Mühazirə MÖvzu 1 Fəlakət təbabəti və Mülki Müdafiə tibb xidmətinin tə şkili, quruluşu, fə nni, vəzifələri MÖvzu 2


Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə51/118
tarix17.11.2022
ölçüsü1,52 Mb.
#69524
növüMühazirə
1   ...   47   48   49   50   51   52   53   54   ...   118
Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti

Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti 
 
Şöbə: “Müalicə işi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci
42
MÖVZU 19 
Fəlakət ocaqlarında cərrahi yardımın göstərilməsi 
Föqəladə hallar zamanı xəstə və yaralılara yardım mərhələlərlə yerinə yetirilir. Yəni göstərilən 
yardım xəstə və yaralalırın köçürülməsi ilə eyni müddətdə aparılır. Fəlakət zonasından başlamış 
ixtisaslı yardım mərhələsinə qədər bütün zədələnənlər eyni istiqamətdə tibb məntəqəsinə yaxud 
xəstəxanalara müvafiq qaydada təxliyə olunurlar. Buna təyinat üzrə təxliyə deyilir. Məsələn, kəllə-
beyin yaralanması olanlar neyrocərrahi hospitallara, döş qəfəsi yaralanması olanlar torakal cərrahlıq 
şöbəsinə, qarın boşluğu yaralanmaları abdominal cərrahlıq, ətrafların yaralanmaları travmatoloji
damar yaralanmaları damar cərrahlığı şöbələrinə göndərilir. 
Beləliklə, fəlakətlər zamanı hər bir yaralı bir neçə həkimin baxışından keçməlidir. Şəraitdən asılı 
olaraq burada müalicə taktikası da dəyişə bilər. Bütün bu proseslər mürəkkəb bir sistem şəklində 
müalicə-təxliyyə tədbirlərinin vahid prinsip əsasında, ardıcıl yerinə yetirilməsini tələb edir. Eyni 
zamanda bu təlabat müxtəlif xarakterli zədələnmələrə yardımın əvvəlcədən düşünülmüş, elmi 
əsaslanmış vahid bir prinsip üzrə və hər bir mərhələdə həyata keçirilmiş yardımın dəqiq 
sənədləşdirilməsi əsasında yerinə yetirilməsini qarşıya qoyur. Fəlakətin formasından, tibbi təchizatın 
hansı səviyyədə olmasından asılı olaraq göstərilən yardımın həcmi hətta müəyyən saatlarda belə dəyişə 
bilər. Məsələn: ilk həkim yardımı mərhələsində (briqada tibb məntəqəsində) əlverişli şəraitdə şok 
əleyhinə tədbirlər daha geniş şəkildə qan və qanəvəzedicilərin köçürülməsi, novokain blokadalarının 
aparılması və s. şəkildə yerinə yetirilir. Lakin xəstə və yaralıların kütləvi gəlişi zamanı bu tədbirlərin 
yerinə yetirilməsi müəyyən qədər məhdudlaşdırılıb, daha sadə müalicə metodları ilə əvəz olunur. Eləcə 
də şəraitdən asılı olaraq ixtisaslı yardım mərhələsində xüsusi gücləndirici dəstənin köməyi ilə ixtisaslı 
cərrahi yardım yerinə yetirilə bilər. Tibbi təxliyyənin müəyyən mərhələsində yardımın əsassız yerə 
məhdudlaşdırılması, yaxud genişləndirilməsinə yol vermək olmaz. Bunlar xəstə və yaralı üçün 
əhəmiyyətli olmayıb onların ziyanınadır. 
Müxtəlif qrup yaralılara yardım tibbi çeşidləmə ilə eyni vaxtda həyata keçirilir. Xəstə və 
yaralıların kütləvi gəlişi zamanı tibbi çeşidləmə aparılmadan yardımın həyata keçirilməsi qeyri-
mümkündür. Çeşidləmə mərhələli müalicə prinsipinin vacib elementidir. Bunun əsas mahiyyətini tibbi 
təxliyənin müəyyən mərhələsində yardımın xarakteri və növbəliliyi təşkil edir. 

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin