Mühazirə MÖvzu 1 Fəlakət təbabəti və Mülki Müdafiə tibb xidmətinin tə şkili, quruluşu, fə nni, vəzifələri MÖvzu 2


Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə63/118
tarix17.11.2022
ölçüsü1,52 Mb.
#69524
növüMühazirə
1   ...   59   60   61   62   63   64   65   66   ...   118
Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti

Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti 
 
Şöbə: “Müalicə işi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci
50
MÖVZU 22 
Kimyəvi zədələnmə ocağında yaranmış şəraitin qiymətləndirilməsi 
Düşmənin zəhərləyici maddələr tətbiq etməsi nəticəsində yaranan vəziyyətə kimyəvi şərait 
deyilir. Kimyəvi şəraitin qiymətləndirilməsinin mahiyyəti adamlara, heyvanlara, torpağa, bitkilərə, su 
mənbələrinə və s. təsir nəticəsinin dərəcəsini təyin etməkdə, həmçinin dəstələrin və əhalinin kimyəvi 
zəhərlənmə şəraitində xilasetmə və digər təxirəsalınmaz işlərin aparılmasında ən məqsədə uyğun 
fəaliyyətlərinin seçilməsindədir. Kimyəvi şəraitin qiymətləndirilməsində obyektlərin, bütün 
qərargahların rəisləri və dəstə komandirləri obyektlərin mühafizəsini vaxtında təşkil etmək üçün iştirak 
edir, həmçinin dəstələrin fəaliyyəti haqqında və düşmənin kimyəvi silahı tətbiq etməsinin nəticəsini və 
onların qalıqlarını aradan qaldırmaq qərarlarını dəqiqləşdirirlər. Kimyəvi şərait kimyəvi kəşfiyyatın 
məlumatları əsasında, lakin bəzi hallarda qabaqcadan öyrənilir. Belə öyrənməyə aşağıdakılar aiddir: 
1. Dəstələrin şəxsi heyətinin və əhalinin zəhərləyici maddələrdən mühafizə dərəcəsini təyin etmək; 
2. Kimyəvi silahın basqınına məruz qalmış obyektləri öyrənmək; 
3. Zəhərləyici maddələrin növünü və təxmini sıxlığını, vaxtını, onların tətbiq vasitələrini və 
üsullarını təyin etmək; 
4. Ərazinin xarakterini və hava şəraitini öyrənmək. 
Dəstələrin fəaliyyət xarakterini kimyəvi şəraitin qiymətləndirilməsi nəticəsində dəqiqləşdirirlər. 
Zəhərləyici maddələrin tətbiq edilmə rayonu (obyekti), növü, üsülları, miqyası, adətən, adi 
görmə müşahidəsi ilə təyin edilir, sonra kimyəvi kəşfiyyatın məlumatları ilə dəqiqləşdirilir. Zəhərləyici 
maddələrin növünü kimyəvi kəşfiyyat cihazları, həmçinin onun tətbiq üsulları ilə təyin edirlər. Əgər 
düşmən təyyarələri səpən təyyarə cihazlarından (STC) istifadə edərsə, deməli, zəhərləyici maddələr V 
tipli qaz və iprit növlərinə aiddir. Küləyin sürəti və istiqaməti, yerə yaxın təbəqədə havanın istiliyi 
haqqında məlumatları obyektin mülki müdafiə qərərgahlarına rayonun MM qərərgahı göndərir. 
Dəstələrin fəaliyyət göstərəcəyi yeni rayonların ərazilərinin xarakterini xəritələr, sxemlər üzrə və 
bilavasitə baxmaqla öyrənirlər. 
Kimyəvi şəraiti qiymətləndirdikdə, zəhərlənmə rayonunda zəhərli havanın yayılma dərinliyi və 
istiqamətinin, zəhərləyici maddələrin ərazidə davamlılığının, həmçinin obyektlərin zəhərlənmə 
xarakterləri və miqyasının öyrənilməsinə xüsusi diqqət yetirilir. Zəhərli havanın yayılmasının təhlükəli 
məsafəsi zəhərləyici maddələrin tətbiq edildiyi rayonun hüdudundan, küləyin istiqamətilə, dəstələrin 
şəxsi heyətinin və əhalinin mühafizə vasitələri olmadan təhlükəsiz məntəqəyə qədər olan yola deyilir. 

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin