Mühasirədə keçən 51 günün yaĢantıları
Laçın qəzetindən oxuduğum və bir nəfər həmyer-
limin söhbətindən eşitdiklərimə əsasən, Bu yazıda Oğul-
dərə kənd sakini Arif Zülfüqarovun mühasirədə keçən 51
gününün yaşantıları qısaca verilmişdir. Bu yaşantılarda 60
min Laçın rayonu sakininin necə ağır faciələrlə üzləşdiyi
ancaq düşmən qarşısında əyilmədiyi bir daha əks olunur.
Arif Zülfüqarov 1992-ci il 17-18 mayında Laçının
ermənilər tərəfindən işğalından sonra o, zamanki haki-
miyyətin boş vədlərinə və “ordusuna” arxalanaraq kənd-
lərinə qayıdıb yaşayayanlardan biri idi. Onun öz nəql
123
etdiyinə görə Laçın boşaldıqdan (işğalından) sonra Murov
dağının Gəncə tərəfində çadrlar qurub, radionu izləyirdik.
Xəbərlər ürək açan idi, Laçının 60-70 kəndi azad edil-
mişdi. Emənilərin sıxışdırılmasına lap az qalmışdı.
Vəziyyəti belə görüb 1992-ci il sentyabrın 31-də kəndə
qayıtdıq. Evlərin bir çoxu ermənilər tərəfindən yandırıl-
mışdı. Salamat evlərdə məskunlaşdıq. Laçın batalyonunun
əsgərləri də kəndə gəlirdilər. Onlardan soruşurduq ki,
Laçının bir addımlığındasınız nə üçün rayon mərkəzinə
girmirsiniz? Cavab verirdilər ki, yuxarıdan hücum əmri
yoxdur, yoxsa ki, iki saatlıq işimiz qalıb. Kəşfiyyatçı-
larımızda tez-tez Laçında olur, qayıtdıqdan sonra düş-
mənin qüvvəsinin tükənməzliyini deyirdilər. Bir gün
radioda eşitdik ki, Surətin qoşunları geri çəkilib. İki gün
müddətində ermənilər Kəlbəcər-Ağdərə yolunu təzdən
kəsdilər. Artıq hiss edirdik ki, bizi yeni təhlükə gözləyir.
Bir neçə nəfərlə Kəlbəcərə getdik. Briqada komandiri
Qənizadəni tapıb nəsə öyrənmək istədik. O, bizə cavab
verdi ki, qətiyyən qorxmayın, heç bir şey yoxdur. Ona
inanıb kəndə qayıtdıq. Ancaq gördük ki, qoşun hissə-hissə
çıxıb gedir. Qonşu kəddən olan bir hərbiçi martın 31-də
kəndə gələrək bildirdi ki, qadınları və uşaqları kənddən
çıxarın. Qənizadə bütün qoşunu aparıb, qalan Laçın
batalyonu və polisdir.
Qışın oğlan çağı idi, anam iflic olduğu üçün yeriyə
bilmirdi. Qaz-52 markalı yük maşını ilə xəstələri, qocaları
və uşaqları yola saldıq 105 nəfər idik. Qalanlar isə ayaqla
Kəlbəcərə getməli oldular. Bir neçə nəfər qaldıq ki, səhər
mal-qaranı aparaq. Kəlbəcərdən qayıdan yoldaşlarımızdan
ikisi səhəri günorta radələrində xəbər gətirdilər ki,
Kəlbəcər işğal edilib. Aprelin ikisiydi, gördük ki, Laçın
tərəfdən dörd hərbiçi gəlir. üçü rus, biri isə azərbaycanlı
idi. Dedilər ki, ermənilər 2-3 kilometirlikdədir. Bu tərəf-
124
dən də Kəlbəcərin işğalı. Başa düşdük ki, mühasirədəyik.
Biz bir neçə at götürüb Kəlbəcər tərəfə aşdıq. Laçın
batalyonundan 20-yə qədər əsgər götürdük. Ermənilər
Kəlbəcərə gedən tuneli tutmuşdular. Bir neçə saaata
dağlarla, yamaclarla bir kəndə çatdıq. Qabaqcadan yola
saldığımız yoldaşların paltarlarını, azuqələrini orada
tapdıq. Düşündük ki, bəlkə onlar əsir düşüblər. Kənddə
isə bir nəfərdə yox idi ki, söz soruşasan. Yanımızdakı
hərbiçilər yollarını davam etdirdilər, biz isə səhər tezdən
yola çıxdıq. Onların traktoru batdığı üçün onlara çata
bildik. Traktoru çıxara bilmədik. Axırda razılaşdıq ki,
piyada gedək. Gəlib elə bir yerə çıxdıq ki, sağda da, solda
da kənd var idi. Uzaqdan Kəlbəcərin magistral yolu
görünürdü. Sağdakı kəndə yenib su içdik, biraz dincəldik.
Yola bir-iki kilometr qalmış qarşı tərəfdə qəfil atışma
başladı. Gülləbaran on beş dəqiqə çəkdi. Hərbiçilərin
səsini seçə bilmirdik ki, bilək ermənilərdir yoxsa bizim-
kilər. Biz Tərtər çayının Laçın tərəfində idik. Körpünün
üstü adamla dolu idi. Ancaq bilmirdik kimlərdir. Həyəca-
nım artmışdı. Bir yandan yoldaşlarımız gəlib çıx-ma-
mışdır. Digər tərəfdən də Temir əmimgillə rastlaşma-
mışdıq.
Yenidən məcbur olub gəldiyimiz kəndə qayıtdıq.
Məktəbin qapısına vurul-muş lövhədən oxumuşduq ki,
kəndin adı Quzeyçirkindir. Qaranlıqda iki nəfəri kəndə
göndərdik ki, çörək gətirsinlər, həm də atla getmək
mümkün olmadığı üçün atları açıb buraxsınlar. Sonradan
məlum oldu ki, dünən ki, atışmada körpünün üstündə
bizimkiləri qırıblar. 10 nəfər Kəlbəcərli gəlib yanımıza
çıxdı. Mühasirədən çıxmaq üçün bizə yol göstərdilər.
Amma Temir əmimgildən xəbər tutmamış getmək istə-
mirdik. Belə qərara gəldik ki, biz öz kəndimizə qayıdaq.
125
Kəlbəcərlilər bizdən ayrıldılar. Biz 19 nəfər kəndə üz
tutduq.
Bir günlük yolu altı günə gəldik. Oğuldərəyə çatan-
da aprel ayının 10-u idi. Kəndə girə bilmədik, qərara
gəldik ki, ağacların yarpaqlanmasını gözləyək. Kəndin
yaxınlığındakı binəyə yığışdıq. Ermənilər kənddə yaşa-
madıqları üçün azuqə sarıdan korluğumuz yox idi. Düş-
mən bütün mal-qaranı qoyunları çəkib aparsa, evləri qarət
etsə də yenə heyvan ərzaq qalmışdı. Özümüzə yatacaq,
qab-qacaq, ərzaq məhsullarını gecələr gətirirdik. Çünki,
gündüzlər ermənilər tez-tez gəlib kəndi qarət eləyirdilər.
Gedəndə də bir-iki evə od vurub yandırır-ırdılar.
Gecələr 19 nəfər növbə ilə qarovul çəkirdik. Radio
ilə məlumat alırdıq. Bir dəfə ermənilər yaxınlıqdakı evi
yandıranda cavanlar dözmədilər ki, gedək söndürək.
Qulaq asmadılar, kəndə düşüb evi söndürdülər. Sabahı
ermənilər gəlib həmin evi yenidən yandırdılar. Gözü-
müzün qarşısında evimizi-eşiyimizi yandırdılar biz isə
heç nə edə bilmirdik.
May ayının 15-ə qədər binədə qaldıq. Həmin gün
kəndin qırağına çıxan üç erməni bizi gördü. Başa düşdük
ki, üstümüzə çoxsaylı canlı qüvvə gələcək. Gecəikən
yığışdıq. Axşamdan qalan çörəyi aramızda böldük. Bu
dəfə üzü Laçına yola düşdük. Yenə də gecələr gedir,
gündüzlər gizlənirdik. Həkəri çayı boyu irəliləyirdik.
Radioda eşitmişdik ki, Güləbird kəndi bizdədir. Ancaq
ora qədər bir neçə düşmən postunu keçməli idik.
Yanımızda iki it var idi nə edirdik bizdən aralanmırdılar.
Onlarla da postu keçmək olmazdı. Öldürməyə də əlimiz
qalxmırdı. Məcbur olub ağaca bağladıq... Ən dəhşətli
gecəmiz birinci posta çatandan sonra başladı. Çayı
keçəndə az qala batmışdıq. Radiomuzu çay apardı.
126
Xəbərimiz var idi ki, “Qayğı” qəsəbəsi ermənilərin
əlindədir. Qəsəbənin tuşuna çatdıq. Səhərə az qalırdı. Bir
yerdə seyrək kol-kos gözə dəyirdi. Əlacımız kəsildi
kolluğa doluşduq. Səhər təxminən 11 radələri olardı, bir
UAZ maşını gəldi, içindən dörd erməni düşdü. Onlar
qarşıdakı üzüm bağında nə isə axtarırdılar. Gecə oradan
keçəndə bir məftilə toxunmuşduq fikirləşdim ki, yəqin
duyuq düşüblər. Bir nəfəri ayrılıb başqa səmtə getdi, o
biriləri isə izimizi tapdılar. Havaya iki güllə atdılar. Sonra
isə izi tutub düz üstümüzə yeridilər. Əlimi hər yerdən
üzsəm də, Allahdan üzməmişdim. Ölü kimi uzanmışdıq.
Ermənilər kolluğa çatanda nədənsə dayandılar, nə
fikirləşdilərsə geri döndülər. Ətrafdakı kolluqları gülləyə
tutdular. Hər kola ən azı iki daraq patron atdılar.
Qulağımızın dibindən güllələr keçirdi. Onlar biz olan
kolluğa atəş açsaydılar çətin ki, kimsə sağ qalardı.
Bundan sonra bir bölük əsgər gəldi. Düşündüm ki,
bizimki bura qədər miş. Nə isə danışıb hərə öz maşınına
mindi təqribən bizdən yüz metr uzaqlaşıb dayandılar və o
tərəfi də 10-15 dəqiqə atəşə tutdular. Günorta saat ikidən
sonra atəş kəsildi. Heç bir saat keçməmiş güclü yağış
başladı. Saat 10-da məsləhətləşdik ki, artıq düşmən duyuq
düşüb, dayanmaq olmaz.
Güləbirdə 15 km qalmışdı şərtləşdik ki, kimisə
vursalar, sağ olanlar yaralananları, ölənləri axtarmasınlar.
Razılaşdıq. Yazın zil qaranlıq gecəsində bir-birimizin ətə-
yindən yapışıb addım-addım irəliləyirdik. Bir az gedəndə
bizi saxladılar. Mən üçüncü adam idim. Dedilər ki, üç
nəfər yoxdur. Qalanlar bacı-qardaş, bir də onların qoca
atası idi. Yenidən gəldiyimiz yolla geri qayıtdıq. Ancaq
onları tapa bilmədik. Iki saat gözlədik gəlib çıxmadılar.
Axşam danışmışdıq ki, həkəri çayı boyunca hərəkət edə-
cəyik...! xeyli getmişdik ki, üstlərinə çıxdıq. Deyəsən
127
qoca ata yorulub, təkid edib ki, onu qoyub getsinlər,
ancaq uşaqları razılaşmayıb. Qocanın qoluna girib güclə
sürütləyiblər. Bizi görəndə elə sevindilər ki, sanki, azad-
lığa çıxmışdılar.
Az keçmiş çayın o tayında bir post gördük, dəstə-
mizdəki əsgərlər dedilər ki, bizim postumuzdur. Səhv
etmirdik, postdakılar çayın yuxarı tərəfinə atəş açırdılar,
ermənilər isə onlara sarı. Gündüzdən yağan yağış hələ
kəsməmişdi. Bəlkə də düşmən elə ona görə duyuq düş-
mürdü. Səhər açılanda ayağa qalxıb, bir ağ bayraq düzəlt-
dik. Posta yaxınlaşanda qışqırdıq ki, azərbaycanlılarıq
atmayın... Biz körpüyə çatanda qabağımıza yüyürdülər.
Bu gün mayın 23-ü idi...
Qələmi silahla əvəz edən Muxtar müəllim
Muxtar Talış oğlu Həşimov
Laçın rayonu cicimli kəndində ana-
dan olub. Ali təhsilini başa vur-
duqdan sonra elə doğulduğu boya-
başa çatdığı Cicimli kəndində müəl-
lim işləyirdi. Ermənistanın Azərbay-
can torpaqları üzərinə hücum etdiyi
ilk gündən başlayaraq Muxtar müəl-
lim qələmini silahla əvəz etmiş, doğ-
ma torpaqlarımızın yağı düşməndən qorunması uğrunda
döyüşə atılmışdır. O, əslində peşəkar hərbiçi deyildi, an-
caq vətənə torpağa bağlılıq onu peşəkar hərbiçi səviy-
yəsinə qaldırmışdır. Dəfələrlə yaralanmasına, kontuziya
almasına baxmayaraq həmişə ön cəbhədə olmuş, peşəkar
rəhbərlik keyfiyyətləri ilə döyüşçülərə nümunə olmuşdur.
Laçın, Cicimli, Qızqəbri, Səfian, Türklər, Aşağı Fərəcan,
Güləbird, Mizmindağ yüksəkliyi, Susuzdağ, Qızartı,
128
Qubadlı, Yazıdüzü, Xanlıq, Cəbrayıl, Ağdam, Füzuli və b
yerlər uğrunda gedən dəyüşlərdə komandirlik etdiyi
batalyonun əsgərləri ilə iştirak etmişdir (19;24). Əksər
döyüşlərdə düşmənə ağır zərbə vurmuş və onlardan
qənimət olaraq texnika və silah ələ keçirmişdir.
Qarabağ müharibəsinin fəal iştirakçılarından biri
olmuş keçmiş batalyon Komandiri, mayor Muxtar Həşim-
ovun “Vətən çağırır” kitabında verdiyi döyüş təssürat-
larından biri xüsusilə diqqəti çəkir. O deyir, günü-gündən
Laçının əlimizdə olan cənub kəndləri üçün real mühasirə
təhlükəsi yaranırdı. Azğın düşmən demək olar ki, dörd
istiqamətdən Başarat kəndi, Xanlıq kəndi, Yazıdüzü və
Qızqəbri tərəfdən ardı arası kəsilmədən Qubadlı üzərinə
hücumlar edirdi. Qubadlını qoruyuyub-saxlamaq üçün
bizim Laçın bbatalyonuda Yazıdüzündə düşmənə müqa-
vimət göstərirdi. Qubadlı uğrunda gedən döyüşlərdə fəda-
karlıq göstərən əsgərlərimiz çox olmuşdur. Onlardan biri
də Laçının Alxaslı kəndindən olan İlham Məmmədov idi.
O, döyüşdə bir gözünü itirməklə bərabər, əlindən və aya-
ğından da yaralanmışdı (22). Bütün bunlara bax-mayaraq,
ermənilərin əlinə keçmiş İlham, gecə min bir əzabla öz
tankına minib, onu götürüb gəlmişdi. Cəbhə xəttini keçib,
bizim mövqelərə çatdıqdan sonra o, çətinliklə tankı sön-
dürmüş və huşunu itirmişdir.
Sonralar İlham başına gələnlər haqqında danışırdı:
Erməni quldurları ələ keçirdikləri 7-8 nəfər yaralı azər-
baycanlıları biryerə toplayıb, amansızcasına atəşə tut-
dular. Bu güllələrdən bir neçəsi də mənə dəydi. Gözüm-
dən, sol əlimdən, və sağ ayağımdan dəyən güllələr, məni
çox incidirdi. Mən dəhşətli ağrılardan huşumu itirmişdim.
Gecə yarısı özümə gələndə gördüm ki, ermənilər məni də
ölmüş bilib meyidlərlə birlikdə bir tərəfə qalaqlayıblar.
Son dərəcə çətinliklə olsa da, sürünüb öz tankıma mindim
129
və uğurlu döyüşdən sonra nəşələnib yatmış ermənilərin
üstünə sürdüm. Qabağıma keçən quldurları tankın tırtırları
altına salıb əzdikdən sonra, öz mövqelərimizə tərəf üz
tutdum. Tankı sürərkən mənə ən çox əziyyət verən yaralı
ayağımla əyləci basmaq idi (21.)
Bütün bu kimi reallıqlar bizə əsas verir ki, deyək
belə oğulları olan vətən torpağı uzun müddət düşmən
tapdağı altında qala bilməz.
Ġnanıram ki, biz tezliklə qələbə çalacağıq.
Ramiz Qənimət oğlu Əmir-
ov 1966-cı ildə Laçın rayo-
nunun Güləbird kəndində halal
zəhməti ilə dolanan Qənimət kişi-
nin ailəsində dünyaya göz açmış-
dır. O, da öz valideynləri kimi hə-
lə kiçik yaşlarından əməksevər
olmuş, doğma torpağını ürəkdən
sevən bir vətən oğlu kumi böyü-
müşdür. 1984-1986-cı illərdə So-
vet ordusu sıralarında xidmət
etmişdir. 1987-1993-cü illərdə BDU-nun Coğrafiya fakul-
təsini, bitirmişdir. 1991-1993-cü illərdə Şuşa, Laçın, Qu-
badlı və Ağdərə rayonlarının erməni işğalçılarından mü-
dafiəsində Milli Ordunun tərkibində bölük komandiri
kimi fəal iştirak etmişdir. Döyüşlərdə yaralanmış müha-
ribə əlilidir.
Ramiz Əmirov daim ön cəbhədə olduğu üçün ermə-
nilərin azğınlığının şahidi olmuş və öz döyüş yoldaşla-
rının vətən yolunda göstərdikləri qəhrəmanlıqların bir
başa iştirakçısıdır.
130
O, Cicimli, Qızqəbri, Güləbird, Səfian, Qızartı,
Susuzdağ uğrunda gedən döyüşlərdən söz düşəndə xüsu-
silə həyacanla danışır. Yoldaşlarının göstərdiyi qəhrəman-
lıqlarından söz açır. Verilən itgilərimizin təsirindən hələ
bu gündə özünə gəlmədiyi açıqcasına hiss olunur. Çək-
dikləri zəhmətin boşa çıxması onu daha çox incidir.
Mətin döyüşçü, vətənə və torpağa qəlbən bağlı bir
insan olan Ramiz müəllimin torpaqlarımızın erməni iş-
ğalçılarından qorunmasında iştirak edən döyüşçü dostları
barəsində söylədiyi xatirələri və bəzi yaşantıları oxu-
cularla bölüşməyi özünə borc bilirəm.
1988-ci ildən başlayaraq nankor qonşularımızın
uydurma torpaq iddalarına qarşı Azərbaycanın hər ye-
rində olduğu kimi, Laçın rayonunda da hamılıqla müba-
rzəyə başlanmışdı. 1991-ci ilin ortalarından Laçın rayon
ərazi müdafiə batalyonu yaranmışdı. Bu batalyon xüsusilə
sərhəd kəndləri üzrə könüllü özünü müdafiə dəstələrindən
ibarət idi. Güləbird, Cicimli, Aşağı Cicimli, Qazıdərəsi
kəndlərində yaradılmış bu dəstələr xüsusilə seçilirdilər.
Kəndlərimizin gəncləri elə yaşlıları da ilk gündən könüllü
olaraq bu dəstələrə yazılmışdılar.
Mən xüsusilə özüm də tərkibində olduğum Güləbird
kəndində yaranan könüllü dəstənin keçdiyi uğurlu döyüş
yolundan bəzi məqamları xatırlamaq istərdim. Güləbird
kəndinin müdafiəsinə yüzlərlə kənd cavanı qalxmışdı.
Onlardan Güləbird ərazi müdafiə batalyonunun koman-
diri Vaqif kişi (Cabbarov) Qorxmaz Eyvazov, Rizvan
Hümbətov, Əhliman Həziyev, Alış Allahverdiyev, Gəray
Məmmədov, İsaq Məmmədov, Mustafa Abbasov, İlham
Nəzərov, İslam Abbasov, Şəmsi Abbasov, İlyas Cab-
barov, Əfqan Qorçuyev və başqaları erməni işğalçılarına
qarşı qeyri-bərabər döyüşlərdə həmişə fərqlənirdilər. Elə
131
bir əməliyyat olmurdu ki, biz ermənilərə layiqincə cavab
verməyək.
1991-ci ilin noyabr-dekabr aylarında vəziyyət çox
gərgin keçirdi. Kəndin müdafiəsinə qalxan cavanlardan
Qorxmaz daha çox fərqlənirdi. 1991-ci ilin noyabr ayının
20–də bizə xəbər gəldi ki, erməni daşnakları Gorunzur və
Xinzirək kəndlərindən Cicimli kəndini atəşə tuturlar. Biz
dərhal köməyə getdik. Düzdür işimizi bizdən asılı ol-
mayan səbəblərdən uğurla başa vura bilməsək də mən bu
kəndlərin müdafiəsində Qorxmazın çevikliyinə və döyüş
taktikasına heyran qaldım. Sonrakı 1992-ci ilin iyul ayın-
da Malxələf kəndinin düşməndən azad edilməsində,
Baldırğanlı döyüşündə ermənilərin məhv edilməsində,
silah, sursat və bir tankın ələ keçirilməsində də onun
xüsusi xidməti oldu.
Ancaq Qorxmaz kimi igid oğullarımızın qanları
bahasına qoruduqları vətən torpağını axıra qədər qoruya
bilmədik. Müasir silahlarla silahlanmış erməni daşnak
ordusu torpaqlarımızın işğalını Araz boyu rayonlara qədər
genişləndirdilər. Laçın rayonunun işğalı ilə bağlı Qorx-
maz da polis heyyətinin tərkibində Fizuli rayonu istiqa-
mətində ermənilərə qarşı döyüşlərdə iştirak etdi. Horadiz
qəsəbəsi uğrunda gedən döyüşlərdə qəhrəmanlıqlar gös-
tərdi. Əsgər yoldaşlarını mühasirədən çıxararkən düşmə-
nin mərmisinə tuş gəldi.
1995-ci il 15 yanvar tarixində Azərbaycan Respub-
likasının Prezidenti İlham Əliyevin fərmanı ilə ona
ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı
verildi.
1992-ci ilin yayı və payızında gedən döyüşlərdə
fərqlənənlərdən biri də Rizvan Hümbətov idi. Onun
cəsarəti və taktikası əsasında Susuzdağ 1992-ci ilin iyu-
lunda Azərbaycan ordusunun nəzarətinə keçdi. Bununla
132
Laçın uğrunda böyük bir döyüşə yol açıldı. Rizvan ali
təhsilli olmasa da güclü döyüş taktikasına malik olmaqla
bərabər dəyərli ideyaları da var idi. Onun qərarı ilə 1992-
ci ilin sentyabr-oktyabrında Güləbirdin vəziyyəti tama-
milə ağırlaşanda kənd ətrafında partizan dəstələri fəa-
liyyətə başladı. Oktyabrın 5-dən 9-dək Rizvanın rəhbərlik
etdiyi dəstə düşmənin əl-qolunu bağladı. Oktyabrın 9-da
ermənilər Güləbirdi tam boş bilib ağır texnika ilə hücuma
keçdilər. Rizvanın göstərişi ilə Çingiz, Məhyəddin, Habil,
Əlimurad, Cəlal, Səxavət, və bir də mən kənd xəstə-
xanasının üst tərəfində durub gözləyirdik. 60-70 metrlik
məsafədə üç tərəfdən pusquya düşən ermənilər özlərini
itirdilər.
Təxminən üç saatlıq gecə döyüşündə ermənilər tam
məğlubiyyətə uğradı. Onlar bir tank, bir zil 131 maşınını
qoyub qaçmağa macal tapdılar. Bir neçə gün ərzində
Zurdərə, Qazıdərə körpüsü ətrafında ermənilər məğlu-
biyyətə uğradılar. Qısa vaxt ərzində Güləbird kəndi ətra-
fındakı əvvəlki mövqelər bərpa olundu. Oktyabrın 19-da
mən ağır yaralandım. Xəstəxanada eşitdim ki, Maqsudlu
kəndi ətrafında Sarıqaya yüksəkliyində gedən döyüşlərdə
xalqımızın igid oğlu, eloğlum, döyüşçü yoldaşım Rizvan
qəhrəmancasına həlak olub. Bu mənim və bütün döyüş-
çülər üçün ağır itgi oldu. Laçının igid oğlu Rizvan Hüm-
bətov Azərbaycan Prezidenti Heydər Əliyevin 16 sen-
tyabr 1994-cü il tarixli fərmanı ilə ölümündən sonra
“Azərbaycan bayrağı” ordeni ilə təltif olunmuşdu.
Güləbird kəndinin müdafiəsinə qalxan yüzlərlə
gənclərdən biri də Şəmsi Abbasov idi. Şəmsi öz döyüş
yoldaşlarından fərqlənirdi. Həmişə deyirdi ki, heç kəs de-
yinməsin. Bu döyüş, bu tale bizim alnımıza yazılıb.
Bir dəfə Qazıdərə kəndi yaxınlığında ermənilər
güclü hücuma keçdilər. Şəmsi özünü çatdıraraq döyüşə
133
girdi. Qeyri-bərabər döyüşdə o qəhrəmanlıq göstərdi
Erməni postlarını dağıdaraq onları geri oturtdu. Hərdən
döyüşdən qayıdanda deyirdi ki, uşaqlar siz subaysınız,
amma mən ailəliyəm. Vallah uşaqlardan xəbərim yoxdu.
Bəlkə Sumqayıta gedim? Doğurdan da Şəmsi Sumqayıta
getdi. Amma Şəhidlər xiyabanına.
Güləbird kəndinin müdafiəsində qeyri-bərabər
döyüşdə Şəmsi ağır yaralandı. Yoldaşları onu Xanlıq
kəndində yerləşən xəstəxanaya, vəziyyəti ağır olduğu
üçün oradan da vertalyotla Bakı şəhərinə gətirdilər.
Oktyabrın 20-də hər ikimiz yaralı olduğumuz üçün ver-
talyotla Bakıya gətirilirdik. Kəndimizin həkimi Sahib
Şəmsi ilə göndərildi. Hər ikimiz uzanmış halda bir-
birimizlə danışırdıq. Şəmsi hərdən mənə deyirdi ki,
Ramiz yaman ağrıyıram, diyəsən öləcəm. Mən isə ona
təskinlik verirdim. Vertalyotun yerə enməsinə 15 dəqiqə
qalmış Şəmsi tamamilə huşunu itirdi. O, sağ əli ilə mənim
əlimdən tutmuşdu. Birdən bir anlığa özünə gəldi və su
istədi. Həkim ona su verdi. Çətinliklə içib, Azərbaycan,
Azərbaycan deyərək Sahib həkimin qolları arasında
gözlərini əbədi yumdu.
Ermənilər tərəfindən aparılan amansız döyüşlər
neçə-neçə çıraqları söndürdü, talelər yarımçıq qaldı,
saçlarını yolan ana və bacıların göz yaşlarından bir dərya
yarandı. Ancaq inanıram ki, tökülən qanlar yerdə
qalmayacaq, biz Ali Baş Komandanın əmri ilə döyüşə
gedəcək və tezliklə qələbə çalacağıq. Onda bütün şəhid-
lərimizin ruhu rahat olacaq.
134
Ön cəbhəyə gedən tələbə
Qəhrəman
Məhəmmədəli
oğlu Qasımov 1967-ci ildə Laçın
rayonunun Cicimli kəndində ana-
dan olub. Orta məktəbi bitirdik-
dən sonra 1985-1987-ci illərdə
Sovet Ordusu sıralarında xidmət
edib.
1988-ci ildə V.İ.Lenin adına
(indiki ADPU.) Azərbaycan Pe-
daqoji İnstitunun Hərbi Hazırlıq
və bədən tərbiyəsi fakultəsinə
qəbul olunur. Ermənilərin Azərbaycana qarşı torpaq id-
daları və sonda açıq müdaxiləsi bütün Azərbaycan gənc-
ləri kimi tələbə olmasına baxmayaraq Qəhrəmanı da çox
narahat edir. Özünün dediyi kimi ermənilərin vandalca-
sına “Topxana” meşəsini kəsməyə başladıqları xəbərini
eşidəndə, heç dözə bilmir. 1991-ci ildə İnstitutun III kur-
sunda oxuduğu ili hərbi komissarığa müraciət edərək
döyüş bölgəsinə göndərilməsini xahiş edir. O, boya başa
çatdığı doğma Cicimli kəndini erməni təcavüzkarlar-
ından qorumaq üçün yola düşür. Üç para kənddən ibarət
olan Cicimli, Aşağı Cicimli və Qazıdərəsi kəndləri, Ermə-
nistanın Gorunzur (Qornidzor), Dığ və Xinzirək kəndləri
ilə həmsərhəd idi.
Azərbaycanın Sərhəd rayonlarında olduğu kimi
Laçının sərhədyanı kəndlərinin hər birində elə ilk gündən
özünü müdafiə dəstələri yaradılmışdır. Göstərilən bu
kəndlərin də hər birində kənd camaatının xüsusilə gənclə-
rinin daxil olduğu özünü müdafiə dəstələri gecə-gündüz
əraziləri yağı düşməndən qoruyurdular. Qəhrəman da
həmin özünü müdafiə dəstəsinə qoşulur. Hansı ki, həmin
135
dəstənin üzvləri arasında onun böyük- qardaşı Azərbay-
can Texniki Universitetinin müəllimi Şikar Qasımov,
Mingəçevir şəhərində yaşamasına baxmayaraq könüllü
olaraq ön cəbhəyə gəlmiş Etibar Qasımov, kənddə yaşa-
yan, özünü müdafiə dəstəsinin fəal üzvlərindən olan
Sevdim Qasımov və Laçın polis nəfəri qismində olan
beşinci qardaşı Həşim Qasımov da var idi. Qəhrəman
deyir çox ağır günlər idi, ermənilər gün ərzində dəfələrlə
kənd üzərinə bir neçə istiqamətdə hücuma keçirdilər.
Ancaq qüvvələrimizin qeyri bərabər olmasına bax-
mayaraq ermənilər cürət edib bizim kəndlərə soxula
bilmirdilər. Gərgin anlarda Güləbird müdafiə batalyonu
köməyimizə çatırdı. Bir də açığını deyim ki, kənddə
uşaqlı-qadınlı heç kəs ermənidən qorxmurdu. Düzdür
qadın və uşaqların kənddə olması bir tərəfdən bizi narahat
etsə də digər tərəfdən elə bil onlardan güc də alırdıq. Heç
kimin yaşayış yerini tərk etməsi ağlına gəlmirdi. Yaxşı
yadımdadı Xocalı hadisəsindən sonra qardaşım Şikar
müəllim işlədiyi Texniki Universitetin professor müəllim
kollektivinin göndərdiyi maddi və mənəvi yardımı gös-
tərilən üç kəndin camaatına çatdıranda kəndimizin ağ-
birçək qadınlarından rəhmətlik Fatma xala, Minayə xala
və anam Şəfiqə ona dedi: eşidirik ki, rayonlardan əhali
qaçır Bakıya. Xahiş edirik bizim sözlərimizi o, jek
müdirlərinə çatdırın ki, gələnlərə yer verməsinlər. Onda
məcbur olub kütləvi şəkildə baş götürüb getməzlər. Bir
anlığa düşünürəm ki, rəhmətliklər nə biləydilər ki, bir
tərəfdən ermənilərin, digər tərəfdən isə mərkəzdə haki-
miyyət düşkünlərinin xəyanəti və qarşıdurma onların
başına nələri gətirəcəkdi.
Gündən-günə müdafiə daralırdı. Ermənilər ardı-
arası kəsilmədən Qızqəbri, Cicimli və Qayğı qəsəbəsi isti-
qamətində hücumlarını davam etdirirdilər. Kəndin müda-
136
fiəsinə Azərbaycanın başqa bölgələrindən köməyə gələn-
lərin isə nə təcrübəsi nə də ki, məqsəd-məramları onlara
bizdə inam yaratmırdı. Yalnız ümüd özünü müdafiə
dəstələrinə qalırdı. Özünümüdafiə dəstəsinin üzvlərindən
Qayıb kişinin (Səfərov), H.Həsənovun, İ.İsayevin, B.Rə-
cəbovun, S.Qasımovun, İ.Rəcəbovun, H.Qasımovun, Ə.
Baxşəliyevin, Ə.Hümbətovun (şəhid olub), S.Səfərovun,
Ə.Hümbətovun, İ.Bəylərovun, L.Bəylərovun, İ.Məmməd-
ovun və başqalarının göstərdikləri igidliyi xüsusilə qeyd
etmək istərdim.
1991-ci ilin 18-22 aprelində ermənilər bir neçə
istiqamətdə hücuma keçdilər. Aprelin 22-də olan döyüşdə
Ədalət Baxşəliyev (dayım oğlu) ayağından ağır yaralandı.
Səhərisi günü onu Şikar müəllimlə Laçına göndərdik.
Sonra isə Şikar müəllimin iştirakı ilə vertalyotla o,
Respublika Kliniki Xəstəxanasına çatdırıldı. Orada müa-
licə olunduqdan sonra yenidən Ə.Baxşəliyev ön cəbhəyə
qayıtdı. Qardaşım Həşim və Etibar Qasımov Laçının işğa-
lından sonra Qubadlı, Cəbrayıl, və Fizuli rayonları uğrun-
da gedən döyüşlərdə də fəal iştirak etmişlər. H.Qasımov
yaralanmış, Daxili İşlər Nazirliyinin Bakı şəhərində yer-
ləşən xəstəxanasında müalicə olunduqdan sonra yenidən
cəbhəyə qayıtdı. Mənə ağır təsir edən Cicimli özünü mü-
dafiə dəstəsinin fəal üzvlərindən olan Fürüzəddin Cəfər-
ovun, Məzahir İsmayılovun və Əhməd Hümbətovun və
Elman Yusifovun itgiləri oldu.
Uşaqlığımız bir yerdə keçmişdi, Cicimli kənd orta
məktəbini bitirmişdik. Kəndimizin hər bir gənci kimi
onlarında gələcək arzuları və planları vardı. Halal çörəkli,
zəhmətə bağlı ailələrdə böyüyüb boya-başa çatmışdılar.
Heç birinin ailəsinə bir tikədə olsun belə haram daxil
olmamışdır. Fürüzəddingilin ocağı müqəddəs idi. Ağlım
kəsəndən hamının inam yeri olduğunu görmüşdüm. Bir
137
F.Cəfərov M.İsmayılov Ə.Hümbətov
sözlə onların hər birini yaxından tanıyırdım. Erməni təca-
vüzü başlayan gündən torpaqlarımızın müdafiəsinə qalx-
mışdılar. Qorxu nə olduğunu bilmirdilər, nə etmək olar
namərd düşmən gülləsi onların hər birinin həyatına son
qoydu. Şəhidlik zirvəsinə yüksəldilər.
Göstərdiyi igidliyə görə İsmayilov Məzahir Sədi
oğlu, 15 yanvar 1995-ci il tarixdə Azərbaycan Prezidenti
cənab Heydər Əliyevin fərmanı ilə ölümündən sonra
“Azərbaycan Bayrağı” ordeni ilə təltif olundu. Bu gün
Yuxarı Cicimli kənd orta məktəbi Məzahir İsmayılovun,
Aşağı Cicimli kənd orta məktəbi isə Fürzəddin Cəfərovun
adlarını daşıyır. İnanırıq ki, cənab prezidentimiz İlham
Əliyevin apardığı siyasət öz bəhrəsini verəcək Torpaq-
larımız düşmən tapdağından azad olunacaq. Əks təqdirdə
Ali Baş Komandanın hər bir əmrini yerinə yetirib
torpaqlarımızı azad etməyə biz Laçınlılar hazırıq. İnanı-
ram ki, bu gün uzaqda deyil.
Dostları ilə paylaş: |