Mühazirə MÖvzu 1 Fəlakət təbabəti və Mülki Müdafiə tibb xidmətinin tə şkili, quruluşu, fə nni, vəzifələri MÖvzu 2



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə114/118
tarix17.11.2022
ölçüsü1,52 Mb.
#69524
növüMühazirə
1   ...   110   111   112   113   114   115   116   117   118
Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti

Taun
 - Yersinia nəslindən olan bakteriyalar tərəfindən törədilir. Kəskin təhlükəli yoluxmalara 
aid olub, transmissiv zoonozdur. Bu xəstəliyə insanlar yoluxdurulmuş gəmiricilərdən yoluxa bilərlər. 
İnkubasiya dövrü 2-5 gündür. Taunun bubon, ağciyər, septik formaları var. 
Patogenez: Taunda mikrobların daxil olma yolları dəri, gözlərin, burunun, tənəffüs yollarının, 
mədə-bağırsaq traktının selikli qişalarıdır. Mikrob dəridən keçməsi zamanı dəridə pustul əmələ gəlir və 
bunun hemorragik möhtəviyyatında törədici aşkar edilir. Sonradan bu elementlər yeyilmə və 
çapıqlaşma ilə nekrotikləşir. Daxil olma yerindən mikroblar limfatik yollarla regional limfa düyününə 
keçir ki, burada faqositlər tərəfindən udulur. Ancaq faqositoz qeyri-tam xarakterdə olur. Onun son 
fazası alınır. Bu zaman törədici nəinki sağ qalır, həm də limfa düyününün makrofaqlarında çoxalır. 
Sonra mikroblar homogen və limfogen yolla orqanizmə yayılaraq həm yaxın, həm də uzaqda olan 
limfa düyünlərini prosesə cəlb edirlər. Mikroorqanizmlərin qanda coxalması II –li sepsisin baş 
verməsinə, ağciyərlərdə II-li pnevmoniyaya səbəb olur. Bu xəstələr fəlakət ocağından ciddi epidemiya 
əleyhinə rejimi gözləməklə ayrıca köçürülür.
Tulyaremiya
-törədiciləri çox vaxt polimorf nonabənzər qram-mənfi çöplərdir. Xarici mühitdə 
aşağı temperaturda bakteriyalar bir neçə ay ərzində saxlana bilər. Qaynadıldıqda ani məhv olur. 
Dezinfeksiyaedici məhlullardan (lizon, xlorlu əhəng, xloramin) mikroblar məhv olur. Yoluxma yolu:
1. Aspirasyon - xəstə gəmiricilərin ifrazatları ilə infeksiyalaşmış ərzaq məhsullarının işlənməsi 
zamanı nəfəs alma nəticəsində; 


Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti 
 
Şöbə: “Müalicə işi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci
90
2. Təmas - xəstə gəmiricilər və onların ifrazatları ilə təmasdan; 
3. Alimentar - infeksiyalaşmış ərzağın və suyun istifadəsi zamanı; 
4. Transmissiv - qan sorucu həşəratların dişləməsindən. 
Tulyaremiya ilə xəstə insanlar ətrafdakılar üçün yoluxucu olurlar. Patoloji prosesin ağırlığı və 
xarakteri orqanizmin immunobioloji müqavimətindən çox asılıdır. Tulyaremiyanın əsas kliniki 
formaları: daxili orqanların zədələnməsi üstünlük təşkil etməklə, lokalizasiyasına görə, tənəffüs 
yollarının (ağciyər), mədə-bağırsaq traktının (abdominal forma) generalizə yayılmış forması var. 
Xüsusi təhlükəli infeksiyalar haqqında hamının məlumatı olmalıdır. Çünki bəzi ölkələr bu 
xəstəliklərin törədicilərindən bioloji silah kimi də istifadə edə bilərlər. Əvvəllər xüsusi təhlükəli 
infeksiyalara vəba, taun, sibir yarası (qara yara) aid idi. İndi bu siyahıya hemorragik qızdırmalar olan 
Lassa, Meymun, Marburq, Ebola qızdırması, təbii çiçək, tulyaremiya, respirator xəstəlik olan SARS 
virusu da daxil olub. 
Xüsusi təhlükəli infeksiyalar işlənən zonada (bakterioloji ocaq) göstərilən ilk tibbi yardım - 
Bakterioloji silah (xüsusi təhlükəli infeksiyalar) tətbiq olunan ocaqda ilk növbədə əsas epidemik 
tədbirlər, yəni karantin, observasiya yerinə yetirilir. Ərazidə spesifik və qeyri-spesifik profilaktika 
tədbirləri aparılır. Mikrobun növü təyin olunduqdan sonra peyvənd briqadaları tərəfindən zərdab
anatoksin, habelə bakteriofaq və antibiotik vurulur. Xəstələr aktiv sürətdə aşkar edilir. Gün ərzində 
sanitar drujinalar tərəfindən əhali 2 dəfə termometriya edilir, sorğu aparılır. Xəstə adamla, ölü və onun 
əşyaları ilə kontaktda olmuşlar 6 günlüyə izolyasiya olunurlar. Xəstələr təcili şəkildə müvəqqəti 
açılmış xəstəxanalarda müalicə olunmalıdırlar. Xəstəxanada ciddi rejim təyin edilir. Qulluq edən 
adamlar lazım gəlsə (taun əleyhinə) qoruyucu paltarlarda olmalıdırlar, epidemiyaya qarşı rejimə riayət 
etməli və xəstəxana yaxınlığında ayrılmış evlərdə qalmalıdırlar. Karantin axırıncı xəstə sağaldıqdan 
sonra götürülür. Dezinfeksiya, dezinseksiya, deratizasiya tədbirləri aparılır, şəxsi gigiyena qaydalarına 
riayət edilir. Xəstələrə qulluq edən tibbi xidmətin şəxsi heyəti peyvənd olunmalı və mütəmadi olaraq 
müayinədən keçməli və immun sistemi yüksəldən dərman preparatları qəbul etməlidirlər. Ölənləri 
xüsusi yerdə basdırmalı və torpağa 25 sm qalınlığında xlorlu əhəng tökülməlidir. Qeyd etdiyimiz 
tədbirlər MMTX tərəfindən həyata keçirilir.



Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin