Mühazirə MÖvzu 1 Fəlakət təbabəti və Mülki Müdafiə tibb xidmətinin tə şkili, quruluşu, fə nni, vəzifələri MÖvzu 2


Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə59/118
tarix17.11.2022
ölçüsü1,52 Mb.
#69524
növüMühazirə
1   ...   55   56   57   58   59   60   61   62   ...   118
Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti

Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti 
 
Şöbə: “Müalicə işi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci
47
Radiasiya şəraitinin qiymətləndirilməsinə adətən aşağıdakılar aiddir: radioaktiv zəhərlənmə 
zonalarının sərhədlərini və onlarda radiasiya səviyyəsinin bölünməsini təyin etmək; zəhərlənmə 
zonalarının müəssisələri torpaqdan istifadə planına və ya sxeminə köçürülməsi; zəhərlənmiş ərazidə 
dəstələrin, həmçinin əhalinin təsərrüfat işlərinin aparılmasında ən məqsədəuyğun fəaliyyətinin 
müəyyən edilməsi. 
Lazım gələrsə müəssisənin müdafiə qərargahlarında ərazinin, adamların və başqa obyektlərin 
zəhərlənmə dərəcəsi qabaqcadan təyin edilə bilər. Bunun üçün dozimetrik nəzarət təşkil edilir. 
Dozimetrik nəzarət–orqanizmin kənardan şüalanmasına nəzarətdən və müxtəlif səthlərin, o 
cümlədən də orqanizmin səthinin radioaktiv çirklənməsinə nəzarətdən ibarətdir. Bunun üçün fərdi 
nəzarət zamanı adamların hər birinə, qruplarla nəzarət hallarında isə eyni şəraitdə qalan bir qrup 
adamlara bir İD-11 və ya digər tibbi dozimetr verilir. Əhalinin və MM dəstələri şəxsi heyətinin
obyektlərdəki işçilərin şüalanma dozalarının ciddi uçotu aparılır. Əşyanın səthinə qonmuş radioaktiv 
tozun törətdiyi şüalanmanın gücü DP-5 tipli dozimetrlə ölçülür və millirentgen – saat (mRq/S) adlı 
vahidlə qiymətləndirilir.


Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti 
 
Şöbə: “Müalicə işi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci
48
MÖVZU 21 
 
Radiasiya ilə zədələnmələr. Qeyri-bərabər və bərabər şüalanma zamanı 
kəskin şüa xəstəliyi
 
Radiasiya şəraiti düşmənin nüvə silahı tətbiq etdikdə və AES-da qəza baş verdikdə yaranır. 
Adamların zədələnməsi və zəhərlənməsi müxtəlif obyektlərin radioaktiv maddələrlə zədələnməsi ilə 
nəticələnir. Müxtəlif növ ionlaşdırıcı şüaların təsirindən iki növ effektlər müşahidə olunur. 

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin