ĠĠkar məHƏMMƏDƏLĠ oğlu qasimov



Yüklə 6,18 Mb.
Pdf görüntüsü
səhifə3/12
tarix31.01.2017
ölçüsü6,18 Mb.
#6982
1   2   3   4   5   6   7   8   9   ...   12

II FƏSĠL. 
 
LAÇIN- DAĞLAR QOYNUNDA ġƏHƏR 
 
YaddaĢlarda iz qoymuĢ insanların nurlu əməlləri. 
 
Laçın  şəhərinin  bünövrəsini  qoyanların  qüdrətinə 
heyrət  etməyə  bilmərik.  İndi  o  günlərdən  söz  düşəndə 
Hüsü  Hacıyevin,  İsmayil  Şəfiyevin,  Qara  İlyasovun,  Rə-
him  Hüseynovun,  Əsəd  Qarayevin,  İsmayıl  Mirzəyevin, 
Ocaqqulu  Musayevin,  Abduləli  Lütvəliyevin  (5,  12)  və 
başqalarının  adları  hörmətlə  çəkilir,  iftixarla  yad  edilir. 
Səkkiz kəndə ömrünün sonuna kimi rəhbərlik etmiş Tey-
mur Abdullayev bu gün də söz düşəndə hörmətlə xatırla-
nır.  T.Abdullayevin  böyük  qardaşı–  Qubadlı,  Zəngilan, 
Laçın,  Cəbrayıl  qəza  icrayyə  komitəsində  məsul  işlərdə 
işləmiş Hüseyn Abdullayevin (6,4-5), kolxoz quruluşunda 
böyük xidmətləri olan, 40 ilə qədər kənd sovetinə sədrlik 
etmiş  Dadaş  Şükürovun  adı  həmişə  Cicimli  və  Güləbird 
camaatı tərəfindən əziz tutulur. Onlar Laçının ilk qurucu-
ları idilər. Onların adları da əməlləri kimi Laçın torpağın-
da əbədi qalıb. Laçını nəinki respublikada, o vaxtlar bütün 
SSRİ-də tanıdan əmək adamları da az olmayıb. Adi kənd-
li,  heç  bir  təhsili  olmayan  Qarakeçdi  sovxozunun  (Lenin 
kənd) baş çobanı işləyən Həsən Cümşüdov qoyunçuluqda 
qazandığı uğurlara görə, hələ 1936-cı ildə Lenin ordeninə 
layiq görülmüşdür. Bir neçə il sonra isə onun oğlu Əkbər 
Cümşüdov  Moskvada  Xalq  Təssərrüfatı  Nailiyyətləri 
Sərgisində  «Şərəf  Nişanı»  ordeninə  layiq  görülmüşdü 
(6,11).  
Çar Rusiyası dövründə Zəngəzur qəzasına aid edilən 
və  sonradan  inzibati  ərazi  vahidi  kimi  formalaşan  Laçın 
rayonu  XIX  əsrin  II  yarısından  başlayaraq  özünün 

 
41 
füsünkar təbiəti, zəngin təbii ehtiyatları, qoçaq oğulları və 
qabaqcıl  ziyalıları  ilə  nəinki  Azərbaycanda,  ondan  uzaq-
larda  da  məşhurlaşmışdı.  1918-ci  ildə  Azərbaycanda  ilk 
Xalq  Cumhuriyyət  qurulduğu  zaman  əhalinin  maarif-
lənməsi  və  savadsızlığın  ləğvi  istiqamətində  aparılan 
tədbirlərdə Laçın rayonundan olan ziyalı insanlar xüsusilə 
fəallıq  göstərmiş,  dövlət  siyasətinin  yerlərdə  həyata 
keçirilməsində mühüm rol oynamışlar. 
Dövrünün seçilən ziya-
lısı,  Azərbaycan  Xalq  Cum-
huriyyətinin  görkəmli  dövlət 
və  siyasi  xadimi,  milli  azad-
lıq hərəkatının fəal iştirakçısı  
Xosrov  bəy  Paşabəy  oğlu 
Sultanov  belə  ziyalılardan 
biridir.  Xosrov bəy Sultanov 
1879-cu il mayın 10-da Zən-
gəzur  mahalının  Qurdgəzi- 
Qurdqajı  (Kürdhacı)  kəndin-
də  anadan  olmuşdur.  Atası 
Paşa  bəy  vətəninə,  torpağına 
bağlı,  xeyirxah  və  müdrik  el 
ağsaqqalarından  biri  olmuş-
dur.  Onun  hikmətli,  dadlı-
duzlu  lətifələri  bu  gün  də  zəngəzurluların  (laçınlıların) 
söhbətlərində  yaşamaqdadır.  Paşa  bəy  ata  qayğıkeşliyi  ilə 
oğlanları  Xosrov  bəylə  Sultan  bəyin  xalqın  oğulları  kimi 
yetişmələrinə böyük səy göstərmişdir. Şərqin qəhrəmanlıq 
və  müdrik  keçmişini  bu  iki  övladına  öyrədə  bilmişdir. 
Xosrov bəyin tibb, Sultan bəyin hərb elminə yiyələnmələ-
rinə nail olmuşdur.  Xosrov bəy ilk təhsilini Gəncə gimna-
ziyasında,  ali  tibb  təhsilini  Odessa  və  Xarkov  şəhərlə-
rində  almışdır.  1903-cü  ildə  tibb  fakultəsini  bitirdikdən 

 
42 
sonra Tiflisə gəlib orada həkim işləmişdir. Hələ XX əsrin 
əvvəllərindən xeyriyyəçiliklə də məşqul olmuşdur.  
1917-ci  ildə  Müəssislər  məclisinə  deputat  seçilmiş 
və  Zaqafqaziya  seyminin  üzvü  idi.  1918  ci  ildə  İstiqlal 
bəyannaməsini  imzalayan  26  nəfərdən  biri  olmuşdur.  O, 
Tiflisdə Azərbaycan Milli Şurası tərəfindən təsdiq olunan 
1-ci  hökümət  kabinəsində  Müstəqil  Azərbaycan  Cümhu-
riyyətinin  ilk  hərbi  naziri,  1918-ci  il  iyunun  17-də  Gən-
cədə təşkil olunan 2-ci hökümət kabinəsində əkinçilik na-
ziri,  Zəngəzur  və  Qarabağın  general-qubernatoru  olmuş-
dur.  
Zəngəzurda və Qarabağda Xosrov bəy qayğıkeş hə-
kim,  vətənpərvər  general  kimi  tanınmışdır.  Xosrov  bəy 
hansı  vəzifədə  olmasından  asılı  olmayaraq  ömrünün  bü-
tün çağlarında öz ləyaqətini, müsbət insani keyfiyyətlərini 
itirməmiş,  həmişə  öz  əməlləri  ilə  vətənpərvər  və  dəyərli 
bir  azərbaycanlı  kimi  xalqın  yaddaşında  qalmışdır.  Xos-
rov  bəy  Şuşada  Qarabağın  general  qubernatoru  işlədiyi 
çağlarda  belə  heç  vaxt  özünü  üstün  tutmamış  və  həmişə 
bir  həkim  kimi  də  fəaliyyət  göstərmiş,  yüzlərlə  ehtiyac 
içində  olan  ailələrə  təmənnasız  yardım  etmiş  və  həmişə 
bu  işindən  qəlbən  bir  rahatlıq  tapmışdır.  Onun  istər  iş 
yerinin və istərsə də yaşadığı evin bir otağı müxtəlif dər-
manlarla dolu olarmış (9,50). Həmin dərmanların çoxunu 
da Zəngəzur dağlarından yığdırdığı şəfaverici ot və çiçək-
lərdən özü hazırlayırmış.  
O,  Qarabağ  quberniyasında  general-qubernator  ol-
masına baxmayaraq, həftənin şənbə və bazar günləri Zən-
gəzurun  və  Qarabağın  kəndlərinə  gedərək  xəstə  insanları 
təmənnasız  müalicə  edərmiş.  Zəngəzurda  Xosrov  bəyə 
«otlar  alimi»  də  deyərmişlər.  O,  malikanəsinin  alt  otaqla-
rından  birini  «yaşıl  aptekə»  çeviribmiş.  Qannıca,  Üçtəpə, 
Çalbayır,  Qırxqız,  Lülpər  yaylaqlarından,  Hacısamlı, 

 
43 
Şəlvə, Mizmin, Kırs meşələrindən, müxtəlif dərman bitki-
lərini  yığdırıb  qış  aylarında  onlardan  dərmanlar  düzəl-dib 
xəstələrin müalicəsində istifadə edərmiş.  
Xosrov bəyin təşkil etdiyi «yaşıl aptekdə» Kəlbəcər 
və  Laçın  bulaqlarının  mineral  sularından  müalicə  üçün 
istifadə  olunarmış.  Şuşadakı  fəaliyyətindən  danışarkən, 
bircə bu faktı oxucuların nəzərinə çatdırmaq istəyirəm ki, 
zəngəzurlular  və  qarabağlılar  Xosrov  bəyi  yalnız  bir  
generalı  kimi  yox,  elin  vətənpərvər,  qayğıkeş  xilaskarı 
kimi  tanıyırlarmış.  Onu  Zəngəzur  və  Qarabağa  general-
qubernator  təyin  edəndə  ermənilər  etiraz  etmişlər.  Onlar 
Xosrov  bəyin  gələcəkdə  ermənilər  üçün  çox  təhlükəli 
adam olacağından qorxurmuşlar.  
Xosrov  bəy  tariximizi,  ədəbiyyatımızı,  mədəniyyə-
timizi  ürəkdən  sevən  ziyalılardan  olmuşdur.  O,  vaxtının 
xeyli  hissəsini  mütaliəyə  həsr  edərmiş.  Şair  və  alim-
lərimizin  yaradıcılığına  böyük  ehtiram  və  hörmətlə 
yanaşarmış. Xosrov bəy Şuşadakı evlərinin birində kitab-
xana  təşkil  etmişdir.  Danışırlar  ki,  Xosrov  bəy  quberni-
yanın  işçilərinə  həftədə  bir  gün  Şərq  xalqlarının  tarixi, 
ədəbiyyatı, mədəniyyəti və fəlsəfəsi haqqında mühazirələr 
oxuyarmış.  Firdovsidən,  Nizamidən,  Xaqanidən,  Sədi  və 
Xəyyamdan  fars  dilində,  Həsənoğludan,  Nəsimi  və 
Fizulidən,  Vaqif  və  Vidadidən  Azərbaycan  dilində  şerlər 
oxuyarmış. Xosrov bəy Sarı Aşığın bayatılarını daha çox 
sevərmiş.  Yeri  gələndə  Sarı  Aşıqdan  bayatı  demək 
Xosrov bəyin söhbətlərinin dadlı-duzlu olduğundan xəbər 
verir.  Bəzən  özü  də  bədahətən  şerlər  deyərmiş.  Müasir-
lərindən Əhməd Cavadın şerlərini daha çox sevib mütaliə 
edərmiş.  Bu  da  məlumdur  ki,  Xosrov  bəy  Bakıda 
Ə.Cavadın  xəbəri  olmadan  onun  şerlər  kitabını  çap 
etdirmişdir  (9,50).  Bu  xəbəri  eşidən  Ə.Cavad  qəzetlərin 

 
44 
birində  Xosrov  bəyə  qədirbilənliyinə  görə  təşəkkürünü 
bildirmişdir.  
Azərbaycan  Xalq  Cumhuriyyətinin  dövlət  xadimlə-
rindən  biri  də  18 
83-cü  ildə  Zən-
gəzur  mahalının 
Minkənd  kəndin-
də  anadan  olmuş 
Nurməhəmməd 
bəy Əbilxan oğlu 
Şahsuvarov  Qori 
müəllimlər  semi-
nariyasını 
bitir-
mişdi.  1915-ci  il-
də isə ekstern yo-
lu  ilə  Kiyev  Uni-
versitetinin 
hü-
quq  fakultəsini 
bitirmişdir.  O,  19 
18-ci  ilin  yayında  Şimali  Qafqaz  xalqlarının  azadlıq  hə-
rəkatı  nəticəsində  yaradılmış  Dağlılar  Respublikasının  
Xalq Maarif Naziri təyin olunmuşdur. 1919-cu ilin iyun-
unda Azərbaycan Xalq Cümhuriyyətinin birinci hökümət 
kabinəsində maarif nazirinin müavini vəzifəsində işləmiş, 
BDU-nun  təşkilində  yaxından  iştirak  etmişdi.  1920-ci  il 
martın 5-də beşinci hökümət kabinəsində Maarif və Dini 
Etiqad  Naziri  təyin  olunmuşdur.  1920-ci  il  aprel  işğalın-
dan  sonra  N.Şahsuvarov  Azərbaycan  SSR  Xalq  Maarif 
Komissarının müavini olmuşdu (27,19).  

 
45 
Zəngəzur  qəzasının 
Cicimli kəndində 1805-ci 
ildə ruhani ailəsində ana-
dan  olmuş  Seyid  Mir 
Həmzə  Nigari  dövrünün 
görkəmli  ziyalısı  və  söz 
adamı  kimi  Azərbaycan-
dan  kənarda  da  çox  məş-
hur  olmuşdu.  Müxtəlif 
yerlərdə dərs almış və bö-
yük  əsərlər  yazmışdı. 
Ömrünün sonlarında Tür-
kiyədə  yaşamış  və  yarat-
mışdır (16, 34-35).  
XVII  əsr  Azər-
baycan aşığı,  haqq aşığı, Qərib aşıq adları ilə tanınan Sarı 
Aşığın  Zəngəzurun  Güləbird 
kəndində  bəzi  deyimlərə  görə 
isə  Cicimli  kən-dində  olduğu 
ehtimal  olunur.  Yaradıcılığın-
da  əsas  yer  tutan  aşiqanə  şer-
lərində  vüsal  həsrəti  təbii  və 
təsirli  ifadə  edilmişdir.  Şerlə-
rində xalq dilinin zəngin bədii 
imkanlarından  məharətlə  isti-
fadə  etmiş,  orjinal  təşbeh  və 
cinaslar  işlətmişdir.  Sarı  Aşı-
ğın  Yaxşı  adlı  qızla  nakam 
məhəbbətindən  bəhs  edən 
«Yaxşı  və  Aşıq»  dastanı  qoşulmuşdur.  Şerlərini  ilk  dəfə 
Salman Mumtaz 1927-ci ildə «Aşıq Abdulla» adı ilə kitab 
halında çap etdirmişdir. Həmin  şerləri 1935-ci  ildə  «Sarı 
Aşıq və bayatılar» adı ilə yenidən nəşr olunmuşdur.  

 
46 
Xalq yazıçısı Süleyman Rəhimovun təbirincə  desək  
məşhur  Qori seminariyasını bitirən,  Şuşada açılan darül-
müəlliminin  ilk  təşkilatçısı  və  müdirlərindən  olan,    son-
ralar  Zəngəzur  qəza  maarif  şöbəsinin  müdiri  vəzifəsində 
çalışan  Müseyib  İlyasov  bir  fədai-mücahid  kimi  hərəkət 
edir,    dağ  obalarının  hamısında    maarifin,  mədəniyyətin 
yayılmasına  çalışır,    sözün  əsl  mənasında,  cəhalətə  qarşı 
çarpışırdı.  
 Müseyib 
İbrahim 
oğlu İlyasov 1884-cü ildə 
Laçın  rayonunun  Oğul-
dərə kəndində anadan ol-
muşdur.  Onun  atası  Kər-
balayi İbrahim az  savadlı 
olmasına 
baxmayaraq, 
dövrünün  mütərəqqi  fi-
kirli  adamlarından  ol-
muş,  öz  hesabına  kənddə 
məktəb  açmış,  xüsusi 
müəllim  tutaraq,  əvvəlcə 
öz  uşaqlarının,  sonra  isə 
kənd    uşaqlarının  bir  ne-
çəsinin  savad  öyrənmə-
lərinə  nail  olmuşdur.  Müseyib  İlyasov  burada  oxu-yazı 
öyrəndikdən  sonra  əvvəlcə  Minkənd  kəndində  olan  rus-
tatar məktəbində, sonra isə təxminən 1906-1907-ci illərdə 
Şuşada Həşim bəy Vəzirovun müdir olduğu ikisinifli rus-
tatar məktəbində təhsil almışdır. Burada təhsilini tamam-
ladıqdan  sonra  Qori  Müəllimlər  Seminariyasına  daxil 
olmuş,  1912-ci  ildə  seminariyanı  bitirmişdir.  1920-ci  ilə 
kimi  Bakıda,  Qubada  müxtəlif  məktəblərdə  və  gimna-
ziyalarda müəllim işləmişdir.  

 
47 
  M.İlyasov  1920-ci  ildən  Şuşa  şəhərində  açılan 
Müəllimlər  Seminariyasının  -darülmüəllimin  ilk  yaradı-
cısı  və  təşkilatçılarından  olmuş,  1925-ci  ilə  kimi  orada 
direktor  vəzifəsində  çalışmışdı.  Görkəmli  maarifpərvər 
olan  M.İlyasov  həmin  müddət  ərzində  özünü  təşkilatçı 
pedaqoq,  maarif  işini  dərindən  bilən  bacarıqlı  rəhbər  və 
qayğıkeş müəllim kimi göstərmiş, Azərbaycanda müəllim 
kadrlarının hazırlanmasında mühüm xidmətlər göstərmiş, 
xalq arasında böyük hörmət qazan-mışdır.  
  M.İlyasov  1925-ci  ildən  1931-ci  ilə  kimi  Laçın-
Qubadlı-Zəngilan və Kəlbəcər dairələrini əhatə edən Zən-
gəzur  Qəza  Xalq  Maarif  şöbəsinin  müdiri  olmuşdur.  O, 
bu  vəzifədə  çalışarkən  bir  fədai-mücahid  kimi  hərəkət 
etmiş,  dağ  obalarının  hamısında  maarifin,  mədəniyyətin 
yayılmasına çalışmış, sözün əsl mənasında cəhalətə qarşı 
çarpışmışdır. 1926-cı ildə Bakıda çağrılan birinci türkoloji 
qurultayın iştirakçısı olmuşdur.  
  M.İlyasov qəzanın bir çox yerlərində- Laçın şəhə-
rində,  Minkənd,  Kürdhacı,  Qorçu,  Vağazin,  Şamkənd, 
Hocaz və onlarca başqa dağ kəndlərində yaraşıqlı məktəb 
binaları  tikdirmiş  və  onların  tezliklə  istifadəyə  verilmə-
sinə şəxsən özü rəhbərlik etmişdir.  
  Müseyib  İlyasov  1931-ci  ildən  sonra  Bakıya  gəl-
miş  və  1939-cu  ilə  kimi  Azərbaycan  Xalq  Maarif  komi-
sarlığında  bir  çox  məsul  vəzifələrdə-  kadrlar  şöbəsində 
pedaqoji kadrlar üzrə məsul icraçı, metodist və inspektor, 
V.İ.Lenin adına APİ-nin rus dili kafedrasında assistent və 
sair  vəzifələrdə  çalışmışdır.  O,  harada  işləməsindən  asılı 
olmayaraq,  hər  zaman  müəllim  kadrlarının  yetişdiril-
məsinə  mənəvi  ata  qayğısı  ilə  yanaşmışdır.  M.İlyasovun 
fəaliyyətinin son dövrü Bakıdakı 17 saylı məktəblə bağlı 
olmuşdur. O, 1940-cı ilin sentyabr ayına kimi həmin mık-
təbdə müəllim işləmişdir.  

 
48 
  Şəxsiyyətə pərəstiş dövrünün acı havası xalqımızın 
minlərlə  zəkalı  və  istedadlı  oğulları  kimi,  maarif  fədaisi 
olan  Müseyib  İlyasovu  da  ədalətsizlik  məngənəsinə 
salmışdır.  O,  1941-ci  ilin    sentyabr  ayında  cinayətkar-
casına təşkil edilmiş saxta ittiham əsasında həbs edilmiş, 
cinayəti sübut olunmasa da, 8 il həbs cəzası ilə azadlıqdan 
məhrum  edilmişdir.  1944-cü  ildə  60  yaşında  Karakanda 
şəhərində həbsdə vəfat etmişdir. 1956-cı ildə işdə heç bir 
cinayət  tərkibi  olmadığı  aşkar  edilmiş  və  M.İlyasova 
ölümündən sonra bəraət verilmişdir.  
Laçınlılar  tarix  boyu  həm  də  öz  qoçaqlıqları  və 
mənfur düşmənə qarşı əyilməzlikləri ilə də fərqlənmişlər. 
Belə xalq qəhrəmanlarından Zəngəzur mahalının Qurdqajı 
(Kürdhacı)  kəndində  anadan  olmuş  Sultan  bəy  Paşabəy 
oglu Sultanovu, Qaçaq Xanalını, Çal Asdanı, Sarı Asdanı, 
Asdanı,  Məhəmmədi,  Əkbəri,  Molla  Şahverdini,  Şəmili, 
Seyid  Məmmədi  və  adlarını  çəkmədiyimiz  yüzlərlə  igid 
vətən oğullarını göstərə bilərik.  
Xalqımızın keçdiyi yola nəzər salmaq, torpaqlarımı-
zın  bütövlüyünə  zərbə  vuranlara  qarşı  igidlik  nümunəsi 
göstərmiş xalq qəhrəmanlarının fəaliyyətini işıqlandırmaq 
daha məqsədə uyğundur. XX əsrin əvvəlində erməni vəh-
şilikləri başlanır. Türkün düşməni olan ermənilər çar mə-
murlarının  dəstəyi  ilə  vətənimizin  müxtəlif  bölgələrində 
qırğınlar törətmişlər.  
Zəngəzur  qəzasının  Hacısamlı  bölgəsindən  erməni 
quldurlarına qarşı  mübarizəyə başlayan Sultanovlara Əli-
paşa  bəy  başçılıq  etmişdi.  Əlipaşa  bəy  yalnız  Laçının 
deyil,  ümumilikdə  Zəngəzurun,  Qarabağın  müdafiəsinə 
qalxmışdı.  Bu  yolda  ona  ilk  silahdaş  oğlanları  olmuşdu. 
Sultan  bəy  və  Xosrov  bəy  qardaşları  Qarabağın  və  Zən-
gəzurun  erməni  quldurlarından  qorunmasında  və  bu 
qırğınların digər bölgələrə yayılmasının qarşısının alınma-

 
49 
sında  misilsiz  qəhrəmanlıqlar  göstərmişlər.  Zəngəzurun 
igid  oğlu,  Sultan  bəyin  soykökü  indiki  Laçın  rayonunun 
Qurdgəzi  (Qurdqajı-Kürdhacı)  kəndi  ilə  bağlıdır.  Ermə-
nilərin hücum və hiyləgərliklərinə qarşı hər an mərdliklə 
cavab vermiş, Laçının igid oğlu Sultan bəyin fəaliyyətini 
işıqlandırmaq  bizcə  ərazilərimizin  20%-nin  ermənilər 
tərəfindən  işğal  olunduğu  indiki  zamanda  daha  da  əhə-
miyyətli olardı. Paşa bəy oğlu Sultan bəy Zəngəzurda öz 
igidliyi,  vətənpərvərliyi,  səxavəti  və  mərdanəliyi  ilə  hör-
mət və şöhrət sahibi olmuşdu. Laçının qəhrəman oğlunun 
vətən torpağı- Zəngəzurun, Göyçənin və Qarabağın ermə-
ni  talanlarından  qorunması  uğrunda  göstərdiyi  fədakar-
lıqlardan  daha  da  ətraflı  söz  açmaq  əhəmiyyətli  olduğu 
qədər də şərəflidir.  
 Sultan  bəy  1871-ci  ildə 
Zəngəzur  qəzasının  Qasımuşa-
ğı  obasında  Qurdgəzi  (Qurd-
qajı-Kürdhacı)  kəndində  ana-
dan olmuşdur. Əlipaşa bəy oğ-
lunu Şuşa  şəhərinə,  qəza mək-
təbinə  göndərir.  Qəza  məktə-
bindən  sonra  o,  Gəncə  şəhə-
rində gimnaziyada təhsilini da-
vam  etdirir.  Orta  təhsilini  ta-
mamlayıb  Sankt-Peterburq  şə-
hərinə  gedir  (9).  Orada  hərbi 
Akademiyaya daxil olur. Lakin 
o,  təhsilini  tamamlaya  bilmir. 
Bunun  bir  səbəbi  göstərilir  ki,  o  Akademiyanın  zabitləri 
ilə  qiymət  üstündə  mübahisə  edir.  Əsgərin  zabit  üzərinə 
qayıtması  böyük  qəbahət  sayıldığı  üçün  o,  təhsilini 
yarımçıq  saxlamışdır.  Digər  bir  fikirdə  isə  bildirilir  ki, 
atası  Əlipaşa  bəyin  xahişi  ilə  Akademiyada  təhsilini  ya-

 
50 
rımçıq qoyub geri, doğma Laçınına qayıtmışdı. Sultan bəy 
böyük  mülk  sahibi  olmuşdu.  O  öz  obasında  əvvəlcə 
maldarlıqla  məşğul  olur.  Yerli  və  xarici  cinsdən  olan 
çoxlu  inək  alıb  dağlarda  bəslətdirir  və  həm  də  Ata-baba 
peşələri  olan  qoyunçuluğu  da  inkişaf  etdirmişdi.  Onun 
Çalbayır yaylaqlarında on minlərlə davarı, qara malı sax-
lanılırdı.  Hacısamlıda  tikdirdiyi  yağ-pendir  zavodu  nə-
həng  qurğular  sistemini  xatırladırdı.  Yağın  və  pendirin 
zavod  üsulu ilə keyfiyyətli istehsal edilməsi xəbəri digər 
Şərq və Avropa ölkələrinə də yayılmışdır. Hacısamlı, Şəl-
və, Qurdqajı (Kürdhacı) meşələrinin qırmızı palıdını kon-
yak istehsal edən zavodlara daşıtdıran Fransa tacirləri Sul-
tanbəyin  yağ-pendir  zavodunun  məhsullarının  da  əsas 
müştəriləri idilər.  
Yaylaqlarda  sağılmış  südü  Hacısamlı  yağ-pendir 
zavoduna  dağların  döşü  ilə  saxsı  borularla  axıdırlarmış. 
İsveçrədən  yeni  mal  cinsini  Azərbaycana  ilk  dəfə  Sultan 
bəy  gətirtdirmişdir.  Onun  vaxtında  Kürdhacı  kəndi  Qaf-
qazdakı  rus  ordusunun  yağ-pendir  anbarlarına  çevril-
mişdir.  İstehsal  olunmuş  yağ,  pendir  böyük  motallara, 
dəmir  və  ağac  çəlləklərə  doldurulub  buzlu  zirzəmilərdə, 
soyuq  kahalarda  saxlanılırdı.  Məhsulları  uzaq  yerlərə 
daşımaq  üçün  bəyliyin  xeyli  atı,  öküzü,  kəl  arabaları 
vardı. Sultan bəy  maldarlıqla yanaşı  meşəçiliklə də  məş-
ğul  olurdu.  Hacısamlı  meşələrində  taxta  istehsal  edib, 
xarici bazarlara satırmış.  
Fəxr etdiyimiz belə ziyalıların olmasına baxmayaraq 
1920-ci  illərdə  rayon  əhalisi  içərisində  savadlılıq  səviy-
yəsi çox yüksək deyildi. Yalnız 1930-cu ildən başlayaraq 
kəndlərdə ibtidai və 7-illik məktəblər təşkil edilməyə baş-
lanmışdı.  Laçın  şəhərində  «Firqə»  adlanan  orta  məktəb 
fəaliyyət  göstərirdi.  Direktoru  görkəmli  yazıçımız  Əli 
Vəliyev  olmuşdu.  Hər  kənddən  bir  nəfər  şagird  məktəbə 

 
51 
qəbul olunurmuş ki, onlar da tətil vaxtı əhalinin savadlan-
masına  kömək  edirmişlər.  Müəllim  çatışmazlığını  nəzərə 
alaraq Sovet-Alman müharibəsindən sonra Laçın şəhrində 
Pedaqoji  texnikum  açılmışdı.  Allahyar  Musayev  və  İdris 
Xəlilov  müxtəlif  vaxtlarda  texnikumun  direktoru  vəzifə-
sində işləmişlər (16,26).  
Məhz  belə  insanların  fəaliyyətinin  nəticəsi  idi  ki, 
hələ  XIX  əsrin  sonlarına  yaxın  bəzi  kəndlərimizdə  müx-
təlif  tipli  yeni  məktəblər  açılmış,  əhalinin  maariflənməsi 
üçün ilk addımlar atılmışdır. Belə məktəblərdən 120-illiyi 
qeyd  olunmuş  Minkənd  kənd  orta  məktəbini,  120  yaşı 
olan Qarıqışlaq kənd orta məktəbini göstərə bilərik. Hətta 
tarixi  ədəbiyyatlarda  özünə  yer  tapmasa  da  deyilənlərə 
görə  XIX  əsrin  ortalarında  Cicimli  kəndində  mədrəsə 
fəaliyyət  göstərmişdir.  Molla  Məhəmməd  adlı  şəxs  25 
nəfərə  mədrəsədə  dərs  deyirmiş.  Ən  maraqlısı  budur  ki, 
Yelzevetopol  quberniyası  Zəngəzur  qəzasının  Bağırbəyli 
kəndinin  sakini  Məşədi  Qəhrəman  bəy  Cəbrayıl  bəy 
oğluna  1911-ci  il  sentyabrın  4-ü  tarixində  verilmiş  Pas-
porta  (Pasportnaya  knijka)  əsasən  tam  dəqiqliklə  demək 
olar  ki,  Yelzevetopol  quberniyası  Zəngəzur  qəzasının 
Cicimli  kəndi  XIX  əsrin  sonu  XX  əsrin  əvvəllərində 
Zəngəzurda  İdarə  mərkəzi  olmuşdur.  Məşədi  Qəhrəman 
bəyin  sakini  olduğu  Bağırbəyli  kəndi  heç  də  Cicimli 
kəndinə yaxın məsafədə yerləşmir. Bununla da Qəhrəman 
bəyə  müddətsiz  pasportun  Cicimli  kəndində  verilməsi 
göstərir ki, bu kəndin tarixi qədimlərə gedib çıxır. Və həm 
də  burada  vaxtı  ilə  700  tüstülük  yaşayış  məntəqəsinin 
olması  da  təsdiq  edilir.  100  il  bundan  əvvəl  verilmiş, 
Cicimli  kəndinin  starşinası  (böyüyü)  tərəfindən  təsdiq 
olunan  pasporta  əsasən,  dini  mənsubiyyəti  Məhəmmədi 
(müsəlman)  olan,    heç  bir  savad  almamış  və  rütbəsi  bəy 
(sənəd  əsasında  təsdiq  olunmuş)  olan  Məşədi  Qəhrəman 

 
52 
bəy  Bağırbəyli  nahiyyəsində  erməni  basqınlarının  qarşı-
sının  alınmasında  xüsusi  fəallıq  göstərmişdir.  Deyilənə 
görə Zəngəzurun (Laçının) cənub ərazilərində ermənilərə 
qarşı müqavimət göstərən bəylərdən biri olmuşdur. 1905-
1906-cı  və  sonrakı  illərdə  ermənilərin  törətdikləri  qırğın-
ların  qarşısının  alınmasında  göstərdiyi  fəaliyyətə  görə 
təqib  olunur.  1912-1915-ci  illərdə  Bakıya  gedərək  Bala-
xanı  və  Sabunçu  ərazilərində  mənzil  icarəyə  götürüb  ya-
şamışdır(14,s.53-54).  
Laçın  rayonu  həm  də  sınanmış  müqəddəs  ocaqları 
ilə də seçilir. Rayonun ərazisində olan ziyarətgahlar neçə-
neçə imanlı insana şəfa vermiş, ümidlərini doğrultmuşdur. 
Laçında,  Qubadlıda  və  bütün  Qarabağda  öz  xeyirxahlığı 
və xeyriyyəçi əməlləri ilə seçilən Laçın əsilli seyidlər də 
Laçın  torpağının  müqəddəsliyini  göstərən  əyani  nümu-
nədir.  Mir  Paşa  ağa,  Mir  Sədi  ağa,  Mirməhəmməd  ağa, 
Seyid  Lazım  ağa,  Seyid  Cabbar  ağa,  Seyid  Səttar  ağa, 
Səudiyyə  Ərəbistanında  ali  ruhani  təhsili  almış  Seyid 
Məhəmməd  ağanın  oğlu  Seyid  Əsgər  ağa,  öz  hesabına 
körpü  saldırmış  Seyid  Əmir  ağa,  gözləri  görməyən  və 
topladığı nəzir hesabına körpü saldırmış Seyid Məcid ağa, 
Seyid Əliş ağa və onlarla adını çəkmədiyimiz bu müqəd-
dəslər bir daha Laçınlıların saflığını, iman və inam sahibi 
olduğunu da göstərir.   
 
Heydər Əliyev qayğısı ilə çiçəklənən Laçın 
Yüklə 6,18 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin