ĠĠkar məHƏMMƏDƏLĠ oğlu qasimov



Yüklə 6,18 Mb.
Pdf görüntüsü
səhifə4/12
tarix31.01.2017
ölçüsü6,18 Mb.
#6982
1   2   3   4   5   6   7   8   9   ...   12

                    
Bütün  dövrlərdə  Laçının  ən  qiymətli  sərvəti  onun 
dağ vüqarlı mərd insanları olmuşdur. Azərbaycanlıların o, 
cümlədən laçınlıların vətənpərvərliyi hələ Qarabağ müha-
ribəsindən əvvəllər Alman-Sovet müharibəsində və quru-
culuq  illərində  bir  daha  öz  təsdiqini  tapmışdır.  Belə  ki, 
Laçından  müharibəyə  3660  nəfər  yola  salınmışdır  ki, 

 
53 
onun  10/7-si  (2426  nəfər)  geri  qayıtmamışdır.  Laçının 
igid övladı, qvardiya baş serjantı, həmyerlimiz Əvəz Ver-
diyev  Polşa  torpaqları  uğrunda  gedən  döyüşlərdə  gös-
tərdiyi igidliyə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq 
görül-müşdür.  
  Müharibədən  sonra  Azərbaycanın  hər  bir  yerində 
olduğu  kimi  Laçın  rayonunda  da  quruculuq  işlərinə 
başlanmışdı.  Ancaq  ən  əsası  isə  1969-cu  ildən  Azərbay-
canın  ictimai-siyasi  həyatında  sözün  əsil  mənasında 
inqilab  baş  verdi–  Ümummilli  lider  Heydər  Əliyev 
Azərbaycan  KP  MK-nın  birinci  katibi  seçildi.  Məhz 
həmin  illərdən  Heydər  Əliyev  Laçına,  onun  iqtisadi  və 
mədəni  tərəqqisinə  xüsusi  diqqət  yetirirdi.  Hələ  1964-cü 
ildə  Laçın  şəhərinin,  1964-1969  cu  illərdə  isə  rayonun 
kəndlərinin  başdan-başa  elektirikləşdirilməsi  rayonun 
həyatında çox mühüm hadisə olmuşdu. Əhalisi içərisində 
savadsızlıq  çox  olan,  demək  olar  ki,  geniş  təhsil  ocağı, 
heç  bir  mədəni-maarif  müəsisəsi  olmayan,  keçmişdə 
Azərbaycanın diqqətdən kənarda qalmış ucqarı olan Laçın 
rayonu  tarixən  qısa  müddətdə  iqtisadi  və  mədəni  quru-
culuq  sahəsində  böyük  inkişaf  yolu  keçmiş,  rayonda 
müasir  kənd  təsərrüfatı  yaradılmış,  zəhmətkeşlərin  rifahı 
ölçüyə gəlməz dərəcədə yüksəlmişdi. 
1940-cı illərdə bir küçəli şəhər adlandırılan Laçında 
70-80-ci  illərdə  çoxlu  geniş  və  abad  küçələr  salınmış, 
sözün  əsil  mənasında  Laçın  dağlar  qoynunda  gözəl  bir 
şəhər olmuşdur.  
1971-ci il 16 noyabrda Azərbaycan KP MK və Na-
zirlər  Kabineti  dağ  rayonlarının  iqtisadiyyatını  daha  da 
yüksəltmək  tədbirləri  haqqında  qərar  qəbul  edir.  Həmin 
tarixdə  respublika  rəhbərliyinin  «Laçın  rayonunun  zəh-
mətkeşlərinə  mədəni-məişət  xidmətini  daha  da  yaxşılaş-
dırmaq  tədbirləri  haqqında»  qərarı  qüvvəyə  minir.  1974-

 
54 
cü  il  avqustun  6-da  isə  Arərb.  KP  MK  bürosu  Laçın 
şəhərinin  50  illiyi  haqqında  qərar  qəbul  edir  (6,s.8). 
Görülən tədbirllər nəticəsində keçən illər ərzində ən ucqar 
dağ  kəndlərinə  rahat  yollar  çəkilmiş,  rayon  mərkəzi  ilə 
kəndləri  arasında  bütün  istiqamətlərdə  avtobus  marşu-
rutları  açılmış,  telefon  qovşağı  yaradılmışdı.  Şəhərdə 
müasir  tipli  mədəniyyət  ocaqları,  avtovağzal,  yaşayış 
evləri tikilib istifadəyə verilmişdi. Geniş təhsil və səhiyyə 
şəbəkəsi  yaradılmışdı.  Bu  gözəl  dağ  rayonu  ilə  hər  bir 
Laçınlı fəxr edirdi. Laçının inkişafında əsaslı rol oynamış 
bu  qərarlar  və  görülən  işlər,  Laçına  Heydər  Əliyev  qay-
ğısının  nəticəsi  idi.  Laçın  camaatı  bu  gün  də  harada  və 
hansı şəraitdə yaşamasından asılı olmayaraq bütün bunları 
iftixar hissi ilə xatırlayırlar.  
Laçın rayonu keçən dövr ərzində, yəni işğala qədər 
xalq maarifinin, mədəniyyətin, tibbi xidmətin inkişafında 
və  rayon  əməkçilərinin  güzaranın  yaxşılaşdırılmasında 
misilsiz  nailiyyətlər  qazanmışdır.  Əhalisinin  sayı  60  min 
nəfərə  çatmışdır.  217  mədəni-maarif  müəssisəsi,  o  cüm-
lədən  34  mədəniyyət  evi,  48  klub,  118  kitabxana,  5 
musiqi  məktəbi,  14  tarixi  abidə,  muzeylər,  məscidlər,  30 
kinoteatr  xalqa  xidmət  edirdi.  108  təhsil  müəsisəsi,  o 
cümlədən  51  orta  məktəb,  33  natamam  orta  məktəb,  17 
ibtidai məktəb, texniki peşə məktəbi, 142 səhiyyə obyekti, 
o cümlədən 18 xəstəxana, 1 poliklinika, 83 feldşer mama 
məntəqəsi,  460  ticarət  obyekti  (13,  20-21)  və  başqa  ob-
yektlər əhaliyə xidmət göstərirdi. 
Bütün bunlarla birlik də keçən dövr  ərzində    Laçın 
rayonu  Azərbaycan  üçün  yüzlərlə  müəllim,  alim,  dövlət 
xadimi,  şair,  siyasətçi,  mühəndis,  rəssam,  həkim,  hüquq-
şünas, musiqiçi və əmək bahadırları yetirmişdir.  Belə 
əmək qəhrəmanlarından biri, XX əsrin 70-ci illərdə «So-
sialist Əməyi Qəhrəmanı» kimi yüksək ad almış Şərqiyyə 

 
55 
Ələsgər qızı Vəliyevadır. O, 1936-cı ildə Laçın   rayonu-
nun  Piçənis  kəndində  anadan  olmuşdur.  1949-1965-ci 
illərdə  maldarlıq  sahəsində  yüksək  əmək  göstəricilərinə 
görə Azərbaycan SSR Ali Sovetin 
(7-8-ci  çağırış)  deputatı  seçilmiş-
dir.  Əməkdə  fərqləndiyinə  görə 
Lenin,  Oktyabr  İnqilabı  ordenləri 
və  bir  çox  medallarla  təltif  edil-
mişdir.  1966-cı  ildə  Sosialist 
Əməyi  Qəhrəmanı,  1971-ci  ildə 
Qəhrəman  Ana  adını  almışdır. 
Hazırda Prezident təqaüdçüsüdür.  
Laçın  rayonunun  yetirmələ-
rindən-  maarif  fədailəri  Museyib 
İlyasov,  Ələsgər  Məmmədov, 
Əmiraslan  Şahverdiyev,  Qırmızı  Əmək  Bayrağı,  Xalqlar 
Dostluğu,  Oktyabr  inqilabı,  Azərbaycan  bayrağı  orden-
lərinə layiq görülmüş, 26 il Rayon Partiya Komitə katibi 
və Laçının ağır illərində İcra hakimiyyətinin başçısı vəzi-
fəsində  işləmiş,  el  ağsaqqalı  Muradxan  Cabbarov,  müx-
təlif  məsul  vəzifələrdə  işləmiş  el  ağsaqqalı  Umud  Məm-
mədov,  Hüseynəli  Şükürov,  tibb  elmləri  namizədi  İzzət 
Sadıqov,  kimya  elmləri  doktoru  İsmayıl  Sadıqov,  filo-
logiya  elmləri  doktoru,  professor  Xasay  Cabbarov,  Fəl-
səfə elmləri namizədi Salman Salahov, filologiya elmləri 
namizədi, şair Hüseyn Kürdoğlu, filologiya elmləri nami-
zədi, şair Ağa Laçınlı, tanınmış idmançı, SSRİ çempionu 
İnqlab  Novruzov,  SSRİ-nin  fəxri  neftçisi,  Azərbaycanın 
Əməkdar  Neft  Mühəndisi,  hal-hazırda  Xəzər  dənizində 
üzən  gəmilərdən  birinə  adı  verilmiş  Məhəmməd  Süley-
manov,  şairjurnalist  Malik  Fərrux,  Laçın  rayon  İcra  ha-
kimiyyətinin  başçısı  işləmiş  Xanlar  Məmmədov,  İbrahim 
Məlikov, Təvəkkül Abdullayev Abşeron rayon İcra haki-

 
56 
miyyətinin başçısı Zakir Fərəcov, Laçın rayon  İcra haki-
miyyətinin  başçısı  Ramiz  Cəbrayılov,  üçüncü  çağırış 
MM-in üzvü seçilmiş, Yardımlı rayon İcra hakimiyyətinin 
başçısı  Sevindik  Hətəmov,  MM-in  üzvü  Nazim  Fərəcov, 
Qax  rayon  prokuroru,  Akif  Rzayev,  AMEA-nın  müxbir 
üzvü Şahbaz Muradov, AMEA-nın müxbir üzvü Məhəm-
məd Mehdiyev  tarix elmləri doktoru, professor, Azərbay-
can  Texniki  Universiteti  «Tarix»  kafedrasının  müdiri 
Şikar  Qasımov,  fizika-piyaziyyat  elmləri  doktoru  Aydın 
Cəfərov,  Azərbaycan  Dövlət  İqtisad  Universitetinin  pro-
fessoru,  «Riyaziyyat»  kafedrasının  müdiri  Mustafa  Qara-
yev,  filologiya  elmlər  üzrə  fəlsəfə  doktoru  Şirindil  Alı-
şanov,  fizika-piyaziyyat  elmləri  doktoru  Maarif  Cəfərov, 
Bakı Şəhər Təcili Tibbi Yardım Stansiyasının baş həkimi 
Mürsəl  Həmidov,  Azərbaycan  Texniki  Universitetində 
mətbəə müdüri Əvəz Abbasov, rayon İH başçısının müa-
vinləri İlham Quluyev, Bəsti Nəcəfova, Səyyaf Məmiyev 
və Aqil Nəzərov, Təhsil şöbəsinin müdiri Malik Vəliyev, 
müxtəlif  məsul  vəzifələrdə  işləmiş  Tofiq  Nəcəfov,  Xıdır 
Bəylərov,  Oktay  Həsənov,  İbiş  Qəhrəmanov,  Qaytaran 
Cəfərov, Vaqif İsmayılov, Murad Hüseynov, Şahlar Xəlil-
ov, Şuşa və Laçının işğalına qədər və xüsusilə 1992-ci ilin 
6-17  may  tarixlərində  Laçın  RMX-a  daxil  olan  çox  saylı 
yaralılara  göstərdiyi  ilkin  tibbi  yardıma  görə  fərqlənən, 
birbaşa rəhbər-iyi ilə 85 nəfərdən çox yaralıya təcili tibbi 
yardım  göstərən  və  Vertolyotlarla  Bakıya  çatdırılmasına 
kömək etməklə həyatlarını xilas edən, RMX-nın sabiq baş 
həkimi Elçin İsgəndərov, tibb elmləri namizədi Oruc Şah-
suvarov, tarix elmləri namizədi Əlamdar Şahverdiyev, pe-
doqoji  elmlər  doktoru  Museyib  İlyasov,  pedoqoji  elmlər 
namizədi  Allahyar  İmanov,  Qarabağ  müharibəsinin  fəal 
iştirakçısı, polis polkovniki Akif Səlimov, müxtəlif məsul 
vəzifələrdə  işləmiş  Azər  Məmmədov,  Qəzənfər  Hüseyn-

 
57 
ov,  Malik  Cəfərov,  Güloğlan  İsgəndərov,  həkim-cərrah 
Adil  Nəsibov,  jurnalist  Mübariz  Binnətoğlu  və  adlarını 
çəkmədiyimiz  yüzlərlə  (hamısının  adlarını  çəkmək 
mümkün  olmadığı  üçün  üzr  istəyirəm)  vətənpərvər 
ziyalı oğullarını göstərə bilərik.  
Bir  sözlə  Laçınınn  dəyərli  ziyalıları,    qədim,  möh-
təşəm mədəniyyət abidələri və əsrarəngiz təbiəti bir-birini 
tamamlayırdı.  Bütün  bu  göstərilənlərin  sayəsində  Laçın 
dağlar qoynunda inkişaf etmiş, abad bir şəhərə çevrilmiş-
dir.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
58 
III FƏSĠL 
 
      Laçın xəyanətin və qarĢıdurmanın qurbanı oldu 
 
         Erməni məkrinin kökləri. 
 
Xalqımıza    qarşı    ermənilərin      törətdiyi  soyqırımı  
siyasətinin  dərin  tarixi  kökləri  var. Hələ  IV  əsrin  son-
larında  ermənilərin  məskulaşdığı  ərazilər  Sasani  impe-
riyası  və  bizanslılar tərəfindən  bölüşdürüldükdən  sonra 
ermənilərin 1918-ci ilə qədər müstəqil  dövlətçiliyi olma-
yıb.  Erməni    başçıları  “Böyük    Ermənistan”    yaratmaq  
xülyası  ilə  XVII  əsrdən  dünyanın  iri  dövlətlərinə  mü-
raciət    etmişlər.  Rusiya    və    Qərbin    bəzi    iri    dövlətləri  
yaxın  şərqdə hökmranlıq  etmək, İran  və Türkiyəni  zəif-
lətmək  məqsədilə  erməniləri  dəstəkləmişlər.  
1721-ci ildə Qafqaza  yürüşə  çıxan və 1723-cü ildə  
Azərbaycanın  Xəzəryani  ərazilərini,  Bakını    işğal  edən  I 
Pyotur  sentyabrın  3-də  Bakının  alınmasını  bayram  etdi. 
Bakı  rus  komendantı  Knyaz  Bryatinskinin  idarəsinə 
verildi.  1724-cü  ilin  10  noyabrında  I  Pyotr  3  erməni 
katalikosunu  qəbul  etmiş,  onların  ermənilərin  Xəzəryanı 
vilayətlərinə köçürülmələri barədə xahişlərini dinləmişdir. 
I Pyotr yerli əhalinin sərt  müqavimətini gördükdə, “ermə-
ni  kartını” işə  salmış  və  azərbaycanlıların tarixi  torpaq-
larında,  xüsusilə  Gilanda,  Mazandaranda,  Bakı  və  Dər-
bənddə  ermənilərin  məskunlaşdırılması  barədə  göstəriş  
vermişdi  (14,s.55).  I  Pyotrun  xələflərinə  ünvanladığı  
tarixi  vəsiyyət isə  təkcə Rusiya  imperiyasının deyil  nə-
ticə etibarilə bolşevik Rusiyasının da  Cənubi Qafqaz  si-
yasətinin    əsasını    təşkil  etdi.    Həmin    vəsiyyətə    əməl 
edən    II  Yekaterina  1768-ci    ildə    imperiyanın    erməni-
lərə  məxsusi  hamiliyi barədə  fərman  verdi. 1802-ci ildə  

 
59 
çar  I  Aleksandır  Qafqaz    canişini    A.Sisianova    konkret  
təlimat  göndərdi:  «Ermənilər    nəyin    bahasına    olursa-
olsun Azərbaycan xanlıqlarının ələ keçirilməsində istifadə  
olunmalıdır.  Bu  Azərbaycan  torpaqlarının    işğalına    baş-
landığı  dövr  idi.  
Türkmənçay  müqaviləsindən dərhal sonra- 1828-ci  
il    martı  21-də    I  Nikolayın  fərmanı  ilə    İrəvan    və 
Naxçıvan  xanlıqlarının    ərazisində  “Erməni    vilayəti” 
təşkil edildi.  Bu   tarix  Azərbaycan  torpaqlarında    yaradı-
lacaq  gələcək  Ermənistanın  təməli  idi.  Həmin  vaxtın  
rəsmi  statistikasına   görə, “Erməni  vilayəti”nin  mərkəzi  
olan  İrəvan    şəhərində  7331  azərbaycanlı,  2369  erməni 
yaşayırdı.  Buna    paralel    olaraq    Tükrmənçay  müqavi-
ləsinin  15-ci    bəndinə  əsasən,  İrandan  40  min  erməni 
İrəvan,  Qarabağ  və  Naxçıvana  köçürüldü  (31).  Analoji  
proses  XIX  əsrdəki    Rusiya-Türkiyə  müharibələrinin 
yekununda    (1829,1878)  da  özünü    göstərdi.    Türkiyə 
ərazisindən  təxminən  85  min  erməni  köçrülərək    sözü-
gedən  bölgələrə    məskunlaşdırıldı.  Çarizmin  köçürmə 
siyasəti  Qarabağda  və  İrəvanda  demoqratik  tərkibi 
dəyişdi.  1832-ci  ildə  Qarabağ  əhalisinin  91%-ni  azər-
baycanlılar,  8,4%-ni  isə  ermənilər  təşkil  edirdi.  20.546 
ailədən 13.965-i  azərbaycanlılar, 6491-i isə ermənilər idi. 
Köçürmə  siyasəti  nəticəsində  azərbaycanlıların  faizi 
64,8%-ə endi, ermənilərin faizi isə 43,8 %-ə qalxdı.    
XIX  əsrin    sonunda    İrəvan  quberniyası    azərbay-
canlıların  sayına  görə  Bakı  və  Yelizavetapol  quberniya-
larından  sonra    Qafqazda  üçüncü  yeri  tuturdu.  Rusiya  
imperiyasında  ilk  dəfə  olraq  əhalinin  siyahıya  alınma-
sında  əldə  olunan  göstəricilərə görə 1897-ci ildə   İrəvan 
quberniyasında  313  min  178  azərbaycanlı  yaşayıb. 
Sonralar  müəyyən  olur  ki,  1914-cü  ilə    qədər    İrəvan 
quberniyasının  əhalisi  40  dəfə    artaraq    570  min  nəfər 

 
60 
təşkil edib. Lakin  Azərbaycan əhalisinin  sayı cəmisi  4.6 
dəfə artmışdı. Hətta  bu qədər  sıxışdırma  və  deportasiya  
müqabi-lində  yenə 1916-cı ildə  İrəvan əhalisinin təxmi-
nən 45%-i, yəni 247 min nəfəri  azərbaycanlılar idi. 
Azərbaycan, Türkiyə və Gürcüstan ərazəsində «Bö-
yük ermənistan»  qurmağı  niyyətləyən  ermənilər (1887-
ci    ildə  Cenevrədə  «Qınçaq»),  (1890-cı  ildə,  Tiflisdə) 
«Daşnak  sütyun»,  (1895-ci  ildə,  Nyu-Yorkda)  “Erməni  
Vətənpərvərləri  İttifaqı”  kimi    siyasi-teror  təşkilatlarını 
yaratdılar və  bu  istiqamətə yonəltdilər. Sözügedən  təşki-
latların fəaliyyət proqramında azərbaycanlılara qarşı  ardı-
cıl  terror və qırğın  aksiyaları  həyata keçirmək  məramı 
əsas  yer  tuturdu.  
1918-ci ilin qırğınlarından danışmazdan əvvəl  gös-
tərmək lazımdır  ki, ermənilərin  ilk  terror  aktları  1896-
cı ildən  başlanmışdı. O zaman ermənilər Stanbul  poçtxa-
nasını partlatdılar. Neçə-neçə  günahsızı qanına qəltan et-
dilər.  Bu  hadisə  bütün  dunyada  onlara  nifrət  və  qəzəb 
hissi oyatdı. Amma  bu nifrət uzun   sürmədi, əksinə, bir 
azdan  erməniləri  yazıq,  fağır  bir    məxluq  kimi    qələmə  
verib  onların terroruna  haqq qazandırdılar (1).          
 Son  iki  yüzillikdə    xalqımız  məqsədyönlü    şəkildə 
həyata  keçirilmiş  soyqırımı  siyasəti    nəticəsində    böyük  
faciələrlə  üzləşmişdir.  Mərhələmərhələ  gerçəkləşdirilən 
siyasət nəticəsində azərbaycanlılar qətl və qırğınlara mə-
ruz  qalmış, yaşayış məskənləri viran edilmişdir.  
Ermənilər 1905-ci  il  Rus  inqilabının  başlanması  
ilə ölkədə yaranmış hərc-mərclikdən istifadə edərək  İrə-
vanda, Bakıda, Şuşada,  Gəncədə, Qazaxda və digər  yer-
lərdə milli qırğınlar  törətdilər. 1905-ci  ilin  fevralın  6-9-
da və avqustun  20-25-də  minlərlə  azərbaycanlını  qətlə 
yetirdilər. Onlar  İrəvanda,  Şuşada, Zəngəzurda  bir neçə 

 
61 
dəfə  kütləvi qırğınlar törətdilər, 75 azərbaycanlı kəndini  
talan etdilər.  
Xankəndində doğulub boya-başa çatmış, qırğınların 
şahidi  olmuş Ohanes Apresiyan xatarələrində  qeyd edir 
ki; «Rus–Kazak  birləşmələri  Türkləri və Erməniləri  bir-
birinə  savaşdırırdılar. Onlar  deyirdilər ki, biz  gündüzlər  
sakitliyi    bərpa  edirik.  Gecələr    sizin    evlərin  qonağıyıq. 
Onda  nə bilirsiz edin». Törədilən  qırğın və  fəryadın  sə-
sindən qulağıma  pambıq tıxamağa  məcbur  olurdum.   
1905-1907-ci    illərdəki  qanlı  cinayətlər  nəticəsində 
10 mindən artıq  azərbaycanlı qətlə  yetirilmiş, 200  min-
dən  çox  həmyerlimiz  qaçqın  düşmüşdür (30). 
1905-07-ci  illər    inqilabından    sonra  azərbaycanın 
soyqırımı  örtülü    şəkildə    davam  edirdi.  Bunu    statistik  
məlumatlar da  təstiqləyir. 1914-cü ildə  başlanan I dünya 
müharibəsi və  1917-ci il  inqilabları  ermənilərin «böyük 
ermənistan» iddiası üçün əlverişli şərait yaratdı. Belə ki, I 
dünya  müharibəsi  illərində,  1918-20  ci  illərdə,  II  dünya 
müharibəsi  və  ondan  sonraki  illərdə.  Nəhayət  1988-ci 
ildən  indiyə  qədər.  Bütün  bu  illər  ərzində  ermənilər 
azərbaycanlıları qırıb, çatıb talamışlar. Amma hər dəfəsini 
biz  sükutla  qarşılamış,  yadımızdan  çıxartmış  və  yaddan 
çıxartdırmışıq.  Allah    rəhmət  eləsin  hörmətli  preziden-
timiz, ümummilli liderimiz Heydər Əliyevə. O, soyqırımı, 
terror,  represiya,  deportasiya  məsələlərini  qaldırmaqla 
onları  unudulmağa  qoymadı.  Bizə  tariximizi  bir  daha 
dərindən öyrənməyi göstərdi. 
Bizdən  xeyli  əvvəllər  erməni  yazıçıları  uydurduq-
larını dərsliklərinə salır, yaddan çıxmasına heç cür imkan 
vermirdilər. Onların məşhur yazıçılarından biri Daronyan 
ölüm  ayağında  öz  xalqına  vəsiyyət  edir  ki,    «ey  erməni 
çöldə  zəhərli  bir  ilan  görüb  öldürməsən,  səni  bağışlamaq 

 
62 
olar, amma bir türk görüb öldürməsən heç bir erməni səni 
bağışlamaz». Budur bizim nankor qonşularımızın arzuları. 
1915-ci  ilin  əvvəlində    türkiyənin  şimali-şərq    böl-
gələrinin  erməni  əhalisi  Osmanlı  dövlətinə  qarşı    müha-
ribəyə  və    Türklərə  qarşı    kütləvi  qırğınlara  başladı.  Bu-
nun  cavabında  Osmanlı dövləti erməni əhalisini o ərazi-
lərdən kütləvi şəkildə  köçürülməsi barədə əmr verdi. Er-
məni  hərbi  dəstələri    ilə    birlikdə    İrəvan  quberniyasına, 
Qarabağa  və Zəngəzura  böyük  miqdarda  Erməni əhalisi 
də  köçüb gəlmişdi. Onlar  bu ərazilərdə azərbaycanlılara 
divan tutmağa başladılar. Nəticədə hələ 1918-ci ilin mar-
tına qədər İrəvan qurberniyasında 199 azərbaycanlı kəndi 
dağıdılmışdı.  Bu  ərazidə  yaşayan  135  min  azərbaycan-
lının bir qismi ermənilər tərəfindən qətlə yetirilmiş, qalan-
ları  isə  osmanlı  ordusunun  nəzərət  etdiyi  ərazilərə    qaç-
mağa  məcbur olmuşdular.  
1917-ci  ilin  fevral  inqilabı  siyasi  partiyaların  leqal 
fəaliyyətinə  də  imkan  yaratdı.  Digər  partiyalardan  fərqli 
olaraq  «Daşnaqsütyun»  partiyası  başda  olmaqla  erməni 
millətçiləri  düşünürdülər  ki,  «Böyük  Ermənistan» xülya-
sının reallaşmaq məqamı yetişibdir. Zaqafqaziyanın gələ-
cək inzibati bölgüsü, erməni xalqının payına düşə biləcək 
torpaqlar,  onları  xüsusilə  maraqlandırırdı.  Onların  gözü 
ən  çox  Azərbaycan  torpaqlarına  tikilmişdi.  Ermənilərin 
əsas hədəfi Azərbaycan demokratiyası idi. 
Moskva təkcə azərbaycanı parçalamaqla kifayətlən-
mirdi.  1917-ci  il  dekabrın  30-da  Lenin  və  Stalinin  imza-
ladıqları  13  saylı  dekretə  əsasən  Türkiyənin  şərq  vila-
yətləri ermənilərə vəd edilmişdir. Məqsəd Türkiyəni fede-
rasiya halına salmaqdan ibarət idi.  
Bakıda  sovet  hakimiyyətinə  nail  olmaq  üçün  mər-
kəzdən  hərbi  güc  xahiş  olunurudu.  Bu  əvvəlcədən  düşü-
nülmüş və 1918-ci ildə Bakıda baş vermiş mart hadisələri 

 
63 
ərəfəsində  hazırlanmış  məqsədyönlü  siyasətdən  irəli 
gəlirdi.  Mart  hadisələri  ərəfəsində  Bakıda  Sovet  hərbi 
hissələri  ilə  yanaşı,  xeyli  silahlı  erməni  əsgərləri  də  var 
idi. Şaumyanın özünün qeyd etdiyi kimi,  10.000-nə qədər 
(6.000.sovet,  4.000  daşnaq)  Bakıda  silahlı  qüvvə  (29) 
toplanmışdır. Demək olar ki, bu qüvvənin qarşısında azər-
baycanlılar  silahsız  idilər.  Başda  Şaumyan  olmaqla  Bakı 
Sovetinin  rəhbərliyi  «müsəlman  əksinqlabçı  ünsürlər» 
deyə  adlandırdıqları  şəhərin  azərbaycanlı  əhalisini  milli 
münaqişəyə  cəlb  etmək  üçün  bəhanə  axtarırdı.  Tezliklə 
belə  bir  imkan  tapıldı.  30    mart    1918-ci    ildə    bolşevik-
daşnak rəhbərliyi belə şayiə yaydılar ki, «Evelina»  gəmi-
si    ilə    Bakıdan    Lənkərana    gedən  müsəlman    zabitləri  
guya  Muğanda    rus-malakan  kəndlərini    məhv    etmək  
tapşırığı    almışlar.  Bu    təxribat    nəticəsində    qeyri  azər-
baycanlı  qüvvələr  «Evelina»  gəmisinin  tərksilah  edil-
məsinə    tərəf    çıxdılar.  Həmin    gün  İnqilabi    müdafiə  
komitəsinin  köməyi ilə bir neçə yüz nəfər müsəlman di-
viziyanın  zabit  və  əsgərlərinin  tərksilah  edilməsi,  buna 
etiraz  əlaməti  olaraq  azərbaycanlıların  kortəbii  mitinq-
lərinin keçirilməsi və ən nəhayət, Sovet hərbi hissələrinin 
atlı dəstəsinə təxribat məqsədi ilə atəş açılması bolşevik-
lərin əl-qolunu açmış oldu. 1918-ci  ilin  martında  Bakıda  
Qafqaz  cəbhəsindən  qayıtmış  öz  evlərinə  getməli  olan  
bir  neçə  min  rus və  erməni  əsgəri  var  idi. Onlar  öz  
silahlarını  dəyər-dəyməzinə  Şaumyan  güruhuna  satdılar  
və  hətta  onun  təşkil  etdiyi «Qırmızı qıvardiya» ordusu-
na  daxil  oldular. 12  minlik  ordunun  75%  ermənilərdən  
ibarət  idi.  Martın 30-da döyüşlərə rəhbərlik etmək üçün 
Şaumyanın  başçılığı  ilə  müdafiə  komitəsi  yaradıldı. 
Buraya  Caparidze,  Korqanov,  Saakyan,  Yolçiyan  və  b. 
daxil  idilər  (33).  Üç  gün  ərzində  Bakı  talan  edildi,  qan 
dəryasında  boğuldu.  N.Nərimanov  həmin  günləri  belə 

 
64 
təsvir  edir:  «Müsəlman  hətta  bolşevik  olsaydı,  ona  aman 
vermirdilər.  Daşnaqlar  deyirdilər.  Biz  heç  bir  bolşevik 
tanımırıq,  təkcə  elə  müsəlman  olması  kifayətdir»  (2). 
Aprelin  1-də    qırğının    dayandırılması    barədə    sənədin  
qəbul  edilməsinə  baxmayaraq  bu  cinayətkarlıq  aprelin 
2-i    axşama    qədər    davam    etdi.  Bu  soyqırım  zamanı 
təkcə  Bakıda  12-14  min  nəfər  günahsız  qanına  qəltan 
edildi.  A.Mikoyanın  başçılıq  etdiyi  «Qırmızı  Qvardiya» 
dəstələri də fəal iştirak etmişlər. Hətta İçəri Şəhərə hücum 
zamanı  Mikoyan  yaralanmışdır.  «İnqlabı  əksinqlabdan 
müdafiə» adı ilə çıxış edən bu quldur dəstələri, memarlıq 
abidələrindən olan «İsmayıliyəni» yandırmış, “Açıq söz”, 
“Kaspi”, “Baku” və b. qəzet və jurnalların redaksiyalarını 
dağıtmış,  Təzə  Pir  məscidinə  böyük  ziyan  vurmuşdular. 
Azərbaycanın  Şamaxı,  Quba,  Göyçay,  Lənkəran,  Qara-
bağ, Naxçıvan bölgələrində milli qırğın törətmişlər. Fakt-
lar sübut edir ki, Şamaxıda 8-12 min, bütövlükdə qəzanın 
72  kəndində  40  minə  qədər  insan  qətlə  yetirimiş,  13  
məhəllə  məhçidi  və  800  illik  yaşı  olan  cümə    məhçidi  
dağıdılmışdı.  1918-ci  ilin  aprel-may  aylarında  Qubada 
daha kütləvi qırğınlar törədilib. Elə birinci günü ermənilər 
1000-nə  qədər  adamı  Qubada  məhv  ediblər.  Deyilənə 
görə 16 min nəfərə qədər Qubada insan qırılmışdır. Ancaq 
təəssüf  ki,  burada  da  ölənlərin  sayı  7-8  min  nəfər  göstə-
rilir.  Quba  şəhər  qlavası  Hamazapsın  yanına  gedərək 
öldürülənlərin  dəfn  olunmasına    icazə  istəyir.  O  rədd 
edərək    deyir  ki;  mən    bura  gəlməmişəm  ki,  Sovet  haki-
miyyətini  möhkəmləndirəm, gəlmişəm ki,  sizdən  öldü-
rülən  ermənilərin    intiqamını  alam  (33).  Erməni  daşnaq 
hərbi  dəstələrinin  törətdikləri  milli  qırğın  uzun  bir  dövr 
ərzində Sovet hakimiyyətinin möhkəmləndirilməsi uğrun-
da  və  əksinqlab  üzərində  böyük  qələbə  kimi  qələmə 
verilmişdir. Lakin, əsil həqiqəti gizlətməyənlər də olmuş-

 
65 
dur. Bolşeviklər arasında da həmin faciəni Sovet hakimiy-
yəti üçün qara ləkə hesab edənlər də olmuşdur.  
Şaumyan  Lənkəran, Salyan, Hacıqabul, Göyçay  və  
digər    rayonlarda    Sovet    hakimiyyəti    qurmaq    bəhanəsi  
ilə  bu  yerlərə  xeyli  sayda  daşnaq  qüvvələri göndərdi. 
Lənkəranda adamları məsçiddə ibadət zamanı qətlə  yetir-
mişdilər. Həmin yerdə öldürü lənlərin  sayı  5  min  nəfəri  
ötüb keçmişdi. 1918-ci ilin mart-aprelində İrəvan  quber-
niyasında  211  kənd,  Quba  ərazisində  122,  Qarabağın 
dağlıq  hissəsində  150,  Zəngəzurda  115,  Qars  əyalətində 
92  kənd  yerlə  yeksan  olunub,  əhali  qətlə  yetirilmişdir. 
1918-ci    ilin    yayından    daşnaqlar  İrəvan  quberniyasında 
azərbaycanlıları qırmağa başladılar.  Zəngibasar, Qəmərli, 
Vedibasardan  tutmuş  Şərur  və  Naxçıvana  qədər  qırğın   
törətmək  Andronikə  həvalə  edilmişdir.  General  Dro  Də-
rələyəz  elində,  general  Sirkov  Göyçə  mahalında,  general 
Njde Zəngəzurda əhalini qırıb, yurdlarını viran edib, etnik 
təmizləmə siyasəti aparırdılar. Təkcə Zəngəzurda 10 min-
dən  artıq  azərbaycanlı  qətlə    yetirilmiş,  50    min  qaçqın  
düşmüşdür. 
Ümummiyyətlə erməni vəhşilikləri  nəticəsində  XX  
əsrin  I  rübündə  2  milyon  azərbaycanlı    qətlə  yetirilmiş, 
yaralanmış  və  deportasiya  edilmişdir (2).    
Öz  havadanlıqlarından  kömək  almalarına    baxma-
yaraq    ermənilərə    lazımınca    müqavimət  göstərilmişdir. 
Məsələn  ermənilər  1919-cu  ildə    yenidən  Vediyə  hücum 
edərkən  Abbasqulu  bəy  Şadlınskinin  başçılığı  altında 
azərbaycanlılar  200  erməni    əsgərini,
  10  zabitini    məhv 
etmişlər.  Dronun  dördüncü dəfə    basqını  zamanı  Şadlin-
skinin  dəstəsi  1500 erməni  əsgərini  əlbəyəxa  döyüşdə 
məğlub etmişdi.  
Laçınlı  Sultan    bəy  quldur  Andranikin  xalq  deyi-
minə  görə  30  minlik  qoşununu    Zabux  dərəsində  məhv 

 
66 
etmiş,  el arasında Erkən Tavan  ləqəbi ilə  tanınan Zəngə-
zurlu qadın Laçın və əlyanlı meşələrində ermənilərə divan 
tutmuşdur. Qisas almaq məqsədi ilə  öldürdüyü erməninin 
qanından bir ovucda  içmişdir.  
1919-cu  ildə  Türk  alimi  Ziya  Göyalp  İstanbulda 
ingilislər  tərəfindən  tutulur.  Məhkəmədə  ondan    soru-
şurlar:-siz erməni qırğınına görə  tutulmusunuz? Bu barə-
də  nə deyə bilərsiniz? Z.Göyalp  onların üzərinə qışqıra-
raq  deyir:-  mənim  məmləkətimə  böhtan  atmayın.  Bizdə 
erməni  qırğını  olmayıb,  erməni  türk  vuruşması  olub.  Er-
mənilər  bizi  arxadan    vururdular  biz  də  qayıdıb  cavab-
larını  verirdik.    
Hətta  ermənilər  dəstək  aldıqları  ölkələr  tərəfindən  
də  qan tökən xalq olduqları üçün ifşa olunmuşlar. İngiltə-
rənin  Xarici  İşlər  Naziri  Kerzon  1920-ci  ilin    əvvəlində  
İngiltərə  parlamentində  erməni  canilərini  ifşa   edərək  
bildirmişdi: “Mənə elə gəlir  ki, siz  erməniləri  8  yaşında 
təmiz və məsum  bir  qız  kimi  zənn edirsiniz. Bu fikirdə 
çox yanılırsınız. Halbuki  ermənilər  özlərinin  son  vəhşi  
davranışları  ilə  nə  qədər  qan  tökən  bir  xalq  olduqlarını 
büsbütün  isbat  etmişlər”. 
 Bunlardan ibrət dərsi almayan ermənilər öz bədnam 
niyyətlərini davam etdirmişlər. 1920-ci il avqustun 10-da 
İrəvan  şəhərində  Sоvеt  rusiyası  ilə  Ermənistan  arasında 
müqavilə  imzalanarkən  Azərbaycanının  milli  dövlət  mə-
nafelərinə  qəsdlər  edilərək  Zəngəzur  və  Naxçıvanın  Er-
mənistana  verilməsi  planlaşdırılmışdır.  İrəvandakı  danı-
şıqların  protokolu  tərəfləri  gələcəkki  sülh  müqaviləsini 
imzalamağa məcbur etdi. Həmin sazişlə Ermənistan Qara-
bağdan imtina etməli, Zəngəzuru almalı idi, əslində torp-
aqların  Ermənistana  verilməsi  razılığını  Lenin  vermiş, 
Stalin tərəfindən həyata keçirilmişdir. 1920-ci il noyabrın 
4-də  Stalin,  Orconikidze,  Qabrelyan,  Leqan,  Ə.Qarayev 

 
67 
və  başqalarının  iştirakı  ilə  keçirilən  iclas  qəbul  edilən 
qərar Azərbaycan torpaqlarının hərraca qoyulması demək 
idi. Hətta Lenindən sonra Stalin “Mən azərbaycan torpaq-
larının  müstəqilliyinin  tərəfldarı  deyiləm”  (11)  deməsi 
düşmən münasibətin təzahürü idi.  
Zəngəzurun ermənilərə verilməsi istiqamətində daha 
öir addım 1920-ci il dekabrın 1-də atıldı. “İ.V.Stalin Bakı 
sovetinin  1  dekabrda  qəbul  eitdiyi  qərara  münasibətini 
belə  bildirmişdir.  Dekabrın  1-də  Sovet  Azərbaycanı 
mübahisəli  vilayətlərdən  könüllü  olaraq  əl  çəkir,  Zəngə-
zur,  Naxçıvan  və  Dağlıq  Qarabağın  Sovet  Ermənistanına 
verilməsini  elan  edir”.  Göründüyü kimi  XI  Qızıl  Ordunu 
Azərbaycanı  işğal  etmək  üçün  A.Mikoyan  dəvət  etmiş-
dirsə,  bundan  sonra  onun  torpaqlarının  siyasi  hərraca 
qoyan  İ.Stalin  olmuşdur.  Zəngəzur  və  Naxçıvanın  Ermə-
nistana verilməsi elan edilən kimi həyata keçirilmədi.  
N.Nərimanov  Leninə  yazdığı  məktubda  “Azərbay-
canın  tamamilə  mübahizəsiz  ərazilərini  Ermənistana  gü-
zəştə  gedilməsi  mümkün  olmayan  səhvdir”-deyə  etiraz 
etmişdir.  Ermənistan  Zəngəzurun  ələ  keçirilməsini  asan-
laşdırmaq  və  sürətləndirmək  üçün  onun  bir  hissəsində 
Kürdüstan qəzası  yaratmaq iddiasını irəli sürmüşdür. Əs-
lində  əsas  məqsəd  Azərbaycanı  parçalamaq,  Rusiyanın 
mövqeyini möhkəmlətmək və işğalı asanlaşdırmaq idi.  
1921-ci  il  yanvarın  12-də  Az.  KP  MK    siyasi  və 
təşkilat  bürolarının  iclasında  Zəngəzurun  müsəlman  his-
səsinin  inzibati  cəhətdən  təşkili  haqqında  qərar  çıxarıldı. 
Uzun  müzakirədən  sonra  Zəngəzurun  könüllü  inzibati 
sərhədlərdə saxlanması qərara alındı. Bura ilə bağlı qeyri 
müəyyənlik 1927-ci ilə qədər davam etdi. Sonralar ermə-
nilər  bir  sıra  əraziləri  də  ələ  keçirdilər.  Belə  ki,  Zaqaf-
qaziya.  MİK.  Rəyasət  Heyətinin  1927-ci  il  1  yanvar 
tarixli  iclasında  Mehri-Cəbrayıl  qəzasında  24  kəndin, 

 
68 
1927-ci  ilin  20  iyun  tarixli  iclasında  isə  Zəngəzur-Kür-
düstan qəzasının 1.065 desaytin ərazisinin bu və ya digər 
qəzalara aid edilməsi məsələləri müzakirə edildi (12).  
1929-cu  il  fevralın  18-də  Saakyanın  sədrliyi, 
D.Bünyatzadə, M.Bağırov və S.Yaqubovun iştirakı ilə ke-
çirilən  iclasda  Mehridə  erməni  rayonu  yaratmaq  adı  al-
tında  Zəngilan  rayonunun–  Nüvədi,  Ernəzir  və  Tuğut 
kəndəlri  Ermənistana  verildi.  1938-1939-cu  illərdə  isə 
Nüvədi  Ernəzirə  Tuğut  isə  Astazura  birləşdirildi  (12). 
Beləliklə,  Zəngəzurun  cənub-qərb  hissəsindəki  torpaqlar 
da  ermənilərə  bağışlandı.  Mehi  rayonunun  təşkili  ilə 
Azərbaycan tərkib hissəsi olan Naxçıvandan ayrı salındı.  
Qars  müqaviləsinə  məhəl  qoyulmayaraq  Zaqaf-
qaziya Sovetləri MİK Rəyasət Heyəti 1929-cu il 18 fevral 
tarixli  qərarı  ilə  Naxçıvanın  657  kvadrat  kilometr  sahəsi 
Ermənistana verildi. Bu orqanını 5 mart 1938-ci il tarixli 
qərarına  əsasən  isə  Şərurun  Sədərək  və  Kərki  kəndləri 
ətrafındakı bəzi ərazilər də Ermənistana verildi.  
Sonralar  ermənilərin  patriarx-katalikosu  Stalinə 
məktub  yazıb  dünya  ermənilərinin  sovet  Ermənistanına 
gəlmək  istədiklərini  bildirmişdir.  Stalin  bu  məktubun 
üzərinə  1945-ci  il  aprelin  19-da  öz  dəstixətti  ilə  yazmış-
dır: Razıyam SSRİ XKS sədri Stalin (1).  
Ermənilər  bundan  şirnikləndilər.  Ermənistan  KP  l-
ci..  katibi  Arutyunov  məktubla  Stalinə  müraciət  edib 
Qarabağın  da  Ermənistana  verilməsini  xahiş  etdi.  Lakin 
M.J.Bağırovun  əzəli  Azərbaycan  torpağı  olan  Borçalı, 
Göyçə,  Dərbəndin  onda  Azərbaycana  verilməsi  məsələ-
sini  qaldırması  bu  fikri  arxa  plana  salmışdı.  Bunu  görən 
ermənilər  Azərbaycanlıların  deportasiya  edilməsi  üzə-
rində  dayandılar.  1947-ci  ildə  dekabrın  23-də      Stalinin 
imzası  ilə  qanun  çıxarılmasına  nail  oldular.  1948-ci  il 
martın 10-da isə bu qanuna əlavə etdilər. Beləliklə 1948-

 
69 
ci  ildə  10.000,  1949-cu  ildə  40.000,  1950-ci  ildə  50.000 
nəfər  azərbaycanlı  “könüllü”  Kür-Araz  ovalığına  köçü-
rüldü.  Mərhələ-mərhələ  gerçəkləşdirilən  siyasət  nəticə-
sində  azərbaycanlılar qətil  və qırğınlara məruz qalır, ya-
şayış məskənləri viran edilirdi.    
 
Yüklə 6,18 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin