Mühazirə MÖvzu 1 Fəlakət təbabəti və Mülki Müdafiə tibb xidmətinin tə şkili, quruluşu, fə nni, vəzifələri MÖvzu 2


Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə35/118
tarix17.11.2022
ölçüsü1,52 Mb.
#69524
növüMühazirə
1   ...   31   32   33   34   35   36   37   38   ...   118
Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti

Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti 
 
Şöbə: “Müalicə işi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci
30
İkinci qrupa aid dozimetrik cihazlarda isə cihazın detektoru ona təsir göstərən şüalanmaları 
fasiləsiz sabit cərəyana çevirir. Belə halda cihazın sxemi sabit cərəyan gücləndiricisi və çevrici rolunu 
oynayır. 
Müasir dozimetrik cihazların demek olar ki, hamısı ionlaşma üsulu əsasında işləyir. 
Cihazların əsas qovşaqları aşağıdakılardan ibarətdir: 
1. Vericilərin əsas tərkib hissəsi olmaqla, detektorları, yəni ionlaşma kameraları, qazboşalma 
sayğacları və ya ssintillyatorlar. 
2. İmpulsların çevrici elektrik sxemi. 
3. Ölçmə və ya qeydetmə cihazları 1 cihazın ölçəcəyi fiziki kəmiyyət vahidlərinə bilavasitə 
dərəcələndirilmiş şkalalar. 
İD-1 dozaölçən cihaz komplekti fərdi dozimetrlər komplekti udulan qamma-neytron şüalanma 
dozalarını ölçmək üçündür. Cihaz -50 
0
C və +50
0
C temperatur hədlərində, habelə havanın nisbi 
rütubəti 98%-dək dəyişərkən işləyə bilər. 
Doldurucu pult dozimetrin kondensatorunu doldurmaq üçündür. Ölçülən dozaları dozimetrin 
içərisində yerləşən və radlarla dərəcələndirlmiş şkalada hesablanır. Dozimetrlərin göstəricisinin 
sabitliyi altı ay ərzində istismar zamanı ölçmələrin əsas ölçmə xətaları hədlərində aparılmasını təmin 
edir. İstifadə etmək rahat olsun deyə, dozimetr quruluşca avtomat qələm formasında hazırlanmışdır. O, 
mikroskopdan, gövdədən və kontaktlar qrupundan ibarətdir. Dozimetrin iş prinsipi belədir: 
doldurulmuş dozimetrə ionlaşdırıcı şüalanmalar təsir göstərərkən ionlaşma kamerasının həcmində 
ionlaşma cərəyanı yaranır ki, bu da kondensatorun və ionlaşma kamerasının potensiallarını azaldır. 
Potensial şüalanma dozasına proporsional surətdə azalır. Potensialın nə qədər dəyişdiyini ölçməklə, 
alınan doza barədə fikir yürütmək mümkündür. Potensial ionlaşma kamerasının içərisindəki kiçik 
ölçülü elektroskop vasitəsilə ölçülür. 

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin