Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti
Şöbə: “Müalicə işi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
11
intizamının aşağı olması, vaqon, lokomativ və dəmir yollarının işlənib köhnələrək yarasız hala
düºməsidir. Sənaye, tikinti və s. sahələrində FH-ın başlanmasına təkanvermə mexanizminin rolunu
nəzarət-ölçü cihazlarının nasazlığı, yanğın siqnalizasiya sisteminin sıradan çıxması, elektrik
naqillərinin qısa qapanması və partlayıcı maddələrin detonasiyası oynaya bilər.
3. Fövqəladə hal prosesinin gedişi mərhələsi - Bu mərhələdə risk amilləri (enerji yaxud
cisimlər) artıq öz mənfi təsirini ətraf mühitə göstərməyə başlayır. Yaranmış şəraitin mürəkkəbliyi və
onun qiymətləndirilməsi qeyri-mümkün olduğuna görə prosesin davametmə müddətini və nəticələrini
qabaqcadan (xüsusilə onun ilkin dövründə) proqnozlaşdırmaq çətin olur.
4.Sönmə mərhələsi - Bu mərhələ fövqəladə halın zədələyici amillərinin lokallaşdırma anından
onun fəsadlarının tam ləğv edilməsinin sonuna qədər olan dövrü əhatə edir. Onun davametmə müddəti
fövqəladə halın növündən asılıdır. Bu müdət bir neçə saat, sutka, ay yaxud on illər təşkil edə bilər.
Sönmə mərhələsinin davametmə müddəti hərbi və etnik münaqişələrdə (cəmiyyətdə müvazinət
pozulur, doğum azalır, milli ədavət dərinləşir və s.) həmçinin güçlü təsirli zəhərli və radioaktiv
maddələrin ətraf mühitə yayılma hallarında (insanlar həm onların bilavasitə təsirinə, həm də genetik
fəsadlarına məruz qalırlar) artır.
Dostları ilə paylaş: