Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti
Şöbə: “Müalicə işi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
20
MÖVZU 9
Əhalinin seyrəldilməsi və müalicə-təxliyyəsinin təşkili
Müasir dövrümüzdə bir çox təhlükələr mövcuddur və əhalinin təhlükəsizliyinə cavabdeh
təşkilatlar daimi hazır vəziyyətdə olmalıdır. Əhalinin təhlükəsizliyinin təmin olunması üçün onların
seyrəldilməsi və təxliyyəsi mütəşəkkil qaydada təşkil olunmalı və əvvəlcədən nəzərdə tutulmuş əraziyə
köçürülməlidir. Əhalinin seyrəldilməsi və təxliyyəsi əsas mühafizə üsullarından biridir. 1993-cü il
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ―Əhalinin köçürülməsinin əsasları‖ haqqında
qərarına uyğun olaraq köçürmək haqqında yalnız 3
təşkilat, yəni müvafiq rayon və şəhər icra
hakimiyyəti, Müdafiə və Fövqəladə Hallar Nazirliyi hökumət qarşısında məsələ qaldıra bilər. Sonra
Baş Nazir tərəfindən Azərbaycan Respublikasının Prezidentinə məlumat verilməlidir.
Hökumət
səviyyəsində icazə verildikdən sonra müvafiq rayon və şəhər üzrə Fövqəladə Hallar Komissiyası
əvvəlcədən tərtib edilmiş plana əsasən əhalinin seyrəldilməsi və təxliyyəsini təşkil edir. Fövqəladə
Hallar üzrə Komissiyanın üzvlərindən biri də rayon və ya şəhər tibb xidməti rəisidir.
Dostları ilə paylaş: