III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1238
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Hеydər Əliyеv cənablarının rəhbərliyi altında Azərbaycan SSR Ali Sоvеtinin qərarı ilə
1974-cu ildə qəbul оlunan Хalq Maarifi haqqında Azərbaycan Sоvеt Sоsialist Rеspubliкası
Qanununun 17-ci maddəsində göstərilir: “Məкtəbəqədər uşaq tərbiyə müəssisələri ailə ilə sıх
əməкdaşlıq şəraitində uşaqları hərtərəfli ahəngdar inкişaf еtdirir və tərbiyələndirir, оnların
cansaqlığını mühafizə еdir və möhкəmləndirir, uşaqları məкtəbdə təhsil almağa hazırlayır.
Hеydər Əliyеv cənablarının təhsilin inкişafı ilə bağlı göstərişlərinin yеrinə yеtirilməsi,
хüsusilə uşaq bağçalarının tiкintisinin gеnişləndirilməsi sahəsində aparılan nəhəng işlərin sa-
yəsində 1970-82-ci illərdə uşaq bağçaları şəbəкəsinin təкmilləşdirilməsinə əlvеrişli şərait ya-
radılmışdır. Bеlə кi, bu illər ərzində 62249 yеrliк 412 uşaq müəssisəsi tiкilib istifadəyə vеril-
mişdir.
1982-ci ildə rеspubliкada 153,4 min uşağı əhatə еdən 1956 müəssisə оlmuşdur. Uşaq
bağçalarının şəbəкəsi хüsusən кənd yеrlərində daha da gеnişlənmişdir. Bеlə кi, 1970-ci ildə
кənd yеrlərində 13,2 min uşağı əhatə еdən 525 müəssisə оlduğu halda, 1982-ci ilin əvvəlinə
bu rəqəm artmış və 22,5 min коntingеnti оlan 741 müəssisə оlmuşdur.
Bu illərdə хüsusi təmayüllü uşaq bağçalarının açılmasına da diqqət artırılmış, həmin
bağçaların sayı 2 dəfə artmışdır.
1982-ci ildən 1987-ci ilədəк Heydər Əliyеvin кеçmiş SSRI höкumətində yüкsəк vəzi-
fə tutması, təhsilin təşкili və inкişafı məsələlərinin həlli оnun səlahiyyət və nəzarətində оlması
İttifaq miqyasında gеniş islahatlar aparılmasına zəmin yaratdı. 1984-cü ildə кеçmiş SSRİ-də
təhsil islahatının əsas istiqamətlərinin müəyyənləşdirilməsi və yеrinə yеtirilməsi mехanizmi-
nin işlənib hazırlanması məhz Heydər Əliyеvin adı ilə bağlıdır.
Еyni zamanda кеçmiş SSRİ məкanında fəaliyyət göstərən məкtəbəqədər uşaq müəssi-
sələrinin işinin yaхşılaşdırılmasını təmin еtməк məqsədilə qəbul еdilmiş Azərbaycan SSR
Nazirlər Кabinеtinin “Uşaqların məкtəbəqədər ictimai tərbiyəsini daha da yaхşılaşdırmaq və
оnları məкtəbdə təlimə hazırlamaq haqqında” 21 may 1984-cü il tariхli 170 nömrəli qərarında
yеni tipli “Məкtəb-bağça” коmplекsinin yaradılması, коlхоz və sоvхоzların hеsabına məкtə-
bəqədər müəssisə binalarının tiкilməsi, məкtəbəqədər müəssisələrə sənayе, кənd təsərrüfatı
müəssisələrinin hamilliк işinin təşкili, uşaq müəssisələrinə ərzaq məhsullarının mərкəzləşdiril-
miş şəкildə daşınması, кörpə qrup tərbiyəçilərinin gündəliк iş saatının azaldılması, оnların
məzuniyyət vaхtlarının artırılması məsələlərinə хüsusi diqqət yеtirilmişdir.
1982-87-ci illər ərzində 34570 yеrliк 232 müəssisə tiкilib istifadəyə vеrilmişdir. Bu da
əsasən хüsusi tipli 140 və 280 yеrliк bağça binalarıdır.
1987-ci ilin əvvəlinə 181,3 min uşağı əhatə еdən 2074 müəssisə оlmuşdur. Bеləliкlə,
rеspubliкada 1987-ci ildə məкtəbəqədər yaşlı uşaqların cəmi 19,6%-i ictimai tərbiyəyə cəlb
оlunmuşdur.
1982-87-ci illərdə rеspubliкada кadrların tərкibi nəzərə çarpacaq dərəcədə yaхşılaşdırıl-
mışdır. Əgər 1982-ci ildə məкtəbəqədər müəssisələrdə çalışan pеdaqоji işçilərin 17,7%-i ali
pеdaqоji təhsilli idisə, 1987-ci ildə bu rəqəm artaraq 21,3%-ə çatmışdır.
1987-ci ildə Hеydər Əliyеvin кеçmiş SSRI rəhbərliyindən кənarlaşdırılması məкtəbəqə-
dər müəssisələrin şəbəкəsinin inкişafına öz mənfi təsirini göstərmişdir. Dеməк оlar кi, 1988-
93-cü illər ərzində məкtəbəqədər müəssisələrin sayı stabil qalmış və оrada uşaqların sayı azal-
mışdır. Bеlə кi, 1988-ci ildə 182,6 min uşağı əhatə еdən 2088 müəssisə, 1993-cü ildə isə
166,2 min uşağı əhatə еdən 2172 müəssisə оlmuşdur.
1989-cu ildə çохuşaqlı ailələrdən оlan uşaqların məкtəbəqədər ictimai tərbiyə ilə əhatə-
sinin gеnişləndirilməsi və оnların nоrmal inкişafı üçün adi şəraiti təmin еtməк məqsədi ilə
rеspubliкanın bütün yaşayış məntəqələrində rayоnda (кənddə) fəaliyyət göstərən məкtəbə-
qədər uşaq müəssisələri nəzdində кörpələr еvləri – bağçaların filiallari yaradılmışdır.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1239
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
İNNOVATİV METODLARIN YARANMA SƏBƏBLƏRI VƏ
ONLARIN MÜƏLLİMLƏR TƏRƏFİNDƏN ÖYRƏNİLMƏSİ
Elvin MƏMMƏDOV
Azərbaycan Müəllimlər İnstitutu
melvin25.math@gmail.com
AZƏRBAYCAN
Bu məqalənin əsas məqsədi innovativ metodların nə məqsədlə yaranmasını, yaranması-
na hansı amillərin təsir etdiyini və bu yaranmiş innovativ metodların insanlar tərəfindən, xü-
susilə də müəllimlər tərəfindən öyrənilmə, mənimsənmə səviyyəsini araşdırmaqdır.
Birinci olaraq bu haqda yazılan məqalələr və elmi işlər araşdıraraq və onlardan istifadə
edərək analizlər aparmışam. Bu tədqiqatlardan ümumi olaraq belə bir nəticə çıxarmaq olar ki,
innovativ metodların mənimsənməsi ən çox öyrənmə niyəti və qabiliyyətdən asılıdır. Ona gö-
rə də qabiliyyətin inkişafına kömək edən innovativ metodların təhsil sahəsində istifadəsinin
effektivliyinin araşdırılmasının məqsədə uyğun hesab etmək olar.
İkinci olaraq Azərbaycanda təhsil müəssəsələrində, xüsusiylə də orta məktəblərdə komp-
yuter texnologiyasının ən üst səviyyədə istifadəsi üçün Avropa ölkələrinin təhsil sistemindən
nümunələr götürməklə onların bu sahədə hansı strategiyalardan istifadə etdiklərini, yaranan
çətinlikləri necə və hansı yollarla həll etdiklərini araşdırmışam. Və nəticə olaraq bu sahədə
təhsil sistemində bəzi dəyişikliklərin aparılmasını məqsədə uyğun olduğunu düşünürəm.
Bu dəyişikliklərə misal olaraq
- Müəllimlərin dövri olaraq həm məktəb həm də təhsil qurumları tərəfindən yoxlanılması,
- Müəllimlərin özlərinin texnologiya məlumat və qabiliyyətlərini inkişaf etdirməsi üçün
treyninqlərdə iştirakını təmin etməli,
- Digər ölkələrin təhsil sistemində olduğu kimi mərkəzləşdirilmiş təcrübə mübadiləsi və
qabaqcıl təcrübənin yayılmasını asanlaşdıran bloglar, forumlar və yaxud bunlar kimi digər
sosyal axtarış bazalarının bənzərləri bizdə də yaradılmalıdır.
Bu yazdıqlarımdan əlavə olaraq ölkəmizdə rəqəmsal kitabxanaların, jurnal əvəzinə elek-
tronik yoxlama və dəyərləndirmə sisteminin qurulmasının məqsədə uyğun olduğunu düşünürəm.
PEDAQOJİ MƏDƏNİYYƏTİ FORMALAŞDIRMAĞIN
ƏSAS XÜSUSİYYƏTLƏRİ
Müjkan MƏMMƏDZADƏ
Azərbaycan RespublikasınınTəhsil Problemləri İnstitutu
mujkan@mail.ru
AZƏRBAYCAN
Müəllimin peşə keyfiyyətləri sırasına elə keyfiyyətləri daxil etmək lazımdır ki, həmin
keyfiyyətlər onun usta müəllim kimi fəaliyyətinin əsas göstəricilərini əks etdirsin, onlar müəl-
limin həm peşə biliklərini, həm də ixtisas biliklərini (bilik, bacarıq və vərdişlərini), həm də
psixoloji-pedaqoji mədəni keyfiyyətlərini özündə əks etdirə bilsin və bütövlüklə müəllim şəx-
siyyətinin tamlığına səbəb olsun. Başqa sözlə desək, müəllimin pedaqoji ustalığını təmin edə
bilən və əsl müəllim olmaq üçün lazım olan bütün keyfiyyətləri, xüsusiyyətləri özündə cəm-
ləşdirə bilən keyfiyyətlər kimi təzahür etsin.
Gələcək cəmiyyətin necəliyinin, müəyyən mənada, müəllimlərdən asılı olduğunu desək,
səhv etmərik. Müəllim bu gün yaşayır, gələcəyi qurur. Buna görə onun fəaliyyəti gələcəyə yö-
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1240
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
nələn fəaliyyət olub, fəal şəxsiyyət formalaşdırılması prosesidir. Pedaqoji kadr hazırlığı pro-
sesinə bu cür yanaşma, yəni gələcək müəllimlərin pedaqoji mədəniyyətinin formalaşmasına
daha çox diqqət yetirilməsi həm fənn müəllim kimi, həm də tərbiyəsi kimi pedaqoji kadrların
hazırlanması işinin səmərəli şəkildə həyata keçirilməsinə səbəb olur.
Gələcək müəllimin mədəni keyfiyyətlərinin formalaşdırılmasının başlıca istiqamətləri
üzrə sistemli və məzmunlu işin aparılması tələbələrin peşə hazırlığında xüsusi yer tutur. Peda-
qoji kadr hazırlığının əsas tərkib hissələrindən birini təşkil edən bu məsələ tədrisin birinci ilin-
dən başlayaraq diplom alana kimi davam etdirilməlidir. Bu baxımdan müəllimin mədəni key-
fiyyətlərinin formalaşdırılmasının başlıca istiqamətləri üzrə ayrı-ayrı keyfiyyətlərin məzmu-
nunu nəzərdən keçirək.
Müəllimin ümumi mədəni keyfiyyətlərində yüksək mənəvi və əxlaqi keyfiyyətlər üstün-
lük təşkil etməlidir. Müəllim təmizlik və paklıq rəmzidir. Buna görə də gələcək müəllimlərin
peşə hazırlığında onların yüksək milli və bəşəri əxlaqi keyfiyyətlərə yiyələnmələrinə də ciddi
fikir vermək lazımdır. Tələbələrə müvafiq auditoriya məşğələlərində (məsələn, pedaqogika,
psixologiya, etika və s. fənlərin uyğun mövzularının tədrisində) və auditoriyadan kənar tədbir-
lərin keçirilməsində doğru danışmağın, düzgün hərəkət etməyin və bunların bir-birinə uyğun
gəlməsinə nail olmağın müəllim üçün həlledici əhəmiyyət daşıması başa salınmalı və onlarda
bu keyfiyyətlərin tərbiyə edilməsinə nail olunmalıdır.
Pedaqoji prosesdə müvəffəqiyyətin əsasında uşaqlara sevginin və məhəbbətin, bunlarla
yanaşı, hörmət və tələbkarlığın dayanmasını tələbələrə aşılamaq mühüm əhəmiyyət daşıyır.
Tələbələrə anlatmaq lazımdır ki, tələbkarlığı azaltmadan uşaqlara hörmət etmək, mehribanlıq
göstərmək onların sadə uşaq qəlbində müəllimi ucaldır və özünə qarşı hörmət və məhəbbəti
artırır.
Müəllim yüksək mənəvi və əxlaqi keyfiyyətlərlə bərabər ümumi mədəniyyətə də malik
olmalıdır. Ümumi mədəniyyət olmadan tələbələrdə pedaqoji mədəniyyəti formalaşdırmaq
qeyri-mümkündür. Çünki müəllim özü böyük mədəniyyət sahibi olmalı və yüksək mədəniy-
yəti ilə seçilməlidir.
Eyni zamanda tələbələrə ümumi mədəniyyətə yiyələnməli olduqlarını da çatdırmaq və
onlarda buna tələbat yaradılmalıdır.
Ümumi mədəniyyət daha geniş məfhum kimi peşə mədəniyyətini də özündə birləşdirir.
Həm də ümumi mədəniyyət peşə mədəniyyəti ilə məhdudlaşdırmaq olmaz. Bura peşə mədə-
niyyətindən daha geniş olan elə mədəni keyfiyyətlər daxildir ki, bunlar bilavasitə insanlığı,
vətəndaşlığı xarakterizə edir. Bu baxımdan ali məktəblərdə gələcək müəllimlərlə bu istiqamət-
də aparılan işlərə geniş yer verilməli və yüksək mədəniyyətli, mədəni keyfiyyətlərə malik mü-
təxəssislər formalaşdırılmasına nail olunmalıdır.
Fikrimizcə, peşə fəaliyyəti prosesində fəaliyyətin bu mərhələlər üzrə reallaşdırılması mə-
nəvi və əxlaqi keyfiyyətlərin tələblərdə gündəlik davranış normalarına çevrilməsinə səbəb olur.
Pedaqoji prosesdə müvəffəqiyyətin əsasında uşaqlara sevginin və məhəbbətin, bunlarla
yanaşı, hörmət və tələbkarlığın dayanmasını tələbələrə aşılamaq mühüm əhəmiyyət daşıyır.
Tələbələrə anlatmaq lazımdır ki, tələbkarlığı azaltmadan uşaqlara hörmət etmək, mehribanlıq
göstərmək onların sadə uşaq qəlbində müəllimi ucaldır və özünə qarşı hörmət və məhəbbəti
artırır.
Tələbələr bu keyfiyyətlərin müəllim adı ilə yanaşı olduğunu anlamlıdırlar. Bu baxımdan,
aşağıdakı mərhələləri vacib hesab edir və bu mərhələlər üzrə tələblərdə bir sıra keyfiyyətlərin
formalaşdırılmasını zəruri hesab edirik:
- tələbələrin yüksək mənəvi keyfiyyətlər haqqında təsəvvürlərini genişləndirmək, onla-
rın mənəvi şüurunun formalaşdırılması;
- müəllimin mənəvi keyfiyyətlər üzrə toplanmış biliklər və təcrübə əsasında onların mə-
nəvi əqidəsini formalaşdırması;
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1241
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
- mənimsədikləri mənəvi keyfiyyətləri, mənəvi şüuru və əqidələri əsasında tələblərin
mənəvi davranış normalarına əməl etmələrinə nail olunması.
Müəllim yüksək mənəvi və əxlaqi keyfiyyətlərlə bərabər ümumi mədəniyyətə də malik
olmalıdır. Ümumi mədəniyyət olmadan tələbələrdə pedaqoji mədəniyyəti formalaşdırmaq
qeyri-mümkündür. Çünki müəllim özü böyük mədəniyyət sahibi olmalı və yüksək mədəniy-
yəti ilə seçilməlidir.
İNTERAKTİF GEOMETRİ EĞİTİMİNDE İNTERAKTİF
GEOMETRİ PROGRAMLARININ KULLANILMASININ
ÖĞRENCİ BAŞARISINA ETKİSİ
Mesut KIZIL
ARTPİ
mesutkizil21@yahoo.com
AZƏRBAYCAN
Gelişmiş ülkelerde ve Azerbaycan’da son zamanlarda geometri egitimi üzerinde yürütü-
len egitim programları geleneksel yaklaşım yerine ögrencilerin daha aktif olduğu yöntemler
ve programlar yerini almaktadır. Çünkü geleneksel geometri egitiminde ögretmen merkezli
egitim yapıldıgından dolayı ögrenci pasif konuma düşmektedir. ögrenmenin hızlı gelişdigi bir
dönemde interaktif geometri egitiminde ögrencilerin yaparak ve yaşayarak ögrenme sürecine
interaktif olarak egitim sürecine katılmasına imkan veren ortamların oluşturulması ve gerekli
teknolojik araçların sınıflarda ve okullarda bulunması oldukça önem arz etmektedir.
Bu araştırmanın amacı 8 sınıf geometri dersinde üçgenler konusu interaktif geometri
egitiminde interaktif geometri programlarının kullanılması nın ögrenci başarısına etikisi ince-
lenmiştir. Çalışma 2014-2015egitim ögretim yılının 1.yarım yılında Akademik Zarife Aliyeva
adına liseyin 8.sınıf öğrencilerine ön-test ve son-test yöntemi uygulanarak ögrencilerin akade-
mik başarıları incelenmiştir.Araştırma neticesinde interaktif geometri egitiminde interaktif ge-
ometri programlarının kullanılmasının geleneksel yönteme göre daha başarı oldugu görülmüştür.
Anahtar kelimeler: Üçgenler, interaktif geometri eğitimi, cabri programı, dinamik geo-
metri programı,bilgisayar destekli ögretim.
MƏKTƏBƏQƏDƏR YAŞ DÖVRÜNDƏ QRAMMATİK
VƏRDİŞLƏRİN FORMALAŞDIRILMASI ÜZRƏ İŞİN TƏŞKİLİ
Yeganə MƏMMƏDOVA
Azərbaycan Müəllimlər İnstitutu
yeganememmedova.doc@gmail.com
AZƏRBAYCAN
Məktəbəqədər yaş dövründə uşaqların nitqinin inkişafı onların dilimizin qrammatik
quruluşunu necə mənimsəmələrindən asılıdır. Nitq dilin elə elementlərindəndir ki, uşaq ondan
müəyyən şəraitdə öz inkişaf səviyyəsinə uyğun şəkildə, həm də doğma dilin normalarını
gözləməklə istifadə edir. Nitqi başa düşmək üçün onu əmələ gətirən sözlərin leksik mənası ilə
yanaşı, həmin sözlər arasında qrammatik münasibətləri də başa düşmək lazımdır. Qrammatik
qaydaların öyrənilməsi uşaqların qarşısında dil məntiqini açır, söz və cümlədə konkret
mənalardan əlavə ümumiləşdirmə qabiliyyətini aşkara çıxarır, qaydalardan nitq praktikasında
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1242
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
düşünülmüş şəkildə istifadə etməyə doğru aparır. Qrammatikanın öyrədilməsi nitqin və təfək-
kürün inkişafı ilə sıx əlaqədardır. Praktik yolla qrammatikanın mənimsənilməsi uşaqlarda həm
təfəkkürü formalaşdırır, həm də təfəkkürün məntiqliyini təmin edir. Beləliklə, qrammatika
uşaqların nitqini və psixikasını inkişaf etdirir. Uşağın nitqi ətraf aləmdəki əşya və hadisələrlə
əlaqədar sözlə zənginləşdirilməsi hələ onun tam ünsiyyət saxlaya bilməsi haqqında fikir söy-
ləmək üçün əsas vermir. Sözlər bir-birilə əlaqələnərək müəyyən fikri bildirəndə, fəal olduqda
xüsusi əhəmiyyət kəsb edir.
Məktəbəqədər yaş dövründə uşaqlar nitqin bir çox qrammatik formalarını başa düşür,
yadda saxlayırlarsa da nitqdə ondan istifadə etməkdə çətinlik çəkirlər. Qrammatikanın bir elm
kimi mənimsənilməsi məktəbdə başlanır. Yalnız bu dövrdə onlar morfoloji və sintaktik qanu-
nauyğunluqların incəliklərinə bələd olurlar. Kiçik və Orta qrupda başlıca diqqət nitqin morfo-
loji quruluşunun mənimsənilməsinə yönəldilməlidir. Bu dövrdə nitqin morfoloji quruluşu üzrə
işə isimlə tanışlıqdan başlamaq lazımdır. Çünki dildə isimlərdən daha çox istifadə olunur və
ismin dəyişməsi ilə digər nitq hissələri də dəyişir. Bu dövrdə uşaqlar sözlərin uzlaşması, kə-
miyyət, hal, zaman, şəxs və hal kateqoriyalarından istifadə etməyi, mürəkkəb cümlə qurmağı
bacarmalıdırlar. Böyük və məktəbəhazırlıq qruplarında uşaq nitqinin sintaksisi mürəkkəbləşir.
Bu o demək deyildir ki, əvvəlcə morfologiya sonra sintaksis üzrə iş aparılmalıdır. Uşaq nitqi-
nin morfoloji və sintaktik cəhətləri eyni vaxtda inkişaf edir. Bu zaman uşaqlar bütün nitq his-
sələri ilə tanış olmalı, söz yaradıcılığı üzrə məşq etməli, nitqin düzgünlüyünə fikir verməyi,
nitq normalarını düzgün eşitməyi bacarmalıdırlar. Bu dövrdə uşaqlara cümlənin sözlərə ayrıl-
ması və verilmiş sözlərdən cümlələrin qurulması üzrə işin aparılması, başqa sözlə cümlə-nin
təhlil və tərkibinin öyrədilməsi mümkündür. Bu işə əsasən böyük qrupdan ilin ikinci yarı-sın-
dan başlamaq və onu getdikcə mürəkkəbləşdirmək lazımdır.
Uşaq bağçalarında qrammatik mənanın çətinliyi ondadır ki, tərbiyəçi özü bu mənanı
mənimsəmir. Tərbiyəçi uşaqların nitqinin qrammatik quruluşunu diqqətlə öyrənməli, onların
hansı qrammatik formalarda səhvə yol verdiklərini aşkara çıxarılmalı, hər birinin fərdi xüsu-
siyyətlərinə bələd olmalı, nöqsanları aradan qaldırılması yollarını araşdırmalıdır. Çalışmaq la-
zımdır ki, yalnız uşaqların mənimsəməkdə çətinlik çəkdikləri qrammatik qaydalar öyrədilsin.
Uşaqların artıq mənimsədikləri qrammatik formalar üzərində dayanmaq mənasızdır. Bu dövr-
də başlıca məqsəd qrammatik qayda və qanunların şüurlu mənimsənilməsidir. Bu zaman işin
aşağıdakı ardıcıllıqla həyata keçirilməsi nəzərdə tutulur:
- Ətraf aləmlə tanışlığa aid proqramın məzmunu ilə əlaqədar çətin qrammatik forma-
ların işlədilməsi üzrə məşq etmək.
- Cümlədə sözləri dəyişmək və uyğunlaşdırmaq bacarığını möhkəmləndirmək, isim,
sifət və felin çətin qrammatik formalarının yaranması üzrə uşaqları məşq etdirmək,
eyniköklü sözləri əmələ gətirməyi öyrətmək.
- Nitqdə mürəkkəb cümlələrdən istifadə olunmasını fəallaşdırmaq.
- Özünün və başqalarının nitqində tanış sözlərin düzgün işlədilməsi ilə əlaqədar qram-
matik səhvləri tapmaq və düzəltmək.
Belə məşğələlərin səmərəli təşkili üçün tərbiyəçi düşünülmüş sistemlə hərəkət etməyi,
hər bir məşğələdə yalnız bir qrammatik vərdişlərin öyrədilməsini nəzərdə tutmalıdır. Qram-
matik vərdişlərin aşılanmasına həsr olunmuş hər bir məşğələ üçün maraqlı, əlverişli, işgüzar
şərait yaradılmalıdır ki, uşaqların diqqəti yayınmasın, tərbiyəçinin izahını düzgün eşitsinlər.
Bu prosesdə məşğələlərin daha səmərəli təşkili üçün əyani vəsait və didaktik materialla zən-
ginləşdirmək lazımdır. Məşğələlərə oyun elementlərinin daxil edilməsi uşaqların fəaliyyətinə
uyğun olmaqla işi canlı və maraqlı keçməsinə təsir edir. Hər bir məşğələdə oyun və çalışmalara
beş-səkkiz dəqiqə vaxt ayırmaq mümkündür.
Dilin qrammatik quruluşunun mənimsənilməsinə həsr olunmuş çalışmalar fonetika və
leksika üzrə vərdişlərin möhkəmləndirilməsini təmin edir. Uşaqlar fonetik təhlil və lüğət ehti-
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1243
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
yatının zənginləşdirilməsi istiqamətində kifayət qədər sistemli çalışmalar yerinə yetirdikdə
qrammatik formaların mənimsənilməsi xeyli asanlaşır. Hər hansı qrammatik forma tam mənim-
sənilənədək məşğələdə təkrarlanmalıdır. Bu zaman qrammatik səhvə yol verilə biləcək hal-
ların xəbərdarlığı kimi fəal təlim, metod və priyomlardan geniş istifadə edilməlidir.
Uşaqların nitqinin qrammatik quruluşunun inkişaf etdirilməsi üzrə iş gəzinti və ekskur-
siyalar, oyun və əyləncələrdə, asudə vaxtlarda da davam etdirilməlidir. Çalışmaq lazımdır ki,
məktəbəqədər yaş dövrünün sonunda uşaqlar praktik yolla nitq hissələrini, onların əsas forma-
larını ayıra bilməli, cümlədə sözlər arasında əlaqəni başa düşməyi, cümlə qurmağı, cümləni
genişləndirməyi, eyni fikri müxtəlif formada ifadə etməyi bacarsınlar. Uşaqlara bu dövrdə elə
biliklər verilməlidir ki, onlarda dilin əsas elementlərinə şüurlu münasibət yaransın. Bütün bu
proseslərin səmərəli və düzgün təşkili uşaqların məktəbdə dilimizin qrammatikasını mənimsə-
mələri üçün əlverişli şərait yaradır.
ÖĞRENCİLERE BENİMSETİLEN AHLAKİ VE MANEVİ
DEĞERLER İLE OKUL’UN GÖREVLERİ
Mehmet ÇINAR
Bakı Slavyan Üniversitesi
mcinar@qu.edu.az
AZƏRBAYCAN
Bilindiği üzere fert ve toplumlara kimlik kazandıran ahlaki ve manevi değerlerdir. Bir
yandan yetişen insanların bu değerlerle donatılması diğer taraftan da bu değerleri tahrip
edecek erozyonlardan onların korunması insanlığın en önemli meselesi olsa gerektir. Özellikle
günümüzde her dönemden daha çok ahlaki ve mânevî değerlerin kazanılmasına/kazandırılma-
sına ve korunmasına ihtiyaç olduğu, akl-ı selim kalb-i selim ve hissi selim her insanın ortak
kanaati olduğunu düşünmekteyiz. Bunun için her fert ve her konuda doğruluğun esas olması
yanında özellikle fert ve toplumda dürüstlük, iffet, fikirlere saygı, birbirini kabullenme ve
sevme gibi önemli değerlerin olduğunu bu açıdan birkez daha anlamaktayız. Bunun tam tersi
olan yalan, iftira, ihanet, ötekileştirmenin de vahim bir tablo olduğunu ifade etmek gerekir.
Bizlere düşen mesele söylenen tüm bu sözlerin davranış haline çevrilmesidir. Dünya bütün
insanlık için tek bir ev, seyir ve gezinti yeridir.
Ahlaki ve manevi değerler insanın hatta kainatın iliğini oluşturan bir yapıdır. İnsanların
güzel insanlar olmasını isterken, toplumun ziyalı ve üstün olmasını isterken ve dünyanın sulh
ve selametli olmasını isterken bunların olabilmesi için o insanlara ahlaki ve mânevî değerleri
çok iyi benimsetmek gerekmektedir. Sadece benimsetmek değil, öğretilen ve benimsetilen
öğretilerin hayata dökülmeside bu mana da büyük önem arz etmektedir.
İnsana en güzel yakışan şey ahlaki ve mânevî değerlerdir. Ahlaki değerler iyi ve önemli
olduğuna inandığımız ilkelerdir. Bağışlayıcı olmak, dürüst olmak, özdenetim göstermek, sev-
mek ve hayata saygı duymak ahlaki değerlerden bazılarıdır. Öyleyse değerlerimiz davranışla-
rımızı, önceliklerimizi, ilişkilerimizi ve çocuklarımıza sağladığımız ahlaksal rehberliği etkiler.
Değerler sonradan kazanılmaktadır. Bu nedenle aile, okul ve toplumun değer kazanı-
mında önemli görevleri bulunmaktadır. Okul çağına kadar aile çocuklar için hangi değerlerin
kazanılacağı konusunda temel kurumdur. Bu kurumlar büyük ve üstün gayretler göstererek
kendilerine emanet edilen, yetişen nesli dünya insanlığının kabul etmiş olduğu etik ve ahlaki
değerlerle donatılmış bireyler haline getirmelidirler.
Zira okul ve bunun gibi benzeri terbiye edici rehber yönümlü müesseselerin açılış ve
kuruluş amacı da budur. Okulda hatta hayatın bütün noktalarında öğrencileri için önemli yeri
|