Laçın gözləyir
Dəli dağdan aşan bulud ağlayır,
İldırımlar zirvələri dağlayır,
Sellər axır, dərələri gurlayır,
Dağıdır qayasın, daşın, gözləyir,
Atlanın igidlər, Laçın gözləyir!
***
193
Kəklikləri narahatdır yuvada,
Qartalları yol gözləyir səmada,
Bayquş yiyə durub gülüstan yurda,
Bülbül tökür gözdən yaşın, gözləyir,
Atlanın igidlər, Laçın gözləyir!
***
Necə oldu, Paşa bəyin qüdrəti,
Seyid Həmidin, Xosrov bəyin qeyrəti?
Sultan bəy dünyaya saldı heyrəti,
Ruhu yollardadır, yatmır, gözləyir,
Atlanın igidlər, Laçın gözləyir!
***
Varımdı o dağlar, canımdı dağlar,
Hopub damarıma, qanımdı dağlar,
Müseyiboğluyam, ağ saçlı babamdı dağlar,
Küləklər darayır saçın, gözləyir,
Atlanın igidlər, Laçın gözləyir!
***
Laçın tarixən hər bir Azərbaycanlının qəlbində, yad-
daşında qürur, vüqar və əyilməzlik rəmzi olmuşdur. Bu
torpağın mərd və cəsur oğlanları zaman-zaman öz qəhrə-
manları ilə bu adı doğrultmuş, xalqımızın igidlik səlna-
məsinə şərəfli səhifələr yazmışlar. Bu gün laçınlılar öz
təşəbbüskarlığı, vətənpərvərliyi və dövlətə bağlılıqları ilə
seçilirlər. Onlar yaşadıqları ərazidən, şəraitdən asılı olma-
yaraq qürurla yaşayır və çalışırlar. İnanır və ümüd edirlər
ki, düşmənə layiqli cavab verəcək, Laçın, eləcə də işğal
altında olan bütün ərazilərimiz düşmən tapdağından azad
ediləcəkdir. Qüdrətdən səngərli, qalalı dağlar yenə də öz
əziz övladlarını qoynuna alacaqdır.
194
Əzizim Laçın gərək,
Yolları açım gərək.
İstəmirik cənnəti,
Bizlərə Laçın gərək.
Ölkə prezidenti Cənab İlham Əliyevin bu istiqamət-
də apardığı müdrik və qətiyyətli xarici siyasət, diplomatik
səylər, sülh danışıqları laçınlıların inam və ümidini daha
da artırır. Əks təqdirdə bütün laçınlılar Ali Baş Komanda-
nın əmrinə hazırdırlar.
BUNLAR UNUDULMAMALIDIR
1813-1828-ci ilə qədər Azərbaycanın sahəsi təxmi-
nən 410 kv., km olmuşdu.
1813-1828-ci illərdə işğal edilmiş Azərbaycan
əraziləri:İranın əsarəti altında olan Cənubi Azərbaycanın
sahəsi, təxm. 280 min kv., km,
Rusiya əsarəti altında olan Şimali Azərbaycanın
sahəsi təxminən 130 min kv., km,
1918-ci ildə Rusiyanın təzyiqi ilə emənilərə
verilmiş İrəvan xanlıgının sahəsi, 9 min kv., km,
Rusiya əsarəti altındakı Dərbənd xanlıgının sahəsi,
7 min kv., km,
1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhu-
riyyətinin quruldugu ərazinin sahəsi, təxminən114 min
kv., km,
1920-ci ildə AXC-i işgal edən rus sovet impe-
ryasının bölüşdürdüyü Azərbaycan əraziləri:
Ermənistan Sovet Sosialist Respublikasının qis-
mən nəzarətinə verilən Zəngəzur, Göyçə, Şərur, Dərələ-
yəz, Dilican və gürcülərin qismən nəzarətinə verilən
195
(Gürcüstan Sovet Sosialist Respublikası) Borçalı- bir-
likdə sahəsi təxminən 27,4 min kv., km,
1920-1991-ci illərdə SSRİ əsarəti altında qalmış
Azərbaycan Sovet Sosialist Respublikasının sahəsi, 86, 6
min kv, km. olmuşdur.
Azərbaycanın 1988-1993-cü illərdə iĢgal
edilmiĢ əraziləri:
№
Rayon
-ların
adı
Sahə
-si
Kənd
və di-
gər ya-
ĢayıĢ
mənt.
ĠĢğal
zama-
nı əha-
lisi
ĠĢğal
olundu
ğu
tarix
ġəhid-
ləri
Milli
qəh-
rə-
man-
ları
1
Xan-
kəndi
302
kv.k
m.
25
(25)
18000
nəfər
1991
102
nəfər
-
2
Xoca-
vənd
1458
kv.k
m.
84
(84)
10648
nəfər
02.10
1992
145
nəfər
-
3
Xocalı 936
kv.k
m.
53
(53)
12000
nəfər
26.02.
1992
613
10
nə-
fər
4
Şuşa
289
kv.k
m.
39
(39)
24900
nəfər
08.05.
1992
195
nəfər
3
nə-
fər
5
Ağdə-
rə
1705
kv.k
m.
58
(58)
14000
nəfər
17.06.
1993
145
nəfər
-
6
Laçın 1835
kv.k
m.
126
(126)
60000
nəfər
17.05.
1992
328
nəfər
5
nə-
fər
196
7
Kəlbə-
cər
1936
kv.k
m.
124
(124)
55000
nəfər
02.04.
1993
217
nəfər
3
nə-
fər
8
Ağ-
dam
1154
kv.k
m
138
(80)
1531
54
nəfər
23.07.
1993
538
nəfər
1
15
nə-
fər
9
Füzuli 1386
kv.k
m.
75
(51)
95940
nəfər
23.08
1993
528
nəfər
8
nə-
fər
10 Cəbra-
yıl
1050
kv.k
m.
91
(90)
52640
nəfər
23.08.
1993
351
nəfər
6
nə-
fər
11 Qubad
-lı
826
kv.k
m
95
(95)
31300
nəfər
31.08.
1993
232
nəfər
7
nə-
fər
12 Zəngil
an
707
kv.k
m.
83
(83)
35500
nəfər
29.10.
1993
191
nəfər
3
nə-
fər
Qeyd: Cədvəldə kənd və digər yaşayış məntəqələ-
rinin sayı sütununda, mötərizədə göstərilmiş rəqəmlər isə
ermənilər tərəfindən işğal olunmuş kəndlərin sayını əks
etdirir.
Beləliklə, Azərbaycanın deyildiyi kimi 20 faizi yox,
təxminən 80 faiz ərazisi işğal altındadır.
197
NƏTĠCƏ
Araşdırmalar bir daha təsdiq edir ki, Laçın bölgəsi
qədim insan yaşayışı məskənlərindən biri olmuşdur. Bu
yerlərdə qalmış türk soylarının və albanların izləri son
illərə kimi- erməni vandalizminə qədər qayaüstü təsvir-
lərdə, qəbirlərdə, kənd adlarında və qədim tarixi abidə-
lərdə qalmaqda idi. Bu da təsdiqini tapır ki, bu ərazilərdə
ermənilərin əcdadları heç vaxt məskun olmamışdır.
Bu qənaətə gəlinir ki, Zəngəzur qəzasının Laçın
bölgəsində bu günümüzü qədimlərə bağlayan qədim insan
yaşayışı məskənləri, yeraltı, yerüstü sərvətləri, qədim ta-
rixi abidələri bir daha sübut edir ki, bu yerlər Azərbay-
canın ən qədim yaşayış məskəni olmuşdur. Eyni zaman da
bu ərazilər həm də Azərbaycanın mərdlik qalası, mübarizə
meydanı olmuş və erməni hücumlarına qarşı həmişə sinə
gərmiş igid oğulları ilə seçilmişdir. Talan və qarət olunsa da
illərin sınağından qürurla, vüqarla çıxmışdır.
Aparılan tədqiqatlar və ictimai rəylər göstərir ki,
ərazi bütövlüyü uğrunda mübarizə və xalq qəhrəmanları
mövzusunda araya-ərsəyə gətirilən hər bir iş xüsusi əhə-
miyyət kəsb edir. Bu yönümlü mövzular xalqın öz azad-
lığı, düşmənlərə qarşı mübarizəsi və torpaqlarımızın bü-
tövlüyü uğrunda canını belə əsirgəməyən igid oğul və
qızlarımızın fədəkarlıqlarına dayaqlanır. Kitab obyektiv
həqiqəti göstərmək imkanı verən tarixilik prinsipi ilə,
tarixi aspektdə yazılmışdır. Burada qədim zamanlardan
1920-ci ilə qədər Laçının qədim tarixi, onun dəyərli
ziyalılarının fəaliyyəti, dağlar qoynunda gözəl bir şəhərin
salındığı konkret faktlar əsasında işıqlandırılmışdır. Eyni
zamanda monoqrafiyada Laçının işğal olunması, onun
oğul və qızlarının göstərdiklikləri igidliklər şərh olun-
muşdu. Ən əsası kitabda laçınlıların məcburi köçkünlük
198
illərində yaşam tərzləri, onlara göstərilən dövlət qayğısı
və laçınlıların torpaq həsrəti obyektiv şəkildə təsvir
olunmuşdur.
Ermənistanın ölkəmizə qarşı irəli sürdüyü əsassız
ərazi iddiaları nəticəsində xalqımız bir çox məhrumiy-
yətlərə düçar oldu. Sonda yarım milyondan çox soyda-
şımız tarixi torpaqlarımız olan Qərbi Azərbaycandan
zorla qovuldu. Daglıq Qarabagdan və ona bitişik ərazi-
lərdən yüz minlərlə vətəndaşımız öz ev-eşiyini tərk edib
qaçqın və məcburi köçkün həyatı yaşamaga məhkum
edildi. O zaman könüllülərdən ibarət milli özünümüdafiə
dəstələri yaradılaraq düşmənə müqavimət göstərilsə də
rus havadarlarının köməyi və birbaşa müdaxiləsi ilə ermə-
nilər döyüşü uddu. Minlərlə şəhid verən xalqımız, müvəq-
qəti də olsa ərazilərinin 20 faizini itirmək faciəsilə də
üzləşdi. Ancaq tərəddüd etmədən torpaqlarımızın müda-
fiəsinə qalxan igid ogullarımız sinələrin düşmənə sipər
edərək Vətən sag olsun dedilər.
Əsərdə göstərilənlərə və bütövlükdə xalqımızın
başına gətirilən bəlalara qarşı vətən uğrunda canını əsir-
gəməyən soydaşlarımızın qəhrəmanlıqları gənclərimiz
üçün bir örnək, nümunə olmalıdır. Onlar torpaqlarını düş-
məndən azad etmək üçün lazım gələn anda Sultan bəyin,
Xosrov bəyin, neçə-neçə şəhidlərimizin ruhuna and içib
döyüşə getməli və qələbə ilə qayıtmalıdırlar. Bu əmin-
liklərin əsasını kitabda ümumiləşdirilmiş şəkildə təsvir
olunan qəhrəmanlıq nümunələri təşkil edir.
Tarix boyu Laçın torpağında gözü olan bədxah
qonşularımız buna nail ola bilməmişdir. Eləcə də son
Qarabağ müharibəsində 1988-1993-cü illərdə köməksiz
əhali düşmənin hücumlarını mərdliklə dəf etmiş, ermə-
nilərin Dağlıq Qarabağa daxil olmasına imkan vermə-
mişdir. Lakin, vəziyyət elə gətirdi ki, Laçın rayonu işğal
199
olundu. Ancaq Laçın son ana qədər düşmənlə döyüşdü,
yüzlərlə oğul və qızlarımız şəhid oldu, əsir düşdü, özlə-
rinin və qalan nəslinin namusınu qorumaq üçün neçə-neçə
laçınlı-kəlbəcərli qadınlarımız əl-ələ verərək özlərini qa-
yadan atdı və yaxud intihar etdi. Elə doğulduğum Cicimli
kəndi və yaxından tanıdığım Qazıdərəsi kəndindən 7
nəfər, Güləbird kəndindən isə 12 nəfər ağır döyüşlərdə
şəhid oldu. Beş nəfər laçınlı Azərbaycanın milli Qəhrə-
manı kimi yüksək ada layiq görüldü.
Qüvvələrin qeyri-bərabərliyi digər tərəfdən həmin
vaxtdan ölkədə baş verən hakimiyyət böhranı, daxili
qarşıdurma və xəyanətkarlıq halları erməni quldurla-rının
qalib gəlməsinə və Laçının bütövlükdə işğalına səbəb
oldu. Tarixi torpaqlarından zorla didərgin salınmış insan-
ların yaşayış şəraitinin yaxşılaşdırılması ümummilli lider
Heydər Əliyevin ikinci dəfə xalqın tələbi ilə hakimiyyətə
qayıdışından sonra dövlət və hökumət qarşısında dayanan
prioritet məsələlər səviyyəsinə qaldırılmış və bu istiqa-
mətdə çox ciddi addımlar atılmışdı. Həmin kurs Azərbay-
can Respublikasının Prezidenti İlham Əliyev cənabları
tərəfindən bu gün daha geniş şəkildə davam etdirilmək-
dədir. Ölkə rəhbərinin digər qaçqın və məcburi köçkün-
lərlə yanaşı laçınlılara göstərdiyi diqqət və qaygının
nəticəsi olaraq Taxta Körpü və məcburi köçkünlərin sıx
məskunlaşdıgı digər ərazilərdə geniş miqyaslı tikinti-
quraşdırma və abadlıq işləri həyata keçirilmişdir. Son
illərdə həyata keçirilən işlərin nəticəsi olaraq rayonun
bütün icra strukturlarının fəaliyyət göstərdiyi Taxtakörpü
qəsəbəsi abad və yaraşıqlı bir yaşayış məntəqəsinə
çevrilmişdir.
Cənab İlham Əliyevin dəstəyi və laçınlılara olan
qayğısı sayəsində verdiyi sərəncamlarla Laçın şəhərinin
85 illiyi 2009-cu ilin fevralında, Minkənd kənd orta
200
məktəbinin 120 illiyi isə 2010-cu ilin fevralında təmtəraqlı
şəkildə qeyd olunmuşdur. Son üç ildə rayonun təhsil işçilə-
rindən 3 nəfər əməkdar müəllim adı, 3 nəfər Tərəqqi me-
dalı almış, 2 nəfərə Təhsil nazirliyinin, 11 nəfərə isə rayon
İcra Hakimiyyətinin Fəxri Fərmanları verilmişdir (27,14).
2010-cu ildə inşasına başlanılan və 24 dekabr 2011-
ci il tarixində Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin və xanımı Mehriban Əliyevanın da
iştirak etdiyi açılış mərasimindən sonra daha 552 laçınlı
məcburi köçkün ailəsi abad və rahat mənzillərə köçü-
rülmüşdü. Bütün bunlar ondan xəbər verir ki, zorla tarixi
torpaqlarından qovulan insanlar öz dogma ev-eşıklərinə
qayıtmayana qədər qaçqın və məcburi köçkün problemi
ölkə rəhbərliyinin diqqətində bir saylı məsələ olaraq
qalacaqdır.
Əlbətdə bütün bunlar müvəqqəti xarakter daşıyır.
Azərbaycan dövləti və hökuməti tərəfindən nə qədər çox
diqqət və qaygı göstərilsə də hər bir laçınlı öz isti ocagına
qayıdacagı günü böyük səbirsizliklə gözləyir və o günün
gələcəyinə inanır. Çünki orada onları müqəddəs torpaq,
əzizlərinin məzarları və yüzlərlə niga-ran şəhid ruhu
gözləyir.
Xalqımıza qarşı törədilən faciələrin belə geniş
miqyas olmasının və son dərəcə ağır nəticələrə gətirib
çıxarmasının başlıca səbəbi, o illərdə respublikamıza rəh-
bərlik edən şəxslərin təsirli tədbirlər görə bilməməsi və
kölə psixologiyasının təsirindən çıxa bilməyərək, Mos-
kvanın diktəsi ilə hərəkət etmələri olmuşdur. Bu il respub-
likamız Xocalı soyqırımının baş verməsinin 20 ilini
böyük ürək ağrısı ilə qeyd etdi. May ayında isə Laçının
işğalının 20 ili qeyd olunacaq. Ancaq çox təssüflər olsun
ki, beynəlxalq aləmin ölkəmizə qarşı yeritdiyi ikili
201
standartların nəticəsi olaraq günahkarları hələ də öz cəza-
larını almamışdır.
Buna görə də vaxtaşırı olaraq mətbuatda, televi-
ziyada işğal olunmuş ərazilərimiz- əzəli Azərbaycan tor-
paqları olan Zəngəzur, Göyçə, İrəvan, Dərbənd, Borçalı,
Qarabağ hətta son illərdə işğal olunmuş Qarabağ ətrafı 7
rayon haqqında danışılmalıdır. Bədnam qonşularımızın
mənfur xisləti, habelə onlara himəyadarlıq edən dövlət-
lərin ikili standart siyasəti barədə yazmaq, verlişlər
hazırlamaq, qəzetlərdə xüsusi rubrika açmaq bu gün
xüsusilə vacibdir. Habelə bu yönümdə yazılan tarixi və
bədii əsərləri, monoqrafiyaları müxtəlif dillərdə nəşr
etdirib dünyaya yaymaq istiqamətində görülən işləri bu
gün daha da genişləndirmək lazımdır. Ən əsası bilməliyik
ki, böyüməkdə olan gənc nəsil bir çox həqiqətləri təfərüatı
ilə bilmir. Bunu nəzərə alaraq başlıca məqsədimiz böyü-
məkdə olan nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək
olmalıdır. Biz heç nəyi gözləmədən ermənilərin əli ilə
xalqımızın başına gətirilən faciələrdən ibrət dərsi götür-
məli, bu gün dünyanın sürətlə inkişaf edən ölkələri ara-
sında olan və öz müstəqilliyini ilbəil daha da möhkəm-
ləndirən respublikamızın bundan sonra güclənməsi üçün
əlimizdən gələni etməliyik. Çünki, 20 ildən çoxdur ki,
erməni işğalı altında qalan torpaqlarımızın azadlığı, doğ-
ma yurdyuvamıza qayıtmağın yolu ancaq bizim gücü-
müzdən və inkişafımızdan keçir. Müasir dünya sülh istə-
yir, inanırıq ki, bizim işimiz haqq işi olduğuna görə geci-
tezi qalib gələcəyik. Qalibiyyətə gedən yol isə bir neçə
mərhələdən keçir. Milli birlikdən, dövlətimizin güclənmə-
sindən, regionda söz və güc sahibi olmasından və uğurlu
xarici siyasətdən. Hazırda ölkəmizdə cənab prezidentimiz
İlham Əliyevin rəhbərliyi altında bu sahələrdə uğurlu və
məqsədyönlü iş aparılır. Bütün bunlar isə millətini və
202
torpağını sevən hər kəsin ürəyindən xəbər verir (25). Bu
kitab Laçının işğalının 20-ci ilində Laçın şəhidlərinin
xatirəsinə ucaldılmış kiçik bir abidədir. İnanırıq ki, böyük
abidəni biz Laçın rayonunu, eləcə də bütün işğal altında
olan torpaqlarımızı düşmən tapdağından azad edib,
Laçının ən görkəmli yerində Qarabağ şəhidlərinə abidə
kompleksi tikəcəyik. Bununla da bu abidə keçmişimizə
ehtiram, düşmənə nifrət, vətənpərvərliyə isə bir çağırış
simvolu olacaqdır.
203
Ġstifadə edilmiĢ ədəbiyyat
1.”Azərbaycan” qəzeti qəzeti, 13 mart 2001-ci il.
2.”Azərbaycan” qəzeti qəzeti, 27 mart 2007-ci il.
3. “Azərbaycan” qəzeti, 11 yanvar 2011-ci il.
4. “Azərbaycan” qəzeti, 25 dekabr 2011-ci il.
5. Abbasov F. Laçın. Bakı, 1978.
6. Cabbarov M.M. Mənim Laçınım. Bakı, 1995.
7. Cabbarov X.M. Mən Laçınam. Bakı, 2006.
8.“Doğru yol” qəzeti, 12 mart 1993-cü il.
9. Elbrus Şahmar. Torpaq həsrəti. Bakı, 2008.
10.”Xalq qəzeti”, 28 mart 2007-ci il.
11.”Xalq qəzeti”, 8 fevral 2008-ci il.
12.“Xalq qəzeti”, 10 fevral 2008-ci il.
13.”Xalq qəzeti”, 18 dekabr 2010-cu il.
14.Qasımov Ş.M. Xalq qəhrəmanı Sultan bəy, Bakı, 2009.
15.Qənimətoğlu R. Həkərinin qəm nəğməsi. Bakı, 2004.
16.Laçın 85. Xüsusi buraxılış. Bakı, 2009.
17. Laçın Rayonu, bületen, Bakı, 2011.
18. Laçın yurdu, Baki, 2011, №1(1).
19.” Laçın qəzeti”, 10 fevral 2010-cu il.
20. “Laçın qəzeti”, 31 mart 2010-cu il.
21. “Laçın” qəzeti, 16 aprel 2010-cu il.
22.”Laçın” qəzeti, 12 iyun 2010-cu il.
23.”Laçın” qəzeti, 20 noyabr 2010-cu il.
24. “Laçın” qəzeti, 16 fevral 2012-ci il.
25. “Laçın” qəzeti, 16 aprel 2012.
26.Musayev İ. Azərbaycanın Naxçıvan və Zəngəzur
bölgələrində siyasi vəziyyət və xarici dövlətlərin
siyasəti (1917- 1921-ci illər), Bakı, 1996.
27.Minkənd orta məktəbinin 120 illiyi münasibəti ilə
204
xüsusi buraxılış, Bakı, 2010.
28.Mərdlik qalası Laçın, Bakı, 2009.
29. “Respublika” qəzeti, 26 mart 2002-ci il.
30.“Respublika” qəzeti,31 mart 2004-cü il.
31.“Respublika” qəzeti, 10 dekabr 2006-cı il.
32.“Respublika” qəzeti, 12 dekabr 2006-cı il.
33.“Respublika” qəzeti, 31 mart 2007-ci il.
34.Rayon İcra hakimiyyətinin 2010-cu il hesabatı.
35.Rayon İcra hakimiyyətinin 2011-ci il hesabatı.
36.Səlimov A. Ora vətəndir, Bakı, 2009.
205
ġĠKAR MƏHƏMMƏDƏLĠ OĞLU QASIMOV
ƏSĠRLĠKDƏ QALAN LAÇIN
----------------------------------------------
Kompyüter dizaynı: İlqar Qasımzadə
Kompüter yığımı: Aysel Məmmədova
Yığılmağa verilmişdir:
Çapa imzalanmışdır:
Sifariş №
Format: Həcmi Tirac: 1300
206
ġikar Məhəmmədəli oğlu Qasımov Laçın rayonu-
nun Cicimli kəndində anadan olmuşdur. 1981-ci
ildə Pedoqoji İnstitutunun tarix fakültəsini fərq-
lənmə diplomu ilə bitirmişdir. 1981-1985-ci illərdə
Laçın rayonunda tarix müəllimi, 1985-1987-ci il-
lərdə Abşeron rayon mədəniyyət şöbəsində və
diyarşünaslıq muzeyində elmi işçi vəzifələrində
işləmişdir. 1987-ci ildən isə AzPİ-nin Sov.İKP tari-
xi kafedrasında (AzTU) işləyir. Kafedrada labo-
rantlıqdan, baş laborant, müəllim, dosent və kafed-
ra müdüri vəzifələrinədək yüksəlmişdir.
1990-ci ildə AEA-nın Tarix İnstitutunda na-
mizədlik dissertasiyasını müdafiə edərək alimlik
dərəcəsi almışdır. 1992-ci ildə AzTU-nun Tarix
kafedrasında müəlim vəzifəsindən birbaşa kafedra-
nın dosenti vəzifəsinə seçilmişdir. 1995-ci ildən isə AzTU-nun HİK-in sədr müavini
və 1995-ci ildən 2001-ci ilə kimi «MBM» fakultəsində dekan müavini vəzifəsində
işləmişdir. 1993-1996-cı illərdə özəl, Azərbaycan Milli Uni-versitetində «Tarix və
Fəlsəfə» kafedrasının, 1996-1998-ci illərdə Azərbaycan Dövlət Dəniz Akademi-
yasında «Humanitar fənlər» kafedrasının müdiri vəzifələrində işləmişdir.
2001-2006-cı illərdə AzTU-da tərbiyə işləri üzrə prorektor və AzTU-nun orqanı
olan «Ziya» qəzetinin baş redaktoru işləmişdir. 2002-ci ildən bu günədək isə «Tarix»
kafedrasının müdiri vəzifəsində çalışır. 2008-ci ildə AMEA-nın Tarix İnstitutunda
doktorluq dissertasiyasını müdafiə etmişdir. 218-dən çox elmi, metodik və publistik
məqalənin, o cümlədən «Azərbaycan SSR yaradıcılıq ittifaqlarının yaranması və
fəaliyyəti (1920-30-cu illər), Bakı, 2007, «Azərbaycan yaradıcı ziyalıları sovet
hakimiyyəti illərində (1920-1940-cı illər), Bakı, 2009 və “Xalq Qəhrəmanı Sultan
bəy”, Bakı, 2011 monoqrafiyalarının müəllifidir. Onun, Moskvanın, Dağıstanın,
Türkiyənin və Kiyevin elmi jurnallarında 10-dan çox məqaləsi çap olunubdur. 2011-
ci ilin aprel ayında Kiyev şəhərində keçirilmiş Beynəlxalq elmi-praktik konfransda
iştirak etmişdir. «Türk xalqlarının tarixi», «Siyasi tarix» dərs vəsaitinin rəyçisi,
«Peyğəmbərə 100 sual» kitabının isə redaktoru və rəyçisi olmuşdur. 10-dan çox
namizədlik və doktorluq dissertasiyalarının aftoreferatlarına rəy vermiş və rəsmi
opponent olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə
2011-ci ilin noyabrında “Tərəqqi” medalı ilə təltif olunubdur.
Qarabağ müharibəsi veteranıdır. Ailəlidir, iki övladı, bir nəvəsi var. Qızı orta
məktəbdə müəllimə işləyir, oğlu isə Azərbaycan Tibb Universitetinin müalicə işi
fakültəsini bitirmişdir, həkimdir.
Ən böyük arzusu torpaqlarımızın işğaldan azad olduğu günü görmək, doğma
Laçını və onun bir parçası olan Cicimli kəndini ziyarət etməkdir.
Dostları ilə paylaş: |