Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti
Şöbə: “Müalicə işi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
10
MÖVZU 4
Fövqəladə halların yaranma səbəbləri və inkişaf mərhələləri
Biz hər gün kütləvi informasiya vasitələri ilə dünyanın müxtəlif regionlarında meydana gəlmiş
təbii fəlakətlər, terror aktları, hərbi münaqişələr, sənaye qəzaları, ətraf mühitə radioaktiv, zəhərli, insan
həyatına və fəaliyyətinə mənfi təsir göstərən digər zərərli maddələrin yayılması haqqında məlumatları
alırıq.
Son illər planetimizdə həm təbii, həm də antropogen mənşəli fövqəladə hadisələrin sayının
artması ilə xarakterizə olunur.
Məsələn, XX əsrdə meydana gəlmiş bütün fəlakətlərin 40%-dən çoxusu 80-90-cı illərə düşür.
Fövqəladə hadisələr 1997-ci il tarixdə Milli Məclisin qəbul etdiyi ―Mülki Müdafiə‖ haqqında
Qanununun 1-ci maddəsinin 3-cü bəndində aşağıdakı kimi təsbit olunmuşdur. Fövqəladə hadisə insan
tələfatına, insanların səhhətinin və ya ətraf mühitə ziyan vurulmasına, əhəmiyyətli maddi itkilərə və
insanların həyat fəaliyyəti şəraitinin pozulmasına səbəb ola biləcək və ya səbəb olmuş hərbi
əməliyyatlar, qəza və təbii və ya digər fəlakət nəticəsində müəyyən ərazidə yaranmış vəziyyətdir.
Fövqəladə hallar meydana gəlmiş bölgədə (lokal, obyekt, yerli, regional, milli yaxud qlobal) fövqəladə
vəziyyət elan olunur.
Fövqəladə hadisələr müəyyən şərait (təhlükəli və zərərli amil mənbələri mövcud olduqda)
yarandıqda meydana gəlir. Bu mənbələrə məhsulu və texnoloji prosesləri yüksək təzyiq, partlayıcı,
asanalışan, kimyəvi və radioaktiv maddələri, bioloji materialları tələb edən müəssisələr, hidrotexniki
qurğular, nəqliyyat vasitələri, neft və qaz kəmərləri, toksiki və radioaktiv maddələri, tullantılarının
basdırılma yerləri, habelə layihə və inşaat norma və qaydalarının pozulması ilə tikilmiş bina və
qurğular aiddir.
Bəzi təbii amillər (vulkan prosesləri, böyük həcmdə qar və buz toplanması, uzun müddətli
yağıntıların olması yaxud onların olmaması və s.) də belə mənbələrdən sayılır.
Fövqəladə halların çoxusunun əsasında (mənşəyində) insanın həyat fəaliyyəti ilə ətraf mühitin
arasındakı müvazinətin pozulması durur. Bu müvazinət insanların təbiətə çox güclü surətdə müdaxilə
etməsi, təbiət qanunlarına riayət etməməsi, təbiətə zidd fəaliyyəti, elm və texnikanın həddindən artıq
sürətlə inkişafı nəticəsində pozulur.
Texnika, istehsalat, tikinti və s. sahələrdə mövcud olan xüsusi nəzarət sistemlərin qeyri-stabil
vəziyyətə gəlməsi, ictimai münasibətlərin pozulması hətta insanların yüksək-əsəb emosional
yorğunluğu da ekstremal vəziyyətlər yarada bilərlər.
İnsanın təbii proseslərə müdaxilə etməsi və özünün fəaliyyət sahələrində yol verdiyi səhvlər
fəlakətlərin meydana gəlməsi ilə nəticələnir. İnsanların təbiət qanunlarına zidd fəaliyyəti idarə
olunmayan dəyişikliklərə, qlobal fövqəladə hallara gətirib çıxara bilər. Buna görə ekoloji böhranlar
artıq lokal xarakter daşımır. Fövqəladə halların meydana gəlmə səbəblərinin 70-80%-ni insan amili
təşkil edir. Bu onun düşünülməmiş hərəkətləri, məsuliyyətsizliyi, laqeyidliyi və peşə hazırlığı
səviyyəsinin aşağı olması ilə əlaqədardır.
Bütün fövqəladə halların inkişafında 4 xarakterik mərhələni 1. risk (təhlükə) amillərinin
toplanma mərhələsi; 2. fövqəladə halın işə salınma (təkanvermə) mərhələsi; 3. fövqəladə hallar
prosesinin gedişi mərhələsi; 4. sönmə mərhələsinə ayıra bilərik.
Dostları ilə paylaş: