Somatik – müəyyən şəxsin şüalanması zamanı 1. Erkən – kəskin şüa xəstəliyi, xroniki şüa xəstəliyi, yerli radiasion zədələr (yanıqlar və s.)
2. Gecikmiş – özünü bir neçə aylar və illərdən sonra biruzə verir, şişlər, müxtəlif orqanların
xəstəlikləri, toxumaların (ələfsus dərinin) patologiyaları.
Genetik – rüşeym hüceyrələrinin şüalanması nəticəsində, gələcək nəsillərdə özünü biruzə verir
(xromosom xəstəlikləri).
Radiasiyanın təsirinin xüsusiyyətlərindən asılı olaraq, udulmuş dozanın vaxt üzrə və insan
orqanizmində yayılmasına görə zədələnmə növləri inkişaf edir. Fövqəladə hallar üçün (radiasion
qəzalar) kəskin radiasion zədələnmələr xarakterikdir: kəskin şüa xəstəliyi, kəskin yerli zədələnmələr, o
cümlədən şüa yanıqları. Xroniki zədələnmələr, radioaktiv maddələrlə çirklənmiş ərazilərdə,
ionlaşdırıcı şüa mənbələrində işləyən zaman təhlükəsizlik qaydalarına riayət etməyəndə yaranır.
Radiasiya ilə zədələnmələrin patogenezi - İonlaşdırıcı şüalanmanın birbaşa təsiri altında udulan
enerjinin maddədə aktiv radikallar əmələ gətirməsi ionizasiya adlanır. Bu təsirə ən çox metobolizm,
toxuma təzələnməsi, enerji sintezi proseslərinin gedişində iştirak edən yüksək polimer maddələrdən
olan nuklein turşuları məruz qalır. Sıx ionlaşdırıcı şüalanmaya canlılar birbaşa məruz qalır. Səbəbi
DNT molekkularında ikili parçalanma nəticəsində, onun reparasiyasının (bərpasının) çətinləşməsidir.
İonlaşdırıcı şüalanmanın qeyri-birbaşa təsiri bədəndəki suyun radiolizi ilə əlaqədardır. Bunun
nəticəsində maddələr mübadiləsində iştirak edən müxtəlif molekulların inaktivasiyası baş verir.
Toxumalar şüalanma dərəcəsinə görə aşağıdakı sıra ilə düzülür:
1. Limfa toxuması;
2. Sümük iliyi;
3. Cinsi vəzilərin epitelisi;
4. Bağırsaq epitelisi;
5. Dəri;
6. Büllur;
7. Endoteli;
8. Seroz qişalar;
9. Perenximatoz orqanlar;
10. Əzələlər;
11. Birləşdirici toxuma;
12. Qığırdaqlar;
13. Sümüklər;
14. Sinir toxuması;
Radiasion şüalanma nəticəsində qan hüceyrələrinin defisiti, endokrin sistemi və MMS
fəaliyyətinin pozulması meydana çıxır. Patogenezdə əsas rolu intoksikasiya oynayır və əsas
simotomların ortaya gəlməsi onun dərəcəsindən asılıdır.