Qafqaz Universiteti Materiallar


Qabaqcıl beynəlxalq qiymətləndirmə (625)



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə91/124
tarix31.01.2017
ölçüsü9,57 Mb.
#6979
1   ...   87   88   89   90   91   92   93   94   ...   124

Qabaqcıl beynəlxalq qiymətləndirmə (625) 

Nisbətən mürəkkəb vəziyyətləri anlama və 

mühakimə etmə bacarığı 

Fikirləşmək, nəticələr çıxarmaq,  

ümumiləşdirmələr etmək və  xətti tənliklər həll edə 

bilmə bacarığı 



Yüksək beynəlxalq qiymətləndirmə (550)

Problemləri həll etmək üçün bilik və 

anlayışları tətbiq etmək bacarığı 

Bilik və anlayışların nisbətən müxtəlif çətin 

vəziyyətlərdə tətbiq etmək bacarığı 

Orta səviyyəli beynəlxalq qiymətləndirmə (475)

Sadə vəziyyətlərdə əsas biliklərin tətbiq etmə 

bacarığı 

Müxtəlif sadə vəziyyətlərdə əsas biliklərin tətbiq etmə 

bacarığı 

Aşağı səviyyəli beynəlxalq qiymətləndirmə (400)

Bəzi əsas riyazi bilik sahib olma 

Bütün  ədədlər və onluq sistemlə  əlaqəli,  əməliyyatlar 

və qrafla əlaqəli bəzi məlumatlara sahib olmaq  

II. Oxunun və qavramanın keyfiyyətini tədqiq edən beynəlxalq qiymətləndirmə-PIRLS 

PIRLS (Progress in International Reading Literacy Study) hər 5 ildən bir IV sinif şagird-

ləri arasında aparılır. PIRLS ilk dəfə 2001-ci ildə tətbiq olunub. Bu tədqiqat daIEA tərəfindən 

həyata keçirilir. 

PIRLS oxuma savadlılığını qiymətləndirmək üçün məsələyə 3 fərqli aspektdən yaxınlaşır: 

 Oxumaq üçün səbəblər; 



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1307



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

o Ədəbi təcrübə üçün oxumaq (50%); 

o Məlumat əldə etmək və istifadə etmək üçün oxumaq (50%). 

 Anlama prosesləri; 

o Fikri cəmləşdirə bilmək və aydın məlumat əldə edə bilmək (20%); 

o Sadə nəticələri əldə etmək (30%); 

o Fikirlərin və informasiyanın bütövlüyünü təşkil etmək və izah etmək (30%); 

o Məzmunu, üslub dilini və mətn elementlərini tədqiq edib qiymətləndirmək (20%). 

 Davranışları və münasibətləri oxuma. 

III.  Şagird nailiyyətlərinin beynəlxalq qiymətləndirilməsi proqrami - PISA 



PISA (Program for International Student Assessment) İqtisadi  İnkişaf və  Əməkdaşlıq 

Təşkilatı (OECD-Organisation for Economic Co-operation and Development) tərəfindən ilk 

dəfə 1997-ci ildə keçirilib. Müxtəlif ölkələrin  şagirdlərinin  oxu,  riyaziyyat  və  təbiət elmləri 

üzrə bacarıqlarının, eyni zamanda müxtəlif tipli problemləri həlletmə qabiliyyətlərinin qiy-

mətləndirilməsi məqsədi ilə aparılıb.  İstifadə olunan suallar 4 istiqaməti  əhatə edir. Bunlar 

Anlayışlar, məzmun, proseslər və kontekstdir. Bu proqramda 15 yaşındakı şagirdlər iştirak edə 

bilərlər. PISA beynəlxalq səviyyədə şagirdlərin öyrəndikləri biliklərdən istifadəetmə imkanla-

rını, problemləri həll etmək qabiliyyətlərini, təhlil apara bilməsini, mühakimə yürütməsini, 

ünsiyyət qura bilməsini qiymətləndirir və 3 ildən bir aparılır.  

Məqalədə  təhsil sahəsində qiymətləndirməni reallaşdıran  şirkətlər, o cümlədən onların 

istifadə etdikləri indikatorlar haqqında məlumat verilib. Yekun olaraq bunu qeyd etməliyik ki, 

müvafiq hesabatların indikatorlarının analizləri aparılmalı, hesabatlarda göstərilən qabaqcıl 

ölkələrin təcrübələrindən istifadə edərək dünyanın inkişaf etmiş ölkələri arasında öz mövqeyi-

mizi qorumalı və inkişaf etdirməliyik.

 

 



 

İBTİDAİ SİNİFLƏRİN AZƏRBAYCAN DİLİ DƏRSLƏRİNDƏ               

ÇƏTİN SÖZLƏR ÜZƏRİNDƏ İŞİN İSTİQAMƏTLƏRİ 

 

Samirə HƏSƏNOVA 

Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu 



samiraqasanova@gmail.com 

AZƏRBAYCAN 

 

Müstəqillik illərində doğma ana dilimizin sürətlə inkişaf edib zənginləşməsi prosesi mü-



şahidə olunur. Bu da təbii ki ölkəmizin təhsil sisteminə birbaşa təsirini göstərir.  

“Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli 506 

saylı fərman, “Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının tərkibinin təsdiq edilməsi 

haqqında” 4 iyul 2001-ci il tarixli 766 nömrəli sərəncam, “Azərbaycan əlifbası və Azərbaycan 

dili təsis edilməsi haqqında” 9 avqust 2001-ci il, “Azərbaycan Respublikasında Dövlət dili haq-

qında” Qanun ölkəmizdə dil siyasəti və dil quruculuğunun mükəmməl konsepsiyasını, onun 

uzunmüddətli strategiyasını və aydın proqramını verən tarixi qanunvericilik aktlarıdır. 

Dövlətimizin dil və təhsil siyasətində milli-mənəvi dəyərlərin ön plana çəkilməsi, bey-

nəlxalq təcrübənin dərindən araşdırılaraq tətbiq edilməsi gənc nəslin nitq mədəniyyətinin çi-

çəklənməsinə xüsusilə geniş vüsət verir.  

Professor Y.Kərimov yazır: “İnsanın mədəni yetkinliyinin, cəmiyyət üçün faydalı şəx-

siyyət kimi formalaşmasının meyarlarından biri onun nitq mədəniyyətinə yiyələnməsidir. Bu, 

orta məktəbin qarşısında duran ən mühüm ümumpedaqoji problemlərdəndir”. 

Hazırda ümumtəhsil məktəblərinin Azərbaycan dili dərslərində nitq mədəniyyətinin for-

malaşdırılması istiqamətində  məqsədyönlü iş aparılır, lakin məsuliyyət xüsusi olaraq ibtidai 


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1308



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

təhsil səviyyəsinin üzərinə düşür. Çünki bu mərhələdə nitq mədəniyyətinin  əsası qoyulur. 

Həmin dövr ilkin nitq vərdişlərinin uşaqlara sistemli şəkildə mənimsədilməsi ilə xarakterizə 

olunur. Prosesin reallaşması müəyyən lüğət ehtiyatının mövcudluğundan asılıdır. Doğrudur, 

məktəbəqədərki dövrdə uşaqlar məhdud həcmdə söz ehtiyatına malik olur, lakin məzmunda 

dağınıqlıq, sistemsizlik hökm sürür. Bunu nəzərə alaraq, müəllim ibtidai siniflərdə mövcud 

özül üzərində sistemli iş aparır. Tədricən kiçikyaşlı məktəblinin lüğətinə neologizmlər, dialek-

tizmlər (şivə sözlər), poetizmlər, alınma sözlər (ərəb-fars, rus-Avropa mənşəli), işlək olmayan 

sözlər, az işlək olan sözlər, yazılışı tələffüzündən fərqlənən sözlər, frazeoloji ifadələr, arxaiz-

mlər, mənası tanış olmayan yeni sözlər, onomastik vahidlər, antroponimlər və sair bu qəbildən 

olan sözlər daxil olur. Həmin kəlmələr tam mənimsənmədikcə onların hər biri “çətin söz” ki-

mi qalaraq, uşaqların nitq mədəniyyətinin formalaşmasının qarşısında səddə çevrilir. Deməli, 

ibtidai sinif şagirdi (o cümlədən, hər kəs) üçün tanış olmayan hər bir kəlmə çətin sözdür. Əslində 

o şərti anlayışdır. Əgər uşağın nitqinin, ümumi inkişafının səviyyəsi, məktəbə nə kimi hazır-

lıqda gəlməsi, şəhərdə və ya kənddə yaşaması, nitqinə hansı dialektin təsir göstərməsi, intel-

lektual hazırlığı, fərdi xüsusiyyətləri nəzərə alınarsa, çətin hesab edilən bəzi sözlərin digər 

uşaqlar üçün çətinlik törətməməsi, əksinə, asan sözlərin isə onlara görə çətin olması aşkara çı-

xar. Bununla belə, hər bir sinif üzrə  şagirdlərin  əksəriyyəti üçün çətin hesab edilən sözlər 

mövcuddur. Onu da nəzərə almaq lazımdır ki, həmin söz qruplarının hamısı öyrənənlərin fəal 

lüğət fonduna daxil edilə bilməz. Erkən məktəbyaşlı uşaqlarda nitq vərdişlərinin yaradılması, 

formalaşdırılması ədəbi dilin normalarına əsasən tənzimləndiyindən arxaizmlər, dialektizm və 

s. belə söz və ifadələrin sistematik şəkildə şagirdə mənimsədilməsi yolverilməzdir. Müəllim 

yeri gəldikcə, həmin məzmunlu bəzi kəlmə, ifadələrin mənası, yazılışı, deyilişi və digər spesi-

fik xüsusiyyətləri barədə məlumat verə bilər, lakin şagirdi yükləməyə zəmin yaradacaq vari-

antlardan istifadə mütləq şəkildə məhdudlaşdırılmalıdır. Diqqət yetiriləsi vacib məqamlardan 

biri də çətin sözlərin öyrədilməsi zamanı öyrədənin valideynlərlə qarşılıqlı iş aparmasıdır. Bu 

müxtəlif formalarda ola bilər,  əsas məqsəd isə kiçikyaşlı  məktəblilərin çətin hesab etdikləri 

sözləri mənimsəməsi, nitq vərdişlərinə yiyənlənməsini təmin etməkdir.  

Nəticə:  İbtidai siniflərin Azərbaycan dili dərslərində  əsas didaktik istiqamətlərdə  iş 

apardıqda çətin sözlər üzərində işin səmərəliliyi artır. 

Mövzunun elmi yeniliyi: İbtidai siniflərin Azərbaycan dili dərslərində çətin sözlərin mə-

nimsədilməsinin səmərəliliyini artırmaq məqsədilə  əsas didaktik istiqamətlər ilk dəfə olaraq 

tədqiqata cəlb olunmuşdur.  

Mövzunun elmi yeniliyi: Tədqiqatda müəyyən olunmuş əsas didaktik istiqamətlər ibtidai 

təhsil səviyyəsində  çətin sözlər üzərində  işin daha səmərəli qurulmasına imkan yaratmaqla, 

ümumilikdə Azərbaycan dili təliminin keyfiyyətini yüksəldilməsinə yüksək təsir göstərir.  

 

 

DƏRSLİK MÜASİR PEDAQOJİ PROSESDƏ BAŞLICA AMİL KİMİ 



 

Sona SADIQOVA 

Bakı şəhəri, Xəzər rayonu 324 saylı tam orta 



sona_sadiqova@list.ru 

AZƏRBAYCAN 

 

Cəmiyyətin həyatında ən önəmli xüsusiyyətlərdən birincisi təhsildir. Məlum məsələdir 



ki, cəmiyyətlər arasında gedən güclü rəqabət və bunun nəticəsində meydana çıxan sürətli inki-

şaf təhsilin səviyyəsindən asılıdır. Təhsil sistemi daha güclü olan ölkələr bu rəqabətə uğurlu 

davam gətirərək həyatın demək olar ki, bütün sahələrində qabaqcıl olmağa nail olurlar. Elə öl-

kələr vardır ki, içində olduğu ən çətin situasiyalardan belə növbəti illərdə təhsilin uğurlu təd-

biqi sayəsində çıxmış, hətta qabaqcıl dövlətlərlə eyni inkişaf səviyyəsinə çatmışdır. Məsələn, 

Yaponiya ikinci dünya müharibəsində ərazisinə atılmış atom bombasının dağıdıcı zərərlərin-



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1309



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

dən sonra da inkişafdan geri qalmamış və təhsil sisteminin gücləndirilməsi ilə ölkənin sosial- 

iqtisadi vəziyyətini yaxşılaşdırmışdır. Ölkəmizdə də uzun müddətdir ki, təhsil sahəsində isla-

hatlar həyata keçirilir, pedaqoji prosesin müasirləşdirilməsi sahəsində ciddi addımlar atılır. 

Bununla yanaşı, bəzi problemlər mövcuddur. Dərslik və dərs vəsaitlərindəki mövcud nöqsanlar 

bu problemlərdən biridir. Ümummilli lider Heydər  Əliyevin də vurğuladığı kimi “İndi dərs 

alan uşaqlar, gənclər gərək mütləq və mütləq bizim yeni dərsliklər əsasında oxusunlar”. Dərs-

lik təhsil sisteminin məzmun və funksiyasına görə vacib resurslardan biridir. Təlim prosesinin 

keyfiyyəti dərsliklərin keyfiyyətindən asılıdır. Dərsliklərin necə hazırlanması barədə qabaqcıl 

pedaqoqlarımız pedaqoji ədəbiyyatlarda qeyd etmişlər. Yeni dərsliklərin hazırlanması zamanı 

bir neçə mühüm pedaqoji prinsiplər nəzərə alınmalıdır: 

Düzgünlük. Bu prinsip tələb edir ki, təlim standartlarına uyğunluq gözlənilsin, mübahisəli 

faktlar olmasın, qeyd edilmiş faktlar dəqiq olsun, orfoqrafik və qrammatik səhvlərə yol veril-

məsin. Düzgünlük prinsipi sayəsində şagirdlər dərsliklərə etibarlı tədris vəsaiti kimi yanaşırlar. 

Əyanilik. Dərsliklər əyanilik prinsipinə cavab verməlidir. Bu prinsipin məqsədi ondan 

ibarətdir ki, dərslik və dərs vəsaitlərindəki şəkillər, illustrasiyalar, sxemlər, cədvəllər, qrafiklər 

və s. təlimin məqsədinə müvafiq olsun, şagirdlərin təlimə olan maraq və diqqətini artırsın. 

Əyanilikdən istifadə zamanı  hər fənnin özünəməxsus xüsussiyyəti,  şagirdlərin yaş  və  dərk-

etmə səviyyəsi nəzərə alınmalıdır. 

Müasirlik. Bu prinsip dərsliklərin müasir tələblərə cavab verməsinə əsaslanır. Yeni tex-

nologiyaların təhsilin məzmununa gətirilməsi də müasirlik prinsipinin tələbidir. 

Tamlıq. Dərslikdə nəzəri, praktik, təsviri və qiymətləndirmə materiallarının olması əsas 

pedaqoji prinsiplərdən biridir. 

Ardıcıllıq. Dərslik və dərs vəsaitlərindəki mövzu və materiallar bir- biri ilə əlaqəli ol-

malı  və ardıcıl  şəkildə  təqdim edilməlidir. Mövzuların asandan çətinə, sadədən mürəkkəbə 

doğru sıralanması, məntiqi ardıcıllığın gözlənilməsi olduqca vacib amillərdəndir. Bu amillər 

nəzərə alınmasa pedaqoji prosesdə inkişaf və nailiyyətə nail olmaq demək olar ki, mümkün 

olmayacaq. Şagirdlərin mövzuları tam və dəqiq mənimsəyə bilməsi, əldə etdiyi biliyi praktik 

tapşırıqlar zamanı sərbəst tətbiq edə bilməsi üçün ardıcıllıq prinsipinə əməl edilməlidir. 

Yaş və dərketmə səviyyəsinə uyğunluq. Tədris materialının hazırlanması zamanı şagird-

lərin həm yaş, həm də  dərketmə  səviyyəsi nəzərə alınmalıdır. Hazırda ibtidai sinif dərslik-

lərində  uşaqların dərketmə  səviyyəsinə uyğun olamayan bəzi tapşırıqlar mövcuddur. Bu da 

təlim prosesində bir sıra çətinliklərə səbəb olur. Şagird hər hansı tapşırığı sərbəst yerinə yetirə 

bilmədikdə, mövzunu mənimsəməkdə problemlərlə üzləşdikdə təlimə marağı və hətta özünə 

olan inamı azalır.  

Bu prinsiplərdən başqa, nəzərə alınması vacib olan digər didaktik prinsiplər də mövcud-

dur. Dərslik və  dərs vəsaitlərinin oxunaqlı olması, fəal təlim üçün şərait yaratması, asan və 

anlaşıqlı dildə olması və s. həmin didaktik tələblərdəndir.    

 

 

 



 

Bugün dərsliklərin hazırlanması  və  təhsilə  tədbiq edilməsində müəyyən problemlər 

mövcuddur. Hesab edirik ki, xüsusən ibtidai sinif dərsliklərində belə problemlərin olması 

yolverilməzdir. İbtidai təhsil təməl təhsil hesab edilir. Odur ki, burada ən kiçik nöqsan belə 

olmamalıdır. Hazırda ibtidai sinif, xüsusən 4-cü sinif üzrə nəzərdə tutulmuş dərsliklərin əsas 

nöqsanlarını  qısaca olaraq aşağıdsakı kimi qruplaşdırmaq olar: orfoqrafik səhvlərin olması, 

təhsilalanların anlaq səviyyəsinə bir o qədər də uyğun olmayan tapşırıqların yer alması, dör-

düncü sinif üzrə ana dili dərsliyində dil qaydaları üzrə materialların kifayət qədər olmaması, 

lakin çalışma və test tapşırıqlarında dil qaydalarından genişləndirilmiş şəkildə istifadə olun-

ması, vətənpərvər mövzulara olduqca az yer verilməsi, digər fənlər üzrə dərsliklərdəki materi-

alların dilinin mürəkkəb olması  və s. Bu qüsurların aradan qaldırılması üçün müəyyən işlər 

görülür. Belə düşünürük ki, bu cür işlərin genişləndirilməsi, dərslik və dərs vəsaitlərinin key-

fiyyətinin yaxşılaşdırılması pedaqoji prosesə müsbət təsir edəcək və bununla da təlimdə məq-

sədəuyğun inkişafa nail olunacaq.  



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1310



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

ŞAGİRDLƏRDƏ ƏXLAQİ-MƏNƏVİ TƏRBİYƏ TƏCRÜBƏSİNDƏN 

 

Aynur MUSAYEVA 

Qafqaz Universiteti 



aynur.aynur.musayeva@mail.ru

 

AZƏRBAYCAN 

 

Demokratik cəmiyyət üçün şagird fəal mövqeli vətəndaş, mənəvi dəyərləri yüksək qiy-



mətləndirə bilən bir şəxsiyyət kimi formalaşmalıdır. Bu baxımdan yeni pedoqoji təfəkkür əsas 

diqqətin ilk növbədə şagirdin intellektual və yaradıcı inkişafına, əxlaqi-mənəvi tərbiyənin for-

malaşmasına və digər pedoqoji-psixoloji aspektlərə yönəldilməsini tələb edir. Ümumtəhsil 

məktəblərində  şagirdlərə  əxlaqi-mənəvi tərbiyənin aşılanması mühüm əhəmiyyət kəsb edir. 

İbtidai sinif şagirdlərinin əxlaqi-mənəvi tərbiyəsində diqqəti çəkəcək , önəmli olan bir çox pe-

doqoji-psixoloji yanaşmalar vardır.Uşaq ictimai mühitdə doğulur, burada boya-başa çatır.Bir 

insana verilən dəyər onun əxlaq və  mənəviyyatı ilə  sıx bağlıdır.Şagirdlərdə ailədə başlayan 

yaxşı tərbiyə məktəbdə tərbiyəçilərin sayəsində uğurla davam edir.Şagirdlərin əxlaqi-mənəvi 

tərbiyəsi, gələcəkdə peşəkar şəxsiyyət kimi hazırlanması da demək olar ki, müəllimin əlindədir. 

Belə bir söz var ki, hər hansı bir milləti məhv etmək üçün onun müəlliminin və həkiminin sa-

vadsız olması kifayətdir. Savadı olmayan müəllim milləti mənəvi cəhətdən, savadı olmayan 

həkim isə fiziki cəhətdən şikəst edəcəkdir. Etiraf etməliyik ki, hal-hazırda şagirdlərin əxlaqi-

mənəvi tərbiyəsində müəllimlərin rolu böyükdür. Müəllim həm mürşid olmalı, həm də mürid. 

Yaxşı müəllim  şagirdlərinin  əxlaqi-mənəvi tərbiyəsinə  təsir etmək üçün şagirdlərinin dostu-

sirdaşı, könüldaşı olmalıdır. Ailədə və məktəbdə xoş duyğularla əhatə olunan şagirdin qəlbin-

də insanlara sevgi və məhəbbət, hörmət, zəif və imkansızlara mərhəmət hissi yaranır. Əsl pe-

daqoq müəllim şagirdə məktəbi sevdirməlidir. Əxlaqi-mənəvi dəyərlərdən qaynaqlanan milli 

tərbiyə şəxsiyyətin formalaşmasında xüsusi fəaliyyət sahəsi hesab olunur. Əxlaqi-mənəvi tər-

biyə ibtidiai sinif şagirdlərində deyərdim ki, adətən məktəbdənkənar tədbirlər vasitəsilə inkişaf 

etdirilir. Şagirdləri əxlaqi-mənəvi ruhda mükəmməl tərbiyə etmək üçün müəllim tərbiyəvi təd-

birlər təşkil etməlidir. 

Qocalar və körpələr evlərinə baş çəkmək, orada yaşayan yaşlıların və körpələrin prob-

lemləri ilə tanış olmaq uşaqlarda milli-mənəvi və əxlaqi dəyərlərimizə sevgi ilə yanaşmağı aşı-

layır. Belə tədbirlər şagirdlərin psixoloji vəziyyətinə öz müsbət təsirini göstərir. 

Əxlaqi-mənəvi mədəniyyət düzgün praktik mənəviyyatı şərtləndirir. R.Şteyner düzgün 

olaraq tərbiyə məqsədlərinin əvvəlcədən planlaşdırılmasını qəbul etmirdi. Onun fikrincə insan 

özünü inkişaf və özünüdərk qabliyyətinə malikdir. Məktəb dövrünün ilk illərində şagirdin təh-

sili hərəki tapşırıqlarla paralel davam etdirilir. Sonra təhsilə şüurlu dərketmə motivasiya daxil 

olur. Daha sonar uşağın əmək fəaliyyəti (tikmək, hazırlamaq və s.) daha intensiv inkişaf etdirilir. 

Uşaq ictimai mühitdə doğulur, burada boya-başa çatır. Düşünürəm ki, maariflənmə işi əxlaqi-

mənəvi tərbiyədə böyük və mühüm yer tutduğundan, kiçik yaşlıların əxlaqi-mənəvi ruhda tər-

biyə olunması başılıca amillərdəndir.  

 

 

TƏLİM PROSESİNDƏ İNTELLEKT TƏRBİYƏSİNİN TARİXİ KÖKLƏRİ 



 

Şəlalə NƏBİYEVA 

ADPU 


shelalexalil@rambler.ru 

AZƏRBAYCAN 

 

Bəşəriyyət daim intellektin qələbəsinə çalışmış, bunun üçün bütün imkan və vasitə-



lərdən istifadə etmişdir. Çünki cəmiyyəti işıqlı yola yalnız intellekt çıxara bilər. Xalq ədəbiy-

yatında da buna çoxlu misallar var. Məsələn, Məlikməmməd nağılında deyilir: “Ağ qoç işıqlı 



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1311



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

dünyaya, qara qoç qaranlıq dünyaya aparır”. Ancaq elm bəşəriyyəti həqiqətə, ədalətə və xoş-

bəxtliyə apara bilər. Dünyanın işıqlı adamları  həmişə belə düşünmüşlər. Elmlərin bünövrə-

sinin təhsillə bağlılığını duyan və  cəmiyyətin xilas yolunun insan zəkasında olduğunu başa 

düşən S.Vurğun yazır:  

Açılsın hər yerdə məktəb, mədrəsə 

Balalar quş kimi versin səs-səsə. 

Nəğmələr bəzəsin vətən mülkünü, 

Mən də qoca vaxtı görüm o günü. 

Məktəb şəbəkəsinin genişləndirilməsi mühüm şərtdir, lakin onun məzmunca müasirləş-

məsi, məqsədyönlü fəaliyyəti cox vacibdir. Qədim yunan filosofu Esxil yazırdı: “Çox bilən 

yox, lazım olanı bilən müdrikdir. Müasir təlim texnologiyalarının əsas prinsipini əks etdirən 

bu sözlər çox qiymətlidir. H.Spenser yazır: “Əgər biliklər qaydaya salınmayıbsa nə qədər çox 

bilsən, təfəkkür o qədər zəif olacaq”. 

Şagirdlərin intellekt qabiliyyətlərinin inkişafına nə  qədər erkən başlanılsa, o qədər 

yaxşıdır.  Ərəb xalqının belə bir sözü var: “Qocalıqda öyrənmək-qum üzərində yazıdır, 

cavanlıqda öyrənmək daş üzərində”. Fəlsəfə elmləri doktoru professor S. Xəlilov yazır: “Şərq 

fəlsəfəsində hər hansı bir qüvvənin biliklə tənzim olunması, idarə edilməsi ideyası ilə yanaşı, 

biliyin özünün qüvvə kimi çıxış etməsi ideyası da irəli sürülürdü. İnsanı bütün canlıların ən 

qüdrətlisi edən fiziki qüvvə deyil, biliyin qüvvəsidir. Sözün geniş  mənasında azadlıq 

qazanmaq, nəinki təbiətdə, həm də öz üzərində hökmran olmaq lazımdır. Hələ XII əsrdə 

böyük Nizami insanın əsl qüdrət və qüvvətini elmlə əlaqələndirərək deyirdi: 

O böyük, ağıllı, ayıq hökmdar 

Öz şahlıq taxtında tutarkən qərar 

Əmr etdi, verilsin belə bir fərman 

Elmlə, hünərlə! – Başqa cür heç kəs 

Heç kəsə üstünlük eyləyə bilməz. 

Rütbələr içində seçilir biri 

Hamıdan üstündür alimin yeri. 

Bu misralar F. Bekonun məşhur “bilik-qüvvədir” aforizmindən 5 əsr əvvəl yazılmışdı. 

Lakin o dövrdə  məhsuldar qüvvələrin inkişaf səviyyəsi belə bir ideyanın böyük miqyasda 

həyata keçirilməsinə imkan vermirdi. Ona görə bu ideyanın da məhz bir fərd miqyası üçün 

irəli sürüldüyünü ehtimal etmək lazım gəlir. Elm həqiqətən F. Bekon dövründən (hətta bir 

qədər sonra) və  məhz Qərb ölkələrində ümumictimai miqyaslı maddi bir qüvvə kimi çıxış 

etməyə başlamışdır”. 

Azərbaycan dilinin tədrisi metodikası sahəsində ciddi elmi tədqiqatları ilə diqqəti cəlb 

edən alimlərdən biri də  Bəşir  Əhmədovdur. Onun tədqiqatları da yalnız məktəb daxilində 

aparılan eksperimentlərlə məhdudlaşmamışdır. 

Dilin mənimsənilməsinin intellektlə bağlılığını prof. B.Əhmədov belə  əsaslandırır: 

“Nitqin özülü şüurda qoyulur. Yəni adam əvvəlcə gerçəkliyi dərk edir, daxilən düşünür, gö-

tür-qoy edir, sonra fikrini xarici nitqlə ifadə edir. Beləliklə, aydın olur ki, daxili nitq nitqin ilk 

mərhələsidir. Bunun ardınca şifahi nitq mərhələsi, ondan sonra isə yazılı nitq gəlir. Bu üç mər-

hələ birlikdə produktiv növü təşkil edir. Produktiv nitq danışan (yazan) tərəfin nitqidir. Din-

ləyən (oxuyan) tərəfin nitqi isə reseptiv növ hesab olunur. Həmin tərəf eşitmə (görmə) orqan-

larının köməyi ilə birinci tərəfin fikrini başa düşür və burada mərhələlər tərsinə cərəyan edir.  

Uşaqların anadangəlmə linqvistik intellektinin inkişaf etdirilməsi və gələcəkdə dil qa-

nunlarının daha dərindən dərk olunması üçün bağça yaşlı uşaqların bədii ədəbiyyat nümunə-

lərini çox mütaliə etməsinə və ya eşitməsinə nail olmalıyıq. 

“Müasir dövrün reallığı budur ki, təlimin məzmunu təriflərin, düsturların, tarixi gün və 

hadisələrin əzbərlənməsinə, nəzəri materialların mənimsənilməsinə deyil, şagirdlərdə yaradıcı 



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1312



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

düşünmə, müstəqil öyrənmə və qərar qəbul etmə, təşəbbüskarlıq, tətbiq və tədqiqatçılıq baca-

rıqlarının, iradi keyfiyyətlərin formalaşmasına yönəlməlidir. Nəticədə şagirdlərin idrak fəallı-

ğını, ümumi inkişafını ləngidən mövcud “yaddaş məktəbi”ndən təfəkkür və düşüncə məktəbi” 

nə keçməyə və bu əsasda ümumi təhsilin müasir modelini qurmağa nail olmalıyıq” 

 

 



Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin