostumuz olacaq”.
Göründüyü kimi tarixin istənilən dönəmində ruslar ermənilə
rin tərəfini saxlamış, onlara üstünlük vermiş və erməniləri Azər
baycana, Türkiyəyə qarşı qoymuşlar, Azərbaycanın adlısanlı
adam larına qeyri türk adlarını peyvənd etməyə cəhd göstərmişlər,
Azərbaycan türkü adını qəbul etməmişlər.
Sultan bəyi ruslar və ermənilər XX əsrin əvvəllərində bir
xalq düşməni türk kimi qələmə verdikləri halda, sonralar tatar,
müsəlman və nəhayət kürd deməklə nöqtə qoymuşlar. Bu təbliğata
uyan bəzi insanlar isə Sultan bəylə yanaşı, digər, cəmiyyətdə nüfuz
sahibi olanları da türk kimi görmək istəməmişlər, baxmayaraq ki,
kürdlərin də qədim kökü Qurd türk tayfaları ilə bağlıdır.
Z.Nəbibəyli özünün “Zəngəzurun altun tacı Laçın” kitabında
yazır: “Azərbaycanı istəməyən ermənilər və bəzi kürd əsilli lakin
tarixi bilməyənlər ermənidən eşitdiyi fikirləri təkrar etmişlər. Bun-
lardan biri də rəhmətlik Şamil Əsgərovdur ki, Qurdgəzi kəndinin
yaxınlığında Sultan bəy Sultanovun mülkü olduğundan onu da
kürd kimi başa düşmüşdür. Onun bu fikrinə etirazını bildirən
Məcid bəy Bülövlüklü dostluq etdiyi Şamil Əsgərova şeirlə sərt
Sultan bəy və Xosrov bəy qardaşları
98
cavab vermişdir və əslində Sultan bəy əslən Qurdgəzi kəndindən
deyil. Həmin şeirdən qısa nümünə:
Zəngəzur qartalı o sultan bəydir,
Sultana kürd demək qəlblərə dəydi.
Səni doğru yoldan söylə, kim əydi?
Vallahi kürd deyil Sultan, ay Şamil,
Çox yaman bəladır böhtan, ay şamil.
Lənət olsun nifaqi ortalığa atana,
Lənət olsun yuxuda igidliyə çatana,
Lənət olsun ortalığa şər atıb, şər qatana,
Lənətə düçar olsun birdə Şeytan, ay Şamil!!
“Yaxşı” eksponatdı, qoy müzeyə qəzeti,
Azərbaycan öyrənsin belə bir “həqiqəti”,
Kimdir düşmən eyləyən iki qardaş milləti?
Görmürsənmi dağlarda belə tufan, ay şamil.
Türk dillidir, kürd deyil, bəydi Sultan, ay Şamil.
Sağalmaz bir yaradır açıq böhtan, ay Şamil!”
Bolşeviklərin Azərbaycanı işğalının ilk günlərində ermənilər
Zəngəzur əhalisinin əsasən ermənilərdən və bir az da kürdlərdən
ibarət olduğunu bəhanə edərək onun Ermənistana birləşdirilməsini
tələb edirdilər.
N.Nərimanovun Zəngəzurun və Naxçıvanın Ermənistana
verilməsini bəyan edəndən (1923cü ildə N.Nərimanovun Leninə
yazdığı məktubda öz səhvini etiraf etmişdi) iki gün sonra, 1920
ci ilin 2 dekabırında Gümrü müqaviləsinə alternativ kimi imza-
lanan RusiyaErmənistan hərbisiyasi müqaviləsində Zəngəzur
qəzasının Ermənistanın tərkibinə keçdiyi tanınırdı. Hansı ki, in-
qilab astanasında rusların keçirdiyi əhali sayına görə Zəngəzur
qəzasında 123095 nəfər müsəlman (yəni türk), 99257 nəfər erməni
yaşayırdı.
Sultan bəydən bəzi dəqiqləmələr
99
Zəngəzurun bir hissəsinin Ermənistana verilməsindən sonra
Qarabağ və Zəngəzurun fövqəladə komissarı Şamil Mahmudbəyov
24 dekabrda Nərimanova göndərdiyi və onun tapşırığı ilə surəti
Orconikidzeyə (Azəzrbaycanın qatı düşmənlərindən biri) gön
dərilən məruzəsində yazırdı: “4 sahədən ibarət olan Aşağı Zəngə
zurun nümayəndələri mənim yanıma gələrək Azərbaycan Sovet
hakimiyyətinin idarəçiliyində qalmaq istədiklərini qəti olaraq
bildirirlər. Əgər onların təklifi nəzərə alınmazsa, onlar xahiş edirlər
ki, bu əhalinin hara köçürüləcəyi yer müəyyənləşdirilsin”
Şamil Mahmudbəyov 1920il 30 dekabrda N.Nərimanova və
Həmid Sultanova göndərdiyi növbəti məktubunda Zəngəzurda
Sultan bəydən, Xosrov bəydən sonra erməni daşnakların dahada
fəallaşdıqlarını söyləyir və qeyd edir ki, əgər Mərkəz (Moskva)
siyasi mənada bu diyarda hər şeyin uğurlu olacağına əmin olub yüz
verstlərlə sahədən orduları çıxarırsa, onda bizim özümüzə icazə
versin Qarabağ və Zəngəzuru gözlənilməz hücumlardan qorumaq
üçün öz qüvvələrimizi səfərbər edək. O, əlavə edir ki, biz bunu
mümkün və zəruri hesab edirik.
1921ci ilin 15 fevralında Ş.Mahmudbəyov 24 dekabr məru
zəsinə əlavə olaraq N.Nərimanov, Həmid Sultanov və Əliheydər
Qarayevin adına məlumat göndərir. O, daşnakların daha da az-
ğınlaşdığını yazır, Qarabağın və Zəngəzurun müsəlman əhalisini
erməni taranlarından qorumaq üçün Bakıdan yardım istəyirdi. O,
təklif edir ki, Qarabağ və Zəngəzurda böyük nüfuzu olan Sultan
bəyin imkanlarından istifadə etmək lazımdır. Bunun yeganə yo-
lunu isə o, əvvəl Qarabağ və Zəngəzurun generalqubernatoru
olmuş, azərbaycanlı əhalinin erməni qırğınlarından qorunmasın-
da müstəsna rol oynamış, ermənilərin təkidi ilə həbs edilmiş Xos-
rov bəy Sultanovun həbsdən azad olunmasında görürdü. Hətta,
Ş. Mahmudbəyov məlumatın sonuna öz əl yazısı ilə əlavə etmişdir
ki, “Xosrov bəy Sultanov azad ediləcəyi təqdirdə onun loyallığı və
etibarlığına şəxsən cavabdeh olacaq, onun bütün hərəkətləri üçün
məsuliyyəti öz üzərinə götürəcək”
Sultan bəy və Xosrov bəy qardaşları
100
Göründüyü kimi, tarixən ermənilər ruslarla, digər xristianlar-
la, türk dünyasını istəməyən istənilən qüvvələrlə birləşərək Azər
baycanı məhv etməyi qarşılarına məqsəd qoymuşlar və bu siyasət
hazırda da davam etməkdədir. Azərbaycanın çıxışı sıx milli birlik
yaratmaqla öz doğma torpaqlarını azad etməyə nail olmaqdır.
Gəlin payız buludları kimi boşboş guruldamayaq....
|