Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti Şöbə: “Müalicə işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci 40
MÖVZU 18 Nəqliyyat qəza və fəlakətləri, göstərilən ilk tibbi yardım Nəqliyyat müasir çoxsahəli təsərrüfatın mühüm əlaqələndirici hissəsidir. Nəqliyyat vasitələrinin
sayı artıqca qəzaların sayı da ildən-ilə artır. Bütün qəza və fəlakətlərin 50%-i nəqliyyatın payına düşür.
Alimlərin hesablamalarına görə, dünyada hər bir saat ərzində 1 milyon insanın payına: 1. Avtobus – 0,03%;
2. özəl – 0,6%
3. dəmiryolu – 0,05%;
4. hava – 1,0%;
5. motosiklet nəqliyyatından istifadə etdikdə - 9,0% bədbəxt hadisə düşür.
Nəqliyyatda baş verən FH-lar 5 qrupa bölünür: 1. Avtobus;
2. Dəmiryolu;
3. Aviasiya;
4. Su;
5. Boru kəmərləri;
Yol – nəqliyyat hadisələri nəticəsində planetimizdə hər il 300 min insan həlak olur. 1,5 milyon
nəfər isə müxtəlif zədələnmələr alır. Onu da qeyd etmək lazımdır ki, hadisələrin sayı get-gedə artır və
əmələ gəlmə səbəbi insan amili ilə əlaqələndirilir. Belə ki, sürücülərin, piyadaların yol hərəkəti
qaydalarını pozması, yüksək sürət, qarşı istiqamətə keçmə, sükan arxasında sərxoş halda olma,
motosiklet sürərkən təhlükəsizlik qaydalarına riayət olunmaması kimi hallar qeyd edilir. Yol
qəzalarının əsas xüsusiyyəti ondadır ki, yaralıların 80%-i ilk 3 saat ərzində dünyasını dəyişir. Birinci
saatda qanaxma çox sürətli olur. Burada ilk tibbi yardım çox vacibdir. Ətrafdakı insanların bu barədə
biliklərinin az və ya heç olmaması isə vəziyyəti çətinləşdirir.
Dəmiryol - nəqliyyatlarında baş verən qəzaların əsas tələblərinə yolların, dəmiryol nəqliyyatı,
siqnalizasiya vasitələrinin nasaz vəziyyəti, dispetçerlərin səhvi, maşinistlərin diqqətsizliyi və
laqeydliyi, qatarların relsdən çıxması, toqquşma, dəmiryollarının yuyulması, sürüşmə, çökmə və sel
kimi halların yaratdığı qəza vəziyyətləri və s. aiddir. Tezalışan partlayış təhlükəli maddələr, qaz-
kimyəvi və radiasiya təhlükəli maddələri daşıyarkən qəza baş verdikdə yanğın və partlayış kimi
hadisələr müşahidə olunur. Bu kimi qəzaların nəticəsini aradan qaldırmaq olduqca çətindir. Yeraltı
nəqliyyat vasitəsində, yəni metroda baş verən qəzaların çox hissəsi yanğınla bağlı olur və ağır
nəticələrə gətirib çıxarır. Buna çox vaxt qısa qapanma, kontakt relslərdə elektrik mühərriklərində
alışma və s. hadisələr səbəb olur. Psixoloji kriteriyalara əsasən sərnişinlər özlərini təhlükəsiz daha çox
dəmiryol nəqliyyatında hiss edirlər. Əslində dəmiryol qəzaları aviasiya qəzalarından çox olur. Lakin
dəmiryolu qəzaları kütləvi olmur və bu səbəbdən də ciddi rezonans yaratmır. Digər tərəfdən yandırıcı
maddələrin daşındığı qatarlarda qəzalar baş verərsə bu ətraf mühitin çirklənməsi, insan təlafatı və s. ilə
nəticələnə bilər.
Hava nəqliyyat qəzalarının səbəblərinə aviatexnikanın mürəkkəbləşməsi təyyarələrin həm
sürətinin, həm də yükqaldırma qabiliyyətinin artması, ekipajin psixofizioloji gərginliyi və aerodrom
təsərrüfat işinin intensivliyinin artması aiddir. Təyyarə qəzaları sayca az olsa da onlardan qurtuluş
yoxdur, ya da az ehtimallıdır. Belə ki, aviasiya qəzaları çox saylı insan ölmünə səbəb olur və axtarış-
xilasetmə işlərinin həyata keçirilməsini tələb edir.