ĠĠkar məHƏMMƏDƏLĠ oğlu qasimov


  Azərbaycan  Respublikasının  prezidenti  Ġlham



Yüklə 6,18 Mb.
Pdf görüntüsü
səhifə11/12
tarix31.01.2017
ölçüsü6,18 Mb.
#6982
1   ...   4   5   6   7   8   9   10   11   12

 

 
170 
Azərbaycan  Respublikasının  prezidenti  Ġlham  
Əliyev: “Biz öz doğma torpaqlarımıza qayıdacağıq”. 
 
                                     
Ölkə prezidenti Cənab İlham Əliyevin məcburi köç-
künlərə,  o  cümlədən  laçınlılara  olan  diqqət  və  qayğısını 
respublika ictimaiyyəti onun Ağcabədi rayonunda “Taxta-
körpü”  ərazisinə  səfəri  zamanı  bir  daha  yəqin  etdi.  Bu 
görüşün xüsusilə 70 min nəfərlik laçın sakininin qəlbində 
buraxdığı unudulmaz təssüratı nəzərə alaraq cənab prezi-
dentin səfərini və bu səfər zamanı olan yaşantıları təxmi-
nən  olduğu  kimi  oxucuların  nəzərinə  çatdırmağı  daha  da 
əhəmiyyətli hesab edirik.    
Azərbaycan  Prezidenti  İlham  Əliyev  və  xanımı 
Mehriban Əliyeva  24 dekabr 2011-ci il tarixdə Ağcabədi 
rayonunun Taxtakörpü ərazisində Laçın rayonundan olan 
552  məcburi  köçkün  ailəsi  üçün  salınan  yeni  yaşayış 
qəsəbəsinin  açılışında  iştirak  etmişlər.  Dövlət  başçısı  və 
xanımı  əvvəlcə  xalqımızın  ümummilli  lideri  Heydər 

 
171 
Əliyevin  qəsəbənin  mərkəzində  ucaldılmış  abidəsini 
ziyarət edərək önünə gül dəstələri qoydular.  
Baş  nazirin  müavini,  Qaçqınların  və  Məcburi 
Köçkünlərin  İşləri  üzrə  Dövlət  Komitəsinin  sədri  Əli 
Həsənov  məlumat  verdi  ki,  ölkəmizdə  aparılan  tikinti-
quruculuq  işləri  Laçından  olan  məcburi  köçkünlərin 
məskunlaşdıqları Taxtakörpü ərazisində də vüsət almışdır. 
Buradakı  parklarda,  Şəhidlər  kompleksində  və  Laçın 
Rayon  İcra  Hakimiyyətinin  inzibati  binasının  ətrafında 
abadlıq işləri həyata keçirilmiş, yaşıllıqlar salınmışdır. Bu 
ilin  əvvəlindən  Taxta  körpü  ərazisinə  21  kilometr  uzun-
luğunda  təbii  qaz  xəttinin  çəkilişi  başa  çatdırılmış,  4 
kilometrlik  içməli  su  xətlərində  təmir-bərpa  işləri  apa-
rılmış,  köhnə  borular  yeniləri  ilə  əvəzlənmişdir.  Alxaslı 
və  Qarakeşiş  obalarında  modul  tipli  sutəmizləyici  qur-
ğular  quraşdırılmışdır.  Taxtakörpü-Mais  və  Taxta  körpü-
Alxaslı avtomobil yolunda təmir işləri aparılmış, 7,9 min 
kvadratmetr yol asfaltlanmışdır.  
Qeyd  olundu  ki,  respublikamızın  ümumilikdə  59 
rayon  və  şəhərində  müvəqqəti  məskunlaşan  71,2  min 

 
172 
laçınlıdan  13  mini  Taxta  körpü  ərazisində  yerləşmişdir. 
İndi  burada  məcburi  köçkünlər  üçün  yeni  yaşayış  qəsə-
bələri salınır. Bu qəsəbələrdən biri də dövlətimizin başçı-
sının 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş 
Dövlət Proqramına əlavələr olunması haqqında 2007-ci il 
31  oktyabr  tarixli  Sərəncamına  əsasən  Ağcabədi  rayonu 
Taxta  körpü  ərazisində  Laçın  rayonundan  olan  552 
məcburi  köçkün  ailəsi  üçün  salınan  yeni  qəsəbədir.  Bu 
qəsəbənin  salınması  Azərbaycan  Prezidentinin  məcburi 
köçkünlərin  sosial-iqtisadi  və  məişət  şəraitinin  yaxşılaş-
dırılması  istiqamətində  həyata  keçirdiyi  növbəti  mühüm 
addımlardan biridir. Sonra bildirildi ki, ümumi sahəsi 111 
hektar  olan  qəsəbədə  inşa  edilən  evlərin  sahəsi  ümu-
milikdə 31 min 179 kvadratmetrdən çoxdur. Hər bir evin 
12 sot torpaq sahəsi vardır. Qəsəbədə müasir standartlara 
cavab  verən,  360  şagird  yeri  olan  məktəb  binası,  uşaq 
bağçası,  bir  klub-icma  mərkəzi,  qəsəbə  nümayəndəliyi 
üçün  inzibati  bina  inşa  edilmiş,  park  və  yaşıllıqlar 
salınmışdır.  Qəsəbə  elektrik,  qaz  və  içməli  su  ilə  təmin 
olunmuşdur. Yağış sularının axıdılması üçün drenaj tikil-
mişdir.  Qəsəbədə  ümumi  uzunluğu  15  kilometr  olan  yol 
salınmışdır. 
Dövlət  başçısına  və  xanımına  bildirildi  ki,  zəruri 
infrastrukturun  yaradıldığı  qəsəbədəki  evlərin  49-u 
birotaqlı,  194-ü  ikiotaqlı,  237-si  üçotaqlı,  72-si  isə  dörd-
otaqlıdır.  Qəsəbədə  iki  transformator  stansiyası,  altı 
qaztənzimləyici  məntəqə  yaradılmış,  biraşırımlı  körpülər 
inşa olunmuş, geniş yaşıllıq zolaqları salınmışdır. 
Sonra  isə  cənab  Prezident  İlham  Əliyev  və  xanımı 
Mehriban Əliyeva məcburi köçkün Cənnət Əliyevin evin-
də yaradılan şəraitlə tanış oldular. Azərbaycan Prezidenti 
çay süfrəsi arxasında ev sahibi ilə söhbət etdi.  

 
173 
 
Ev  sahibi  Cənnət  Əliyev  dövlətimizin  başçısını  sa-
lamlayaraq dedi: Xoş gəlmisiniz! 
Prezident  İlham  Əliyev:  Ev  necədir?  Xoşunuza 
gəlir? 
Cənnət  Əliyev:  Cənab  Prezident,  bizə  gözəl  şərait 
yaratdığınıza,  gözəl  qəsəbə  tikdirdiyinizə,  çox  əlamətdar 
gündə  laçınlılarla  görüşə  gəldiyinizə  görə  Sizə  ailəmiz 
adından  və  öz  adımdan  minnətdarlığımı  və  təşəkkürümü 
bildirirəm. 
Prezident  İlham  Əliyev:  Sağ  olun,  mən  çox  şadam 
ki, bu gün sizinlə birlikdə bu gözəl hadisəni qeyd edirik. 
Yeni  qəsəbənin  istifadəyə  verilməsi,  doğrudan  da  çox 
gözəl  hadisədir.  Bildiyiniz  kimi,  Azərbaycanda  son  illər 
ərzində  onlarla  yeni  qəsəbə  salınmışdır,  on  minlərlə 
köçkün yeni evlərə köçürülmüşdür. Bütün evlər də gözəl-
dir.  Bütün  şəraiti,  həyət  sahəsi,  bütün  infrastruktur-  işıq, 
su,  qaz  vardır,  yaşamaq  üçün  hər  şey  yaradılıb.  Əlbəttə, 
əvvəlki  dövrdə  sizin  məişət  şəraitiniz  o  qədər  də  lazımi 

 
174 
səviyyədə  deyildi.  Ancaq  indi  Azərbaycan  dövlətinin 
imkanları  var  və  ən  əsası  bizim  siyasətimiz  bundan  iba-
rətdir  ki,  çətin  vəziyyətdə  yaşayan  soydaşlarımızı  gözəl 
şəraiti olan evlərlə təmin edək. Burada indi böyük qəsəbə 
salınıbdır, 552 ev tikilibdir. Görürəm, keyfiyyətlə tikilib, 
gözəl,  geniş,  rahat  evlərdir.  Bu  münasibətlə  sizi  təbrik 
edirəm, burada rahat yaşayasınız.  
Cənnət  Əliyev:  Cənab  Prezident,  ulu  öndərimizin 
gördüyü  bütün  işlərə  görə  Azərbaycan  xalqı  ona 
borcludur.  Ən  böyük  həqiqət  budur  ki,  Sizin  kimi  kadr 
yetişdirib,  Azərbaycana  bəxş  edibdir.  Ulu  öndərimiz 
həmişə  deyirdi  ki,  mən  İlhama  özüm  qədər  inanıram,  o, 
mənim  yarımçıq  qalan  işlərimi  başa  çatdıracaqdır.  Siz 
2003-cü  ildən  ölkəmizə  rəhbərlik  edirsiniz.  Bu  illər 
ərzində respublikamızda gedən tikinti, quruculuq, abadlıq 
işləri,  sənaye,  kənd  təsərrüfatı,  elm,  mədəniyyət,  sosial-
iqtisadi  sahələrdəki  nailiyyətlər,  siyasi  sabitlik,  sürətli 
inkişaf  Azərbaycanı  doğrudan  da  bütün  dünyada  inkişaf 
etmiş  respublikalar  sırasına  çıxardı.  Bu,  Sizin  əməyiniz 
nəticəsində  oldu.  Bu,  Sizin  rəhmətlik  atanız  kimi  daim 
bölgələrdə  olmağınız  və  insanlarla  sıx  əlaqə  saxlama-
ğınızın  nəticəsində  oldu.  Bunun  üçün  mən  bir  azərbay-
canlı kimi fəxr edirəm. Fəxr edirəm ki, Sizin kimi Prezi-
dentimiz vardır. 
Prezident  İlham  Əliyev:  Sağ  olun,  Siz  tamamilə 
haqlısınız.  Bu  sahədəki  işləri  də  vaxtilə  ulu  öndər  baş-
lamışdı.  Çünki  ölkəyə  daxil  olan  ilk  vəsait  məcburi 
köçkünlərin  vəziyyətinin  yaxşılaşdırılmasına  yönəldil-
mişdir. O vaxt, 1999-cu ilin sonunda Neft Fondunun yara-
dılması  və  neftdən  əldə  edilən  ilk  gəlirlərin  daxil 
olunmasından sonra birinci ödəmələr köçkünlər üçün yeni 
qəsəbələrin  salınmasına  sərf  edilmişdir.  Biz  bu  siyasəti 
davam  etdiririk.  Əlbəttə,  indi  dövlətimizin  maliyyə 

 
175 
imkanları da böyük dərəcədə artmışdır və biz çalışırıq və 
çalışmalıyıq ki, bütün köçkünlərin problemlərini həll edək 
və həll edirik də. 
Cənnət Əliyev: Ulu öndərimiz laçınlıların sevimlisi 
olub.  Onun  gözəl  bir  sözü  vardır:  “Laçın  rayonu  həm 
təbiətinə, həm də insanlarına görə Azərbaycanın ən dəyər-
li guşələrindən biridir”. Doğrudan da bu gün onun övladı– 
Siz işinizin çoxluğuna baxmayaraq vaxt tapıb biz laçınlı-
larla  görüşə  gəldiyinizə  görə  hədsiz  dərəcədə  sevinirik. 
Doğrudan da əgər ulu öndər hakimiyyətə gəlməsəydi, biz 
köçkünlərə  ögey  münasibət  davam  edəcəkdi.  Xilaska-
rımız  hakimiyyətə  gəldi,  biz  məcburi  köçkünlərə  də 
diqqət və qayğı artırıldı. Siz bayaq dediniz, Laçından olan 
məcburi  köçkünlər  burada,  susuz  səhrada,  ilan  mələyən 
düzlərdə,  86  obada,  ictimai  yerlərdə  məskunlaşmışdılar. 
Dəhşətli günlər idi. Maşınla su çatdıra bilmirdilər, 30-40 
kilometrdən su gətirilirdi. Allah o günləri bir də bizə gös-
tərməsin.  
Ulu  öndər  hakimiyyətə  qayıtdı  və  həqiqətən  də  hər 
şeyi yoluna qoydu. Siz doğrudan da ulu öndərin siyasətini 
şərəflə  davam  etdirirsiniz.  Sizin  daxili  və  xarici  siyasə-
tinizi laçınlılar 100 faiz dəstəkləyirlər.   
Prezident  İlham  Əliyev:  Sağ  olun,  doğrudan  da 
elədir.  Ulu  öndərin  Laçına,  laçınlılara  çox  xüsusi  müna-
sibəti  var  idi.  Mən  də  laçınlıları  çox  sevirəm  və  bu  gün 
laçınlılarla birlikdəyəm. Bir şeyi qeyd etmək istəyirəm ki, 
əgər ulu öndər o vaxt, Azərbaycan üçün həlledici anlarda 
hakimiyyətdə  olsaydı,  Laçın  heç  vaxt  işğal  altına  düş-
məzdi, heç vaxt. O vaxtkı iqtidarın və hakimiyyət uğrun-
da  mübarizə  aparan  antimilli  qüvvələrin  yarıtmaz  fəaliy-
yəti  nəticəsində  Laçın  işğal  edildi  və  demək  olar  ki,  tor-
paqlarımızın işğalı elə Laçının işğalından başladı. 1992-ci 
ilin  mayında  Laçının  işğal  altına  düşməsi  Dağlıq  Qara-

 
176 
bağla  Ermənistan  arasında  coğrafi  əlaqənin  yaranmasına 
səbəb oldu. Ondan sonra laçınlılar gəldilər susuz səhraya, 
heç  kim  onlara  baxmırdı,  heç  kim  onların  problemi  ilə 
məşğul olmurdu. Qalmışdılar səhrada başlı-başına, susuz, 
şəraitsiz. Siz o ağır günləri yaşamısınız, o faciəni görmü-
sünüz. 
Cənnət  Əliyev:  Cənab  Prezident,  o  günlər  getsin, 
gəlməsin.  Məcburi  köçkünlərə  soyuq  münasibətlə,  prob-
lemlərimizlə  əlaqədar  mən  dörd  nəfərlə  birlikdə  komitə 
sədrinin  qəbulunda  oldum.  Onlar  hansı  stulda  oturduq-
larını  bilmirdilər.  Həqiqətən  bilmirdilər.  Səmimi  qəlbdən 
deyirəm. 
Möhtərəm  cənab  Prezident,  ulu  öndərimiz  Laçın 
haqqında  1971-ci  ildə  dağ  rayonlarının  iqtisadiyyatını 
yüksəltmək üçün qərar qəbul etdi. 1974-cü ildə də Laçın 
şəhərinin  yaradılmasının  50  illiyi  ilə  bağlı  qərar  qəbul 
etdi.  Bu  qərarların  hesabına  Laçın  sürətlə  inkişaf  etdi. 
İstər  iqtisadi  cəhətdən,  istər  abadlıq-quruculuq  sahəsində 
dağ  rayonları  sırasında  Laçın  birinci  yerdə  dururdu.  O 
vaxt  məni  Sizin  rəhmətlik  atanız  Laçının  50  illiyi  ilə 
əlaqədar  təltif  etdi.  Siz  isə  2009-cu  ildə  mənə  mübarək 
imzanızla  “Tərəqqi”  medalı  verdiniz.  Ailəmiz  adından, 
bütün  əzizlərim  adından  Sizin  əllərinizi  sıxaraq  bağrıma 
basıram və Sizə minnətdarlığımı, təşəkkürümü bildirirəm. 
Sizin  beynəlxalq  aləmdə  olan  nüfuzunuz  bizi  sevindirir. 
Ali Baş Komandan kimi güclü ordu yaratmısınız. Bu ordu 
gələcəkdə  düşməndən  qisasımızı  alacaqdır.  Biz  öz 
torpaqlarımıza qayıdacağıq, Sizin rəhbərliyiniz altında öz 
yurdumuzda  belə  gözəl  evlər  tikəcəyik.  Həqiqətən  də 
soydaşlarımızın  müvəqqəti  şəraitini  yaxşılaşdırmaq  üçün 
gözəl işlər görürsünüz. 
Prezident  İlham  Əliyev:  Tamamilə  haqlısınız.  Bu, 
müvəqqəti  yaşayış  məntəqəsidir.  Torpaqlarımız  işğalçı-

 
177 
lardan  azad  olunandan  sonra  bütün  köçkünlər  üçün 
Laçında, Kəlbəcərdə, Ağdamda hələ ki, işğal altında olan 
digər  torpaqlarda  bundan  da  gözəl  evlər  tikəcəyik.  Mən 
buna şübhə etmirəm. Biz öz ərazi bütövlüyümüzü mütləq 
bərpa  edəcəyik.  Mən  bu  barədə  fikirlərimi  dəfələrlə 
bildirmişəm,  bir  daha  demək  istəyirəm  ki,  bu,  sadəcə 
olaraq sözlər deyil, sadəcə olaraq bizim arzularımız deyil, 
bu, həqiqətdir.  
İndi  baxın,  son  iyirmi  il  ərzində  Azərbaycan  nə 
qədər  böyük  uğurlu  yol  keçmişdir.  İndi  Azərbaycan 
dünya səviyyəsində böyük hörmətə malik olan ölkə kimi 
tanınır.  Beynəlxalq  təşkilatlarda  nüfuzumuz,  ölkə  daxi-
lindəki təşəbbüslərimiz, ümumiyyətlə, Azərbaycan iqtisa-
diyyatının inkişafı və güclü hərbi potensialın yaradılması 
deməyə  əsas  verir  ki,  biz  bu  işğala  son  qoyacağıq.  Yəni 
bu,  qaçılmaz  bir  həqiqətdir.  Ermənistan  və  Ermənistanın 
indiki rəhbərliyi əminəm ki, bunu dərk edir. Bunun yega-
nə yolu vardır. Azərbaycanın ərazi bütövlüyü bərpa edil-
məlidir, bütün köçkünlər öz doğma torpaqlarına qayıtma-
lıdırlar.  Dağlıq  Qarabağa,  o  cümlədən  Şuşaya  qayıtma-
lıdırlar.  Azərbaycanın  suverenliyi  tam  şəkildə  bərpa 
edilməlidir. Beynəlxalq hüquq normaları bunu tələb edir. 
Haqq-ədalət  bunu  tələb  edir  və  Azərbaycan  xalqı  bunu 
tələb edir. Oraya qayıtmaq üçün indi biz diplomatik səy-
lərimizi aparırıq. Əgər görsək ki, bu səylər nəticə vermir, 
onda  istənilən  anda  biz  hərbi  yolla  torpağımızı  qaytar-
malıyıq.  Beynəlxalq  hüquq  normaları  bizə  bu  haqqı 
tanıyır.  Sadəcə,  biz  çalışırıq  ki,  bunu  hələ  ki,  danışıqlar 
yolu ilə həll edək və eyni zamanda, daha da güclənək. Biz 
bu  illər  ərzində  böyük  dərəcədə  güclənmişik.  Biz  güclü 
hərbi potensial  yaratmışıq. Bundan sonra,  növbəti illərdə 
Ermənistan  ilə  Azərbaycan  arasındakı  fərq  ancaq  böyü-
yəcəkdir.  Bu  fərq  hər  yerdə  özünü  göstərir–  iqtisadiy-

 
178 
yatda,  ölkələrimizin  siyasi  çəkisində,  beynəlxalq  dəs-
təkdə,  hərbi  potensialda  və  eyni  zamanda,  demoqrafik 
göstəricilərdə.  Bu  da  həqiqətdir.  Gələcəyi  böyük  dərə-
cədə,  əlbəttə  ki,  elmi-texniki  tərəqqi  və  inkişaf,  eyni  za-
manda, demoqrafiya  müəyyən  edəcəkdir. Bizim  əhalimiz 
artır,  Ermənistan  əhalisi  azalır.  Azərbaycanda  9  milyon 
300 min əhali var, Ermənistanda 1 milyon 8 yüz min. Bu 
ilin  ilk  yarısında  onların  rəsmi  statistikasına  görə-  bu 
statistika  həmişə  saxtakarlıq  üzərində  qurulub,    60  min 
vətəndaş  bu  ölkəni  tərk  edib.  İl  ərzində  bu  100  mindən 
artıq olacaqdır. Beş-on ildən sonra orada 1 milyondan az 
adam  qalacaqdır.  Biz,  işləməliyik,  işləyirik,  öz  işimizi 
görürük, güclənirik, daha da çox tərəfdaş əldə edirik.  
İndi  bizim  dünyadakı  tərəfdaşlarımızın  sayı  artır. 
Ölkələr bizimlə dost olmaq istəyir. 155 ölkə Azərbaycanı 
dəstəkləyib.  Dünyada  200–dən  bir  qədər  az  ölkə  var. 
Onun 155-i Azərbaycana səs verib. İndi heç başqa ölkələr 
haqqında danışmaq istəməzdim. Ancaq bu, hər bir ölkənin 
işi deyil ki, 155 ölkə səs versin. Dünyada dünya problem-
lərini  həll  edən  ölkələr  var.  Onlar  155  ölkənin  dəstəyini 
ala bilərmi? Heç vaxt! Azərbaycan gənc ölkədir, müstəqil 
ölkədir,  cəmi  20  ildir  dünya  siyasi  xəritəsində  yerimiz 
var. 155 ölkə bizi dəstəkləyir və bu dəstək getdikcə daha 
da  artacaqdır.  Çünki  növbəti  iki  il  ərzində  Təhlükəsizlik 
Şurasında  bizə  səs  verən  bütün  ölkələr  görəcəklər  ki, 
onlar  səhv  etməmişlər.  Çünki  biz  onların  maraqlarını 
müdafiə  edəcəyik,  ədaləti  müdafiə  edəcəyik,  qanunu 
müdafiə edəcəyik.  
Bizim  əsas  problemimiz  nədədir?  Çünki  qanunlar 
vardır.  Beynəlxalq  təşkilatlar  qətnamələr  qəbul  edir,  am-
ma  onlar  icrasız  qalır.  Bunun  icrasını  tələb  edə  biləcək 
ölkələr  də  susur.  Mən  də,  ictimaiyyət  də  dəfələrlə  bu 
barədə  fikrimizi  bildirmişik.  Budur  bizim  problemimiz. 

 
179 
Biz buna necə münasibət göstərə bilərik? Ancaq ölkəmizi 
gücləndirməklə. Ancaq! Başqa yol yoxdur.  
Biz,  əlbəttə,  indi  danışıqları  davam  etdiririk  və  bir 
müddət  davam  etdirə-cəyik.  Ancaq  biz  siyasi-iqtisadi, 
hərbi  gücümüzü,  bölgədəki  təsir  imkanlarımızı,  dün-
yadakı mövqelərimizi bilirik. Budur Qarabağ məsələsinin 
həllinə aparan  yollar. Biz bu yollardan istifadə edəcəyik, 
edirik.  Bizə  əlavə  güc  verən  xalqın  bu  siyasətimizə 
göstərdiyi  dəstəkdir.  Bu  dəstəyi  mən  Sizdən  alıram, 
görürəm.  Bu,  məni  daha  da  ruhlandırır  və  bütün  məsə-
lələrdə  ölkəmizin  maraqlarını  müdafiə  etmək  üçün  daha 
da gözəl imkanlar yaradır.  
Cənnət  Əliyev:  Gördüyünüz  tədbirlər  nəticəsində, 
respublikamızda olan səhlənkar müxalifət buz kimi əriyib 
qurtaracaqdır.  Respublikada  sağlam  müxalifət  yarana-
caqdır. Ali Baş Komandan kimi yaratdığınız güclü ordu-
nun səyi nəticəsində sərhədlərimizin bərpası təmin edilə-
cəkdir.  Biz  buna  inanırıq.  Biz  öz  torpaqlarımıza  qayı-
dacağıq. 
Mən  evimin  əziz  qonağı  olan  Mehriban  xanımın 
gördüyü  işlər  haqqında  danışmağa  ehtiyac  duymuram. 
Ona  görə  duymuram  ki,  onu  yaradan  Allah  Peyğəmbərə 
verilən qabiliyyətdən ona da vermişdir. Mən arzu edirəm 
ki,  gələcəkdə  o,  Azərbaycanın  kadrı  kimi  Nobel  müka-
fatına layiq görülsün. 
Prezident  İlham  Əliyev:  Mehribanın  onsuz  da 
mükafatları çoxdur. 
Mehriban Əliyeva: Çox sağ olun. 
Cənnət Əliyev: Demək istəyirəm ki, mən Mehriban 
xanım  xarici  ölkələrdə  danışanda  onun  dəyərli  sözlə-
rindən  doymuram.  Mən  1969-cu  ildən  ulu  öndəri  tanı-
yıram. O vaxt da respublikada anarxiya idi, xaos idi, qru-
plaşmalar  var  idi.  Bundan  istifadə  edən  Moskvadakı  er-

 
180 
mənipərəst  qüvvələr  Azərbaycanı  vilayətə  çevirmək 
istəyirdilər.  Deyirdilər  ki,  Azərbaycan  Respublikası 
dotasiya  alır, heç bir şeyi  yoxdur. Ulu  öndərimizin haki-
miyyətə gəlməyi heç vaxt yadımdan çıxmaz. Avqust ple-
numundan  sonra  qruplaşmalar  dağıldı,  Azərbaycanda 
sağlam,  işgüzar  əhval-ruhiyyə  yarandı.  Azərbaycan  14 
dəfə  SSRİ  kimi  hökumətin  keçici  qırmızı  bayrağını  aldı. 
Siz onun övladısınız. Qədirbilən Azərbaycan Sizin daxili 
və xarici siyasətinizi dəstəkləyir.  
Prezident İlham Əliyev: Sağ olun, çox sağ olun.  
Cənnət Əliyev: 50 yaşınızı gəlib bizimlə keçirməyi-
nizi heç nə ilə əvəz etmək olmaz. Bunun qiyməti yoxdur. 
Gün o gün olsun ki, 100 yaşınızı da qeyd edəsiniz.  
Prezident İlham Əliyev: Sizinlə bərabər. Qarabağda. 
Cənnət Əliyev: Siz ki, məcburi köçkünlərin şəraitini 
yaxşılaşdırmağa  bu  qədər  əmək  sərf  edirsiniz,  onların 
qədrini  bilirsiniz,  Allah  da  Sizin  qədrinizi  bilsin,  Tanrı 
Sizi qorusun. Sizə uzun ömür, cansağlığı, ailə səadəti arzu 
edirəm.  
Prezident İlham Əliyev: Mən adətən öz ad günlərimi 
qeyd etmirəm. 
Cənnət  Əliyev:  Biz  köçkünlərin  yanına  gəlmisiniz, 
bunun əvəzi yoxdur.  
Prezident  İlham  Əliyev:  Sizinlə  birlikdə  Qarabağ 
torpağında bu günü qeyd edək. 
Dövlətimizin başçısı qəsəbənin sakinləri ilə görüşdü 
və  mərasim  iştirakçılarını  salamlayaraq  dedi:  Sabahınız 
xeyir olsun. Hamınızı ürəkdən salamlayıram.  
Bu  gözəl  qəsəbənin  açılışı  münasibətilə  sizi  təbrik 
edirəm.  Gözəl  qəsəbədir,  552  ev  tikilibdir,  rahat,  gözəl 
evlərdir, məktəbi vardır. Bütün infrastruktur yaradılıbdır- 
su, işıq, qaz. 

 
181 
 
 Yəni, bir sözlə, bu qəsəbənin yaradılması çox gözəl 
hadisədir.  Birinci  dəfə  deyildir  ki,  biz  məcburi  köç-
künlərlə  yeni  qəsəbələrin  açılışlarında  görüşürük.  Belə 
görüşlər hər il baş verir, ildə bir neçə gözəl qəsəbə Salı-
nır.  Bütövlükdə  son  illər  ərzində  70  gözəl  qəsəbə 
yaradılmışdır.  Bildiyiniz  kimi,  vaxtilə  çadır  şəhərcikləri 
var  idi.  Onların  hamısı  2007-ci  ilin  sonunda  ləğv  edildi. 
Onların  yerində  gözəl  qəsəbələr  yaradılmışdır.  Bu 
qəsəbələrdə  100  mindən  artıq  məcburi  köçkün  məskun-
laşmışdır.  
Bu gözəl təşəbbüs vaxtilə ulu öndər Heydər Əliyev 
tərəfindən  irəli  sürülmüşdür.  1990-cı  illərin  sonlarında 
Azərbaycanda  yaradılmış  Dövlət  Neft  Fondunun  ilk 
ödəmələri  məhz  məcburi  köçkünlərin  yaşayış  səviy-
yəsinin  yaxşılaşdırılmasına  xərclənmişdir.  Bu  siyasət  bu 
gün  də  davam  etdirilir.  Bu  gün  Azərbaycan  dövlətinin 
maddi  imkanları  daha  da  genişdir.  Bizim  böyük  imkan-
larımız vardır ki, bu proses daha da sürətlə getsin.  

 
182 
Son  illər  ərzində  onlarla  yeni  qəsəbələr  salınmış, 
minlərlə  insan  yeni  gözəl  evlərə  köçürülmüşdür.  Ağca-
bədi  rayonunda  hazırda  tikilməkdə  olan  556  mənzildən 
ibarət qəsəbə mövcuddur. 
 
 
 O  qəsəbənin  tikintisi  ilə  bu  gün  tanış  olmuşam. 
Yəqin ki, gələn ilin əvvəlində məcburi köçkünlər o qəsə-
bəyə  də  köçürüləcəkdir.  Mənə  verilən  statistik  məlu-

 
183 
matlara  görə,  məcburi  köçkünlərin  yaşayış  səviyyəsinin 
yaxşılaşdırılması  üçün  bütövlükdə  4  milyard  dollardan 
çox  vəsait  xərclənmişdir.  Onun  3,7  milyardı  Azərbaycan 
dövləti tərəfindən xərclənmişdir. Həm Dövlət Neft Fondu 
və  həm  də  Azərbaycan  büdcəsi  tərəfindən  bu  məsələlər 
həllini  tapmışdır.  Növbəti  illərdə,  xüsusilə  gələn  ildən 
başlayaraq  daha  da  böyük  məbləğdə  vəsait  nəzərdə  tutu-
lacaqdır ki, hazırda çətin vəziyyətdə yaşayan köçkünlərin 
problemlərini  də  tezliklə  həll  edək.  Təbii  ki,  biz  ilk 
növbədə,  ən  ağır  vəziyyətdə  yaşayanların  prob-lemlərini 
həll  etmişik.  Çadır  şəhərcikləri  artıq  ləğv  edilib.  İndiki 
mərhələdə biz fin qəsəbələrində, məktəblərdə, yataqxana-
larda,  hərbi  hissələrin  ərazilərində  məskunlaşmış 
köçkünlərin  problemlərini  həll  edirik.  Siz  də  bu  vaxta 
qədər fin qəsəbələrində çox ağır, çətin vəziyyətdə yaşamı-
sınız.  İndi  isə  bu  qəsəbə  salınıb.  Burada  yaşamaq  üçün 
bütün  imkanlar  vardır.  Ancaq  bu  da  müvəqqəti  yaşayış 
məntəqəsidir.  Bizim  torpaqlarımız  işğalçılardan  azad 
ediləndən  sonra,  hazırda  işğal  altında  olan  bütün 
torpaqlarda,  o  cümlədən  Laçında  bundan  da  gözəl 
qəsəbələr,  kəndlər  salınacaqdır.  Biz  bunu  edəcəyik. 
Əminəm  ki,  bunu  etmək  üçün  imkanımız,  gücümüz 
olacaqdır.  İlk  növbədə,  biz  hazırda  işğal  altında  olan 
torpaqlara  vətəndaşlarımızı  qaytarmalıyıq.  Bunu  etmək 
üçün  bilirsiniz  ki,  danışıqlar  aparılır,  səylər  göstərilir. 
Azər-baycan  dövləti  qarşısında  bu  məsələdən  daha  vacib 
məsələ  yoxdur.  Çünki  bütün  başqa  sahələrdə  ölkəmiz 
uğurla  inkişaf  edir.  İyirmi  illik  müstəqillik  dövründə 
Azərbaycanın əldə etdiyi uğurları heç kim təkrarlaya bil-
məz. Azərbaycanda son illər ərzində  yaşanan iqtisadi in-
kişaf dünya miqya-sında nadir xarakter daşıyır. 
Nə  vaxta  qədər  ki,  danışıqlar  prosesindəyik,  Qara-
bağ məsələsində hər şey təkcə bizdən asılı deyildir. Çünki 

 
184 
danışıqların  iki  tərəfi  vardır-  bir  tərəf  Azərbaycan,  digər 
tərəf  Ermənistan.  Danışıqları  aparmaq  üçün  beynəlxalq 
format fəaliyyət göstərir. Minsk qrupu 20 ilə yaxındır ki, 
fəaliyyət  göstərir.  Amma  heç  bir  nəticə  yoxdur.  Baxma-
yaraq  ki,  bütün  beynəlxalq  təşkilatların  qərarları,  qətna-
mələri Azərbaycanın haqlı mövqeyini müdafiə edir, məsə-
lə öz həllini tapmır. Çünki dünyadakı erməni lobbisi, er-
mənilərin havadarları, onlara dəstək verənlər buna imkan 
vermirlər. Biz görürük ki, erməni lobbisi bəzi böyük ölk-
ələrin  siyasətinə  də  öz  təsirini  göstərir.  O  ölkələrin  öz 
maraqlarına  zidd  olan  qərarların  çıxarıl-masına  nail  olur. 
Bu,  həqiqətdir.  Bizə  qarşı  təkcə  Ermə-nistan  mübarizə 
aparmır.  Ermənistan  bizim  qabağımızda  böyük  qüvvə 
deyildir.  Bizə  qarşı  dünya  erməniliyi  və  onların  çirkli 
pulları  ilə  idarə  edilən  riyakar  siyasətçilər  mübarizə 
aparırlar.  Hər  gün  Azərbaycana  qarşı  mübarizə  aparırlar. 
Məhz  buna  görədir  ki,  təxminən  20  il  ərzində  Minsk 
qrupu  fəaliyyət  göstərir,  amma  heç  bir  nəticə  yoxdur. 
Nəticəni  əldə  etmək  üçün  çox  böyük  addımlara  ehtiyac 
yoxdur. Sadəcə olaraq beynəlxalq təşkilatların, BMT-nin, 
onun Təhlükəsizlik Şurasının qətnamələri icra edilməlidir. 
Beynəlxalq ictimaiyyət tələb etməlidir ki, işğalçı qüvvələr 
işğal  edilmiş  torpaqlardan  çəkilsin  və  imkan  versin 
Azərbaycan  vətəndaşları  o  torpaqlara  qayıtsınlar.  Çünki 
bütün  dünya  birliyi  Azərbaycanın  ərazi  bütövlüyünü 
tanıyır.  Dağlıq  Qarabağ  nəinki  Azərbaycanın  tarixi 
torpağıdır,  bunu  biz  hamımız  yaxşı  bilirik,  beynəlxalq 
hüquq normaları da Dağlıq Qarabağı Azərbaycan torpağı 
kimi  tanıyır.  Bəs  nə  üçün  bu  qətnamələr  icrasız  qalır? 
Yenə  də  deyirəm,  dünya  erməniliyinin  və  onların  arxa-
sında  dayanan  antiazərbaycan  qüvvələrinin  fəaliyyəti 
nəticəsində  bu  məsələ  bax  belə  dondurulmuş  vəziy-
yətdədir. Ancaq bununla bərabər, mən bunu bir neçə dəfə 

 
185 
demişəm, bu münaqişə dondurulmuş münaqişə deyildir və 
heç  vaxt  ola  bilməz.  Nə  qədər  ki,  torpaqlarımız  işğal 
altındadır, biz çalışacağıq və çalışırıq ki, bu məsələni te-
zliklə öz xeyrimizə ədalətli şəkildə həll edək.  
Bu  məsələnin  ədalətli  həlli  yalnız  Azərbaycanın 
ərazi  bütövlüyünün  bərpasından  keçir.  Bizim  ərazi 
bütövlüyümüz  bərpa  edilməlidir  və  bərpa  ediləcəkdir. 
İşğal edilmiş bütün torpaqlarda Azərbaycanın suverenliyi 
təmin  edilməlidir  və  ediləcəkdir.  Mən  buna  şübhə 
etmirəm. Sadəcə olaraq biz hamımız istəyirik ki, bu, daha 
da  tezliklə  öz  həllini  tapsın,  köçkünlərimiz  tezliklə  öz 
doğma  torpaqlarına  qayıda  bilsinlər.  Mən  şəxsən  tam 
əminəm  ki,  biz  ərazi  bütövlüyümüzü  bərpa  edəcəyik. 
Bunu deməyə əsas verən bir neçə amil vardır. Bu barədə 
mən  dəfələrlə  fikirlərimi  bildirmişəm.  Həm  bizim  artan 
siyasi çəkimiz, həm iqtisadi gücümüz, ən önəmlisi ondan 
ibarətdir ki, indi lazımi səviyyədə hərbi gücümüz , - bunu 
daha  da  artıracağıq,  -  artan  əhalimiz  vardır.  Yəni,  bütün 
bu  regional  geosiyasi  məsələləri  həll  edən  amillər  bizim 
mövqeyimizi  dəstəkləyir.  İllər  keçdikcə  biz  daha  da 
güclənəcəyik,  Ermənistan  daha  da  zəifləyəcəkdir.  Nə 
qədər ki, torpaqlarımız işğal altındadır, Ermənistana qarşı 
bütün cəbhələrdə mübarizə aparılır və aparılacaqdır. 
Əziz  dostlar,  siz  Laçın  rayonunun  sakinlərisiniz. 
Laçın Azərbaycanın gözəl guşələrindən biridir. Laçınlılar 
bütün dövrlərdə Azərbaycana, azərbaycançılıq fəlsəfəsinə 
sadiq olmuşlar. Bu gün də bu, belədir. Laçının işğal altına 
düşməsi  təkcə  laçınlıların  deyil,  bizim  hamımızın  böyük 
faciəsidir. Çünki Laçının gözəl abidələri indi dağıdılıbdır. 
Bizim  dini  abidələrimiz  dağıdılıbdır.  Muzey  ekspo-
natlarımız  talan  edilibdir,  evlər  dağıdılıbdır.  Laçınlıların 
evlərində indi düşmənlər yaşayır. Bu da bir dərddir. Evin 
sökülməsi dərddir, amma evdə düşmənin yaşaması ondan 

 
186 
da  böyük  dərddir.  Çünki  bilirsiniz  ki,  Laçın  rayonunun 
mərkəzində  sizin  evlərinizdə  indi  düşmənlər  yaşayır. 
Yəni,  bu  vəziyyətlə  barışmaq  mümkün  deyil  və  biz  bu 
vəziyyətlə barışmayacağıq.  
Laçının  işğal  altına  düşməsi,  eyni  zamanda,  başqa 
rayonların  işğal  altına  düşməsinə  gətirib  çıxarıb.  Çünki 
1992-ci ilin mayında əvvəl Şuşa, ondan bir neçə gün son-
ra Laçın işğal altına düşmüşdür. Ondan sonra 1993-cü ilin 
aprel  ayında  Kəlbəcər  işğal  altına  düşmüşdür.  Beləliklə, 
Ermənistan  ilə  Dağlıq  Qarabağ  arasında  coğrafi  bağlantı 
yaradılmışdır.  Heç  vaxt  bu  bağlantı  yox  idi.  Dağlıq 
Qarabağ  Azərbaycanın  mərkəzində  yerləşən  bir  tarixi, 
əzəli  Azərbaycan  torpağıdır.  Onun  ətrafında  yerləşən 
torpaqlar,  o  cümlədən  Laçın  Azərbaycan  torpa-ğıdır. 
Onun indiki Ermənistana aid olan ərazilərində də, İrəvan 
xanlığında  da  azərbaycanlılar  yaşamışlar.  İndiki  Erməni-
stan  Azərbaycan  torpağıdır.  Biz  bunu  bilirik.  Tarixi 
sənədlər  də  bunu  göstərir.  Beləliklə,  Laçının  işğal  altına 
düşməsi digər rayonların da işğal altına düşməsinə gətirib 
çıxarmışdır.  Mən  tam  əminəm  ki,  bu  gün  hörmətli 
ağsaqqalla söhbət əsnasında bir daha bu barədə öz fikirlə-
rimizi bildirdik, əgər o vaxt ulu öndər Heydər Əliyev ha-
kimiyyətdə  olsaydı,  heç  vaxt  bir  qarış  torpaq  düşmənin 
işğalına məruz qalmazdı.  
Düşmənlərimiz də bunu bilirdilər və ona görə Hey-
dər Əliyev hələ Bakıdan Moskvaya işləməyə gedəndə ona 
qarşı  kampaniya  başlamışdı.  Ləkələmə,  qaralama, 
qarayaxma  kampaniyasına  başlamışdılar-  həm  ermənilər, 
erməni  millətçiləri,  həm  də  burada,  Azərbaycanda  yaşa-
yan  antimilli  qüvvələr.  Heydər  Əliyev  Siyasi  Bürodan 
istefa  verəndən  bir  neçə  gün  sonra  ermənilər  Qarabağ 
məsələsini  qaldırmışlar  və  ondan  sonra  müharibə  baş-
lamışdır. Əfsuslar olsun ki, o vaxt Azərbaycanın başında 

 
187 
dayanan  insanlar  xalqın  etimadını  nəinki  doğ-rulda 
bilməmişlər,  cinayət  törətmişlər.  İndi  biz  bu  vəziy-yətlə 
üzləşmişik.  
Mən  bir  daha  demək  istəyirəm  ki,  bu  məsələ  həll 
olunmayana qədər Azərbaycan xalqı rahat yaşaya bilməz 
və biz sakitləşməyəcəyik. Biz bu  məsələni öz  xeyrimizə, 
ədalətli  şəkildə  həll  etməliyik.  Azərbaycan  çoxmillətli 
dövlətdir. Heç vaxt Azərbaycanda milli, dini zəmində heç 
bir  qarşıdurma  olmamışdır.  Dağlıq  Qarabağda  ermənilər 
də  suveren  Azərbaycan  dövlətinin  tərkibində  yaşaya 
bilərlər  və  yaşamalıdırlar.  Hazırda  Azərbaycanda  ermə-
nilər yaşayırlar. Heç kim onlara bir söz demir, onlar bizim 
vətəndaşlarımızdır.  Yəni,  Azərbaycan  tolerant,  dözümlü 
ölkədir. Azərbaycan xalqı tolerant xalqdır.  
Dağlıq  Qarabağ  məsələsi  yalnız  bu  prinsiplər 
əsasında öz həllini tapmalıdır. Bizim ərazi bütövlüyümüz 
bərpa edilməlidir. Bütün köçkünlər öz ata-baba torpağına 
qayıtmalıdırlar, o cümlədən Dağlıq Qarabağa. Ondan son-
ra Dağlıq Qaraba-ğın erməni və azərbaycanlı icmaları bir 
yerdə  yaşayacaqlar.  Azərbaycanlılar  Şuşaya  qayıtma-
lıdırlar,  orada  yaşamalıdırlar  və  yaşayacaqlar.  Biz  istəyi-
rik ki, bunu  sülh  yolu ilə edək. Əgər bu imkan mümkün 
olmasa,  onda  istənilən,  lazım  olan  anda  Azərbaycan  Or-
dusu öz sözünü deyəcəkdir.  
Əziz  dostlar,  mən  bu  gün  bir  daha  sizi  salamla-
yıram.  Bir  daha  demək  istəyirəm  ki,  bu,  sadəcə  olaraq 
müvəqqəti  yaşayış  yeridir.  Ancaq  biz  istəyirik  ki, 
müvəqqəti  də  olsa,  şərait  yaxşı  olsun.  Hesab  edirəm  ki, 
burada yaxşı şərait yaradılmışdır. Qaçqınların və Məcburi 
Köçkünlərin  İşləri  üzrə  Dövlət  Komitəsinin  fəaliyyətini 
yüksək  qiymətləndirirəm.  Bütün  bu  işləri  çox  böyük 
peşəkarlıqla,  böyük  məhəbbətlə  görürlər.  Biz  daim  əlaqə 
saxlayırıq,  bütün  bu  layihələr  məruzə  edilir.  Komitə 

 
188 
tərəfindən irəli sürülən bütün təşəbbüslər mənim tərəfim-
dən  dəstəklənir.  Gələn  il  bu  məqsədlər  üçün-  yeni 
qəsəbələrin salınması üçün daha da çox vəsait ayrılacaq-
dır.  Azərbaycan  Dövlət  Neft  Fondu  da  bu  sahədə  böyük 
işlər  görür.  Bu,  bir  daha  onu  göstərir  ki,  xalqın  sərvəti 
olan  neft  və  ondan  əldə  olunan  gəlir  insanların  sərənca-
mındadır. Azərbaycanda bu gəlirlər ədalətli şəkildə bölü-
nür. Neft Fondu artıq dünya miqyasında çox böyük nüfu-
za  malik  olan  təşkilatdır.  Neft  Fondunun  gəlirləri  artır. 
Belə  olan  halda,  əlbəttə  ki,  yeni  qəsəbələrin  tikil-məsinə 
daha da böyük məbləğdə vəsait ayrılacaqdır.  
Bir daha sizi salamlayıram, sizə cansağlığı və uğur-
lar arzulayıram. 
Məcburi  köçkünlər  adından  çıxış  edən  Əmirxan 
Zeynaov dövlətimizin başçısına minnətdarlıq edərək dedi: 
Möhtərəm cənab Prezident! 
İcazə  verin,  bütün  laçınlılar  adından  sizi  salam-
layım.  Bizə bəxş etdiyiniz bu gözəl,  yaraşıqlı,  hər cəhət-
dən rahat qəsəbəmizə xoş gəlmisiniz, deyim.  
Cənab  Prezident,  Siz  söylədiyiniz  kimi,  Laçının 
işğalı  doğrudan  da  hamımız  üçün  ağır  idi.  O  vaxtlar  biz 
ağır  şəraitdə  yaşadıq.  Ancaq  inanın,  bir  dəqiqə  də  olsun 
Laçına  qayıtmaq  fikrindən  dönmədik.  Ulu  öndər  Heydər 
Əliyev  o  vaxt  rəhbərimiz  olsaydı,  bizim  bir  qarış  torpa-
ğımız da getməyəcəkdi. Heydər Əliyev Dağlıq Qarabağın 
bir qarış torpağını da verməzdi.  
Möhtərəm cənab Prezident, biz Sizin bütün işlərinizi 
diqqətlə izləyirik və alqışlayırıq. Dağlıq Qarabağ məsələsi 
sözsüz ki, ağır, problemli məsələdir. Siz çox gözəl dediniz 
ki,  bu  problemin  həlli  təkcə  Azərbaycan  xalqının  əlində 
deyil.  Əgər  bütün  dünya  dövlətləri  bu  məsələdə  bizim 
haqq işimizi dəstəkləsə, bu problem əlbəttə ki, həll oluna-
caqdır.  Ancaq  Siz  ardıcıl  olaraq,  dönmədən,  inamla  elə 

 
189 
siyasət  aparırsınız  ki,  bütün  dünya  xalqları  artıq 
Azərbaycanın  haqlı  olduğunu  qəbul  edir.  Xalqımızın 
rifahının yaxşılaşdırılması yolunda fəaliyyətinizi dəstəklə-
yirik. Biz həmişə Sizinləyik. 
Hörmətli  Prezident,  həqiqətən  Sizin  apardığınız 
siyasət, tutduğunuz strateji mövqe nəticəsində dünya artıq 
demək olar ki, bizə olan münasibətini dəyişib.  
Məsələn,  iki  gün  bundan  əvvəl  Meksikada  Xocalı 
faciəsinin  gündəmə  gətirilməsi  və  bu  faciəni  törədən  er-
mənilərin  pislənməsi,  Sizin  apardığınız  daxili  və  xarici 
siyasətin  əməli  nəticəsidir.  Siz  bu  məsələni  sülh  yolu  ilə 
çözmək  istəyirsiniz.  Bəli,  əlbəttə  ki,  sülh  yolu  lazımdır. 
Mən  də  bir  ağsaqqal  kimi,  bir  ziyalı  kimi,  Sizin  bu  tək-
lifinizi,  yəni  Sizin  apardığınız  bu  yolu  dəstəkləyirəm. 
Çünki  əgər  torpağımız  sülh  yolu  ilə  qayıdarsa,  qan 
tökülməz,  şəhid  verilməz.  Analar  ağlamaz.  Bax,  buna 
görə biz sizi dəstəkləyirik.  
Cənab Prezident, Siz halal, haqq yolu ilə gedən bir 
insansınız.  
Apardığınız  daxili  və  xarici  siyasət  bir  daha  sübut 
edir ki, biz o torpaqlarımıza qayıdacağıq. Əgər ermənilər 
Sizin  insanpərvərliyinizlə,  apardığınız  siyasətlə  barışma-
salar, qoy özlərindən küssünlər. Biz Sizi gözləyirik, bütün 
laçınlılar, bütün Azərbaycan xalqı Sizin əmrinizi gözləyir. 
Əgər torpaqlarımız sülh yolu ilə azad edilməsə, Siz qərar 
versəniz  ki,  bu  torpaqları  hərb  yolu  ilə  azad  etməliyik, 
bütün  Azərbaycan  xalqı  kimi  laçınlılar  da,  cavanları  da, 
yaşlıları da Sizi dəstəkləyəcəkdir. Mən də bir ziyalı kimi 
öz övladlarımla ön cərgədə olacağam.  
Cənab  Prezident,  bu  müharibə  mənim  də  ailəmdən 
yan  keçməmişdir.  İyirmi  nəfərə  qədər  ən  yaxın  qohum-
larım  şəhid  olmuşdur.  Dərs  dediyim  şagirdlərdən  on 
nəfəri  torpaqlarımız  uğrunda  qəhrəmancasına  mübarizə 

 
190 
aparıb şəhid olmuşdur. Bir şagirdim, Oqtay Güləliyev ən 
yüksək  ada,  Milli  Qəhrəman  adına  layiq  görülmüşdür. 
Bəli,  xalqımız  vüqarlıdır.  Xalqımız  öz  torpağını  istəyən-
dir.  Ancaq  düşmənin  arxası  güclü  olduğuna  görə,  biz  o 
torpaqdan  uzaqlaşdıq.  Birmənalı  demək  olar  ki,  Siz  və 
hörmətli xanımınız köçkünləri heç vaxt yaddan çıxarmır-
sınız. Bizə diqqət və qayğı göstərirsiniz. Yəni biz bir növ 
Vətəndən uzaq olan, necə deyərlər küskün, bir az məyus 
insanlarıq. Amma Sizi  bu gün görəndə biz bütün dərdlə-
rimizi  unuduruq  və  fəxr  edirik.  Siz  bizə  diqqət  və  qayğı 
göstərirsiniz.  Məsələn,  dünən  Verdiyiniz  Fərman,  istər-
istəməz hər bir laçınlını, hər bir Qarabağ müharibəsi vet-
eranını  sevindirir.  Ona  görə  ki,  həmin  Fərmanla  müa-
vinətləri artırmısınız. 
Cənab  Prezident,  Sizin  “Axı  biz  nə  istəyirik?” 
sözləriniz heç vaxt laçınlıların yadından çıxmır. Bəli, biz 
nə  istəyirik?  Biz  doğma  ata-baba  yurdumuzu  istəyirik. 
Biz ora qayıtmaq istəyirik. Orada yaşamaq istəyirik. Bun-
dan  gözəl,  bundan  ülvi  nə  hiss  ola  bilər?  Ona  görə  də 
Sizin apardığınız siyasəti biz dəstəkləyirik, Sizə inanırıq. 
İnanırıq  ki,  o  torpaqları  şəxsən  Siz,  İlham  Heydər  oğlu 
Əliyev  qaytaracaqdır.  Siz  Laçını  da,  Şuşanı  da,  Dağlıq 
Qarabağı  da  azad  edəcəksiniz.  Bizimlə  o  torpaqda 
yaşayacaqsınız. O üç rəngli müqəddəs bayrağımızı Siz o 
dağların uca zirvəsinə taxacaqsınız.  
Cənab Prezident, Siz bu gün bizi çox sevindirirsiniz. 
Bizə ürək-dirək verirsiniz. Biz bilirik ki, Sizin bu gün əziz 
gününüz, ad gününüzdür. Əlli yaşınız tamam olur. Həmin 
günü  Siz  ailənizlə,  övladlarınızla,  gözəl  nəvələrinizlə  bir 
yerdə keçirə bilərdiniz. Amma görün Siz nə qədər həssas, 
nə  qədər  qədirbilənsiniz  ki,  köçkünlərin  vəziyyətini 
nəzərə  alırsınız,  onların  qəlbini  sevindirirsiniz,  onlara 
fərəh,  sevinc  bəxş  edirsiniz.  Biz  laçınlılar  heç  vaxt  bu-

 
191 
günkü  günü  unutmayacağıq.  Sizə  dərin  minnətdarlığı-
mızı bildiririk. Çox sağ olun.  
Əziz Prezidentimiz, Siz xoşbəxtsiniz, Heydər Əliye-
vin  varisisiniz,  Azərbaycan  xalqının  qürurlu  Prezidenti-
siniz.  Siz  xoşbəxtsiniz,  gözəl  ailəniz  var,  gözəl  övlad-
larınız, nəvələriniz var. Bütün bunlar hamısı Allahın ver-
diyi bir hədiyyədir.      
Mən, Mehriban xanım Əliyevanın gördüyü işlərə az 
da  olsa  bir  diqqət  yetirmək  istəyirəm.  Mehriban  xanım 
Əliyevaya, Azərbaycanın birinci xanımına gördüyü bütün 
işlərə,  elmin,  təhsilin,  mədəniyyətin  inkişafına  verdiyi 
töhfələrə,  ən  gözəl  ana  olduğu  üçün  bütün  Azərbaycan 
övladlarını  doğma  balası  kimi  sevdiyinə,  onlara  qayğı 
göstərdiyinə görə təşəkkür edirəm. 
Mehriban  xanım  Əliyeva  Sizinlə  çiyin-çiyinə 
fəaliyyət  göstərir.  Hara  gedirsə  orada  azərbaycançılıq, 
Dağlıq Qarabağ məsələsi, o məsələnin həli yolları uğrun-
da  gözəl  addımlar  atır.  Məsələn,  Mehriban  xanım  Əliye-
vanın dinlərarası toplantıda və yaxud da İtaliyadakı çıxışı, 
orada  bir  kilsənin  təmirinə  100  min  avronun  ayrılması, 
dinlərarası,  Siz  dediyiniz  kimi  tolerantlığın  ən  yüksək 
zirvəsidir.  Yəni  Allah  birdir.  Ocaqlar  müqəddəsdir.  Qoy 
dindən pis niyyətlərlə istifadə etməsinlər, xalqlar azad və 
xoşbəxt yaşasınlar.  
Əziz Prezidentimiz, biz Sizinlə fəxr edirik. Sizə uz-
un  ömür,  cansağlığı  arzulayırıq.  Allah-təala  Sizə  xalqı-
mızın arzusu ilə 100 il ömür versin, yaşayın, yaradın. Çox 
sağ olun. Sizə təşəkkür edirəm. 
Prezident  İlham  Əliyev:  Sağ  olun.  Xoş  sözlərinizə 
görə minnətdaram. Mən demək istəyirəm ki, adətən öz ad 
günlərimi qeyd etmirəm. Ancaq bu il belə  qərara gəldim 
ki, öz ailəmlə bunu qeyd edim və bu gün mən öz ailəmlə 
birlikdəyəm,  mənim  ailəm  sizsiniz.  Eyni  zamanda,  mən 

 
192 
çox  şadam  ki,  bu  günü  hamımız  üçün  müqəddəs  olan 
Qarabağ torpağında qeyd edirəm. 
Bir  daha  sizə  dərin  minnətdarlığımı  bildirmək  istə-
yirəm.  Cansağlığı,  xoşbəxtlik  arzulamaq  istəyirəm.  Bir 
daha  əminliyimi  bildirirəm  ki,  biz  öz  doğma  torpaqları-
mıza qayıdacağıq (4). 
Cənab  Prezidentimiz  İlham  Əliyevin  Laçınlı  məc-
buri köçkünlərlə görüşünün hər bir laçınlının qəlbində ya-
ratdığı  xoş  təssürata,  torpaqlarımıza  tezliklə  qayıdaca-
ğımıza olan inama güvənərək  bir daha qeyd  etmək istə-
yirəm ki, Sultan bəy yurdunun oğul və qızları yaşadıqları 
yerdən və şəraitdən asılı olmayaraq daim Laçın həsrəti ilə 
yaşayır, ona qovuşacağı günü intizarla gözləyirlər. Şəxsən 
tanımadığım  Əlövsət  Museyiboğlunun  vətən  sevgisi, 
vətən  həsrəti  ilə  yoğrulmuş  və  Sultan  bəy  övladlarını 
torpaqlarımızın  azadlığı  uğrunda  mübarizəyə  hazır  olma-
ğa çağıran «Laçın gözləyir» şerini Laçının dəyərli ziyalı-
larından və vətənsevər oğullarından biri olan Qərib Səlim-
ovun vasitəsi ilə oxudum. Şerdə düşüncələrimin əyani təs-
diqini tapmış oldum. Bütün Laçınlıların arzu və istəklərini 
də elə bu şer vasitəsi ilə ifadə etmək bizcə yerinə düşər: 
 
 
Yüklə 6,18 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin