16
I FƏSIL.
QƏDIM OĞUZ TÜRK YURDU- LAÇIN
Laçının qədim tarixindən.
Azərbaycanın dilbər guşələrindən biri, qədim oğuz
yurdu olan Laçın rayonunun inzibati sərhədlərini Dəlidağ,
İşıqlı, Qırxqız dağ silsilələri cızmışdı. Qarabağla nankor
düşmən qonşularımız arasında mərdlik qalasıydı Laçın!
Tarix boyu torpağımıza göz dikənlər Laçını «Aranın- Qa-
rabağın qara qapısı» adlandırırdılar. Ümummilli liderimiz
Heydər Əliyev bu torpağın tarixi, strateji əhəmiyyətini
yüksək qiymətləndirərək deyirdi: «Azərbaycanın müstə-
qilliyi, ərazisinin qorunması nöqteyi nəzərindən Laçın ra-
yonu çox böyük strateji əhəmiyyətə malikdir».
Qədim Türk yurdu olan Laçının tarixi haqqında
daha dəqiq bilgilər əldə etmək üçün tarixə müraciət etmə-
miz daha obyektiv və əhəmiyyətli olardı.
Laçın bölgəsi və onun çoxsaylı kəndləri yaşayış
məskəni kimi çox-çox qədimlərdən xəbər verir. Belə ki,
bu ərazilərdə xristianlıqdan əvvəllərə aid abidələrin bu
günə qədər qalması fikrimizi təsdiq edir. Qalalar, Qəbir-
üstü abidələr, kahalar, mağaralar, kurqanlar bu gündə sirli
olaraq qalır.
Qurdqajı (Kürdhacı) və Ərikli kəndi arasında olan
Alban abidəsi, Kiş dağında yerləşən Vəng abidəsi, Ci-
cimli kəndində Məlik-Əjdər türbəsi, Mircəfər qalası bu
ərazilərin qədim minilliklərdən xəbər verdiyini göstərir.
Bu abidələr içərisində diqqəti xüsusilə Kiş sülaləsinin
adını daşıyan, Laçında Kiş dağı, Şəkidəki Kiş kəndi və
Kiş çayı cəlb edir. Altı min illik tarixi yaddaşımız bu
abidələr vasitəsilə təsdiqini tapır. Bununla biz Laçın
17
rayonu ərazisində məskunlaşmış ulu babaları-mızın altı
min illik bir tarixə malik olmasının, e.ə IV minillikdə bu
yerlərin sahibi olduqlarını bir daha şahidi oluruq.
Zəngəzurda, onun Laçın bölgəsində yaşayan xalqı-
mızın soy kökü, qədim tarixi ilə bağlı və tədqiqinə zərurət
duyulan toponimlər çoxdur. Belə toponimlərin bəziləri
ayrı-ayrı məqalələrdə qismən də olsa verilmişdir. Qara-
dağlı, Bayındır, Bozlu, Küllü təpə, Qızıl qaya, və s kimi
coğrafi adlar bu qəbildəndir. Dəyərli yazıçımız Süleyman
Rəhimovun əsərlərində Qırxbulaq, İşıqlı, Dəvəuçan,
Qartal qayası, Koroğlu qayası, Nəbi hörgüsü və başqa
adda Laçın toponimlərinin izahı əsas yer tutur. Görkəmli
ədib «Mehman» əsərində Laçındakı Sadınlar və Mirza-
lılar adı ilə tanınan kəndlər barəsində yazır: Sadınlar
kolxozu yeddi para kəndi birləşdirir. Hamısı da bir kişinin
törəməsidir. Bu kəndlərin bünövrəsi vaxtilə Qaraqoyunlu
tayfalarından ayrılıb, bu yeddiqardaş dağında məskən
salmış Mirzəalı kişinin özü və oğlanları tərəfindən qoyul-
muşdur (7,33).
Laçının yaşlı nəslinin nümayəndələrinin dediyinə
görə Minkənd çayına əvvəllər Ağoğlan çayı deyilirmiş.
Hətta çayın sahilində bu günə qədər qalmış Ağoğlan mə-
bədi həmin adı yaşadır. Bəzi qədim adlar tayfa və soyad-
larını əks etdirir. Məsələn, Bayandır və yaxud Bayındırlı
adları «Kitabi Dədə Qorqud» dastanında oğuz elinin ağ-
saqqalı Bayındır xanı xatırladır.
Bir qisim yazarlar israr edirlər ki, Bayındır çayı
Xanlar (Göygöl) rayonunda, Bayındırlı kəndi isə Bərdə
rayonundadır. Biz isə yəqinliklə deyə bilərik ki, ən qədim
oğuz-türklərinin yaşayış yeri olan Bayındır adlı kənd və
eyni adlı çay Laçın rayonunun ərazisindədir. Bu qədim
adlar müasir günümüzdə də əvvəlki adları ilə qalmaq-
dadır. Bayındır dərəsindən köçüb Minkəndə və Bərdə
18
rayonuna gələnlər isə bayındırlılar adlanır. Bərdə rayo-
nunun ərazisindəki Bayındırlı kəndinin yaşlı sakinləri
bura Laçın rayonunun ərazisində olan Bayındırdan köçüb
gəldiklərini etiraf edirlər. Antropologiya, arxeologiya və
etnoqrafiya sözlüyündə verilmiş toponimlərin əksəriyyəti
hazırda kənd adları kimi Bayat, Bayındırlı, Qaraqoyunlu,
Ovşar, Padar, Xəzər, Şahsevən və s. daha çox ümumiləşir.
Laçın tayfa adı bildirən toponimlər sırasında müsəl-
manlar (musurmanlar) sözü də maraqlıdır. İndi də Köhnə-
kənd, Qışlaq, Alçan, İrçan, Xumarta ərazisində yaşayanla-
rın hamısı birlikdə müsəlmanlar tayfası adlanır. Bu ba-
xımdan XX əsrin 20-ci illərində bünövrəsi qoyulan yeni
şəhərə Laçın adının verilməsi maraqlıdır. Araşdırmalarda
bu ad dağ zirvəsində uçan quş, yaxud da dağ adı ilə
əlaqələndirilir. Ancaq Laçın şəhərindən cəmi bir kilometr
aralıda yerləşən Laçın adlı kəndin tarixi çox qədimlərə
gedib çıxır. Elmi mənbələrdən görünür ki, Laçın sözü
hələ XII əsrdə Bəlx şəhəri ətrafında yaşayan türk qəbilələ-
rindən birinin adı olmuşdur (7,34). Eyni bir adın bir-
birinə yaxın olmayan ərazilərdə işlənməsi təsadüfü deyil-
dir. Görünür hər hansı bir səbəb üzündən öz yerlərindən
köçüb gedənlərin yer adlarını da özləri ilə aparmalarının
və məskunlaşdıqları ərazidə yaşatmalarının nəticəsidir.
Fikrimizi dəqiqləşdirmək üçün göstərmək olar: Əl-
yanlı Laçınla Qubadlı arasında yer adıdır. Bu kəndin sa-
kinləri Alman-Sovet müharibəsi illərində maddi çətinlik
ucbatından Bərdə rayonunun ərazisinə köçmüş və rayon
mərkəzinə yaxın bir yerdə Əlyanlı adlı kənd salmışlar.
Kəlbəcər rayonu ərazisindəki Xallanlı, Ağcakənd, Alxas-
lı, Şelli, Laçın adını daşıyan yaşayış yerlərinin adı da be-
ləcə yaranmışdır. Elə də olmuşdur ki, tayfa adı bildirən
sözlər yer adını, soyadı bildirən sözlərə çevrilmişdir(14,
s.42).
19
Laçın rayonu ərazisində ərəb-fars və türk-monqol
mənşəli toponimlərin mövcudluğu da tarixin müxtəlif
mərhələlərində yadelli işğalçıların bu yerlərə basqını ilə
əlaqədardır.
Bütün bu izahlar və gətirilən nümunələr bir daha sü-
but edir ki, igid oğulları və əsrarəngiz təbiəti ilə seçilən
Laçının tarixi çox qədimlərə gedir. Bu yerlərin türk yurdu
olduğu bir daha qədim toponimlərdə də öz təsdiqini tapır.
1822-ci ildə Qarabağ xanlığı ləğv olunana qədər
Laçın rayonunun ərazisi həmin xanlığın tərkibində ol-
muşdur. Xanlıq ləğv olunandan sonra həmin ərazidə eyni
adlı əyalət yaradılır. Çarizmin müstəmləkə əsarətinə qarşı
yerlərdə baş verən narazılıqları və üsyanları görən Çar
höküməti komendant üsul-idarə sisteminin ləğvi və yeni
inzibati idarə üsulu haqqında fərman verir. 1840-cı il 10
aprel tarixli fərmana əsasən Qarabağ əyaləti Şuşa
qəzasına çevrilir. 1868-ci ildə Gəncə quberniyası yaranan
zaman Şuşa qəzası yeni yaranmış quberniyanın tərkibinə
daxil olur (13,11). 1874-cu ildən sonra Quberniyanın
tərkibində yeni bir qəza– Zəngəzur qəzası yaradılır. Laçın
rayonunun ərazisi həmin qəzanın tərkibinə daxil olur. Bu
cür inzibati bölgü 1921-ci ilə qədər mövcud olmuşdur.
1921-ci ildə Ermənistan SSR yaradılanda tarixi
Qarabağın xeyli hissəsi (Zəngəzurun xeyli hissəsi) Ermə-
nistana verilmişdi. 1923-cü ildə Qarabağın dağlıq hissə-
sinə muxtariyyat verildi. Bura Cavanşir qəzası, Şuşa və
Cəbrayıl qəzalarının dağlıq hissələri daxil edilmişdi.
Zəngəzur qəzasının tərkibində Laçın rayonunun bir
hissəsi– Məzməzək, Fərəcan, Suarası, Bayramuşağı, Köh-
nəkənd, Qışlaq (13,15) və b kəndlər Şuşa qəzasının
tərkibinə daxil edilmişdi. Lakin, elə həmin il DQMV-nin
təşkili ilə əlaqədar olaraq Şuşa Qəzası ləğv olunur və
onun əvəzində Ağdam qəzası təşkil olunur. Mərkəzdən
20
ucqarda olmaqla, geniş bir ərazini əhatə edən Qubadlı,
Laçın və Kəlbəcər torpaqlarının vahid qəza kimi birləş-
məsi məsələsi ortaya çıxır.
Ermənistana verilməsi vəd edilmiş– tarixi Azərbay-
can torpaqları olan Qarabağ və Zəngəzurun bütünlüklə
Ermənistana birləşdirilməsini asanlaşdırmaq məqsədilə
yeni planlar cızılır. Beləliklə, ehtiyac olmamasına baxma-
yaraq Zəngəzur qəzasını parçalayıb ərazinin bir hissə-
sində Kürdüstan qəzasının yaradılması məsələsi ortaya
atılır. 1923-cü il avqust ayının 6-da Qubadlı qəzasının
Şimal və Cavanşir qəzasının qərb hissəsində Kürdüstan
qəzasının təşkil edilməsinə dair Azərbaycan SSR Mərkəzi
İcraiyyə Komitəsində qərar qəbul olunur. Qəza mərkəzi
əvvəlcə Pircahan, sonra isə Minkənd təsdiq edilmişdir.
Lakin qəza mərkəzi mübahisə doğurduğundan idarələr
müvəqqəti olaraq Şuşa şəhərində yerləşdirilmişdir.
1923-cü ilin noyabrında S.M.Kirov bildirir ki, MK-
nın bürosu qəzanın mərkəzinin əlverişli yerdə seçilməsi
üçün komissiya yaradıb. Bundan sonra İnqilabi Şöhrət
Şurasının üzvü İsmayıl Şəfiyev və Hüsü Hacıyev qəzanın
bir sıra kəndlərini gəzir, Kəlbəcər, Qarıqışlaq, Qubadlı və
Minkəndi hərlənib Abdallarda dayanırlar. Soruşulur ki,
şəhər salmaq üçün düz torpaq sahəsi varmı? Nurani bir
kişi yaxınlıqdakı uca bir Qayanı nişan verir və deyir: bax
bu Laçın qayasının alt tərəfi bir qədər düzənlikdir.
Ermənistanın Gorus şəhərinə gedən yol da buradan
keçirdi. Deməli qəza mərkəzi üçün əsas şərtlər vardı.
1924-cü ilin əvvəllərində Tağı Şahbazi İsmayıl Şəfiyev və
Hüsü Hacıyevlə təklif edilən yerə gedib baxırlar. Abdallar
poçtu üstündəki yeri bəyənirlər. Sonra T. Şahbazi soruşur:
şəhərin adı nə olacaq? Buralara Abdallar deyirlər. Şəhərin
adını Abdallar qoyaq. Tağı Şahbazi könülsüz dillənir:
Abdal sözündən xoşum gəlmir. Mənası da fərəhsizdir.
21
Sonra soruşur: o dağın adı nədir? Hüsü Hacıyev cavab
verir: Laçın. Tağı Şahbazi gülümsünür və deyir: qəzanın
mərkəzi Laçın şəhəri olsun (5,10).
1924-cü ildə Laçının bünövrəsi qoyulur. Yevlaxdan
Laçının tikintisi üçün materialı araba ilə daşıyıblar. Tikin-
ti hələ qurtarmamış Laçın hər yerdə şəhər kimi tanınırdı.
1929-cu il aprelin 8-də qəzalar ləğv olunur. Laçın şəhəri
1930-cu ildən Laçın rayonunun mərkəzi elan edilir.
Azərbaycan Respublikasının Laçın rayonu Kəlbəcər-
Zəngilan iqtisadi rayonuna daxildir. Rayonun mərkəzi La-
çın şəhəridir. Ərazisi 1835 km
2
-dır. Şimaldan Kəlbəcər ra-
yonu (45km), Şərqdən Xocalı, Şuşa, Xocavənd, cənubdan
Qubadlı (13 km) rayonları, qərbdən isə Ermənistanla (50
km) həmsərhəddir. Laçın rayonunda 1 şəhər, 1 qəsəbə və
125 kənd vardı. İşğala qədər əhalisi 60 min nəfər idi
(13,15-16).
Laçın rayonunun ərazisi dağlıq olduğundan uzun
müddət zəif inkişaf etmişdir. Aran rayonlarının qoyun sü-
rüləri isti-yay aylarında ancaq Laçın dağlarında yerləşdi-
rilirdi. Laçının keçilməz meşələri, Səfalı istirahət guşələri,
İşıqlı, Qızılboğaz, Fərməc, Mıxtökən, Qırxqız kimi
dağları-yaylaqları vardı. Rayonun ən hündür zirvəsi Qızıl-
boğaz dağıdır (3594 m). Rayonun ərazisində Yura-
Antropogen çöküntüləri yayılmışdır. Nazran tipli mineral
bulaqları, tikinti materialları ilə zəngin meşələri, yataqları
vardı. Rayon ərazisinin 16%-ni 42 min hektar sahəsini
meşələr tutur. Əsasən Şəlvə, Hacısamlı və Ərikli meşələ-
rində cökə, ağcaqayın ağacları bitir ki, bunlar da material
kimi çox qiymətlidir. Dünyada nadir ağac kimi sayılan
qırmızı palıd «qızıl palıd» da Laçının Hacısamlı meşələ-
rində, xüsusən Hacısamlı dərəsində bitirdi. Qırmızı palıd
(qızıl palıd) ağacından istifadə etmək üçün hələ Çar
höküməti zamanında fransızlar çətin dağlara, Xankəndin-
22
dən Qırxqız dağına keçməklə araba yolu çəkmişlər. Sovet
hakimiyyəti qurulduqdan sonra taxta materiallarından çox
apara bilməmişlər. Həmin ağacın materiallarından qiy-
mətli mebel və xüsusən konyak spirti saxlamaq üçün
çəlləklər düzəldilməsində istifadə edilirdi. İndi isə bu qır-
mızı palıd növləri ermənilər tərəfindən vəhşicəsinə talan
edilir.
Laçın rayonu ərazisində dünya əhəmiyyəti daşıyan
inci-Laçın Dövlət Təbiət Yasaqlığı 1961-ci ilin noyabr
ayında heyvanat və quşları qoruyub saxlamaq və artırmaq
məqsədi ilə əraziyə yasaqlıq statusu verilib. 1989-cu ildə
yasaqlıqda aparılan yoxlamaya əsasən müəyyən olunmuş-
dur ki, mühafizə olunan bu ərazidə 320 cüyür, 96 dağ
keçisi, 360 çöl donuzu, 110 ayı, 1500 kəklik, 200 qırqov-
ul, qaratoyuq, turac, xeyli sayda canavar, porsuq, dələ
kimi nadir növlər məskunlaşmışdır (16,28). 1991-ci ildən
etibarən heyvanat aləminin ermənilər tərəfindən ovlan-
ması nəticəsində çox növlər məhv edilmişdir. Yasaqlığın
ərazisində- Hacısamlı meşəsində dünyada ən qiymətli növ
olan qırmızı palıd (qızıl palıd) indi ermənilər tərəfindən
talan edilir. Ermənistan ordusunun işğalı nəti-cəsində
ekoloji cəhətdən yararsız hala salınmış Azər-baycan
təbiətinə qarşı aqressiv münasibət indi də davam
etməkdədir. Təəssüf ki, hələ də dünya ictimaiyyəti və
beynəlxalq qurumlar müasir dünyanın inkişaf tenden-
siyasına məhəl qoymayan davamlı inkişafın tələblərinə
göz yuman erməni vandallarına tutarlı cavab verməyib.
Bununla birlikdə işğala məruz qalmış Laçın rayo-
nunda yerləşən Qaragöl Dövlət Təbiət Qoruğunda da ətraf
mühitə vurulan ziyanın məbləği ölçüyə gəlməz dərəcə-
dədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17
noyabr 1987-ci il tarixli 408 №-li qərarı ilə yaradılan
Qaragöl (Sevliç) Respublikalararası Dövlət Təbiət Qoru-
23
ğu Laçın rayonu ilə Ermənistanın Gorus rayonu sərhəd-
dində, dəniz səviyyəsindən 2658 metr hündürlükdə yer-
ləşir. Qoruğun ümumi sahəsi 240 hektardır (16,27). Göl,
sönmüş vulkan kraterini xatırladan relikt su mənbəyidir.
Göl nasos yağları vasitəsilə ermənilər tərəfindən hələ so-
vetlər dövründə çirkləndirilirdi. İndi isə Qaragöl və əhatə-
sindəki ərazilərin məhv olmaq təhlükəsi yaranıb.
Laçının təbii ehtiyyatlarını zənginləşdirən nemətlər
içində meşələrdə bitən, min bir dərdin müalicəsi sayılan
qiymətli dərman bitkiləri- itburnu, çobanyastığı, innab,
zirinc, kəklikotu, qantəpər, dağ qırxbuğumu və adını çək-
mədiyimiz yüzlərlə otlar, bitkilər və çiçəklər var. Dağ-
larda yüzlərlə adda gül-çiçək növünə rast gəlmək müm-
kündür.
Zəngin tarixi abidələr diyarı.
Laçın rayonunun ərazisinin qədim Oğuz-Türk yurdu
olduğunu onun çox saylı tarixi abidələri və yaşayış məs-
kənləri də subut edir. Rayon ərazisində tarixi çox qədim-
lərə gedən memarlıq abidələri var. Bunlar içərisində
dəmir dövrünə aid daş at, daş qoç fiqurları, qədim qəbris-
tanlıqları, körpü, türbə, məbəd, mağara, birtağlı və ikitağlı
körpüləri, kümbəzləri və başqalarını göstərmək olar.
Birsütun Ağoğlan, Məlik-Əjdər abidələri ulu keçmişlər-
dən bu günki nəslə yadigar qalmış ən qiymətli mənəvi
sərvətlərdir. Memarlıq sənətinin ən mürəkkəb, ən gizli
sirləri bu abidələrdə açılmamış qalmaqdadır. Yonulmuş
ağır daşları nə ilə göylərə qaldırıb bir-birinə bağlamaqla
ortası sütunsuz kümbəzlər, məbədlər tikmişlər. Ayrı-ayrı
yonma daşlardan tutmuş abidələrin bütün formalarına
qədər hamısı böyük sir olaraq qalır.
24
Hoçaz kəndində Mağara məbəd (V əsr), adsız türbə
(XV-XVI əsr), Sultanbaba türbəsi, Şeyxəhməd türbəsi
(XVI-XIX əsr), məscid, körpü, Ağoğlan məbədi (IX əsr),
Cicimli kəndində dəmir dövrünə aid «Qız qəbri» kurqanı,
orta əsrlərə aid olan «Çobandaş», XII-XIV əsrlərə aid
Məlik-Əjdər türbələri, XVII-XVIII əsrlərə aid olan türbə-
lər, məscid, Güləbird yaxınlığında iki abidə, türbə (XIV
əsr), Quşçu kəndində Kurqan, Qala (XVIII əsr), Malxələf
kəndində Xəlifə türbəsi (XVII əsr), Məzməzəkdə Qədim
qəbristanlıq və s. göstərir və bir daha sübut edir ki, Laçın
rayonu ərazisində hətta daş dövründən üzü bəri yaşayış
məskənləri olmuş və bu yerlər Oğuz-Türk torpaqlarıdır.
Cicimlidəki Məlik-Əjdər türbələri dünya memarlığı-
nın nadir incilərindəndir. Abidənin tikilməsi barədə dəqiq
məlumat yoxdur. Deyilənə görə yüzillik Səlib müharibə-
sində iştirak etmiş, sonralar Qafqazda xristianlarla
müharibələr zamanı böyük qəhrəmanlıq göstərmiş sər-
kərdə Məlik və Əjdərin şərəfinə tikilmişdir. Nankor ermə-
nilər abidələrin üstündəki yazıları qaşımışlar. Xeyli daş
kitabələri çıxarıb aparmışlar. Cicimli kəndinin inzibati
ərazisində yerləşən bu abidələr, buradakı qədim yaşayış
yerləri və qəbristanlıq tariximizin qəhrəmanlıq səhifələ-
rindən və müdrik keçmişindən xəbər verir.
Bu yerlərin müdrik qocaları Şah İsmayıl Xətainin
gəcavə yolu ilə İrəvan çökəkliyinə gedərkən həmin tür-
bələrdə qaldığından, abidədən bir qədər aralıda tikilmiş
memarlıq incisinin qədim günbəzindən danışırlar. Bu
abidələr Azərbaycan memarlığının tədqiq olunmamış
böyük mənəvi sərvətidir. Bütün bunları nəzərə alaraq
rayon ərazisində olan məlum abidələri ümumiləşdirib və
onların siyahısını verməyi əhəmiyyətli hesab edirik:
25
Zeyvə kəndi: Seyid Əhməd türbəsi - XVII əsr; Sol-
tan Baba türbəsi XVII əsr; Kafir qala, Türbə, Kurqan-
XVIII əsr; Qədim qəbristanlıq orta əsrl.
Zabux kəndi: Daş qoç fiquru, Daş at fiquru, İkitağlı
körpü, Qədim qəbritanlıq
Kosalar kəndi: Qədim qəbristanlıq, Ağ oğlan kil-
səsi- IX əsr.
Quşçu kəndi: Pir, Kurqan , Bulaq, Dəyirman,
Qala- XVIII əsr.
Qarıqışlaq kəndi: Çobandaş, Dəyirmanqala , Çi-
narqaya ; Məscid-XVIII əsr.
Malxələf kəndi: Xəlifə türbəsi- XVII əsr; Sınıq
körpü
Soltanlar kəndi: Həmzə Soltan sarayı- XVII əsr ;
Soltan Əhməd sarayı, Daş qoç fiquru, Daş at fiquru-
orta əsr.
Abdallar kəndi: Qədim qəbristanlıq, İkitağlı körpü-
XVIII əsr; Daş qutu
Mirik kəndi: Kurqan, Dəyirman, Qala; Məbəd-XII
əsr; Bulaq, Mağara
Hacılar kəndi: Bulaq, Qədim qəbristanlıq
Seyidlər kəndi: Birtağlı körpü- XVII əsr; Dəyir-
man, Bulaq, Daş at fiquru, Daş qoç fiquru
Piçəniz kəndi: Türbə , Məbəd, Qədim qəbristanlıq
Əhmədli kəndi: Qədim qəbristanlıq, Körpü, Mə-
bəd, Mağara, O. Musaye-vin qəbrüstü abidəsi
Soyuqbulaq kəndi: Qədim qəbristanlıq, Bulaq
Güləbird kəndi: Kurqan, Qədim qəbristanlıq, Ma-
ğara qala; Türbə- XV əsr; Daş at at fiqurları, Daş qoç fi-
qurları, Sarı Aşığın xatirə kompleksi, Sarı Aşıq muzeyi
Minkənd kəndi: İkitağlı körpü, Birtağlı körpü
26
Cicimli kəndi: Qız qəbri- dəmir dövrü; Məlik Əjdər
Türbəsi- XII-XIV əsrlər; Türbə- XVII əsr; Kümbəz, Məs-
cid- XIX əsr; Kurqan, Qədim qəbristanlıq, Çobandaş-
orta əsrlər.
Katos kəndi: Körpü, Qədim qəbristanlıq
Pircahan kəndi: Körpü; Gavur qala- XI əsr; Qədim
qəbristanlıq
Şeylanlı kəndi: İkitağlı körpü , Birtağlı körpü
Hocaz kəndi: Kurqan, Mağara məbəd- V əsr;
Qədim qəbristanlıq
Sus kəndi: Bulaq
Ərikli kəndi: Qarasaqqal türbəsi- XVI əsr; Türbə-
XVI əsr, Qədim qəbristanlıq
Ziyirik kəndi: Kurqan, Qədim qəbristanlıq
Qorçu kəndi: Qədim qəbristanl
Bozlu kəndi: Kurqan, Daş at fiquru, Daş qoç fiquru,
Qədim qəbristanlıq
Xallanlı kəndi: Daş at fiquru, Daş qoç fiquru; Sü-
müklü qəbristanlıq- orta əsr
Malıbəy kəndi: Qədim qəbristanlıq, Daş at fiquru,
Daş qoç fiquru
Məzməzək kəndi: Qədim qəbristanlıq
Şəlvə kəndi: Qədim qəbristanlıq
Laçın şəhəri
Sovet ittifaqı qəhrəmanı Əvəz Verdiyevin heykəli,
N.Nərimanovun heykəli, Ana və uşaq heykəli, Sağıcı qız
heykəli, Çoban heykəli, Böyük Vətən Müharibə-sində
halak olanların xatirə kompleksi, Tarix diyarşünaslıq
muzeyi, Dövlət rəsm qalareyası.
27
ĠĢğala qədər bəzi tarix və mədəniyyət abidələrinin
görüntüləri
.
Qoç abidəsi. Orta əsrlər.
Ram fuqure. Middle Ages
Памятник овну. Средние века.
Qoç və at abidələri. Seyidlər kəndi. Orta əsrlər.
Ram and horse figures. Seyidlar Village. Middle Ages
Памятник овну и лошади. Село Сеидляр. Средние века.
28
Ağoğlan məbədinin ümumi görünüşü.
General view of the Aghoghlan Temple
Общий вид храма Агоглан
• Ağoğlan əfsanəsi
Qədim zamanlarda gənc bir
səyyahın yolu buralardan ke-
çir. Qarşılaşdığı gözəlliyə elə
məftun olur ki, burada qəsr
tikdirməyə qərar verir. Yerli
usta və könüllüləri toplayıb
işə girişir. Gənc səyyah çox
yaraşıqlı olduğundan yerlilər
ona ağ oğlan deyirmiş. Gün-
lərin birində günorta yeməyi
saatında bir qaranquş gəlib
aşpazın başında fırlanaraq ye-
mək paylamağa mane olur.
Hər kəs buna maraqla tamaşa
etdiyi yerdə quş özünü qaynar
qazana ataraq öldürür. Hamı
gördüyü mənzərənin qarşısın-
da donur. Qazanı boşaldan
aşpaz yeməyin içərisindən bir
ilan ölüsünün də çıxdığını gö-
rüncə heyrətlər içərisində qa-
lır və quşun hərəkətinin mə-
nasını anlayır. Qəsr hazır ol-
unca Qaranquş qəsri deyilsə
də, illər sonra onu inşa etdi-
rənin şərəfinə adı Ağoğlan
qəsri deyə yaddaşlarda qalır.
29
Minkənd,
alban kilsəsi
Minkend Village. Alban Temple
Село Минкенд. Албанская церковь
.
Məlik Əjdər türbəsi. Cicimli kəndi. XII-XIV əsr.
Malik Ajdar Tomb. Jijimli Village. 12-14th century
Мавзолей Мелик Аждара. Село Джиджимли. XII-ХIV век.
30
“Kar günbəz” türbəsi. Cicimli kəndi. XVII əsr.
“Kar Gunbaz” Tomb. Jijimli Village. 17 th century
Мавзолей “Глухой купол”. Село Джиджимли. ХVII век.
Pir. Quşçu kəndi. XII-XIII əsrlər.
Sacred place. Gushchu Village. 12th- 13 th century.
Пир. Село Гушчу. XII-XIII века.
31
Həmzə Soltan sarayı. Soltanlar kəndi. 1761-ci il.
Hamza Soltan Palace. Soltanlar village. 1761
Памятник Гамза Солтан. Село Солтанлар. 1761.
Uşaq (Abadxeyir) qalası. Quşçu kəndi. XV əsr.
Ushag (Abadxeyir ) Castle. Gushchu Village. 15th century
Детская ( Абадхеир ) крепость. Село Гушчу. XV век.
32
Zeyvə kəndi. Soltanbaba türbəsi.
Zeyva Village. Soltanbaba Tomb.
Село Зейве. Мавзолей Солтанбаба.
Bir tağlı körpü. Güləbird kəndi yaxınlığında. XIX əsr.
One-arched bridge. Gulabird Village. 19 th century
Одноарочный мост. Село Гюлабирд. XIX век.
33
Sənduqə. Laçın Tarix-Diyarşünaslıq Muzeyi. ХVI.
Sarcophagus. Lachin Museum of Local History. 16 th century
Сендуга. Лачынский историко-краеведческий музей. ХVI век.
İki tağlı körpü. Minkənd kəndi. XIX əsr.
Two-arched bridge. Minkend Village. 19 th century
Двухарочный мост. Село Минкенд. XIX век.
34
Bir tağlı körpü. Seyidlər kəndi. XIX əsr.
One-arched bridge. Seyidlar Village. 19 th century
Одноарочный мост. Село Сеидляр. XIX век.
Sarı Aşıq abidəsi. A
monument of Sary
Ashyg.
Памятник Сары Ашугу
35
Zabux körpüsü
Zabukh bridge
Забухский мост
Böyük Vətən müharibəsi xatirə kompleksi
The memorial monument of the Great World War
Комплекс памяти Великой Отечественной войны
36
Qoç abidəsi,orta əsrlər - Əhmədli kəndi
Ram fuqure. Middle Ages – Ahmedli kendi
Памятник овну.Средние века.- село Ахмедли
Ana və uşaq abidəsi
Mother and child statue
Памятник матери с ребенком
37
Şəhərdən görüntülər
Sights of the town of Lachin
Виды города Лачына
38
Sovet İttifaqı qəhrəmanı Əvəz Verdiyevin abidəsi
A monument to the Hero of the Soviet Union Avaz Verdiyev
Памятник герою Советского союза Авазу Вердиеву
39
Minkənd-İstisu
Minkand – İstisu
Минкент – Истису
N.Nərimanov abidəsi
A monument of
N.Narimanov
Памятник
Н.Нариманову
|