Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti
Şöbə: “Müalicə işi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
21
növləri üzrə (qatarlar və avtomobil dəstələri), şəhərdən piyada çıxarılacaq adamlar isə piyada dəstələri
üzrə qruplaşdırılır. Təhlükəsiz rayonların əhalisi isə təhlükəli zonalardan köçürülüb gətirilmiş əhalinin
həyat şəraitinin təmin olunması üçün radiasiya əleyhinə daldalanacaqlar düzəldilməsi, tənəffüs
üzvlərini qoruyan ən sadə mühafizə vasitələrinin hazırlanması, ictimai binaların yaşayış yeri kimi
uyğulaşdırılması, əl altında olan materiallarından məişət əşyaları (çarpayı, kürsü, döşək və s.)
düzəldilməsi işlərində fəal iştirak etməli, yardım göstərməlidir.
Qeyd etmək lazımdır ki, sülh və müharibə dövrlərindəki fövqəladə hallarda köçürülmə işlərinin
müvəffəqiyyəti köçürülən əhalinin mütəşəkkil, intizamlı və şüurlu davranışından xeyli dərəcədə asılı
olur.
Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti
Şöbə: “Müalicə işi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
22
MÖVZU 10
Nəqliyyat təxliyyəsinin yolları
Daşqınlar, qar uçqunları, zəlzələlər, vulkan püskürmələri və digər fəlakətlər zamanı həmin
ocaqlardan xəstələtin, yaralıların təcili daşınması üçün nəqliyyat xidmətinin rolu böyükdür. Bu xidməti
təmin etmək üçün müxtəlif maşınlardan, təyyarə və helikopterlərdən istifadə olunur. Bu da əhalinin və
sanitarların fəlakətlər, nəqliyyat və sənaye qəzaları zamanı kütləvi məhvinin qarşısını alır.
Bu tibbi problemi həll etmək üçün :
1. Seriyalı nəqliyyat, təyyarə və helikopterlərdən tibbi personalın və tibbi ləvazimatların daşınması
üçün;
2. Xüsusi seriyalı təyyarə və helikopterlərin cərrahi yardım göstərməsi üçün; xərəklərlə, məişət
avadanlıqları ilə, tibbi apteçka, tibbi çanta, içməli su, çəllək, sidikqəbuledicilərlə təmin olunmalıdır;
3. Uçuş zamanı reanimasiya tədbirlərinin, intensiv terapiya, həyati göstəriş zamanı cərrahi yardımın
göstərilməsi üçün təyyarə və helikopterlər;
4. Əhalinin tapılması və çıxarılması çətin olan yerlərdə asma vasitələrlə, trosla təmin olunmuş
təyyarə və helikopter.
Belə hallarda uçuş aparatının növündən asılı olaraq təyyarə və helikopterlərin nəqliyyat
vəziyyətindən sanitar vəziyyətinə keçməsi üçün 30-90 dəq. tələb olunur. Bu iş tibb xidməti işçiləri
tərəfindən yerinə yetirilir.
Lakin bəzi hallarda kütləvi sayda yaralılar olduqda onların təcili evakuasiyası çətinləşir, xüsusi
təmin olunmuş təyyarə və helikopterlərin sayı azlıq təşkil edir. Xaric ölkələrdə, Avropada maddi
imkanlar geniş olduğu və hazır vəziyətdə 1500 belə aviasiya olduğu üçün istifadə olunur. Bundan
başqa 20 minə qədər avtomobil mövcuddur. Ümumiyyətlə xarici peşəkarlar belə hesab edir ki, hər bir
yeni üslubda tikilmiş xəstəxananın həyətində helikopterun enməsi üçün meydança olmalıdır. Bu da
xəstələrə təxirəsalınmaz yardım təşkil etmək üçün vacibdir. Belə meydançaların olmaması aviasiyanın
işlədilmə effektliyini azaldır.
Çox zaman nəqliyyat təyyarələri fəlakət ocağına ucan zaman tibbi personalı, qayıdanda isə
yaralıları daşıyır. Belə daşıma üsulu üçün sanitar variantına dəyişdirilmiş adi təyyarədən istifadə
olunur. Bu zaman təyyarə tibbi xidməti xüsusi peşəkara tapşırılır . O həm, fəlakət ocağı haqqında
məlumatlı olur, həm də yaralıların daşınmasına nəzarət edir. Nəzərə almaq lazımdır ki, fəlakətin,
qəzanın yeri və vaxtı əvvəlcədən məlum olmur. Bu səbəbdən sanitar itkisi çox olduqda əhalinin təlafatı
da çox ola bilər.
İndiki zamanda hava nəqliyyatı ən təhlükəsiz hərəkət vasitəsi hesab oluna bilər. Bunun üçün
ekipaj, mühəndis – texniki heyət hazır vəziyyətdə olmalıdır. Lakin indi təyyarə qəzaları artdığı bir
zamanda fəlakətlər və qəzalar zamanı uçuş nəqliyyatından istifadə məsələsi aktuallaşır. Belə təyyarə
qəzaları nəticəsində çoxlu sərnişin tələfatı mümkündür. Bu da yaralı və xəstələrdə psixoloji stress
əmələ gətirə bilər. Ona görə də xilasetmə işlərində psixoloq və psixiatr köməyinə ehtiyac duyulur. İri
aviakompaniyalar tərəfindən aparılan axtarış-xilasetmə işləri zamanı 2 aparıcı tendensiya mövcuddur :
Milli mərkəzləşmiş təxirəsalınmaz yardımın inkişafı və aeroportların xilasetmə hərəkətliyinin
artırılması.
Fəlakət zonasında yaralının tam sağala biləcəyi yaxın müalicə müəssisəsində əlaqəni
avtonəqliyyat vasitələri yaradır. Bəzən fəlakət o qədər dəhşətli olur ki, bu zaman yalnız
avtonəqliyyatdan istifadə olunur. Yaralılar yalnız həkim nəzarəti altında daşınır. Çox hallarda tibbi
avtonəqliyyat çatışmır. Belə halda yük daşıma nəqliyyat yaralıları daşımaq üçün gərək olur (bu
maşınlar örtülür, xərəklə təmin olunur, isti örtük verilir). Evakuasiya vaxtı yaralıları avtobusun
salonunda və ya avtomobildə düzgün yerləşdirmək lazımdır. Ağır vəziyyətdə olan şəxslər ön cərgədə
aşağı yarusda xərəkdə; gips sarğısı, şinalı, bir qədər yüngül yaralılar II yarusda arxada yerləşdirilir.
Yaralının uzandığı xərəyin başı kabinə tərəfə olmaq şərtilə ayaq hissəyə nisbətən baş hissə 10-15 sm
yuxarıda olur. Bu da yaralının maşın silkələnməsi zamanı köndələn sürüşmənin qarşısını alır. Oturan
yaralılar ən arxa sırada yerləşdirilir, yük maşınında isə taxta lövhələr, skamyalarda otururlar.
Avtomobillərin sürəti yolun vəziyyətindən asılı olaraq dəyişir, adətən 30-40 km/saat hesablanır.
|