Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti
Şöbə: “Müalicə işi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
49
meningial əlamətlər) meydana çıxır. Bədənin hərarəti qalxır (37ºC - 39ºC),
qanda leykositoz,
eritrositlərin, trombositlərin çoxalması, limfositlərin azalması qeydə alınır.
Latent (gizli) dövr nisbətən xoş gedişi ilə xarakterizə olunur. Başılanğıc
dövrünün bir çox
əlamətləri keçir, ümumi zəiflik, iştahanın düşməsi, dispeptik pozğunluqlar, yuxunun pozulması qala
bilər. Periferik qanda leykositlərin, trombositlərin və retikulositlərin səviyyəsinin proqressiv düşməsi
xarakterikdir. Latent (gizli) dövr aqranulositoz başlayana qədərki müddəti əhatə edir.
Çiçəklənmə dövrü- zərərçəkənin ümumi vəziyyəti kəskin pisləşir: baş ağrıları, ümumi zəiflik,
yuxusuzluq, anoreksiya, titrətmə müşahidə olunur. Gizli dövrün sonundan saçların tökülməsi başlayır.
Selikli qişaların, dərinin, daxili orqanların şüalanması nəticəsində ağır infeksion ağırlaşmalar (stomatit,
enterokolit, pnevmoniya) müşahidə olunur. Trombositlərin azalması və damar keçiriciliyin artması ilə
əlaqədar hipohemokoaqulyasiya inkişaf edir. Dəridə hemorragiyalar, mədə - bağırsaq qanaxmaları
meydana çıxır. Toksemiya və eritrositlərin səviyyəsinin azalması hipoksiya və anemiyaya səbəb olur.
Dostları ilə paylaş: