ƏCNƏBİ DİLLƏRLƏ ORTAQ FELLƏRİMİZ
Rəxşanə BABAZADƏ
AMEA , İ.Nəsimi ad. Dilçilik İnstitutu
rbabazade.14@gmail.com
AZƏRBAYCAN
Fel dilimizin milli orijinallığını, ən qədim ünsürlərini başqa nitq hissələrinə nisbətən da-
ha yaxşı mühafizə edib saxlayır. Azərbaycan dilindəki birhecalı fellərin içərisində bir dənə də
olsun alınma söz yoxdur, bunlar xalis türk, o cümlədən Azərbaycan sözüdür. İkihecalı sadə
fellərdə də vəziyyət, əsasən, birhecalı fellərdə olduğu kimidir. Lakin bu fellər tarixən ya
şəkilçi ilə, ya da söz kökünə (və ya əsasına) başqa bir sözün birləşməsi ilə əmələ gəldiyindən
felin tərkibində alınma söz və ya onun ünsürü ola bilər. Nəinki fellər, hətta fel düzəldən şəkil-
çilərin içərisində də alınma olanı yoxdur, bunların hamısı türk dilinin özünəməxsus şəkilçi-
ləridir. Dilimizin tarixini, lüğət tərkibindəki sözlərimizin tarixini müəyyənləşdirərkən felləri
araşdırmaq, fellərin qatlarını aça-aça qədim izləri aşkar etmək zəruridir. Fellərdəki çoxmənalı-
lıq, onda məskən salan hər bir məna neçə-neçə əsrlərin yadigarıdır. Fellərin lüğət tərkibində
yer tutumu az olsa da, məna tutumu çoxdur. Bunun əsas səbəbi odur ki, türk dillərində olan
fellərin, xüsusən sadə fellərin yaranma tarixi çox-çox qədimdir. Hər bir sözdə, o cümlədən hər
bir feldə yeni bir mənanın əmələ gəlməsi üçün əsrlərlə vaxt tələb olunur. Bu baxımdan
təsəvvür etmək çətin deyildir ki, türk dilinin, o cümlədən Azərbaycan dilinin tarixi, bu dildəki
fellərin tarixi hansı dövrlərə gedib çıxır.
Fellərimiz dilimizin qədim sözlərini, qədim səslərini müəyyənləşdirməyə, ayrı-ayrı dövr-
lərdə türk millətinin, o cümlədən Azərbaycan xalqının etnik tərkibində, fizioloji quruluşunda,
danışıq üzvlərində baş verən dəyişikliyi öyrənməyə, hansı tayfanın, hansı xalqın nümayəndə-
ləri ilə qaynayıb-qarışdığını dəqiqləşdirməyə kömək göstərir (Həsən Mirzəyev "Azərbaycan
dilində fel", Bakı,1986, səh.14-22).
Fellər (sadə) dilimizin özünəməxsusluğunu, saflığını, qədimliyini göstərən sözlərdir.
Fərqli dillərdə ortaq sözlərin işlənməsi, sözlərin dildən-dilə keçməsi təbii haldır, eləcə də,
əcnəbi dillərdə xeyli türk mənşəli sözlər (isim, sifət) göstərə bilərik. Lakin əcnəbi dillərdə
qədim türk felləri ilə, hətta qoşma və bağlayıcılarla açıq (əyani) və ya gizli (təsadüfi)
bənzərliklər gördükdə və ya eşitdikdə təəccüblənməmək mümkün deyil. Nümunələrin sayı
artdıqca istər-istəməz daha da maraqlanır və araşdırmağa başlayırsan. Üstəlik, bu sözlərin
ümumiyyətlə, fikrin ifadəsi üçün ehtiyac duyulan ilk sözlər olduğunu və əcnəbi dillərdə də
qədim köklərə sahib olduğunu gördükdə (necə ki, qohumluq bildirən sözlər və əvəzliklər
bütün dillərdə, demək olar ki, eynidir) "Babil əfsanəsi"nin həqiqət olduğu qənaətinə gəlirsən.
Fikrimizi bir neçə nümunə ilə əsaslandırmağa çalışacıq:
1.Fellər (qeyd edək ki, ispan, italyan və fransız fellərindəki "-ar,-er,-ir,-re,-are" kimi
sonluqlar məsdər şəkilçisidir):
De(mək) // söy(ləmək) ispanca: decir [desir]- demək. İndiki zaman üzrə təsrifi:
"digo, dices, dice, decimos, decis, dicen" /əmr: "di me!"- de mənə! /danışıqda: [di mə:]; decid!
- deyin!); italyan və fransız dillərində: dire; ingilis dilində: say [sey]- söyləmək, demək;
(dictate, диктовать - imla demək, yazdırmaq və s.);
İr(mək) // Var(maq) ispanca: ir -getmək. İndiki zamanda təsrifi: "voy, vas, va, vamos,
vais, van"-dır ki, diqqət etsək, bu fel "varmaq" felini xatırladır. Hətta qeyd edək ki, dilimizdə-
ki v
b əvəzlənməsi bu dildə cari şəkildə görünməkdədir, daha doğrusu, bu hərflərin tələffüzü
bir-birinə çox yaxındır. Məsələn, sadalananlar "v" ilə yazılsa da, tələffüzdə daha çox [be] eşi-
dilir.
Tox(unmaq) tocar [tokar] (isp.), toccare [tokkare] (it.), touch(er) [tuş] (fr.), touch
[taç] (ing.) və s.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
896
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Dur(maq) ispan dilində: durar - davam etmək, hələ də var olmaq mənasında durmaq
(məs.: "filankəs və ya filan şey hələ də durur", yəni salamatdır, yaşayır), duro - sabit, sıx, sərt,
qatı və s.
Haq(lamaq) ingiliscə: hug [h q]- bərk-bərk qucaqlamaq, haqlamaq;
İnci(mək) ingiliscə: injure [ ind ə]- incitmək, yaralamaq;
Çey(nəmək) ingiliscə: chew [çyu:]- çeynəmək;
Bil(mək) ispan, italyan, fransız və ingilis dillərində cüzi fərqlə: ability [ə biliti]-
bacarıq, able -bilən, bacarıqlı, be able to -edə bilmək. Məs.: comprensible//comprensibile
//compréhensible//understandable -anlaşıla bilən, probable//probabile, posible//possible //pos-
sibile -mümkün, ola bilən və s.;
Ye(mək) rusca: есть [yest]- yemək; еда [yeda]- qida, yemək; əmr: ешь [yeş] - ye!
ешьте [yeşte]- yeyin!
Gəl(mək) hind dilində:
चलो[d əlo]- gəl!
Təsadüfi bənzərliklərə, yəni sözün təsrif olunmuş forması ilə bənzərliklərə daha çox
ərəb dilində rast gəlinir. Məsələn, istə(mək)- ərəb dilinin qrammatikasında "istif al" babı bə-
zən feli istəmək, tələb etmək üçün işlənir. Məsələn, istiğfar -bağışlanmasını istəmə, istimhal –
möhlət istəmə, istiman, istimdad -aman, imdad istəmə və s; qıs(maq)- رﺎﺼﻗ [qısar] (qısa-
lar, ﺮﻴﺼﻗ [qasır]-ın cəmi); iclis!- əyləş! və s.
-ma
2
inkarlıq şəkilçisi: ərəb dilində "ma" (nə) sözü omonim səciyyəli olub, həm də
felin qarşısında işləndikdə felin inkarını bildirir, məsələn:
ُﺖﺒﺘﮐ ﺎَﻣ [ma kətəbtu]- yazmadım;
ُﺮُﺼﻨَﻳ
ﺎَﻣ
[ ma yənsuru]- kömək et məyir və s.
2.Qoşma və bağlayıcılar:
a)
kimi: como //come //comme- 1.necə, 2.kimi (como tu //come te //comme vous-
sənin kimi və s.)
b) ki: que //che [ke] //que [kö]- 1.nə; 2.ki, hansıki ("Quiero que ..."- İstəyirəm ki, ...;
"Hace tres dias que ..."- Üç gündür ki, ...; "Conozco al ingeniero Lopez, que ..."- Mühəndis
Lopezi tanıyıram ki, (hansıki) ... və s.)
c)
nə _nə (də)_: né_né_ (it.); ни_ни_(rus); ni_ni_(isp.,fr.); neither_nor_[nayzə_
no_] (ing.); [lə _lə _] (ə.).
İnanıram ki, məqsədyönlü araşdırma aparılsa, nümunələrin sayı daha da artacaqdır.
MÜASİR PUBLİSİSTİKADA NİTQ MƏDƏNİYYƏTİ
(RADİO VƏ TELEVİZİYA ƏSASINDA)
Aysel KƏRIMLI
Bakı Slavyan Universiteti
elvin088@inbox.ru
AZƏRBAYCAN
Bu gün ədəbi dilin zənginləşməsində nitq mədəniyyəti problemi daha çox publisistik
üslubun üzərinə düşür. Prosesin bu istiqamətdə getməsi bizi kütləvi informasiya vasitələrinin
dilinə daha diqqətli yanaşmağa, dil normalarının bu şəkildə pozulmasının qarşısını almaq məq-
sədilə müəyyən tədbirlər görməyə vadar edir. Dilin bütün səviyyələrində normanın pozulması
hallarına da təsadüf
olunur.
Fonetik səviyyədə də qüsurlar yox deyil. AzTv telekompaniyası: Əvvəlcədən qeyd etmək
lazımdır ki, bu televiziya kanalı ölkəmizdə ən çox müsbət ənənələri və peşəkar kadrları olan
bir televiziya şirkətidir. Özündə üç telekanal Aztv, Mədəniyyət və İdman Azərbaycan, iki radio
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
897
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
efiri – Azərbaycan radiosu və Araz FM-i ehtiva edir. Dil etibarı ilə bu kanallar daha ciddi və
bir qədər konservativ olduqlarına görə burada bir o qədər də pozuntulara rast gəlmirik. Lakin
yenə də bəzi nöqsanlarla rastlaşdıq. Məsələn: aparıcıların və diktorların bəziləri danışarkən
danışığında Anadolu türkcəsinin təsiri hiss olunur, bundan başqa: 06.09.13-cü il növbəti veri-
lişlərin birində aparıcı “gəlmərik”, “demərik” sözlərinin əvəzinə “gəlməzik”, “deməzik” fellə-
rini işlədir və həmin verilişdə digər sarmalar da nəzərə çarpır. “İdman” kanalında 19.09.13-cü
il saat 12
00
-da efirə gedən verilişdə futbol şərhçisi tez-tez “və” elementi ilə cümləni başlayır, o
cümlədən “mənim üçün” birləşməsinin əvəzinə “məyi üçün” ifadəsini işlədir.Məsələn, o tipli
tərcümələrdə “amma” əvəzinə “ama”, “onlar” əvəzinə “ollar” və s. formalardan istifadə olu-
nur. Azərbaycan Dövlət televiziya və radio verilişləri müəssisəsində hazırlanan və efirə gedən
verilişlərdə ən çox nəzər-diqqəti çəkən qüsurlardan biri də vurğunun yerində işlədilməməsidir.
Belə ki, əsasən xarici filmləri səsləndirən aktyorlar və diktorlar, o cümlədən veriliş aparıcıları
bir çox əcnəbi sözləri səsləndirərkən vurğudan düzgün istifadə etmirlər. Bu hal özünü Asiya,
Amerika, Suriya, Monteneqra, konfrans, Atlantika, Suveyş və s. kimi sözlərin tələffüzü zama-
nı daha çox göstərir. Buraya, əsasən, opfoepiya –vurğu və intonasiya məsələləri də daxildir.
Məs: Carçı 12.09. 2013 12:01-Fotoqrıfın - fotoqrafın olmalı idi (orfoepik); Titr – Bakıda oğur
luq edən qaynana və iki gəlini tutulub. 07.09.2013/ “Hər gün” 20:20(orfoqrafik); “Xəbərlər”
– Sultanə – 09.09.2013 – 20:00 – Nümayəndə heyəti ölkədə ... Milli Şúrada[şuradá] cəmləşmiş
müxalifət partiyalarının təmsilçiləri ilə görüşlər keçirəcəylər [keçirəcəx'lər](vurğu pozuntusu).
İstər yazılı, istərsə də şifahi nitqdə ilk diqqət çəkən məqam leksik norma ilə bağlı olur.
Misal üçün, bu gün sadə xalq danışıq dilində uje, fsyo, prosta, vapşe, zdani, krısa, krışa,
veş, aqoşka, peç, marojna, sok, kariçni, seri, rozıvi, astanovka, peşkom və s. sözlər eşidi-
rik. Aparıcıların da dilində, tamaşaçılar tərəfindən başa düşülən konflikt, kontrol, tendensi-
ya, kriteri, emosiya, simvol, rezerv, xarakter (daşımaq ), skandal, nol və s. kimi varvarizm
sözlər işlədilir. Dilimizin lüğət tərkibində yüz illərlə işlədilmiş, “vətəndaşlıq” qazanmış ərəb
mənşəli münaqişə, nəzarət, meyl, meyar, ehtiras, rəmz, ehtiyatlar, səciyyə (daşımaq), azərb.
qalmaqal, sıfır sözləri olduğu halda, bu sözləri işlətmək - dili yükləmək, qarışıqlıq yarat-
maqdan başqa bir şey
deyildir.
Sintaktik səviyyədə aktual məsələlərdən biri də cümlədə söz sırasıdır. Söz sırasının də-
yişməsi cümlədə ifadə olunan fikri təhrif etmiş olur. Məs: “Milli raketdən müdafiə sistemi”.
Düzgün variant belə olmalı idi : “Raketdən milli müdafiə sistemi”. Dilimizin qrammatik qay-
dalarına görə müəyyən, yaxud qeyri-müəyyən say olan yerdəisim cəm şəkilçisi qəbul etmir.
“6 idmançılarımızmedal qazanıb.(“6 idmançımız...”), “Bir çox nümayəndələr Bakıya ilk
dəfə gəlmişdi.” (“Bir çox nümayəndə...”). kimi cümlələr. Fars mənşəli nümayiş sözünün
iştirakı ilə yaranmış mürəkkəb fellər cümlədəki semantikasından asılı olaraq, qayıdış, yaxud
icbar növdə işlədilməlidir. Misal üçün: “Rəssamın əsərləri sərgidə nümayiş olunmuşdur”
səhvdir - “...nümayiş etdirilmişdir” olmalıdır.
Bunlardan başqa nitqin təmizliyinin pozulduğu, nitqin dəqiqliyinin pozulduğu, nitqin
münasibliyinin gözlənilməməsi halları da olur. Nitqin təmizliyinin pozulduğu hallar: 9
sentyabr.”Nə xəbər?” O.Fikrətoğlu (Tırka vermək, sürüşgən idman növlərinin ustası ) 10
sentyabr .20.50. Qeyri-etik mövzunu siyasətlə əlaqələndirib kütləvilik səciyyəsi qazandırmaq
olmaz. 13 sentyabr.20.50.(Giydirmə, Azərbaycan xəstəlik bazarında, dərmançı özbaşınalıqları-
nın, dolloru, uğurlu istək ), 18 sentyabr 20.35. (nişanlısını pişirən, həyasız ), 10 sentyabr.
20.20-ATV Olay. M.Əliverdiyeva ( Bəzi avtobus sürücüləri elə bil ki,bazara kələm aparırlar.)
13 sentyabr (Yəqin qafiyəni yaxşı tutmayıb bu qaqaş.)Nitqin dəqiqliyinin pozulduğu hallar:
2sentyabr 20.00.ATV Aktual. A.Əhmədova ( kifayət qədər qəzalar ) 13 sentyabr (Faiz
dərəcələri kifayət qədər yüksəkdir; Bankın həyətində kifayət qədər aftamabil var.); 2 sentyabr
21.00. ATV Xəbər. C.Səfər.( Xəbəri bizdən alacaqsınız;Gün bitər, xəbər bitməz; Kimə və
nəyə etibar etmək lazımdır ?; Kifayət qədər yardım edən insan,təhlükəli virus,köpək- it) 9
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
898
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
sentyabr –( Azərbaycan əsgəri güllə partlaması nəticəsində həyatını itirib;xəstəxanalıq edib).
Nitqin münasibliyinin gözlənilməməsi halları: ATVtelekampaniyasında bəzi hallarda efir
etikasının pozulması baş verir. Bu ən çox A.Əhmədovanın müsahibi ilə səbrsiz olmasında,
M.Əliverdiyevanın jest və mimikasında, həmçinin səsinin tembrinin çox yüksək olmasında, T.
İbrahimovun efir mədəniyyətinə yaraşmayan söz və ifadələr işlətməsində özünü göstərir.
İBTİDAİ SİNİFLƏRDƏ DİL TƏLİMİ ÜZRƏ MƏŞĞƏLƏLƏRDƏ YAXIN
VƏ ƏKS MƏNALI SÖZLƏR ÜZƏRİNDƏ İŞLƏRƏ DAİR TEZİSLƏR
Nərmin QASIMOVA
Bakı Slavyan Universiteti
hesenli1981@mail.ru
AZƏRBAYCAN
Azərbaycan dili dərslərinin praktik istiqamətini qüvvətləndirmək bu fənn üzrə kurikulum
tələbləridir. Odur ki, başlıca ümumi nitq bacarıqlarını formalaşdırmaqla şagirdlərin nitq mə-
dəniyyətinə yiyələnmələrini təmin etməkdən ibarətdir. Təbiidir ki, nitq mədəniyyətinin ən yaxşı
göstəricisi lüğət ehtiyatının zənginliyi ilə xarakterizə olunur və bu strategiyada şagirdlərin lü-
ğət ehtiyatını yaxın və əks mənalı sözlər hesabına artırmaqla təkmilləşdirmək prioritet vəzifə-
lərdən sayılır.
I-IV siniflərdə eyni, yaxın və əks mənalı sözlərin aşılanması üçün əsaslandığımız baş-
lıca tezislər bunlardır:
1. Müəllimlərimizin kurikulum tələblərini, xüsusən də nitq mədəniyyətində lüğət tərki-
bini zənginləşdirməyin rolunu düzgün dərk etməlidirlər.
2. İbtidai sinif müəllimləri I-IV sinif Azərbaycan dili dərsliklərinin lüğət tərkibinə
dərindən bələd olmalı və hər bir sinif üzrə leksik tərkibə dair linqvostatistik və diaqnostik təh-
lil işləri aparmalıdırlar.
3. Azərbaycan dili müəllimləri I-IV siniflər üzrə metodik vəsaitlərin verdiyi didaktik
imkanları götür-qoy etməlidirlər.
4. Dərsliklərə yazılan metodik vəsaitlərdə, Azərbaycan dili dərsliklərində eyni, yaxın və
əks mənalı sözlərlə lüğət ehtiyatını zənginləşdirməyin müxtəlif aspektləri, imkanları və
yollarından tam istifadə olunmadığı nəzərə alınmalıdır.
5. Şagirdlərin nitqini mövzu baxımından zənginləşdirmək nəzəri metodlarla deyil,
praktik metodlarla aparılmalıdır; bu istiqamətdə oxu-təhlil, oxu-müsahibə, oxu-müzakirə,
oxu-diskussiya, izah-inteqrasiya, şərh-inteqrasiya elementləri daha optimal nəticələrə gətirib
çıxarır.
6. Lüğət ehtiyatının zənginliyində rabitəli mətnlərin oxunması imkanlarından istifadə
edilməlidir; lakin bu işin aparılması müəllimlərin bu işə hazırlığı səbəbindən qənaətbəxş he-
sab edilə bilməz.
7. Müşahidələrdən belə qənaətə gəlmək olar ki, oxu zamanı sözlərin leksik mənası dərk
edilməyincə mexaniki oxuya üstünlük verilir, sözlərin leksik mənaları açıqlanmadığından şa-
girdlərin fəal nitqinə söz mənası ilə birlikdə daxil edilmir; nəticədə onların analoji mətn qurmaq
işində söz kasadlığı müşahidə edilir.
8. Sərbəst imkanlar, sərbəst köçürmə imlalar elədir ki, şagird müvafiq sözləri öz sinonimi
ilə əvəz edə bilir. Bu zaman ifadə rəngarəngliyi baş vermiş olur. Belə bir imkanı qaçırmaq olmaz.
9. Şifahi və yazılı mətnlərin redaktəsi imkan verir ki, mətnin bir çox söz və ifadələrini
qarşılığı ilə əvəz etsinlər. Bu cür sinonimik də nitq zənginliyi yaratmaq vasitəsi kimi didaktik
cəhətdən qiymətli sayılmalıdır.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
899
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
10. I-IV siniflərdə lüğət tərtibi, o cümlədən sinonimlər lüğəti tərtib etmək ənənəyə çev-
rilərsə, bu nitq zənginliyi yaratmağın ən gözəl vasitəsi ola bilər.
11.Yeni dərsliklərdə praktik aspekti leksik semantizasiya və ya yerinə sinonimini və ya
antonimini qoy, yaz, tipli göstərişlərin verdiyi tapşırıqlar lüğət zənginliyi imkanlarından
səmərəli istifadə oluna bilər.
12. Lüğət ehtiyatını eyni, yaxın və əks mənalı sözlər, söz birləşmələri və cümlələrlə zən-
ginləşdirməkdə üslubi bacarıqlara yiyələndirmək bu işdə mühüm rol oynayır.
13. Şagirdlərin müşahidələrini əks mənalı sözlər, cümlələr və mətnlərə istiqamətləndir-
məkdə dərsliklərin və metodik vəsaitlərin didaktik imkanlarından istifadə edilməlidir.
14. Şagirdlərin lüğət ehtiyatını zənginləşdirmək işini sistemlə aparmağın ən səmərəli
yollarından biri “lüğətcələr təstibi”ndən ibarətdir. Şagirdlərin nitqinin zənginliyi belə lüğətlər-
də sözlərin, cümlələrin sayının artması ilə müvaze şəkildə gedəcək.
15. Müəllimlərin bu işdə, yəni eyni, yaxın və əks mənalı sözlərlə lüğət ehtiyatını zən-
ginləşdirmək kimi təlim fəaliyyətində uğur qazanmasını şərtləndirən ən mühüm cəhət onun
diaqnostik və summativ qiymətləndirmədə nəzərə almasıdır.
16. Bu sahədə yekun qiymətləndirmə apararkən şagirdlərin inşa yazmağı, “Yaxşı nədir,
pis nədir?”, “Sevdiyimiz hərəkət, xasiyyət, xoşlamadığımız hərəkət, xasiyyət hansılardır?” möv-
zularında hər sinifdə diskussiya keçirmək didaktik cəhətdən daha əhəmiyyətli görünür.
AVTOMATİK TƏRCÜMƏDƏ SEMANTİK TƏHLİL MƏSƏLƏSİ
Natəvan ƏZİZLİ
Sumqayıt Dövlət Universiteti
natis-sdunina@mail.ru
AZƏRBAYCAN
Tədqiqatın aktuallığı avtomatik tərcümənin təkmilləşdirilməsi məqsədilə semantik
təhlillə bağlı meydana çıxan qüsurların, onları doğuran səbəblərin müəyyənləşdirilməsi və
aradan qaldırılması ilə bağlıdır.
Tədqiqat işinin yeniliyi avtomatik tərcümə sistemində Azərbaycan dili üçün istifadə
olunan semantik blokun fəaliyyəti prosesində meydana çıxan tərcümə xətaları üzrə yeni blo-
kun formalaşdirilmasıdır.
Tədqiqatın səmərəliliyi avtomatik tərcümə sisteminin yaxşılaşdırılması, daha dəqiq
tərcümə imkanları yaratmaqdır.
Avtomatik semantik təhlil xüsusi linqvistik alqoritmlər üzrə kompüterdə reallaşan
formal əməliyyatlarla təbii dildə müəyyən işarələr və ya dil vahidlərinin ardıcıllığı ilə verilmiş
hər hansı hökmün, ifadənin formal sistem yaradan ardıcıllıq kimi göstərməyi nəzərdə tutur.
Ixtiyari hökmün mənasının təyin etmək üçün formallaşdırma üsulu olsa, kompüter dilçiliyində
problem optimal kodlaşdırmanın həlli səviyyəsində duracaqdır. Aydındır ki, semantikanın
formallaşdırılması olduqca mürəkkəb prosesdir. Avtomatik tərcümədə belə formallaşdırmanın
iki dil üzərində aparılması tələb olunur. Bir dildəki hökmün qarşılığını formal şəkildə başqa
dildə tapmaq tələb olunur. Dil vasitələri ilə adlandırılan əşya və predmetlər dildən kənarda
mövcuddur. Əşya və hadisələr arasında bağlılıq, əlaqələr, ekstralinqvistik amilləri əhatə edir.
Semantikanın formallaşdırılmasını iki istiqamətə ayırmaq olar. Birinci istiqamətdə tədqiqat
mücərrəd nəzəri səviyyədə aparılır və semantikanın işarələr sistemi haqqında daha ümumi elm
olan semiotika çərçivəsində tutduğu yeri təyin etməyə, anlayışların yaranmasının ümumi qa-
nunauyğunluqlarını, cümlə daxilində sözlərin mənaları ilə cümlənin təşkilediciləri arasındakı
əlaqələri tapmağa yönəldilir. Ikinci istiqamət isə induktiv və empirik səciyyə daşıyır. Bu tətbiqi
problemdir və burada dil ifadələrinin mənasının, semantikanın formallaşdırılması məsələsi
qoyulur.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
900
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Tam, bitkin məlumat və nisbi bitmiş fikrin formalaşması üçün predikasiya vacibdir. Mə-
sələyə bu baxımdan yanaşdıqda cümlənin mübtədası və xəbəri olmalıdır. Mübtəda subyekti,
xəbər predikatı əvəz edir. Mən gəlirəm. Mən gedirəm, O, həkimdir. Nərgiz müəllimdir. Tipli
cümlələrdə mübtəda və xəbər öz yerindədir. Azərbaycan dilində «mən gedirəm» cümləsi ilə
«gedirəm» ekvivalent cümlələrdir. Dil sistemi əvəzliyin buraxılmasına imkan verir. Lakin elə
dillər vardır ki, subyektin buraxılması ilə cümlə strukturu pozulur. Azərbaycan dilindəki
«gedirəm» ingilis dilinə “I am going” kimi tərcümə olunmalıdır. Onu da qeyd etmək lazımdır
ki, göstərilən cümlə formasında ingilis dilində hərəkət indiki davamedici zamanda baş verir.
Yəni getmək fəaliyyəti danışıq zamanında baş verir. Azərbaycan dilində «gedirəm» demək
hərəkətin danışıq anında mütləq baş verməsini nəzərdə tutmur. Ona görə də kontekstdən asılı
olaraq «gedirəm» cümləsi ingilis dilinə “I am going” kimi və ya “I go” tərcümə oluna bilər.
«Google»-də avtomatik tərcümə zamanı “I go” cümləsi «Mən getmək» qarşılığı ilə verilir ki,
bu da tərcümə proqramının qüsurlu olması ilə bağlıdır.
Ümumiyyətlə, dildəki sözlərin bir-biri ilə ardıcıl işlənərək birləşmələr yaratması onlar
arasında sintaktik əlaqələrdən asılıdır. Azərbaycan dilində yanaşma, idarə və uzlaşma əlaqə
tipləri vardır. Bundan əlavə, sözlərin bir-biri ilə distribusiyasında da müəyyən qanunauyğun-
luqlar vardır. Qrammatik baxımdan hər bir sözün digərinə yanaşması mümkündür. Lakin belə
yanaşmalar həmişə semantik cəhətdən düzgün məna yaratmır. Məsələn, kitab hasar, çiyələk
hasar, daş hasar, kərpic hasar birləşmələrindən hər hansı birində semantika nəzərə alınmadıq-
da qrammatik baxımdan birləşmə düzgündür. Çiyələk, kitab alma və s. hasar üçün material
rolunu oynamadığı üçün semantik anlaşmazlıq əmələ gəlir. Doğrudur, dilin imkanları genişdir.
Situasiyadan asılı olaraq belə birləşmələrin nitqdə istifadə edilməsi hadisəsi ilə üzləşmək olur.
Avtomatik semantik təhlil zamanı sözlərin bir-biri ilə birləşməsi, əlaqələnməsinin se-
mantik xüsusiyyətləri təyin edilir, həmin təhlil əsasında elə bir alqoritm tərtib olunur ki, kom-
püter semantik incəlikləri nəzərə ala bilsin. Maşın tərcüməsi zamanı «kitab mağazası» morfo-
loji, semantik və sintaktik təhlil prosesində söz birləşməsi kimi qəbul edilərək ifadə etdiyi
mənasına uyğun qarşılığı ilə əvəz olunur. Maşının leksik blokunda da «kitab mağazası» və
onun qarşılığı olan «bookshop» avtomatik lüğətə daxil edilməlidir. Ingilis dilində mürəkkəb
söz leksik vahiddir və dilin leksik vahidi olaraq avtomatik lüğətə daxil edilir. Azərbaycan
dilində isə iki sözdən ibarət olan «kitab mağazası» ikinci növ təyini söz birləşməsidir. Birləş-
mə dilin lüğət fondunun və ya leksik sisteminin vahidi sayılmır. Ona görə də onun avtomatik
lüğətə daxil edilib-edilməməsi qabaqcadan müəyyənləşdirilməlidir. Bu isə semantik inventar-
laşdırma problemidir. Semantik inventarlaşdırma iki istiqamətdə aparılır: 1) leksik-semantik
səviyyələrdə inventarlaşdırma; 2) morfo-semantik səviyyədə inventarlaşdırma.
Semantik inventarlaşdırma prosesində morfemlərin müəyyən birləşmələrinin tezaurusları
tərtib olunur. Bu cür tezauruslar avtomatik tərcümədə semantika ilə bağlı bir sıra çətinlikləri
aradan qaldırmağa kömək edir. Lakin semantik təhlilin dəqiqliyini tam şəkildə bununla əldə
etmək mümkün deyildir.
Avtomatik tərcümədə ən çətin və mürəkkəb sahələrdən biri semantik təhlillə bağlıdır.
Semantik təhlilin təkmilləşdirilməsi avtomatik tərcümənin keyfiyyətinin yaxşılaşmasına səbəb
olur. Semantik təhlilin müasir mərhələdə birinci növbədə həllini gözləyən iki məsələsi qarşıya
çıxır. Fikrimizcə, bunlardan birincisi çoxmənalılığı, digəri isə fərqli səciyyəli omonimliyi ara-
dan qaldırmaqdır.
Dostları ilə paylaş: |