ĠĠkar məHƏMMƏDƏLĠ oğlu qasimov



Yüklə 53.57 Kb.
Pdf просмотр
səhifə1/12
tarix31.01.2017
ölçüsü53.57 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   12

 

              
  ġĠKAR MƏHƏMMƏDƏLĠ oğlu QASIMOV 
 
 
 
 
 
 
               ƏSĠRLĠKDƏ QALAN LAÇIN 
 
 
 
 
 
 
 
 
 
  
 
 
 
 
 
 
 
 
                  BAKI - ELM – 2012 
 
 
 

 

     Azərbaycan Texniki Universiteti «Tarix» kafedrasının və AMEA-nın Tarix 
İnstitutunun «Azərbaycanın müasir dövrü tarixi» şöbəsi ilə birlikdə keçirilmiş 
30.03.2012-ci il tarixli (pr№7) genişləndirilmiş iclasının və MBM fakültə Elmi 
Şurasının 12.04.2012-ci il tarixli (pr.№8) iclasının qərarları ilə çap olunur. 
 
Kitabın çapına göstərdiyi köməyə görə Laçın rayon İcra hakimiyyətinə 
təşəkkür edirik. 
 
Elmi redaktor:    
AMEA-nın müxbir üzvü,                      
tarix elmləri doktoru, professor                                           Y.MMahmudov 
         
 
Rəyçilər: 
AMEA-nın həqiqi üzvü, tarix  
elmləri doktoru, professor                                             Ġ.M.Hacıyev  
                                          
Azərbaycan Dövlət mükafatı laureatı, əməkdar 
 elm xadimi, tarix elmləri doktoru, professor                 T.H.Musayeva   
                                                                                                  
tarix elmiləri doktoru, professor                                 O.B.Sultanov                                               
 
                    
ġikar Məhəmmədəli oğlu Qasımov 
Əsirlikdə qalan Laçın. Bakı: ELM, 2012, 206s. 
 
                              
İSBN 978-9952-453-26-3 
        Kitabda  tədqiqat  əsərlərindən,  bədii-tarixi  ədəbiyyatlardan,  mət-
buat səhifələrindən istifadə  etməklə,  Laçının qədim  tarixi, zəngin tarixi 
abidələri,  Azərbaycanda  və  ondan  kənarda  məhşur  olan  ziyalılarınin 
nurlu əməlləri işıqlandırılmışdır. Əsərdə erməni məkrinin köklərindən,, 
Laçının  işğal  olunmasından,  erməni  vandalizmindən,  torpaqlarımızın 
müdafiəsi uğrunda canlarını sipər edən vətən oğullarının misilsiz qəhrə-
manlıqlarından  və erməni vəhşiliklərini  təsvir edən şahidlərin xatirələ-
rindən bəhs olunur. 
       Kitabda  Laçın  köçkünlərinə  olan  dövlət  qayğısı,  laçınlıların  vətən 
həsrəti, və Prezident İlham Əliyevin Taxta körpü ərazisində məskunlaş-
mış laçınlılarla göruşü dolğunluğu ilə  işıqlandırılmışdır.   
     Kitab elm adamları və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. 
 
  Ş
2009
)
07
(
655
0503020907

 Qrifli nəĢr                                                                                                                                                                                                                                 
                                                                            © «ELM» nəĢriyyatı, 2012.  
                                                                             © ġikar Qasımov, 2012. 

 

MÜNDƏRĠCAT 
Ön söz …...................................................................5-8 
Laçının dünəninə və bu gününə iĢıq salan əsər.
.....9-11  
GiriĢ………………………...................................12-14     
I Fəsil. Qədim oğuz türk yurdu- Laçın...............16-39 
Laçının qədim tarixindən........................................16-23 
Zəngin tarixi abidələr diyarı...................................23-26 
İşğala qədər bəzi tarix və mədəniyyət abidələ-  
 rinin görüntüləri.....................................................27-39 
II Fəsil. Laçın- dağlar qoynunda Ģəhər..............40-57 
Yaddaşlarda iz qoymuş insanların nurlu əməlləri..40-52 
 Heydər Əliyev qayğısı ilə çiçəklənən Laçın..........52-57 
III Fəsil. Laçın xəyanətin və qarĢıdurmanın  
qurbanı oldu..........................................................58-90 
Erməni məkrinin kökləri........................................58-69 
Siyasi gərginlik yeni mərhələdə.............................69-73 
Xəyanətin acı nəticələri..........................................74-76 
Laçında erməni vandalizmi və erməniləşdirmə  
siyasəti (şəkillərin dili ilə)......................................77-90 
IV Fəsil. Canlarını torpağa sipər edən vətən  
oğulları................................................................91-110 
Laçından olan Azərbaycanın Milli Qəhrəmanları..91-93 
Bayramın ömür yolu gənclər üçün nümunədir.......93-95 
Nəbinin döyüş yolu gənclər üçün örnəkdir............95-99 
Qeyri-adi qəhrəmanlığa malik olan kəşfiyyatçı...99-101 
Qazıdərəsinin şəhid oğulları...............................101-104 
Vaqif sərrast atıcı kimi tanınırdı.........................104-106 
İslam şəhidlik zirvəsinə qovuşdu.......................106-107 

 

Laçının ilk hərbi şahinlərindən biri....................108-110 
V Fəsil. Erməni vəhĢiliyi Ģahidlərin dili ilə....111-154 
Qeyrət təcəssümü olan qadınlarımız..................111-112 
Şəhidlər ölməz, vətən bölünməz........................113-114 
Ora Vətəndir.......................................................115-122 
Mühasirədə keçən 51 günün yaşantıları.............122-127 
Qələmi silahla əvəz edən Muxtar müəllim.........127-129 
İnanıram ki, biz tezliklə qələbə çalacağıq..........129-133 
Ön cəbhəyə gedən tələbə....................................134-137 
Laçın Rayonundan olan şəhid, itgin və  giro- 
vların siyahısı.....................................................138-148 
Qarabağ uğrunda gedən döyüşlərdə həlak  
  olmuş Laçın polisinin əməkdaşları...................149-154 
VI Fəsil. Heydər Əliyevin gəliĢi xalqda  
gələcəyə  inam yaratdı......................................155-158 
Azərbaycanda Milli qurtuluşun zəfər yürüşü....155-158 
VII Fəsil. Ġstəmirik cənnəti, bizlərə Laçın  
gərək..................................................................159-162 
Laçınlı köçkünlərə hər zaman dövlət qayğısı  
olmuşdur.............................................................159-165 
Azərbaycan Respublikasının prezidenti İlham  
 Əliyev: “Biz öz doğma torpaqlarımıza   
qayıdacağıq”.......................................................166-190  
Bunlar  unudulmamalidir....................................190-192  
Nəticə…………………………….....................193-198 
Ġstifadə edilmiĢ ədəbiyyat ………...................199-200 
 

 

DÖYÜġÇÜ PROFESSORUN LAÇIN YANĞISI 
 
 Tarix elmləri doktoru, professor Şikar Qasımovun 
“Əsirlikdə qalan Laçın” kitabına 
 
ÖN SÖZ 
 
...1992-ci il mayın 17-də xəyanətlə ittifaqa girən ya-
gı düşmən bir zamanlar erməni quldurlarına qan udduran 
əfsanəvi xalq qəhrəmanı Sultan bəyin yurdunu-qədimdən 
də qədim oğuz-türk torpağı olan Laçını işğal etdi. 20 ildir 
ki,  Laçın  əsirlikdədir.  20  ildir  ki,  Sultan  bəyin  misilsiz 
igidliklər  göstərdiyi    Laçın  qayaları  yeni  Sultan  bəylərin 
yolunu  gözləyir!  Sultan  bəyin  müqəddəs  ruhu  onun  qor-
xusundan,  zəhmindən  zağ-zağ  əsən  ermənilərin  yüzlərlə 
oğuz-türk  adlarını  saxtalaşdıraraq  “erməniləşdirməsinə”, 
Laçını–  Berdzor,  Ağoğlanı–  Tsitsernavank,  Zabuxu– 
Ağhavno,  Ağbulağı–  Spitakadjur,  Cicimlini–  Vanoca
Minkəndi– HakAlxaslını– Aşeni,  Çıraqlını– Arvakan
Kamallını– UxtadzorKosaları– MelikatunƏhmədlini– 
Herik,  QarıqıĢlağı–  Tandzut,  Bozlunu–  Moşatağ,  Qala-
çanı–  Berdik,  Pircahanı–  Qandza  adlandırılmasına  qarşı  
üsyan edir! Sultan bəy öz nəvə-nəticələri olan Azərbaycan 
igidlərini Ali Baş Komandanın əmri olan kimi Laçına, qə-
dim Zəngəzur ellərinə doğru Qələbə Yürüşünə səsləyir... 
...20 ildir Laçınsız yaşayırıq. Lakin Qələbənin yaxı-
nında olduğuna inamımız qətidir. Elə bu münasibətlə pro-
fessor Şikar Qasımovun “Əsirlikdə qalan Laçın” adlı də-
yərli bir kitab yazmasını çox əhəmiyyətli və olduqca təq-
dirə layiq hal kimi qiymətləndirmək olar. 
Doğma yurdumuzun ərazi bütövlüyü uğrunda müba-
rizə  və  qəhrəmanlıq    mövzusunda  araya-ərsəyə  gətirilən 
hər bir iş xüsusi əhəmiyyət kəsb edir. Bu yönümlü möv-

 

zular  xalqın  öz  azadlığı,  düşmənlərə  qarşı  mübarizəsi  və 
torpaqlarımızın  bütövlüyü  uğrunda  canını  belə  əsirgəmə-
yən igid oğul və qızlarımızın fədakarlıqlarına dayaqlanır. 
Bunları əsas götürən müəllif olduqca zəruri və əhəmiyyət-
li  bir  mövzu  üzərində  işləmişdir.  Kitabın  əl  yazmasını 
oxuduqdan  sonra  bu  qənaətə  gəldim  ki,  əsərin  ən  böyük 
uğuru ondan ibarətdir  ki, o obyektiv həqiqəti  göstərmək 
imkanı  verən tarixilik prinsipi ilə, tarixi səpkidə yazılmış-
dır. Ş.M.Qasımov kitabda qədim zamanlardan 1920-ci ilə 
qədər  Laçının  qədim  tarixini,  onun  dəyərli  ziyalılarının 
fəaliyyətini, dağlar qoynunda gözəl bir şəhərin salındığını  
konkret faktlar əsasında, həm də yurd sevgisi ilə təsvir et-
mişdir. Eyni zamanda monoqrafiyada Laçının işğal olun-
ması, onun oğul və qızlarının göstərdikləri igidliklər şərh 
olunmuşdur.  Ən  əsası  kitabda  laçınlıların  məcburi  köç-
künlük  illərində  yaşam  tərzləri,  onlara  göstərilən  dövlət 
qayğısı və laçınlıların torpaq həsrəti obyektiv şəkildə təs-
vir olunmuşdur. 
Müəllif  Laçın  bölgəsi  və  onun  çoxsaylı  kəndlərinin  
yaşayış məskəni kimi çox-çox qədimlərdən xəbər verdiyi-
ni, bu ərazilərdə tarixin ən qədim dövrlərinə aid  olduqca 
nadir  abidələrin  bu  günə  qədər  qalmasını  inandırıcı  şə-
kildə açıqlaya bilmişdir.  
Kitabın  dəyərli  tərəflərindən  biri  də  odur  ki,  Laçın 
rayonunun  ərazisinin  qədim  Oğuz-Türk  yurdu  olduğu 
onun çox saylı tarixi abidələri, yaşayış məskənləri və  ta-
rixi  çox  qədim  dövrlərə  gedib  çıxan  memarlıq  abidələri  
və  maddi  mədəniyyət  nümunələri  vasitəsi  ilə  sübut  olu-
nur.  Belə  faktlar  sırasında  dəmir  dövrünə  aid  daş  at,  daş 
qoç fiqurları, qədim qəbristanlıqları, körpü, türbə, məbəd, 
mağara, birtağlı və ikitağlı körpüləri, kümbəzləri, birsütun  
Ağoğlan, Məlik-Əjdər türbələri nümunə kimi göstərilir.  

 

Ermənistanın  ölkəmizə  qarşı  irəli  sürdüyü  əsassız 
ərazi  iddiaları  və  hərbi  təcavüzü  nəticəsində  xalqımızın 
bir çox  məhrumiyyətlərə düçar olması,  sonda  yarım  mil-
yondan  çox  soydaşımızın  tarixi  torpaqlarımız  olan  Qərbi 
Azərbaycandan  zorla  qovulması,  Dağlıq  Qarabağdan  və 
ona bitişik ərazilərdən bir milyondan çox vətəndaşımızın  
öz  ev-eşiyini  tərk  edib  qaçqın  və  məcburi  köçkün  həyatı 
yaşaması şərh edilmişdir. 
Əsərdə  Çar  Rusiyası  XIX  əsrin  20-30-cu  illərində 
Azərbaycanın  İrəvan  xanlığı  ərazisinə  köçürüb  gətirdiyi 
ermənilərin  həmişə  Laçın  torpağında  gözü  olması,  lakin 
onların heç zaman buna nail ola bilməməsi, eləcə də son 
Qarabağ  müharibəsində-  1988-1993-cü  illərdə  köməksiz  
qalan əhalinin düşmənin hücumlarını mərdliklə dəf etmə-
si,  təcavüzkar  ermənilərin  Dağlıq  Qarabağa  daxil  olma-
sına imkan verilməməsi, ancaq bunlara baxmayaraq xəya-
nət  nəticəsində  Laçın  rayonunun  işğal  olunduğu,  döyüş-
lərdə  yüzlərlə  oğul  və  qızlarımızın  şəhid  olduğu  və  əsir 
düşdüyü  tarixi  ardıcıllıqla  işıqlandırılmışdır.  Kitabda  La-
çın şəhidləri haqqında verilmiş xatirələr, şəhidlərin və şə-
hid  polislərin  siyahısının  ayrıca  cədvəldə  verilməsi  Şikar 
Qasımovun tədqiqatının dəyərini daha da artırmışdır. 
Əsərə  uğur  gətirən  cəhətlərdən  biri  də  laçınlı  məc-
buri köçkünlərə göstərilən dövlət qayğısının bünövrəsinin 
ulu  öndər  Heydər  Əliyev  tərəfindən  qoyulmasının  və 
həmin  kursun  Azərbaycan  Respublikasının  Prezidenti, 
görkəmli  dövlət  xadımı  İlham  Əliyev  tərəfindən  bu  gün 
daha  geniş  şəkildə  davam  etdirilməsinin  konkret  faktlar 
əsasında ümumiləşdirərək şərh olunmasıdır. 
Yuxarıda göstərilənlərlə yanaşı, müəllıfın Ölkə rəh-
bərinin digər qaçqın və məcburi köçkünlərlə yanaşı laçın-
lılara göstərdiyi yüksək diqqət və qayğının nəticəsi olaraq 
Taxta  Körpü  və  məcburi  köçkünlərin  sıx  məskunlaşdığı 

 

digər ərazilərdə həyata keçirdiyi geniş miqyaslı tikinti-qu-
raşdırma və abadlıq işləri barəsində verdiyi konkret fakt-
lar və ətraflı məlumatlar da böyük əhəmiyyət kəsb edir.  
Belə  bir  cəhəti  xüsusilə  qeyd  etmək  istərdim  ki, 
“Əsirlikdə qalan Laçın” əsəri Laçın həsrətini bütün varlığı 
ilə  yaşayan  qeyrətli  Vətən  oğlunun  tədqiqatıdır,  döyüşçü 
professorun elmi araşdırmasıdır. Müəllifin özü və qardaş-
larının torpaqlarımızın müdafiəsi uğrunda erməni işğalçı-
larına  qarşı  müharibədə  iştirak  etməsi  və  Laçına  ürəkdən 
bağlılığı bu kitabda qarşıya qoyduğu məsələləri daha dol-
ğun açıqlamağa, Laçının şəhid olmuş igid oğullarının fəa-
liyyətini ürək yanğısı ilə işıqlandırmağa imkan vermişdir. 
Professor-döyüşçü Şikar Qasımov öz əsərində laçın-
lıların,  xüsusilə  də  igid  oğullarımızın  və  şəhid  övladları-
mızın simasında qəhrəmanlığın, torpağa bağlılığın parlaq 
nümunəsini konkret faktlarla göstərə bilmişdir.    
Ş.M.Qasımovun  “Əsirlikdə  qalan  Laçın”  kitabı  ilə 
tanış olan oxucuda şübhə yeri qalmır ki, torpağa və vətənə 
bağlılıqları ilə seçilən belə oğulları olan Vətən torpağı heç 
zaman  düşmən  tapdağı  altında  qala  bilməz.  İnanıram  ki, 
bu kitab gənclərimizdə vətənpərvərlik ruhunu alovlandıra-
caq  və  Laçınımızın  düşmən  tapdağından  azad  edilməsi 
uğrunda mübarizəyə çağırış olacaqdır. 
Arzu  edirəm  ki,  erməni  qəsbkarlarına  qarşı  Vətən 
savaşının  iştirakçısı  olan  döyüşçü-professor  Şikar  Qası-
mov  lap  yaxın  gələcəkdə  döyüşçü  qardaşları,  qohum-əq-
rabası və bütün Laçın igidləri ilə birlikdə qayalarında üç-
rəngli qələbə bayrağımız dalğalanan Laçınımızda aparılı-
caq quruculuq-abadlıq işlərində iştirak etsin! 
                                                              
     Yaqub Mahmudov                                                                    
AMEA-nın müxbir üzvü,  
Əməkdar elm xadimi   
 

 

Laçının dünəninə və bu gününə  
iĢıq salan əsər 
 
Azərbaycan xalqının başına ermənilər tərəfindən gə-
tirilmiş  bəlalar,  kütləvi  qırğınlar,  talanlar  və  soyqırımı 
siyasəti barəsində XX əsrin səksəninci illərinin  sonundan 
və doxsanıncı illərin əvvəllərindən başlayaraq açıqlamalar 
verilməyə  başlanmışdır.  Etiraf  etmək  olar  ki,  bu  yaxın 
illərə qədər erməni quldurlarının xalqımıza qarşı törətdik-
ləri  faciələr  barədə  özümüzə  və  dünyaya  çatdıra  biləcə-
yimiz  səviyyədə təbliğat maşını  yaratmamışıq.  Torpaqla-
rımızın  bütövlüyünün  qorunması,  erməni  qırğınlarıının 
qarşısının  alınmasında  misilsiz  xidmətlər  göstərmiş  igid 
oğullarımız barəsində qədərincə yazmamışıq.  Onları xal-
qa  tanıtdırmamışıq.  70  illik  yasaqdan  və  təhrikdən  sonra 
indi aşkarlıq işığında aparılan tədqiqatlar və araşdırmalar 
nəticəsində aydın olmuşdur ki, tarixə və soykökə bağlılıq, 
yaxın  milli  tariximizin  öyrənilməmiş  səhifələrinin  araş-
dırılması indi daha mühüm əhəmiyyət kəsb edir.  
Bu mənada Laçının qədim tarixi, zəngin tarixi abidə-
ləri,  Azərbaycanda  və  ondan  kənarda  məşhur  olan  ziya-
lıları, laçınlıların  bütün dövrlərdə qurub-yaratmaq əzmin-
də  olduqları,  xüsusilə  erməni  quldurları  tərəfindən  ərazi-
sinin işğalı və işğalçılara qarşı aparılan qəhrəmanlıq müba-
rizəsi  tarixini  yazmaq  xüsusilə  vacibdir.  Bu  baxımdan  
tarix  elmləri  doktoru,  professor  Şikar  Qasımovun  “Əsir-
likdə qalan Laçın” kitabını yazmasını təqdirə layiq hal he-
sab etmək olar. Laçın haqqında araşdırmaların  aparılması 
və  onun  erməni  işğalçılarına  qarşı  sinələrini  sipər  etmiş 
igid  oğullarının  fəaliyyətinin  işıqlandırılması  böyük  əhə-
miyyət kəsb edir. 
Zəngəzur  Azərbaycanın  unudulmaz  qan  yaddaşı 
kitabıdır. XX əsrin əvvəllərindən sonunadək erməni vəh-

 
10 
şilikləri  ilə  ilk  qarşılaşan,  onlara  müqavimət  göstərən  də 
Zəngəzur torpağı və  onun Laçın bölgəsi olmuşdur. Laçı-
nın  işğala  qədərki  tarixi  barədə  yazılanların  çoxuna  indi 
əlimiz  çatmır.  Əgər  indi  onlar  durursa  da,  məhv  olubsa 
da, ancaq bilirik ki, hamısı qalıb Laçında. Ona görə də bu 
gün Laçının keçmişi, dünəni haqqında yazmaq, Laçından 
uzaqlarda  doğulmuş  laçınlılara    danışmaq  və  işğaldan  
azad  olunana  qədər  yaddaşlarda  Laçının  qorunub  yaşa-
dılmasına  hamılıqla  çalışmalıyıq.  Kitabın  əl  yazmasını 
oxuduqdan  sonra  yəqin  etdim  ki,  onun  uğurlarından  biri 
Ş.M.Qasımovun Laçının qədim tarixini elmi əsaslara söy-
kənərək araşdırması və çox saylı qədim abidələri ilə onun 
Oğuz-Türk yurdu olduğunu sübut etməsidir. Müəllif  La-
çın  ziyalılarının  fəaliyyətini,  quruculuq  işlərində  onların 
iştirakını,  xüsusilə  ermənilərin  bütövlükdə  Zəngəzur  qə-
zasında  törətdikləri qırğın və talanları konkret faktlar əsa-
sında açıqlamış, erməni məkrini göstərə bilmişdir.  
Əsərin üstün tərəflərindən biri odur ki, Laçında təh-
silin,  maarifin  inkişafı,  XX  əsrin  60-70-ci  illərində  ulu 
öndər Heydər Əliyevin Laçının inkişafına qayğısı konkret 
faktlar əsasında şərh olunur. Dağlar qoynunda Laçının in-
kişaf  edərək  gözəl  şəhərə  çevrildiyi  oxucuya  fəxarətlə 
çatdırılır.  Kitabda  işğala  qədər  Laçında  aparılan  mədəni 
quruculuq  işləri  və  əhaliyə  göstərilən  sosial-mədəni  xid-
mətdən geniş söz açılır.  Kitabda Laçının işğal olunması, 
onun səbəbləri, şəhid olnuş oğul və qizlarımız  haqqında 
xatirələr tarixi ardıcıllıqla işıqlandırılmış, şəhidlərin siya-
hısı  və  döyüşlərdə  qəhrəmanlıq  göstərənlərdən  bəziləri-
nin  şəkilləri  verilmişdir.  
Müəllif  çoxsaylı  materiallar,  ədəbiyyatlar  və  dövrü 
mətbuatdan topladığı real sənədlər əsasında Laçının dünə-
nini  və  bu  gününü  ümumiləşmiş  şəkildə  işıqlandıra  bil-
mişdir.  

 
11 
Ş.M.Qasımov  kitabda  laçınlıların  respublikanın  59 
rayonuna  müvəqqəti  olaraq  köçkün  düşmələrini  ürək  ağ-
rısı  ilə  şərh  edir.  Eyni  zamanda  köçkünlərə  göstərilən 
dövlət  və  prezident  qayğısından  söz  açılır.  Azərbaycan 
Prezidenti  cənab  İlham  Əliyevin  24  dekabr  2011-ci  ildə 
Ağcabədi rayonunun Taxta körpü ərazisində  laçınlı köç-
künlərlə görüşü barədə müfəssəl məlumat  verilir.  
Beləliklə,  Ş.M.Qasımovun  “Əsirlikdə  qalan  Laçın” 
kitabını  oxuduqdan  sonra  bu  nəticəyə  gəldim  ki,  müəllif 
Laçının  dünəninə  və  bu  gününə  işıq  salmaqla  onun  qəh-
rəmanlıq tarixini və igid oğullarının torpaqlarını  azad et-
mək əzmində olduğunu bir daha sübut edir.  
Müəllifə yaradıcılıq işlərində uğurlar diləyir və arzu 
edirəm  ki,  işğaldan  azad  olmuş  Laçın  barəsində  əsərlər  
yazsın. 
                                                                                    
                                                     Ramiz Cəbrayılov             
              Laçın rayon Ġcra Hakimiyyətinin  baĢçısı 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
12 
GĠRĠġ 
 
Zəngəzurun  Laçın  bölgəsi  qədim  insan  məskən-
lərindən  biri  olmuşdur.  Burada  ilk  məskən  salan  türk 
soylarının və albanların izləri son illərə kimi- ermənilərin 
vandallıqlarına  qədər,  qayaüstü  təsvirlərdə,  qəbirlərdə, 
kənd  adlarında  və  qədim  tarixi  abidələrdə  qalmaqda  idi. 
Laçında  tarix  boyu  ermənilərin  yaşamaması  bir  daha 
sübut  edir  ki,  bu  ərazilərdə  onların  əcdadları  məskun 
olmamışdı. Lakin Alban məbədlərindəki yazıları özünün-
küləşdirdikləri  üçün  bu  yerlərin  də  onlara  məxsus  oldu-
ğunu həyasızcasına iddia edirlər. 
Laçın rayonunun ərazisinin qədim Oğuz-Türk yurdu 
olduğunu  onun  çox  saylı  tarixi  abidələri  və  yaşayış  məs-
kənləri də subut edir. Rayon ərazisində tarixi çox qədim-
lərə  gedən  memarlıq  abidələri  var.  Bunlar  içərisində 
dəmir dövrünə aid daş at, daş qoç fiqurları, qədim qəbris-
tanlıqları, körpü, türbə, məbəd, mağara, birtağlı və ikitağlı 
körpüləri,  kümbəzləri  və  başqalarını  göstərmək  olar. 
Birsütun  Ağoğlan,  Məlik-Əjdər  abidələri  ulu  keçmişlər-
dən  bu  günki  nəslə  yadigar  qalmış  ən  qiymətli  mənəvi 
sərvətlərdir. 
Laçın  qədim  insan  yaşayış  məskənləri,  yeraltı,  yer-
üstü sərvətləri və türk yurdu olduğunu subut edən, qədim 
tarixi abidələri və saf insanları ilə daim diqqəti cəlb edən 
Azərbaycanın cənnət guşələrindən biridir. Bu gün Zəngə-
zur  bölgəsində  özünü  qoruyub  saxlayan,  bu  günümüzü 
qədimlərə bağlayan  maddi-mədəniyyət abidələri bir daha 
sübut  edir  ki,  bu  diyar  Azərbaycanın  ən  qədim  yaşayış 
məskəni  olmaqla  bərabər,  onun  mərdlik  qalası  və  qəhrə-
man oğulları ilə seçilmiş bir bölgəsidir.  
Ərazi  bütövlüyü  uğrunda  Laçın    əhalisinin  erməni 
təcavüzünə qarşı ölüm-dirim mübarizəsi, bu mübarizənin 

 
13 
gedişində  qəhrəmanlıqlar  göstərmiş,  Sultan  bəy  və  Xos-
rov  bəy  Sultanov  qardaşlarının  igidliyini  davam  etdi-rən 
oğulların  fəaliyyətini,  torpaqlarımızın  20%-nin  itirilməsi 
kimi  çoxsaylı  məsələlər  keçilən  tarixi  mərhələnin  sərf-
nəzər  edilməsi  və  elmi-siyasi  nəticələr  çıxarılması  ol-
duqca zəruri və əhəmiyyətlidir.  
1980-ci  illərin  sonu  90-cı  illərin  əvvəllərində  M.S. 
Qorbaçovun  bədnam  yenidənqurma  siyasətindən  bəh-
rələnən ermənilər öz havadarlarının siyasi və hərbi dəstəyi 
ilə  Dağlıq  Qarabağı,  Aran  Qarabağın  müəyyən  hissəsini, 
Zəngəzurun  qalan  Şərq  və  aşağı  ərazilərini,  Naxçıvanın 
isə Kərki kəndini işğal edib, Naxçıvana dair yeni planlar 
cızmışlar. Hazırda yenə də Qərbin və Rusiyanın müxtəlif 
niyyətlərlə maraq dairəsinə daxil olan Azərbaycan dünya 
siyasətində  diqqət  mərkəzində  olan  dövlətlərdən  biridir. 
Onun ayrı-ayrı əraziləri, o cümlədən də Qarabağ və Aşağı 
Zəngəzur yenidən döyüş meydanına çevrilmişdir.  
Azərbaycanın  dilbər  guşılırindən  biri,  saf  insanları 
və  əsrarəngiz  təbiəti  ilə  seçilən  Laçın  ərazisində  daima 
bədxah ermənilərin gözü olmuşdu. Ona görə də mərhələ-
mərhələ  onlar  talanlar  törətmiş,  qətliamlar  etmişlər. 
Xalqımıza  qarşı  ermənilərin  törətdiyi  soyqırımı  siya-
sətinin dərin tarixi kökləri var. Hələ  ta qədim zamanlar-
dan  1918-ci  ilə  qədər  ermənilərin  müstəqil  dövlətçiliyi 
olmayıb. Erməni başçıları «Böyük Ermənistan» yaratmaq 
xülyası ilə XVII əsrdən dünyanın iri dövlətlərinə müraciət 
etmişlər.  Rusiya  və  Qərbin  bəzi  dövlətləri  Yaxın  Şərqdə 
hökmranlıq  etmək,  İran  və  Türkiyəni  zəiflətmək  məqsə-
dilə erməniləri dəstəkləmişlər.   
  Elə  bunun  nəticəsidir  ki,  son  iki  əsrdə  xalqımız 
məqsədyönlü şəkildə həyata keçirilmiş soyqırımı siyasəti 
və böyük faciələrlə üzləşmişdir. Mərhələ-mərhələ gerçək-
ləşdirilən  siyasət  nəticəsində  azərbaycanlılar  qətl  və  qır-

 
14 
ğınlara  məruz  qalmış,  yaşayış  məskənləri  viran  edil-
mişdir.  XX  əsrin  əvvəllərində  ermənilər  dəfələrlə  Laçına 
hücum  etmiş,  oranı  ələ  keçirməyə  çalışmışlar.  Lakin 
həmişə  ermənilərə  qarşı  Laçın  dağlarında  tutarlı  cavab 
verilmiş, onlar öz istəklərinə çata bilməmişlər. Erməni hü-
cumlarının qarşısının alınmasında Laçının igid oğullarının 
xüsusilə  də,  xalq  qəhrəmanı  səviyyəsinə  yüksəlmiş  Paşa 
bəyin  və  oğlanları  Sultan  bəyin  və  Xosrov  bəyin  qəh-
rəmanlığı mühüm rol oynamışdır. Hər hücumda ermənilər 
ağır itgi verərək geri çəkilmişlər. 
Sovet  hakimiyyəti  qurulduqdan  sonra  Zəngəzurun 
xeyli  hissəsi-  Qarakilsə  (Sisian),  Gorus,  Mehri,  Qafan 
məqsədli  şəkildə  yaradılmış  Ermənistan  dövlətinə  veril-
miş,  Zəngilan,  Qubadlı,  Laçın  Azərbaycanın  tərkibində 
qalmışdır.  Bununla  da  böyük  bir  ərazi  qəddarcasına  par-
çalanmış  və  ölkəmizin  ayrılmaz  hissəsi  olan  Naxçıvan 
Azərbaycandan  aralı  düşmüşdür.  Sovet  hakimiyyətinin 
yaranması  ermənilərin  sərsəm  arzularının  çox  hissəsini 
reallaşdırmış oldu. Azərbaycan torpaqları üzərində ermə-
nilərin  ilk  dəfə  olaraq  dövləti  yarandı.  Bununla  kifayət-
lənməyən  ermənilər  «Böyük  Ermənistan» yaratmaq  kimi 
sərsəm  xəyallarını  həyata  keçirmək  üçün  hər  an  belə 
məqam  gözləyirdilər.  Onu  da  qeyd  etmək  lazımdır  ki, 
onlar  yaranmış  məqamlardan  hiyləgərcəsinə  bəhrələn-
məkdə  çox  mahirdirlər.  Onlar  zaman-zaman  Azərbaycan 
torpaqlarına  göz  dikmiş,  əraziləri  hesabına  sərhədlərini  
ilbəil  genişləndirmişlər.  Bu  gün  isə  Böyük  Ermənistan 
xülyası  ilə  yaşayırlar.  Yaranmış  hər  bir  məqamdan 
istifadə etməyə cəhd göstərmişlər. 1905-1907, 1914-1915, 
1918-1920, 1948-1953, 1988-1994-cü illərdə dəfələrlə öz 
havadarlarının köməyi ilə Azərbaycanlılar üzərinə basqın-
lar etmiş, qətliamlar törətmişlər.  

 
15 
Zəngəzur,  onun  bölgələrindən  olan  Laçın  haqqında 
öyrənilən  hər  hansı  bir  bilgi  tarixşünaslığımız  üçün 
dəyərli  bir  iş  sayılmalıdır.  Odur  ki,  bu  kitabda    Laçının 
XX  əsrin  əvvəllərinə  qədərki  qısa  tarixi,  tarixi  abidələri, 
rayonda  70-80-ci  illərdə  gedən  quruculuq  işləri,  dəyərli 
ziyalıları,  Laçının  işğalı,  məcburi  köçkünlərə  göstərilən 
dövlət  qayğısı,  xüsusilə  də  Laçının  igid  oğllarının  cəsur-
luqları    və  vətən  sevgiləri  haqqında  bilib  və  bilmədik-
lərimizi  ümumiləşdirilmiş  şəkildə  diqqətə  çatdırmağı 
özümüzə borc bildik.  
Qurub-yaratmaq  eşqi  ilə  yaşayan,  «Qara  qapı»  ad-
landırılan,  mərd  igidlər  diyarı  olan  Laçın  çox  təssüf  ki, 
mənfur erməni faşistləri tərəfindən 1992-ci il may ayının 
17-də o vaxtki, Azərbaycan rəhbərliyinin, başı hakimiyyət 
davasına  qarışan  AXC-Müsavat  cütlüyünün  xəyanətinin 
qurbanı oldu.  
Laçın  rayonunun  1992-ci  il  17  may  tarixində 
Ermənistan  silahlı  qüvvələri  tərəfindən  işgal  edilməsinin 
20 ili tamam olur. Laçın uğrunda gedən döyüşlərdə neçə-
neçə  mərd  oğullarımız  canından  keçdi.  Son  dəqiqləşdir-
mələrə görə döyüşlərdə 328 nəfər şəhid olmuş, 225 nəfər 
əlil  olmuş,  33  nəfər  hər  iki  valideynini  itirmiş,  5  nəfər 
Azərbaycanın Milli Qəhramanı adına layiq görülmüşlər.   
Öz  havadarlarının  köməyindən  istifadə  edərək  bu 
işgalı  həyata  keçirən  Ermənistan  70  min  nəfər  laçınlını 
keçən    illər  ərzində  məcburi  köçkün  həyatı  yaşa-maga 
məhkum  etmişdir.  Çox  təəssüf  ki,  dünyanın  ən  böyük 
beynəlxalq  təşkilatlarının  və  dövlətlərinin  münaqişəyə 
ikili  yanaşmaları,  göstərdikləri  loyal  münasibət  nəticə-
sində  ərazilərimizin  20  faizini  əhatə  edən  işgal  hələ  də 
davam etməkdədir.    



Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   12


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə