Qafqaz Universiteti Materiallar


İBTİDAİ SİNİFLƏRDƏ ŞAGİRDLƏRİN İFADƏLİ NİTQİNİN İNKİŞAFI



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə92/124
tarix31.01.2017
ölçüsü9,57 Mb.
#6979
1   ...   88   89   90   91   92   93   94   95   ...   124

İBTİDAİ SİNİFLƏRDƏ ŞAGİRDLƏRİN İFADƏLİ NİTQİNİN İNKİŞAFI 

 

Gültəkin ABDULLAYEVA 

ADPU 


pion2691@rambler.ru 

AZƏRBAYCAN 

 

İnsan ömrü boyu nitqini təkmilləşdirir, dilin zənginliklərini mənimsəyir. Erkən uşaqlıq 



dövründə uşaqda ünsiyyətə təlabat baş qaldırır ki, onu sadə nitq elementləri vasitəsilə aradan 

qaldırır. Uşağın yaşı atdıqca öz fikirlərini ifadə etməsi tələbatı artır, inkişaf edərək daha çətin 

söz vahidlərindən istifadə edir. Başqa sözlə desək, uşaqlar doğma dili nitq vasitəsilə mənimsə-

yirlər. Elə buna görə də şagirdlərin nitqinin inkişafı ilə müntəzəm və məqsədəuyğun şəkildə 

məşğul olmaq vacibdir. 

Nitq inkişafında müəllim və şagirdlərin uzun və gərgin əməyi tələb olunur. Müvəqqəti 

uğursuzluqlar heç kəsi qorxutmamalıdır. Nitq inkişafı üzrə sistematik iş mütləq öz bəhrəsini 

verəcək. Nitq bacarıqları və vərdişləri, necə deyərlər, həndəsi silsilə ilə inkişaf edir: kiçik nai-

liyyət böyük nailiyyətlə əvəzlənir, nitq mükəmməlləşir və zənginləşir.  

 Hansı nitqi yaxşı nitq hesab etmək olar? Müəllim və  şagird bunun üçün nəyə  cəhd 

göstərməlidir? Yalnız yaxşı bildiyini danışmaq və yazmaq lazımdır, bu həm də başqaları üçün 

maraqlı, faydalı olar. Bəzən məktəbdə şagirdlərə hazır olmadıqları, bilmədikləri bir şeyi da-

nışmağı təklif edirlər. Təəccüblü deyil ki, onların nitqi kasıb, yeknəsəq (dağınıq) olur. Həmin 

uşaqlar müşahidələri əsasında topladıqları lazımi materialı pis danışırlar. 

 

Belə bir fikir də mövcuddur: dilin zənginliklərinə hərtərəfli yiyələnən, ondan səmərəli 



istifadə edən insan, cəmiyyət və təbiətin mürəkkəb əlaqələrini müvəffəqiyyətlə anlayır. Şagird 

üçün yaxşı nitq uğurlu təhsilin və inkişafın göstəricisidir. Hamıya məlumdur ki, nitqi pis inki-

şaf etmiş uşaqlar təlimdə geri qalır, tapşırıqların öhdəsindən vaxtında gələ bilmirlər. 

 Nitq  ifadəli olduqda dinləyiciyə lazımi dərəcədə  təsir göstərir. Nitqin ifadəliliyi - öz 

fikrini aydın, inandırıcı, rabitəli ifadə etmək bacarığıdır; faktların seçimi, ifadələrin düzülüşü

söz seçimi, hekayənin ümumi əhval-ruhiyyəsi ilə, intonasiya ilə insanların hisslərinə təsir et-

məkdir. Oxuduğu mətnə və öz nitqinə ifadəlilik baxımından qiymət vermək bacarıqları şagird-

lərdə elə ibtidai siniflərdən aşılanmalıdır. 

Şifahi xalq yaradıcılığı nümunələrindən məqsədəuyğun  şəkildə istifadə üzərində  işin 

təşkili şagfirdlərin oxusunun ifadəliliyinə öz müsbət təsirini göstərir, nitqini daha ifadəli edir. 

Çünki atalar sözləri, məsəllər, sınamalar, diləklər və s. məzmunla mətnlərin nəqli, sual, 

əmr intonasiyaları  məntiqi vurğu çalarları ilə  məlahətli səslənir və  şagirdlərdə xoş ovqat və 

yaxud da təəssürat yaradır. Misal üçün, “Lal axan çaydan içməzlər” məsəli həm də inancdır; 

şagirdlərə əgər buna uyğun misal kimi, “Suyun lal axanı, adamın yerə baxanı” məsəli tapdırıl-

sa və deyilərsə, habelə “Sirkə nə qədər tünd olarsa, öz qabını sındırar” məsəlinin izahı zamanı 

“Hirsli başda ağıl olmaz” məsəlindən istifadə olunur, “Nə tökərsən aşına, o da çıxar qaşığına” 

məsəlinin izahı üçün “Yaxşılıq da qazanılır, pislik də”, “Hər kəs öz əməlinin nəticəsini görür”, 

“Yaxşılıq edən yaxşılıq görər, pislik edən-pislik”, “Başqasına quyu qazan özü düşər” və s. nü-

munələrdən istifadə olunması oxu prosesində qazanılan və nitqə daxil edilən emosional-obrazlı 


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1313



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

ifadələr, müdrik kəlamlardır. Bunların hər birinin üzərində oxu zamanı cürbəcür məqsədli və 

formalı işlər görmək mümkündür. 

Beləliklə, I-IV siniflərdə  şagirdlərin nitqinin ifadəliliyi ilə bağlı Azərbaycan dili dərs-

lərinin verdiyi optimal imkanlar inkişafetdirici olmalıdır. Təhlil-tərkib üslubunda aparılan mü-

şahidələr, müqayisələr və s. nümunəvi nitq parçalarının dinlənilməsi, şagird nitqinin ifadəlili-

yinə müntəzəm diqqət yetirilməsi ilə tamamlanmalıdır. Şagird nitqinin ifadəliliyinə nail olmaq 

üçün geniş oxu metodikası, ədəbi tələffüz metodikası, ifadə və inşa metodikası var. Məqsəd 

bu sistemdə qurulan iş növlərindən daha səmərəli istifadə etməkdən və beləliklə, ibtidai sinif 

şagirdlərini ana dili proqramının tələbləri səviyyəsində ifadəli nitq vərdişlərinə yiyələndir-

məkdən ibarətdir. 

 

 



TOLERANTLIQ VƏ ONUN PEDAQOJİ ƏHƏMİYYƏTİ 

 

Nərmin ELYASOVA

 

Bakı Slavyan Universiteti 



elyasovanarmin@gmail.com 

AZƏRBAYCAN 

 

Əksər qlobal münaqişələr insanlar arasında olan nifrət hissindən qaynaqlanır. İnsanların 



bir-birinə qarşı etdikləri  ədalətsizlik, hörmətsizlik, dözümsüzlük sonda böyük problemlərə 

gətirib çıxarır. Tolerantlıq sözü azərbaycan dilində “dözümlülük” deməkdir. Tolerantlılıq dini 

dözümlülükdür, yəni digər inanc və əqidələrə dözümlə yanaşmağı bacarmaqdır. Dözümlülük 

ideyası heç də yeni deyildir, belə ki, bu haqda ilk fikirlər XVI- XVII əsrlərdə Avropada mey-

dana gəlmişdir. Bu zaman dözümlülük yalnız din və vicdan ilə bağlı olmuşdur.  

Bir neçə  əsr sonra məşhur hind siyasi xadimi Mahatma Qandi qeyd etmişdir: "Günü-

müzün ehtiyacı yalnız bir din deyil, müxtəlif dinlərin tərəfdarlarına qarşı qarşılıqlı hörmət və 

dözümlülükdür". Həqiqətən də dinlər arasında dialoqun yaradılması, qarşılıqlı hörmət göstə-

rilməsi müasir cəmiyyətdə demokratik stabilliyin yaranması üçün çox vacibdir. Buna görə də 

hər kəs, xüsusilə müəllimlər və valideynlər çalışmalıdır ki, uşaqların tərbiyəsində tolerant ol-

sunlar, digər dinlərə hörmət etməyi aşılasınlar. Əgər evdə valideyn öz övladına bunu aşılama-

sa, müəllimin dedikləri onun üçün yad olacaq. Təhsilin əsasının ibtidai sinifdə qoyulduğunu 

nəzərə alsaq, məsuliyyətin daha çox ibtidai sinif müəllimlərinin üzərinə düşdüyünü görərik. 

Dünya praktikasına nəzər salsaq görərik ki, bacarıqlı, güclü pedaqoji ustalığa malik müəllim-

lər, pedaqoqlar insan haqlarını tədris etməyi vacib bilirlər. İnsan haqlarının hərtərəfli tədrisi 

təkcə hüquqlar haqqında bilikləri və onları qorumaq mexanizmini tələb etmir, həm də gündə-

lik həyatda, praktikada necə tətbiq etməyi tələb edir. İnsan haqlarının tədris olunması insanlar 

arasında münasibətləri və davranışları inkişaf etdirməyə kömək olur. Bu insan haqlarının fun-

damental prinsipləri, bərabərlik və ayrı-seçkiliyin olmaması, onların qarşılıqlı asılılığını, bö-

lünməzliyini,universallığını təsdiq edir.  

Hər bir dövlətin təhsillə bağlı qurumları insan haqlarını öz milli tədris planlarına salma-

lıdır. Bu çox mühüm məsələdir. İnsan haqlarına hörmət məktəbin özündə demokratik ruhun 

inkişafıdır. Təhsil alan şagirdlər öz millətlərinə, eyni zamanda digər millətlərə hörməti bir növ 

kombinasiya etməlidir. Məktəb insanın xarakterini formalaşdırır.Hal-hazırda məktəbin kseno-

fobiyanın qarşısının alınmasında, milli azlıqları,qaçqın və köçkünləri, immiqrantları anlamaq 

mühitinin yaradılmasında böyük rolu var. Bu konteksdə“hörmət” anlayışı xüsusi əhəmiyyət 

kəsb edir. Məktəbin ümumi daxili həyatı bu təhsil mesajını özündə əks etdirməlidir.Bu təhsil 

mesajına insan haqlarının dəyəri, tolerantlığın vacibliyi və  fərqli olanlara ehtiram daxildir. 

Demokratik təhsil sistemi məktəbdə qarşılıqlı hörmət və ehtiram tələb edir.  


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1314



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Azərbaycan Respublikası çoxmillətli və çoxdinli bir ölkədir. Bu ölkənin milli siyasəti 

müxtəlif millət, etnik qrup və dini azlıqların birgə yanaşı yaşaması və dözümlülük prinsipləri 

əsasında müəyyənləşdirilib. 

Azərbaycan Respublikasının Əsas Qanunu, Azərbaycan Respublikası Konstitusiyasının 

25-ci maddəsinin III bəndinə görə «Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cin-

sindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiya-

lara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər 

kəsin hüquq və azadlıqlarının bərabərliyinə  təminat verir. İnsan və  vətəndaş hüquqlarını  və 

azadlıqlarını irqi, milli, dini, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məh-

dudlaşdırmaq qadağandır».  

Hazırda Azərbaycan Respublikası ərazisində 380-dən artıq dini icma qeydiyyatdan keç-

mişdir. Bunlardan 31-i qeyri-islam təmayüllü dini icmalardır. Hal-hazırda müxtəlif dinə 

mənsub ailələrin uşaqları birlikdə  təhsil alır. Din mövzusu ibtidai siniflərdə "Həyat bilgisi" 

dərslərində tədris olunur. Əgər şagirdə kiçik yaşlarından bu hisslər düzgün tərbiyə olunsa, o 

öz məktəb yoldaşlarının təmsil olundugu dinə hörmətlə yanaşar. Təbii ki, burda məktəb və 

ailə qarşılıqlı şəkildə işləməlidir. Məsələn, müəllim yaxud tərbiyəçi dərsdə digər dinlərə, fərqli 

olanlara qarşı hörmətli olmağı, ayrı-seçkilik salmamağı tərbiyə edir, lakin evə gələrkən şagird 

valideynlərinin sözlərində, hərəkətlərində bunun tamamilə əksini görür. Bu zaman verilən tər-

biyənin səmərəsi olmaz. Hər bir uşağa kiçik yaşlarından yalan danışmamağı, böyüklərə hörmət 

etməyi necə aşılayırıqsa, tolerantlıq hisslərini də eyni məsuliyyətlə aşılamalıyıq. Şagird sinif-

də dostları arasında “buddist” , “ xristian” və s. dini ayrı-seçkilik salmamalıdır. Onları insani 

keyfiyyətlərinə görə ayırmalıdır.  

 

 

MEHMETAKİFERSOYUNİCTİMAİ-SİYASİ GÖRÜŞLERİ 

 

Aslan Mehmet GÜDER 

Bakı Slavyan Universiteti 



mehmet_guder@hotmail.com 

AZƏRBAYCAN 



 

Türkiyə ictimai-siyasi və ədəbi tarixinin tanınmış simalarından biri, Türkiyənin İstiqlal 

marşının müəllifi olan Mehmet Akif Ersoydur. O, öz ölkəsinin ən ağır, böhranlı dövründə ya-

radıcılığa başlamışdır.  

Biz Mehmet AkifErsoyun həyat yoluna az da olsa, nəzər salsaq görərik ki, vətəndaş-

şairin yaradıcılığı çox zəngin və mənalıdır. 

Onun ədəbi yaradıcılığa nə vaxt başladığı məlum deyildir. “Safahat” əsərində 1904-cü 

ildən sonra yazılan və ya müxtəlif jurnal və qəzetlərdə çap olunan şeirləri də yer almışdır. Şairin 

doğum tarixinin 1873-cü ilə aid olduğunu nəzərə alsaq, o zaman ilk şeirinin 31, ilk kitabının 

isə 38 yaşında olarkən nəşr etdirdiyini söyləyə bilərik.  

Korkma, sönmez bu şafaklarda yüzen al sancak; 

Sönmeden yurdumun üstünde tüten en son ocak. 

O benim milletimin yıldızıdır, parlayacak; 

O benimdir,O benim milletimindir ancak. 

deyən şair milli ideyaları sərbəst ifadə edir, dövlətinin və xalqının arzularını bildirirdi.  

1911-ci ildə  şairinictimai-siyasi görüşlərini  əks etdirən "Safahat"ın eyni adlı birinci 

kitabı çapdan çıxdı. Bu əsərin birinci cildi ədəbiyyat aləmində böyük əks-səda doğurdu. 


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1315



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

1912-ci ilin dekabrından başlayıb 1913-cü ilin fevralına qədər davam edən Misir səya-

həti zamanı şair qürbətdə olduğu günlərdə vətən məhəbbəti hisslərini "Hicran", "Səcdə", "Ge-

cə", "Çanaqqala şəhidləri" kimi şeirlərində ifadə etmişdir.  

Mehmet Akif 1912-ci ildə "Süleymaniyyə kürsüsündə" başlığı altında "Səfahat"ın ikinci 

kitabını çap etdirir. 1912-ci ilin yanvar və avqust aylarında "Sırat-ı Müstakim" və sonra isə 

"Sebilü-r-Reşad" jurnallarında yayımlanan bu mənzumə  şairin dövrün hadisələrindən necə 

xəbərdar olmasını ifadə edirdi. 

1913-cü ilin iyununda "Safahat"ın üçüncü kitabı olan "Haqqın səsləri", 1914-cü ildə isə 

"Safahat"ın dördüncü kitabı olan "Fatih kürsüsündə" adlı mənzumələri çap edildi.  

1914-cü ilin sonunda şair Berlinə getmiş, bu səyahət nəticəsində şair Avropanı yaxından 

tanış olmaq imkanı əldə etmişdir. O, üç ay sürən bu səyahət zamanı Qərbi yaxından tanıyır. O, 

Berlin səyahətindən aldığı  təəssüratlarını 1915-ci ilin martın 8-dən etibarən nəşr etdirdiyi 

"Berlin xatirələri" adlı əsərində əks etdirmişdir. "Berlin xatirələri"nin ilk altı hissəsi 1915-ci 

ildə, digər hissəsi isə 1916-cı ildə, son üç hissəsi isə 1918-ci ilin iyulunda nəşr olunmuşdur. 

1917-ci ildə o, 1914-cü ildən sonra yazdığı bəzi şeirləri ilə "Berlin xatirələri"ni bir yerə 

yığıb "Safahat"ın 5-ci kitabını nəşr etdirir.  

Vətənin ağır günlərində, Türkiyənin bir dövlət kimi yox olmaq təhlükəsinin yarandığı 

vaxtda  şairin yaradıcılığında insanları doğma torpaq uğrunda mübarizəyə  səsləyən "İstiqlal 

marşı", "Bülbül", "Leyla" kimi şeirləri də yazıldı. "İstiqlal marşı" Türkiyənin o vaxtkı mövcud 

ictimai-siyasi vəziyyətini xarakterizə edir və sabahkı günün, işıqlı gələcəyin olacağına ümid 

hissləri yaradırdı.  

 Mehmet Akifin yaradıcılığında vətən torpaqları uğrunda canından keçən, şəhidlik zir-

vəsinə ucalan igid oğulların acı, lakin şərəfli taleyi öz əksini tapmışdır. Məsələn, "Çanaqqala 

şəhidlərinə" adlı şeirində o, Çanaqqala döyüşünün acı həqiqətlərini və dəhşətlərini üzə çıxarır, 

ölümü gözüaçıq və şərəflə qarşılayan türk əsgərlərinin göstərdikləri igidliklər haqqında fəxrlə 

danışır.  

Bütün yarıdıcılığından aydın olur ki, Mehmet Akif bir siyasətçi olmaqla bərabər, həm 

də dövlətin və ona inanan insanların yaşamaları üçün mübarizə aparmış, yazmış və "döyüş-

müşdür". Millətin, xalqın dərdi ilə ağlayan, onun kədərini qəlbində saxlayan şairin yaradıcılığı 

uzunömürlü olmuşdur. Həmin hissləri bu gün də duymaq mümkündür.  

 

 



İSLAMİYYƏTƏ QƏDƏRKİ DÖVRDƏ AZƏRBAYCANDA              

TƏRBİYƏVİ BAXIŞLAR HAQQINDA

 

 



Mehmet ŞİMŞEK 

Naxçıvan Dövlət Univesitetinin 



m.simsek@zaman.az 

AZƏRBAYCAN 

 

 

Müxtəlif tarixi mərhələlərdə pedaqoji düşüncə sahibləri ibtidai təhsildə savad təliminin 



formalaşdırılması məqsədilə dərslik və tədris vəsaitlərinin yaradılması və istifadə olunmasına 

xüsusi diqqət yetirmişlər. Nələ qədim dövrlərdə bəsit şəkildə olsa da uşaqların tərbiyəsi işində 

müəyyən vasitələrdən istifadə olunmuşdur.Qədim Azərbaycanda insanlar daş alətlərdən 

tutmuş dəmir və digər metal alətlərinə sahiblənmiş, tikinti vərdişlərinə yiyələnmiş, ibtidai dini 

təsəvvürlərə malik olmuşdur. Bu bölgədə qədim insan incəsənətin müxtəlif növləri ilə məşğul 

olmuş, şəkli yazıya yiyələnmiş, həyati bacarıqlara, məişət mədəniyyətinə malik olmuşdur ki, 

bu da ünsür halında olsa da ilkin, ibtidai tərbiyə mədəniyyətinin təzahürü sayıla bilər. Tərbiyə 

işi ovçuluq və çöl işlərinə aid vərdişləri və dini ayinləri öyrətməklə  təşkil olunurdu. ”Şərti 



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1316



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

mənada deyə bilsək, savadın ilk növü kimi “icma savadına” yiyələnmiş yaşlılar şəkil yazıları 

barədəki bilik və  təcrübələrini bu və ya digər formada gənclərə öyrədirdilər. Məişət mə-

dəniyyəti, əslində, əsas olaraq şəkil yazıları vasitəsilə gənc nəslə aşılanırdı” . 

 Qobustan qayaüstü rəsmlərində ov məşqlərini əks etdirən səhnələr mütəxəssislərin söy-

lədiyi kimi gönclərin silah işlətmək, öküz ovlamaq bacarıqlarına yiyələnmək məşqləri kimi 

ibrətamizdir. Gənclərə silahdan istifadə edə bilmək bacarıqlarının öyrədilməsi, ovu nişan al-

maq vərdişlərinin aşılanması, dini, ovsun mərasimlərinin icra edilməsinə aid verilən “biliklər” 

zəruri, Həm də  həyati tərbiyəvi təsirlər idi. Belə  təsirlər müəyyən vasitələr (alətlər,  şifahi-

danışıq vasitələri və s.), yollarla həyata keçirilirdi. Rəqslər və oyunlar gənclərin tərbiyəsi işin-

də xüsusi əhəmiyyət daşıyırdı. Bu vasitələr də tərbiyəvi təsirlər kimi əcdadlarımızın bədii tə-

fəkkürünün, estetik mədəniyyətinin inkişaf səviyyəsini göstərir.  

 “Avesta” dini qanunlar külliyyatında elmə yiyələnmək, mənəvi zənginliyə malik ol-

maq, təmizlənmək, saflaşmaq insanın əsas vəzifəsi hesab edilirdi və yetişən nəslin bu istiqa-

mətdə formalaşmasına böyük əhəmiyyət verilirdi. Belə demək mümkünsə, insanda elm və 

ədəbin birliyi ideyasının uzlaşması ünsür kimi olsa da ilk olaraq “Avesta”da əks olunmuşdur. 

Uşaqların tərbiyəsi işində Zərdüşt ehkamlarına sədaqətli olmaq elm və əxlaqın birliyi zəminin-

də mümkün sayılırdı. Zərdüşt məbədləri yanında təşkil olunan məktəblərdə  mənəviyyat 

dərsləri keçirilir, insanın kamillik səviyyəsinə çatdırılmasına xüsusi önəm verilirdi. 

Professor  Əjdər Ağayev də tanınmış  şərqşünas alim, professor A.S. Makovelskinin 

“Avesta”ya aid (Bakı, 1960, rus dilində) tədqiqatına əsaslanaraq yazır: “Avesta”da təhsil vasi-

təsilə şəxsiyyətin tərbiyəsi işinin əsasını dini və əxlaqi hisslərin, fiziki inkişafın təmin edilmə-

si, oxu və yazının, hesablamanın öyrənilməsi təşkil edirdi. Tərbiyənin əsas məqsədi atəşpərəs-

tliyə sadiq, xeyirxah, işgüzar, namuslu, ailəcanlı şəxsiyyətlər yetişdirmək idi. Bu amal uşaq-

lara 7 yaş tamam olan kimi, onlara məktəbdə tərbiyə verilən gün bəyan edilirdi. Uşaqlar mü-

qəddəs adamlara məxsus paltar geyinib, sıraya düzülür, müəllimin qarşısında dayanırdılar və 

bu sözləri əzbərləyib deyirdilər: “Mən atəşpərəstliyə sədaqətli olacağımı bildirirəm, mən xe-

yirxah fikrə, xeyirxah sözə, xeyirxah əməllərə inanıram”. Bundan sonra uşaqlara hədiyyələr 

paylanırdı. Bu məşğələ gündə beş  dəfə  təkrar olunurdu. 7 il sistemli təlim-tərbiyə aldıqdan 

sonra şəxsiyyət kimi formalaşan gənclər məbədlərdə dini tədbirlərə cəlb edilirdilər”. 

“Avesta”da insanın tərbiyəsi ideyası ən qədim tərbiyə konsepsiyası, zamanına görə çox 

mükəmməl tərbiyə,  əxlaq kodeksləridir. Həyat dərsliyi kimi “Avesta” pedaqoji prosesin iki 

əsas cütlüyü-müəllim və şagirdlərin təlimindən bəhs edən ən qədim mənbələrdən biridir. 7 yaş-

dan 14 yaşa qədər uşaqalrın tərbiyəsi empirik biliklər, əxlaqi-mənəvi saflıq üzərində qurulurdu. 

 “Avesta  məbədləri yanındakı  məktəblərdə  tədris prosesi müəyyən mərasimlərlə mü-

şayət olunurdu ki, bu da tədris materiallının şagirdlər tərəfindən əzbərlənməsini asanlaşdırmaq 

məqsədi güdürdü. “Avesta”da da fiziki tərbiyə əxlaq tərbiyəsinin ayrılmaz hissəsi kimi başa 

düşülürdü.“ Avesta” dini, etik, hüquqi norma və tələblərdən ibarət olan mətnləri, dua xarakterli 

mahnı və himnləri, mifləri, əfsanəvi məlumatları, xalq dastanlarından parçaları, astronomiya, 

təbabət və s. dair məlumatları özündə cəmləşdirən ədəbi- pedaqoji abidə idi. 

 Bütövlükdə  Zərdüştliyin  əsasında dünyanın və insanın yaranması haqqında mif, Hör-

müzün yaratdığı abadlıq ölkələri, insanların yaşaması və gözəl həyat sürməsi üçün xeyirxah 

əməllər, Hörmüzün ilk insan nəslini, ümumiyyətlə canlıları yaratması ilə bağlı fikrilər, yer kü-

rəsinin tədriscən genişləndirilməsi ilə bağlı təsvirlər, məbədlər yanındakı  məktəblərdə  uşaq-

ların idrakını qidalandırmaq, onların təbiət və canlılar aləmi haqqında təsəvvürlərini formalaş-

dırmaq imkanları, vasitələri dururdu.  

 

 

 



 

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1317



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

MENTOSORRİ TƏLİM MODELİ 

 

Günel QULİYEVA 

“Tərəqqi – 1” təhsil mərkəzi 



gunel.aslanqizi@mail.ru 

AZƏRBAYCAN 

 

İtaliyanın ilk qadın həkimi, pedaqoq və antropologiya professoru Maria Montessori 



(1870-1952) XX əsrin əvvəllərində Pedaqogikaya yeni bir öyrətmə - öyrənmə modeli gətirdi. 

Bu, uşağın fərdi bacarığına, maraq dairəsinə, fərdi öyrənmə sürətinə  və xarakterik xüsusiy-

yətlərinə uyğun gələn bir konsepsiya idi. O 1899-cu ildə Romada zehni inkişafdan geri qalan 

uşaqların oxuduğu məktəbdə  işləyirdi və belə bir qərara gəlir ki, uşaqlarda  əqli inkişafda 

gerilik pedaqoji problemdir. Onun təlim-tərbiyəsi ilə  məşğul olduğu bir qrup belə  uşaq 

imtahanlarda normal əqli inkişafa malik olan uşaqların göstərdiyi nəticələrə yaxın bir nəticə 

göstərirlər. Bu nəticədən hamı çox razı idi, amma, Dr. Montesorrini başqa bir problem düşün-

dürüdü: Əqli inkişafı normal olan sağlam uşaqların aşağı səviyyəli nəticəsi. 

1907 – ci ildə ilk uşaq evi olan “Casa dei Banbini” də normal olan uşaqlarla işləməyə 

başladı  və  uşaqların nələri xoşladığını  və xoşlamadığını müşahidə etdi və  təəccüb doğuran 

nəticələr əldə etdi: Uşaqların;  

Mükafatları, cəzaları, oyuncaqları, müəllim stolunu, böyüklər tərəfindən proqramlaşdı-

rılmış təhsili xoşlamadıqlarını 

Müstəqil seçimi, səhvlərinin özləri tərəfindən müəyyənləşdirilməsi və düzəldilməsini, 

hərəkət etməyi, səssizliyi, sosial münasibətlərin özləri tərəfindən qurulmasını,  ətraf mühitin 

nizamlı  və  təmiz olmasını, müstəqil fəaliyyətə  əsaslanan bir disiplini, kitabsız oxumaq və 

yazmağı, tapşırıqları təkrarlamağı xoşladıqlarını müəyyən etdi. 

 Mentosorri öz nəzəriyyəsini belə ifadə edirdi: “Uşaqlarla işlədim. Uşaqların mənə 

verdiklərini aldım və onları ifadə etdim. Bu Montesorri üsuludur”. Montesorrinin təlimi müs-

təqil şəxsiyyətin meydana çıxması və inkişafı üzərində qurulmuşdur. O, qeyd edir ki, təlimdə 

metod deyil, insan şəxsiyyəti göz önünə alınmalıdır. Onun təlim modeli 3-6 yaş və 6-12 yaş 

arası uşaqlar üçün nəzərdə tutulmuşdur. Birinci yaş dövründə uşaqlar fərdi öyrənmə formaları 

və sürətlərinə görə öyrənir və inkişaf edirlər. İkinci yaş dövrü “kosmik təlim” adlandırır. Bu 

təlim prosesində  uşaqlar dünyanı, həyatı özləriylə  bərabər bir tam, bütün olaraq öyrənirlər. 

Montesorri məktəblərində uşaqlar istədikləri materiallarla istədikləri zaman və istədikləri yer-

də məşğul olurlar. Burada pedaqoqların əsas vəzifəsi əlverişli mühiti yaratmaq, uşaqların öz-

lərini inkişaf etdirmələrinə dəstək olmaq, onların sosiallaşmasını ciddiyə almaq, onlara hərə-

kət və fəaliyyət müstəqilliyi verməkdir. Hazırlanan əlverişli mühitdə uşaqlara azadlıq verilir. 

Müəllimin təşkilatçı  və idarəedici funksiyalarından başqa hər bir uşağa kömək etmək və 

onlara dəstək olmaq kimi də vəzifələri də vardır. Kömək yalnız tapşırığın giriş və ya təqdim 

edilmə mərhələsində edilə bilər. Əgər uşaq problemi həll etmək üçün çalışırsa, müəllim tərif 

demək üçün belə uşağı narahat etməməlidir. Sinifdə bir uşağın fəaliyyəti digər uşaqları nara-

hat edirsə, müəllim dərhal onun fəaliyyətin dayandırmalıdır.  

Montesorri təlimində əyani vəsaitlər böyük rol oynayır. Bütün materiallar uşaqlara öy-

rənmənin əllər vasitəsilə reallaşdığını öyrədir. Bu yaşlarda uşaqlar mücərrəd anlayışların konk-

ret obyektlərdə öz əksini tapdığını görürlər. Uşaqlara istədikləri qədər təkrar etmə imkanı ve-

rilir. Tez öyrənən uşaq yeni bir çalışmaya keçə bilir, çünki öyrənmədə də hər bir uşağın fərdi 

sürəti var. 

Tapşırıqlar yerdə, ayaq üstə və parta üzərində tək, cütlərlə və qrup şəklində yerinə yetrilə 

bilər. Materiallar elə hazırlanır ki, uşaqlar öz səhvlərini özləri tapa bilir və onu düzəltməyə 

nail olurlar. Bu da uşaqların böyüklərdən asılılığını aradan qaldırır və özlərinə inamını artırır. 


Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin