Qarabağ uğrunda gedən döyüĢlərdə həlak olmuĢ
Laçın polisinin əməkdaĢları (36,177-181).
Soyadı
və
atasının adı
Şəhid oldu-
ğu gün, ay,
il.
Təltifin adı
və tarixi
Şəhid
olduğu
yer
1
1
Güləliyev
Oqtay Güləli
oğlu
11.10.1992
Milli
qəhrəman
11.05.1993
Laçın
rayonu
Hocaz
kəndi
2
Şahverdiyev
İsrafil
Şahverdi
oğlu
13.01.1994
Miilli
qəhrəman
15.01.1995
Füzuli
rayonu
3
Eyvazov
Qorxmaz
Abış oğlu
10.02.1994
Milli
qəhrəman
25.01.1995
Füzuli
rayonu
4
İsmayılov
Məzahir Sədi
oğlu
21.04.1994
Azərbay-
can Bayrağı
15.01.1995
Füzuli
rayonu
Horadiz
qəs
5
Abdullayev
Nazim
Xanlar oğlu
21.04.1994
Azərbay-
can
Bayrağı
18.12.1993
Füzuli
rayonu
Horadiz
qəs
6
Şahverdiyev
Rəsul
Şahverdi
oğlu
22.03.1995
Füzuli
rayonu
Horadiz
qəs
7
Cəfərov
Çingiz
Binnət oğlu
23.01.1994
Vətən
uğrunda
30.06.2005
Füzuli
rayonu
Horadiz
qəs
154
8
İsmayılov
Qorxmaz
Əvəz oğlu
10.08.1992
Laçın
rayonu
9
Allahyarov
İlqar
Nurəddin
oğlu
10.02.1994
Vətən
uğrunda
Füzuli
rayonu
Horadiz
qəs
10
Mirzəyev
Rüstəm Jora
oğlu
13.02. 1993
Kəlbəcə
r rayonu
11
Şükürov
Hafiz
Yaqub oğlu
27.08.1994
Füzuli
rayonu
Horadiz
qəs.
12
Məmmədov
Niyazi
Əyyub oğlu
26.02.1994
Füzuli
rayonu
Horadiz
qəs
13
Məmmədov
Ədalət
Həsən oğlu
11.10.92
Laçın
rayonu
Hocaz
kəndi.
14
Şərifov Şərif
Müzəffər
oğlu
13.02.1993
Kəlbəcə
r rayonu
15
Bayramov
Rasim Cəlal
oğlu
08.11.1994
Füzuli
rayonu
16
Cabbarov
Elnur Zakir
oğlu
28.12.1994
Füzuli
rayonu
155
17
Yusifov
Elman
Qüdrət oğlu
21.04.1994
Füzuli
rayonu
Horadiz
qəs
18
Əliyev
Rəhman Əli
oğlu
13.01.1994
Füzuli
rayonu
Horadiz
qəs
19
Bayramov
Yusif
Əli
oğlu
21.04.1994
Füzuli
rayonu
Horadiz
qəs
20
Aslanov
Vüqar
Qəmbər
oğlu
13.03.1994
Füzuli
rayonu
Horadiz
qəs
21
Kərimov
Müşfiq
Bəhmən oğlu
17.01.1994
Füzuli
rayonu
Horadiz
qəs
22
Mərdənov
Bəbir Əvəz
oğlu
10.02.1994
Füzuli
rayonu
Horadiz
qəs
23
Atakişiyev
Şahin
Şiraslan oğlu
05.01.1994
Füzuli
rayonu
Horadiz
24
Qorçuyev
Əfqan
Xanış oğlu
10.02.1994
Füzuli
rayonu
Horadiz
qəs
Əmrəliyev
Namiq
27.03.1994
Füzuli
rayonu
156
25
Yəhya oğlu
Horadiz
qəs
26
Zeynalov
Salman
Əyyub oğlu
10.02.1994
Füzuli
rayonu
Horadiz
qəs
27
Məmmədov
Gəray Azad
oğlu
27.08.1993
Laçın
rayonu
Güləbir
d kəndi
28
Hümbətov
Əhməd
Məhəmməd
oğlu
09.09.1994
Füzuli
rayonu
Horadiz
qəs
29
Orucov
İlham Hüsü
oğlu
23.01.1994
Füzuli
rayonu
30
Məmmədov
Əşrəf
Rəhbər oğlu
11.10.1992
Laçın
rayonu
Hocaz
kəndi
31
Ağayev Fazil
Cəlil oğlu
08.10.1992
Laçın
rayonu
Qazıdə-
rə kəndi
32
Cabbarov
Taleh Cəmil
oğlu
17.01.1994
Füzuli
rayonu
Horadiz
qəs
33
Muradov
Mətləb
Müseyib
13.021993
Kəlbə-
cər
rayonu
157
oğlu
34
Şahverdyev
Ənvər
Şahverdi oğl
21.07.1992
Laçın
rayonu
35
Orucov
Nadir Şükür
oğlu
17.05.1991
Laçın
rayonu
Sadın-
lar
kəndi
36
Əliyev
Etibar
Cabbar oğlu
26.12.1993
Füzuli
rayonu
Böyük
Bəhmən
-li kəndi
37
Məmmədov
Şərif Tahir
oğlu
24.03.1994
Füzuli
rayonu
38
Abdullayev
Vüqar
Sədrəddin
oğlu
10.02.1994
Füzuli
rayonu
Hora-
diz qəs
39
Xəlilov
Həmid
Xudu oğlu
21.04.1994
Füzuli
rayonu
Hora-
diz qəs
40
Xəlilov
Həbib
Sevindik
oğlu
21.04.1994
Füzuli
rayonu
Horadiz
qəs.
Qasımov
Füzuli
158
41
Nəriman
Ramiz oğlu
24.03.1994
rayonu
Horadiz
qəs
42
Məmmədov
Polad Əsgər
oğlu
17.05.1991
Laçın
rayonu
Sadın-
lar
kəndi
43
Məmmədov
Tahir
Məmməd
oğlu
17.05.1991
Laçın
rayonu
Sadın-
lar
kəndi
159
VI FƏSIL.
HEYDƏR ƏLIYEVIN GƏLIġI XALQDA GƏLƏ-
CƏYƏ INAM YARATDI
Azərbaycanda Milli QurtuluĢun zəfər yürüĢü.
XX əsrin 90-cı illərinin əvvəlində Azərbaycan xalqı
məşəqətlərlə, ədalətsizliklərlə və haqsızlıqlarla üzləşmiş-
di. Xalq yalnız ulu öndər Heydər Əliyevin adı gələndə
sabaha ümidlə baxırdı. Həmin dövrdə respublikaya rəh-
bərlik fərasətsiz, naşı adamların əlinə keçmişdi, xalqın
adından geninə-boluna danışan, onun etimadından sui-
istifadə edərək hakimiyyətə yiyələnən Azərbaycan Xalq
Cəbhəsi verdiyi vədləri tez bir zamanda unutmuşdu. Bun-
dan da istifadə edən xarici qüvvələr daxildəki sat-qınların
əli ilə Azərbaycanı parçalamağa səy göstərirdilər.
Moskvadan vətənə döndükdən sonra hakimiyyətə
qayıtmaq iddiasında olmadığını dəfələrlə bəyan etmiş ulu
öndər Heydər Əliyevin məsləhətlərinə cəbhəçilər qısqanc-
lıqla yanaşır, ermənilərlə mübarizədə Naxçıvanı qoruyub
saxlayan, xalqın rəhbərini günahlandırır, qədim diyarda
anarxiya yaratmaq üçün müxtəlif çirkin üsullara əl
atırdılar.
Dağlıq Qarabağ probleminin həlli ilə məşğul olma-
ğı boynuna götürən «Minsk qrupu»nun fəaliyyəti hiss
edilmirdi. 1993-cü ilin yazına doğru ölkədaxili vəziyyət
daha da kəskinləşmişdi. Bütün imtiyazlar əllərindən alı-
nan S.Hüseynov, R.Qazıyev, Ə.Hümbətov pozuculuq işi
aparırdılar. Hökümətə tabe olmaqdan imtina edən bir qrup
zabit də onlara qoşularaq Gəncədə «Hərbi birlik» adlı
siyasi təşkilat yaratmışlar. Birlik və onun təsiri altında
olan 709 saylı hərbi hissə Ali Baş Komandana tabe ol-
160
maqdan imtina etmişdir. İqtidar isə hərbi müxalifətin öh-
dəsindən gələ bilmirdi. Belə bir vaxtda Gəncədə qardaş
qanı töküldü.
Lakin xalqın ağır günündə ilk mərdanə sözü Heydər
Əliyevin rəhbərlik etdiyi Naxçıvanın Ali Məclisi iyunun
5-də dedi. Deputatlar Gəncə hadisələri barədə çox tutarlı,
kəskin və obyektiv bir bəyanət verdilər. Bakı isə hələ də
susurdu. İyunun 8-də isə Ə.Elçibəyin Milli Məclisdəki
çıxışı və bunun ardınca AXC-nin heç bir ədəb-ərkana
sığmayan bəyanatı hamını sarsıtdı. Gəncədə isə aramsız
mitinqlər gedir hadisələrə siyasi qiymət verilməsini
qətiyyətlə tələb edirdilər. Bax belə bir təhlükəli, çıxılmaz
vəziyyətlə üzləşən AXC-Müsavat cütlüyünün funksio-
nerləri canlarının qorxusundan dünənədək kölğəsini
qamçıladıqları Heydər Əliyevə minnətçi düşdülər. Üç
dəfə Naxçıvana xüsusi təyyarə göndərildi, lakin Heydər
Əliyev çağırışı qəbul etmədi. Yalnız Gəncədə baş verən
qanlı toqquşmadan sonra xalq ayağa qalxıb ulu öndəri
təkidlə Bakıya dəvət edəndə Heydər Əliyev həyatı boyu
səadəti və rifahı uğrunda mübarizə apardığı Azərbaycan
xalqının köməyinə gəldi. İyunun 9-da Prezidentin şəxsi
təyyarəsi ilə Naxçıvandan Bakıya gələn ümummilli lider
vəziyyəti aydınlaşdırmaq üçün Gəncə şəhərinə getməyi
qərara aldı. İyunun 13-də Heydər Əliyev Gəncə şəhərinə
gəldi, döyüş meydanına çevrilmiş hərbi hissələrin ərazi-
sini gəzdi. Bu gəliş, əhalidə gələcəyə böyük inam yaratdı.
Torpaqlarımızın dalbadal işğalı, qaçqın və köçkün
axını, müxtəlif kəşfiyyat orqanlarının təxribat əməlləri
əhalini yormuş, təngə gətirmişdi. Lakin iyunun 15-də
Heydər Əliyev xalqın təkidi ilə Azərbaycan Respublikası
Ali Sovetinin sədri seçildi. Onun Ali qanunvericilik orqa-
nına sədr seçilməsi respublika həyatında mühüm bir tarixi
hadisə oldu. Bu siyasi qayıdış, sözün həqiqi mənapsında
161
Azərbaycanı azərbaycanlılara, milləti özünə qaytardı. Bu
parlaq dühanın xilaskarlıq missiyası nəticəsində Azərbay-
can dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən,
ötən əsrin əvvəllərində mövcud olmuş Xalq Cumhuriy-
yətinin aqibətindən qurtardı. Bu Azərbaycanda sözün hə-
qiqi mənasında, Milli Qurtuluşumuzun zəfər yürüşü oldu.
4 iyun hadisələri ərəfəsində və ondan sonra res-
publikada hər hansı dövlət vəzifəsinin məsuliyyətini öz
üzərinə götürmək, hər kəsdən böyk risq, qətiyyət və hünər
tələb edirdi. Azərbaycanın Coğrafi mövqeyindən asılı ola-
raq bir çox dövlətlər Azərbaycanı öz təsir dairəsinə sal-
maq istəyirdi. Üstəlik ölkə daxilində siyasi gərginlik sən-
gimək bilmir, gündən-günə şiddətlənirdi. Ön cəbhə isə
siyasi çəkişmələr ucbatından ermənilərin üzünə açıq
qalmışdı. Erməni işğalçıları üçün əlverişli şərait yaran-
mışdı. Məhz belə bir vaxtda, xalqın çətin günündə ona
kömək duracaq, milləti bu bəlalardan xilas edə biləcək
tarixi bir şəxsiyyətin, müdrik siyasi xadimin hakimiyyətə
gəlişi labüd idi. 15 iyun 1993-cü ildə Heydər Əliyevin
Respublika Ali Sovetinin Sədri seçilməsi də bu zərurətdən
qidalanmışdı. 1993-cü ilin iyununda başlanmış bu dövr
mahiyyətcə Azərbaycan dövlət müstəqilliyinin qorunub
saxlanması, möhkəmləndirilməsi uğrunda mübarizə və
yeni, müstəqil Azərbaycanın qurulması dövrüdür.
Ulu öndər Heydər Əliyevin 1993-cü ildə Azər-
baycan rəhbərliyinə qaydışı ilə ölkənin ictimai-siyasi,
sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əla-
qələrdə dönüş yarandı. Elmi əsaslarla beynəlxaq norma və
prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi
başlandı. Milli ordu formalaşdı. Torpaqlarımızın müda-fiə
olunması ilə bağlı mühüm addımlar atıldı. Atəşkəsə nail
olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə
salındı və bunun nəticəsində 1994-cü ilin mayında ölkə-
162
miz üçün həyati əhəmiyyəti olan atəşkəsə nail olundu.
Azərbaycanda yaranmış nisbi sabitlikdən və beynəlxalq
aləmdə ölkəmizə artan inam və maraqdan istifadə edərək
1994-cü ilin 20 sentyabrında dünyanın aparıcı neft şirkət-
ləri ilə «Əsrin müqaviləsi» imzalandı. 1995-ci ilin 12
noyabrında referendum yolu ilə müstəqil Azərbaycanın
yeni konstitusiyası qəbul olundu. Bununla demokratik
dəyərlərin bərpa olunması yolunda mühüm addım atıldı.
Şərq aləmində ilk dəfə olaraq Azərbaycanda ölüm cəzası
ləğv edildi. Azad, demokratik bir şəraitdə prezident, par-
lament və bələdiyyə seçkiləri keçirildi. Azərbaycan qısa
müddət ərzində Beynəlxalq Birliyin tam hüquqlu üzvlə-
rindən birinə çevrildi. Dünyanın aparıcı şirkətləri ilə bağ-
lanmış müqavilələrin həyata keçirilməsi, Qərb bazarına
lkin neftin nəqli ölkə iqtisadiyyatındakı böyük dəyişik-
liklərin əsasını qoydu. Respublikada texniki nailiyyətlər
və onun tətbiqi öz bəhrəsini verdi.
Heydər Əliyev müharibə məsələsində düzgün
mövqe tutdu. Müdrik bir strateq kimi real vəziyyəti nəzə-
rə aldı. Məkrli düşmənlərimizin və onların beynəlxalq ha-
vadarlarının gücünü, planlarını, Azərbaycanın düşdüyü
qanlı burulğanın nə qədər təhlükəli olduğunu görüb, möv-
cud durumu düzgün qiymətləndirdi. Real vəziyyətdən
çıxış edərək atəşkəs rejiminə nail oldu. Bununla Azərbay-
canın gənc, sağlam qüvvələrinin mənasız yerə qırılması-
nın qarşısını aldı. Genefondumuzu xilas etdi. Bu xalqımı-
zın yaşaması, gələcəyi demək idi.
163
VII FƏSIL.
ĠSTƏMIRIK CƏNNƏTI, BIZLƏRƏ LAÇIN
GƏRƏK
Laçınlı köçkünlərə hər zaman dövlət qayğısı
olmuĢdur.
Laçın işğal olunsa da laçınlılar əyilmədilər. Rayo-
nun 60 min nəfər əhalisi Azərbaycanın 59 rayon və
şəhərində müvəqqəti məskunlaşmışdı.
Laçın rayon icra aparatı Ağcabədidə «Taxta körpü»
adlanan yerdə 1938-ci ildən laçınlılara məxsus olan 36
min hektarlıq qış yataqında yerləşir. Rayonda 50 inzibati-
ərazi vahidi üzrə nümayəndəlik fəaliyyət göstərir. Orada
164
86 oba məskunlaşmışdır. 2008-ci ilin yanvarı üçün rayon
əhalisinin sayı 68303 nəfər olmuşdur (16,15). Yurd-
yuvasından didərgin düşmüş soydaşlarımızın güzəranının
yaxşılaşdırılması ümummilli lider Heydər Əliyevin rəhb-
ərliyi dövründə hər an diqqət mərkəzində olmuşdur.
Həmin kurs bu gün də ulu öndərin layiqli davamçısı,
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev
tərəfindən uğurla davam etdirilir. Cənab prezident tərəfin-
dən laçınlılara göstərilən yüksək diqqət və qayğı nəticə-
sində Taxtakörpü və məcburi köçkünlərin sıx məskun-
laşdığı digər yerlərdə genişmiqyaslı tikinti-quraşdırma,
abadlıq işləri görülmüşdür. 2008-2011-ci illərdə Taxta-
körpüdə və Respublikanın digər ərazilərində fin tipli
quraşdırma evlərdə məskunlaşmış 880, məktəb binala-
rında məskunlaşmış 87, həmçinin Taxtakörpü ərazisin-
dəki qamış-daxal evlərdə və yeraltı qazmalarda məskun-
laşmış 3400 laçınlı məcburi köçkün ailəsi üçün bütün
infrastruktura malik yeni qəsəbənin salınması nəzərdə
tutulmuşdur (16,16). Bu iş qərar qəbul edilən gündən
uğurla davam etdirilir.
2011-ci ildə Ağcabədi rayonundan Taxta körpü
qəsəbəsinə 22 km uzunluğunda təbii qaz xətti çəkilmiş və
15 iyun Milli Qurtuluş Günü ərəfəsində məcburi köç-
künlərin istifadəsinə verilmişdir. Yaxın gələcəkdə Taxta
körpü ərazisindəki obaların da qazlaşdırılması üçün mü-
vafiq tədbirlər görülməsi nəzərdə tutulmuşdur (35).
Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin 1 iyul 2004-cü il tarixli 298 nömrəli Sərəncamı
ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin
yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun
artırılması üzrə Dövlət Proqramı”na 31 oktyabr 2007-ci il
tarixli Sərəncamla edilmiş Əlavələrin müvafiq bəndinə
uyğun olaraq 2011-ci ilin əvvəlində Taxtakörpü ərazi-
165
sində bütün infrastruktura malik 552 ailəlik qəsəbənin
tikintisinə başlanılmış və qısa müddətdə qəsəbənin tikin-
tisi başa çatdırılmışdır. 24 dekabr 2011-ci il tarixdə
Möhtərəm Prezidentimizin iştirakı ilə açılışı olan qəsə-
bəyə Ağcabədi rayonundakı “Alman”, “Yastıyol” və
“Taxta körpü” qəsəbələrində fin tipli evlərdə məskun-
laşmış məcburi köçkünlər köçürülmüş və köçürülmə
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köç-
künlərin İşləri üzrə Dövlət Komitəsinin müvafiq Komis-
siyası tərəfindən həyata keçirilmişdir. Qəsəbəyə əlavə
olaraq 4 şəhid ailəsi, 3 Qarabağ müharibəsi əlili, 5 nəfər
həkim, 35 nəfər rayonun idarə və müəssisələrində, hüquq-
mühafizə orqanlarında işləyərək kirayədə yaşayan və ya
mənzil-məişət şəraiti ağır olan işçilər, 2010-cu ildə baş
vermiş təbii fəlakət nəticəsində evləri uçmuş 10 ailə,
rayon Təhsil şöbəsinin yeni inzibati binasının yerinə
düşən və ümumi görünüşə xələl gətirən vaqon və beton
evlərdə məskunlaşmış 14 ailə, həmçinin Ağcabədi şəhə-
rində Yol idarəsinin yardımçı binasında məskunlaşmış 2
ailə, Saatlı, Biləsuvar, İmişli rayonlarında ağır şəraitdə
yaşayan 17 ailə də yeni evlərlə təmin edilmişdir. Eyni
zamanda Taxtakörpü qəsəbə orta məktəbinin fin tipli
otaqları, məcburi köçkünlər tərəfindən Rayon İcra Haki-
miyyətinə könüllü olaraq təhvil verilmiş fin evləri Taxta-
körpü ərazisində, İsmayıllı və digər rayonlarda məskun-
laşmış və evləri təbii fəlakət zamanı uçmuş 30 məcburi
köçkün ailəsinə müvəqqəti istifadə üçün paylanılmışdır.
Bununla yanaşı dövlət Proqramına 2011-ci ilin 21
fevral tarixində Möhtərəm Prezidentimiz cənab İlham
Əliyevin Sərəncamı ilə müvafiq əlavələr olunmuşdur.
Həmin əlavələrə uyğun olaraq Taxta körpü ərazisində
qamış daxal evlərdə məskunlaşmış 1500 ailəyə, eyni
zamanda Bakı, Sumqayıt şəhərlərində yataqxana, şəxsi
166
mənzillərdə və digər ictimai binalarda məskunlaşmış 3
mindən çox laçınlı məcburi köçkün ailəsinə yeni evlərin
tikilməsi nəzərdə tutulmuşdur. Bunlarla bərabər Taxta
körpü ərazisində məcburi köçkünlər üçün yeni evlərin
tikilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti tərəfindən 627 hektar torpaq sahəsi ayrılmış,
artıq görüləcək bu işlər layihələndirmə mərhələsindədir.
Rayon İcra hakimiyyəti isə çalışır ki, 2012-ci ildə Taxta
körpü ərazisində məskunlaşmış məcburi köçkünlər üçün
yeni evlərin inşasına başlanılsın. Eyni zamanda Dövlət
Proqramına əlavələrə uyğun olaraq Naftalan şəhərində 4
sanatoriyada məskunlaşmış 45 məcburi köçkün ailəsi
2011-ci ilin sonlarında Goranboy rayonunda tikilmiş
çoxmərtəbəli binalarda yeni mənzillərlə təmin edilmişdir.
Ümumilikdə göstərmək lazımdır ki, Möhtərəm Pre-
zidentimiz cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı
nəticəsində laçınlı məcburi köçkünlərin məskunlaşdığı
ərazilərdə abadlıq-tikinti, mənzil-məişət şəraitinin yaxşı-
laşdırılması istiqamətində xeyli iş görülmüş, sosial, iqti-
sadi və mədəni sahələrdə bir çox tədbirlər həyata keçiril-
mişdir.
Belə ki, Heydər parkı və Gənclər parkında, Şəhid-
lərin abidə kompleksi, Rayon İcra hakimiyyəti inzibati
binası və Ulu Öndər Heydər Əliyevin büstü ətrafında
xeyli abadlıq işləri görülmüş, müxtəlif güllər əkilmiş,
parkda yeni hovuz tikilərək fəvvarə quraşdırılmış, parka
yeni oturacaqlar qoyulmuş, yaşıllıq sahəsinin yaradılması
ilə bağlı 8700 m2 sahədə şoranlaşmış torpaq çıxarılıb
yerinə münbit torpaq tökülərək 6500 ədəd gül və 700
ədəd həmişəyaşıl ağac əkilmişdir. Eyni zamanda 3830 m2
tomet, 1796 m2 aqlay örtüklü səki və döşəmə tikilmiş, yol
167
kənarında və meydanlarda 340 m2 stend alkaponla üz-
lənmişdir (35).
Taxta körpü ərazisində məskunlaşmış məcburi
köçkünlərin elektrik enerjisi ilə bağlı problemlərinin həll
olunması məqsədilə qəsəbədə 250 kva-lıq transformator
yenisi ilə əvəz olunmuş, Qarıqışlaq obasında 1 ədəd 160
kva-lıq, Rayon Mərkəzi Xəstəxanasında 1 ədəd 100 kva-
lıq yeni transformator quraşdırılmış, 8 ədəd transforma-
tor əsaslı, 40 ədəd transformatorda cari təmir işləri apa-
rılmış, 5 min metr uzunluğunda müxtəlif gücə malik
elektrik hava xətti yenisi ilə əvəz olunmuşdur (35).
«Azərbaycan Respublikası regionlarının 2009-2013-
cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»na
uyğun olaraq Taxta körpü ərazisində torpaqların melio-
rativ vəziyyətinin yaxşılaşdırılması məqsədilə meliorasiya
tədbirləri il ərzində davam etdirilmişdir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin
diqqət və qayğısı sayəsində ötən il Böyük Vətən Müha-
ribəsi veteranları Göyüş Səfərova, Məmmədxan Əhmə-
dova minik avtomobili verilmiş, eyni zamanda 2012-ci
ilin fevralında Əmək və Müharibə Veteranları Şurasının
sədri Cəmşid Tağıyevə də avtomobil hədiyyə olun-
muşdur.
Laçın Rayon İcra hakimiyyətinin 2011-ci ilin
yekunlarına dair hesabatından görünür ki, 2011-ci ilin
sonunda rayon üzrə əhali və fermer təsərrüfatlarında
33907 baş iribuynuzlu qaramal, 201497 baş xırda buy-
nuzlu davarlar, 5073 arı ailəsi, 89317 ev quşları olmuş,
ötən ilin müvafiq dövrü ilə müqayisədə 3217 baş
qaramalda, 1365 baş davarlarda, 701 arı ailəsində artım
əldə edilmişdir. Rayon üzrə 2011-ci ildə 17990 sentner
ət, 130952 sentner süd, 3709 sentner yun, 1 277 000
168
ədəd yumurta istehsal edilmiş, 2010-cu illə müqayisədə
2275 sentiner ət, 3242 sentner süd, 79 sentner yun, 71
min ədəd yumurta çox istehsal olunmuşdur. Bu onu
göstərir ki, köçkünlər müvəqqəti düşdükləri vəziyyətdən
asılı olmayaraq yaşayır, yaradır və istehsalla məşğul
olurlar (35).
Laçınlı gənclərin respublikanın müxtəlif yerlərində
pərakəndə yaşamalarına baxmayaraq onların təhsilinə
xüsusi diqqət və qayğı göstərilir. Belə ki, 2010/2011-ci
dərs ilində rayonun tam orta məktəblərini bitirmiş
məzunlardan 143 nəfəri respublikanın müxtəlif ali mək-
təblərinə qəbul olunmuş, 3 nəfər 600-dən yuxarı bal top-
lamışdı. Rayonun 1 saylı tam orta məktəbinin məzunu
Məmmədov Hüseyn Cəfər oğlu ölkə Prezidenti cənab
İlham Əliyevin Sərəncamı ilə Prezident Təqaüdünə layiq
görülmüşdür.
Rayonda həyata keçirilən məqsədyönlü siyasətin
nəticəsidir ki, Taxtakörpüdə və laçınlı məcburi köçkün-
lərin məskunlaşdıqları digər ərazilərdə mədəni kütləvi
tədbirlərin keçirilməsinə diqqət artırılmışdır. Novruz
bayramı, Ulu öndərin doğum günü, Milli Qurtuluş günü
və başqa əlamətdar günlərə aid tədbirlər keçirilmişdir.
Bakı şəhərində, Respublika Filarmoniyasında əslən laçınlı
bayatı janrının yaradıcılarından biri olan Sarı Aşığın
poeziya gecəsinin, keçirilməsi, Laçın qəzetinin 80 illik
yubileyinin və müstəqilliyimizin 20 illiyinin qeyd olun-
ması yadda qalan tədbirlərdən olmuşdur. Həmçinin bütün
bunlarla yanaşı xalq qəhrəmanı Sultan bəyin anadan
olmasının 140 illiyi münasibəti ilə geniş hazırlıq işləri
görülmüş və tarix elmləri doktoru Şikar Qasımovun tarixi
faktlara söykənən iri həcmli monoqrafiyası nəşr edil-
mişdir.
169
Rayonun mətbu orqanı olan “Laçın” qəzeti müasir
tələblərə cavab verən səviyyədə nəşr edilir. Qəzet də
Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu
daxili və xarici siyasət xətti, regionların sosial-iqtisadi
inkişafı, eyni zamanda görülən işlər geniş işıqlandırıl-
mışdır.
Keçən dövr ərzində laçınlılar daima dövlətin və ölkə
prezidentinin qayğısını hiss etmişlər. Belə ki, Azərbaycan
prezidenti cənab İlham Əliyevin dəstəyi və laçınlılara
olan qayğısı sayəsində verdiyi sərəncamlarla Laçın şəhə-
rinin 85 illiyi 2009-cu ilin fevralında, Minkənd kənd orta
məktəbinin 120 illiyi isə 2010-cu ilin fevralında təmtəraqlı
şəkildə qeyd olunmuşdur. Son üç ildə rayonun təhsil işçilə-
rindən 3 nəfər əməkdar müəllim adı, 3 nəfər Tərəqqi me-
dalı almış, 2 nəfərə Təhsil nazirliyinin, 11 nəfərə isə rayon
icra hakimiyyətinin Fəxri Fərmanları verilmişdir (27,14;
34). Cənab prezidentin sərəncamı ilə rayon ziyalılarına
verilən medallar və fəxri adlar onlarda yüksək əhval
ruhiyyə yaratmış, əhalinin ümumi sevincinə səbəb olmuş
və bütün laçınlıların əməyinə verilən qiymət kimi dəyər-
ləndirilmişdir.
Dostları ilə paylaş: |