3. Hərbi quruluş və məhkəmə sistemi
XV əsr Azərbaycan feodal dövlətlərinin quruluşu haqqında əlahiddə bir
mənbə olmadığı kimi, bu dövlətlərin hərbi təşkilatları və məhkəmə sistemi barədə
də xüsusi əsər yoxdur.
Bir qayda olaraq, döyüşə gedən ordunun başında hökmdarın özü dururdu.
Qaraqoyunlulardan Qara Yusifin, Qara İsgəndərin, Cahanşahın, Ağqoyunlulardan
Uzun Həsənin, Sultan Yaqubun, Rüstəm padşahın, Şirvanşahlardan I İbrahimin,
Xəlilullahın, Fərrux Yəsarın döyüş şücaətləri barədə mənbələrdə məlumat boldur.
Onlardan əvvəlki hökmdarlar da şəxsən döyüş meydanlarına gedir, özlərinin
sərkərdəlik və döyüşçülük məharətlərini nümayiş etdirirdilər. Məsələn, səlcuq,
monqol, teymuri hökmdarları şəxsən böyük əzmlə vuruşur, vəzir, əmir və
döyüşçülərə bir növ nümunə olur, hər qələbəni qılınc gücünə şəxsən əldə edərdilər.
Əmir Teymur yazır: "Başıma polad dəbilqə, əynimə Davudi savut (hərbi süvari
libas) geyindim, belimə misri qılınc bağladım, bahadırlıq və güləş taxtına
əyləşdim. Turanlı divürəklilərin, Xorasan pəhləvanlarının, Gilan və Mazandaran
batırlarının ürəklərinə səksəkə saldım və Sivas, eləcə də Gürcüstan qalalarını fəth
elədim. Qalada dikbaşlıq eləyənlərin hamısını dəmirlə dağladım, qaladan ələ
keçirdiyim bac-xəracı qalib əsgərlərimə payladım. Azərbaycandakı pozğun, başsız
126
Bu haqda məlumat üçün M.X.Nemətovanın məqaləsinə bax.
36
adamları tənbeh elədim. (Sultan Əhməd Cəlairi və Qara Yusif Qaraqoyunlularını
nəzərdə tutur - Ş.F.)... 27 padşahın taxtını ələ keçirdim. İrana, Turana, Ruma,
Məğribə, Şama, Misrə, Ərəb İraqına, Əcəm İraqına, Mazandarana, Gilana, Şirvana,
Azərbaycana, Farsa, Xorasana, Dəşti-Ceteyə, Dəşti-Qıpçağa, Xarəzmə, Xütənə,
Babilistana, Baxtərzəminə, Hindistana padşah və hökmdar oldum... On iki
yaşımdan dürlü-dürlü diyarları gəzdim. Əzab-əziyyət gördüm. Hər cürə tədbirə əl
atdım, qoşunlar sındırdım, əmirlərdən və adi qulluqçulardan acı sözlər eşitdim,
pisliklər gördüm, lakin eşitdiyimi eşitməzliyə, gördüyümü görməzliyə vurdum.
Qılıncımı qından çıxarıb döyüşə girdim, dürlü-dürlü məmləkətləri, vilayətləri ələ
gətirdim. Dünyada ad çıxartdım."(Bax: "Əmir Teymurun vəsiyyətləri." səh. 47-48)
Qaraqoyunlu və Ağqoyunlu dövlətlərində ordunun ən yuxarı zümrəsini
şahla bir tayfadan olan əmirlər təşkil edirdi. Məsələn, Qaraqoyunlularda - barani,
Ağqoyunlularda isə bayandurilər yüksək toxunulmazlıq hüququna və müstəsna
səlahiyyətlərə malik idilər. Ağqoyunlularda bayanduri bəylərinə «boy bəyləri»,
əskərlərinə isə «boy nökərləri» deyirdilər.
127
Şirvanşahlarda isə ordu müharibə
gözlənilən təqdirdə yerli rəiyyət və tayfalardan yığılan adamlardan təşkil olunurdu.
Azərbaycan dövlətlərinin ordusu sarayın ixtiyarındakı nisbətən azsaylı
qoşundan və ayrı-ayrı vilayətlərdə yaşayıb, yalnız hərbi yürüşlər zamanı
cəmlənərək öz başçıları (sərdar) ilə birlikdə hökmdarın köməyinə yollanan
döyüşçülərdən (çərik) ibarət olmuşdur. Piyada qoşun dəstələrinin təşkilinə isə ilk
dəfə Qara Yusifin teymuri Şahruxla döyüşə yollanması zamanı təsadüf olunur.
128
Qeyd olunduğu kimi, ordunun böyük hissəsi çəriklərdən ibarət idi ki, onlara
əsasən gəldikləri yerlərin tayfa başçıları rəhbərlik edirdi. «Xassə əskərlər» deyilən
döyüşçü dəstələrinə (şahın tabeliyindəki əskərlərə) illik maaş verildiyi halda,
çəriklərə yalnız onlar döyüşə çağırıldıqdan sonra pul ödənilirdi.
129
Ağqoyunlu qoşununda hökmdarın təminatında olub, müəyyən imtiyazlara
malik qvardiya hissələri, boy və xassə nökərləri vardı. Onlar əsasən Ağqoyunlu
tayfalarından olan və hakimiyyət başında duran bayandurilərə mənsub idilər.
Qoşunun ali rəisləri «əmir» adlanırdı, kiçik başçılara isə «qibtəul» deyirdilər. Hər
iki vəzifə əyanlara mənsub idi və bu vəzifələrə tayfa başçıları təyin olunurdu.
Qoşun puşandarlardan (ağır silahlı süvarilərdən) və tirkəşbəndlərdən
(oxatanlardan) ibarət idi.
Əsasən yarımköçərilərdən ibarət olan döyüşçüləri, adətən, onların ailələri,
qulları və xidmətçiləri müşayiət edirdilər. Buna görə də qoşun təşkilatının köçəri
ənənələrlə sıx surətdə bağlı olduğu aydınlaşır. Qoşun səfərdə olduğu zaman (ilin
fəsillərindən asılı olaraq) qışlaq və yaylaq yerlərində dayanırdı.
127
İslam ensiklopediyası. I cild, səh.266.
128
Ş.Fərzəliyev. Azərbaycan XV-XVI əsrlərdə...,səh.68, 94.
129
İslam ensiklopediyası, I cild, səh.266.
37
Qoşunların miqdarı haqqında dəqiq məlumat yoxdur. Qaraqoyunlu qoşununda
təxminən 50 min nəfər, Ağqoyunlularda isə 100 min nəfər döyüşçü olduğunu
etimal etmək olar.
130
Osmanlı hökmdarı Sultan Məhəmməd Fatehlə döyüş ərəfəsində Uzun
Həsən onun dövlətinə səfir kimi gələn Venesiya diplomatı Katerino Zenonu
Ağqoyunlu ordusuna dəvət etmişdi ki, baxış qurtardıqdan sonra K.Zeno tərəfindən
Venesiyaya göndərilən məktubda senata yazılırdı: «Onların sayı 100 min nəfərdir...
Süvarilər və onların atları italyan tərzində silahlanmışlar. Bəzi döyüşçülər
bədənlərini hər hansı bir ağır zərbədən qorumaqdan ötrü sinələrini möhkəm
dərilərlə örtmüşdülər... Bu süvarilərin qulluqçuları da yaxşı atlara minmişlər...
Döyüşçülər 40 min nəfər, onların qulluqçuları isə təxminən 60 min nəfər idi...
Şahın cavan oğlanları da onunla idilər»
131
Ağqoyunluların 1473-cü ildə baş vermiş Otluqbeli məğlubiyyətindən sonra
Uzun Həsən dövlətdə mərkəzləşmə ənənəsini həyata keçirməyə başladığından bəzi
yüksək rütbəli əmirlər və hətta şahzadələr də ona qarşı düşmən mövqe tutmuşdular.
Buna misal olaraq Uğurlu Məhəmmədin atası əleyhinə qiyamını göstərmək olar.
Bundan xəbər tutan Ağqoyunlu hökmdarı dərhal oğlunu cəzalandırmaq niyyətinə
düşərək hücum etmək üçün qoşun toplayır və həmin qoşunun miqdarı barədə başqa
bir venesiyalı diplomatın - Cozafa Barbaronun məlumatı müfəssəldir. C.Barbaro
yazır: «Şahı şəxsən ləyaqətli adamlar müşayiət edir və xidmətində dururlar. Bu
arada əskər və heyvanların miqdarını saymağa başladılar. Amma bizdə olan qayda-
qanunun əksinə olaraq, adamların sayını səbt etmək və atları dağlamaqla məşğul
olmadılar. Onlar yalnız qoşun başçılarını yanlarına çağırır, ixtiyarlarındakı
döyüşçülərin sayının düzgün olub-olmadığını soruşurlar... Mən öz xidmətçimlə
onların arasından keçdim və paxla hesabı ilə ləşkəri saymağa girişdim. Hər 50
nəfəri saydıqdan sonra cibimə bir paxla salırdım. Baxış sona çatdıqda hesablayıb
əskər və heyvanların sayını aşağıdakı kimi müəyyən etdim:
Çadırların sayı - 6000 (altı min);
Dəvələrin sayı - 30000 (otuz min);
Qatırların sayı - 5000 (beş min);
Yabıların sayı - 5000 (beş min);
Ulaqların sayı - 2000 (iki min);
Xidmət atlarının sayı - 20000 (iyirmi min);
Süvari atların sayı iki min baş idi. Onların üstünə dəmir zireh (bərgostvan)
və qızıl-gümüşdən düzəldilmiş dördkünc zirehlər salınmış və atlar xırda zəncirlərlə
bir-birinə bağlanmışdılar. Zirehlərin ətəkləri yerədək sallanırdı. Bəzi atlar, bizdə
olduğu kimi, dəri ilə örtülmüşdü... Sonra aşağıdakıları saydım:
130
Azərbaycan tarixi, «Elm» nəşr. III cild, səh.105-106.
131
Səfərnamebayi-vernizyan dər İran,Tehran, h.1349, səh.217-218 (fars dilində).
38
2 min baş gözəl qatır, 20 min baş xırda buynuzlu heyvan, 2 min baş iri
buynuzlu mal-qara, cəmisi 100 dənə ov yüzpələngi (?), 200 dənə dişi və başqa
şahin quşu, 3 min ədəd tazı, 1000 ədəd ov iti, 50 ədəd qırğı, 15 min nəfər beli
qılınclı döyüşçü, 2 min nəfər silahlı qulamlar, çobanlar və başqa xidmətçilər, 1000
nəfər oxatan. Bunlardan başqa 25 min seçkin süvari, 3 min nizəsi və oxu olan
piyada əskər, ali və orta təbəqədən olan 10 min qadın, 5 min xidmətçi qadın, 15
yaşından 6 yaşınadək 6 min kiçik qız və oğlan uşağı, təxminən beş yaşlı 5 min
başqa uşaqlar.
Süvarilərin 1000 nəfəri nizəatan, 5 min nəfəri qalxanaparan, təxminən 10
min nəfəri oxçu olmaqla yerdə qalanlarının müxtəlif silahları vardı. Əskərlərin
yan-yörələrində görünən və öz mallarını satan sənətkarlar aşağıdakılardan
ibarətdir: Ordunun bütün ehtiyacını ödəyən dərzilər, çəkməçilər, dəmirçilər,
yəhərçilər və oxdüzəldənlər. Sonra, hər yerdə səliqə-sahmanla çörək, ət, meyvə,
şərab və başqa şeylər satan adamları da gərək sizə xatırladam. Orduda ədviyyə
satan əttarlar da vardı».
132
Başqa bir Venesiya diplomatı Ambrozio Kontarini isə səfirlərə nümayiş
etdirməkdən ötrü hazırlanan Ağqoyunlu piyada və süvari qoşunlarının rəsmi-
keçidi barədə məlumat verib yazır. «Müxtəlif adamlardan və Cozafa Barbarodan
əlahəzrətin xidmətində olan nizami süvarilərin miqdarı haqqında soruşduqda
məlum oldu ki, 25 min nəfərdən çox deyillər».
133
A.Kontariniyə görə, belə rəsmi-
keçidin hazırlanmasından məqsəd «gördüklərimiz barədə qayıdıb öz hökmdarımıza
məlumat vermək idi».
134
Diplomat sonra Ağqoyunlu ordusunun silahları barədə
yazır: «Onların silahları ox, kaman, qılınc və qalxandan ibarətdir... Nizədən
istifadə etmirlər».
135
Dövrün mənbələrində ordunu təşkil edən hissələr «qoşun, ləşkər» əskərlər
isə «dilavər, əskər, mülazim, nökər və qulluqçu» adlanır. Ordu cəngə başlamazdan
əvvəl döyüşün olacağı meydana «çərxçi» yaxud «çərxəçi» adlanan dəstə çıxarılırdı
və bu dəstəyə rəhbərlik «çərxçibaşı» tərəfindən həyata keçirilirdi.
Dilçi alim H.H.Zərinəzadəyə görə çərxçilər «çərx» (?) adlı «maşınlarla»
təchiz edilir və mühasirəyə aldıqları şəhərə çərxlərdən od yağdırarmışlar.
136
Bu
qəribə məlumatın H.H.Zərinəzadə tərəfindən hansı mənbədən götürüldüyü məlum
deyildir, lakin bizə məlumdur ki, çərxçi dəstələrinin əsas fəaliyyətləri mühasirə
zamanı yox, hücum vaxtı, özü də şəhər ətrafında yox, döyüş meydanında
olmuşdur. Çərxçilərin döyüş meydanına çıxarılması döyüşün başlanması demək
132
Səfərnamehayi-venizyan ..., səh.73-74.
133
Səfərnamehayi-venizyan ..., səh.146-147.
134
Yenə orada, səh.147
135
Yenə orada.
136
H.H.Zərinəzadə. Fars dilində Azərbaycan sözləri, Bakı. 1962, səh. 278.
39
idi. Sübut üçün bircə fakta müraciət etmək kifayətdir: «Elə ki çərxçilər hər iki
tərəfdən meydana gəldilər, döyüş başlandı».
137
Çərxçi dəstələrinin mövcudluğu faktına biz XV əsrin II yarısında təsadüf
edirik, XVI əsrdə isə həmin dəstələrin fəaliyyəti daha mütəşəkkil olur və onlar
ordunun avanqard hissəsini təşkil edirdilər. Çərxiçilərin döyüşə ilk atılan hərbi
dəstə olduğunu tədqiqatçılardan Ə.Ə.Dehxoda
138
və Ə.Müntəzirsahib
139
də qeyd
etmişlər.
Güman ki, çərxçi dəstəsinə kimin rəhbərlik edəcəyi döyüşə yollanma
ərəfəsində müəyyən edilmişdir. Məsələn, «Aləmarayi-Səfəvi» adlı mənbədə
məşhur Ağqoyunlu əmiri Eybə Sultanın bir fəaliyyəti barədə oxuyuruq: «Eybə
Sultan beş min nəfərlə çərxçi olub.. .».
140
«Tarixi-aləmarayi-Əmini» əsərində isə çərxçilərin silahlarının tüfəngdən
ibarət olmağı aydınlaşır. Fəzlullah Xunci yazır: «Sultan Xəlil döyüşə başladı. O,
münqəlayı Şərəfəddin Osman Miranşahiyə, Şeyx Əli Pornaka və Xəlil bəy Sufiyə
(Sufi Xəlilə - Ş.F.) tapşırdı. Əvvəlcə çərxçilər hücuma keçdilər və Yaqubun
çərxçiləri Xəlilin topuna qədər gedib çıxdılar, amma Xəlil qoşununun mərkəzi
hissəsini (qəlb) top və tüfənglərlə möhkəmləndirdiyindən topçular çərxçiləri öz
atəşləri ilə pərən-pərən saldılar».
141
Cəng başlanarkən kimlərin çərxçi təyin edilməsi məsələsi, görünür ki, çox
əhəmiyyətli olmuşdur. I Şah İsmayıl Səfəvi və Ağqoyunlu Əlvənd arasında
həlledici döyüş başlamazdan əvvəl, Səfəvi hökmdarı tərəfindən döyüşə göndərilən
Qara Piri Qacar vəziyyətin qorxulu olduğunu nəzərdə tutub çərxçiliyi öz üzərinə
götürmüş və əmir İlyas bəy Halvaçıoğluya demişdi: «Sən bayrağın yanında mənim
yerimdə dayan ki, mən özüm çərxçi olum. Bu bizim türkmanlarla (Ağqoyunlularla
- Ş.F.) ilk döyüşümüz olduğundan, başqa heç bir kəsə gümanım yoxdur ki, onu
çərxçi edim».
142
«Aləmarayi-Səfəvi» əsərində çərxçilik (çərxçigəri) vəzifəsinin məzmunu
barədə maraqlı bir fakt da vardır. Orada göstərilir ki, Rum sultanından (osmanlı
sultanından - Ş.F.) top və əskəri qüvvə ilə kömək alan Sultan Murad Ağqoyunlu
qızılbaşlarla qarşı çıxır. Şah İsmayıl vəziyyəti belə görüb öz adamları ilə
məsləhətləşdikdən sonra onlara deyir: «Elə bir adam istəyirəm ki, rum qoşununun
həşəmətindən qorxmasın və bizim pişxanəmizi (qoşunun daşıdığı cəng vəsaiti -
Ş.F.) rum qoşununun iki fərsəxliyinə aparıb yerləşdirsin». İlyas bəy Halvaçıoğlu
ona cavab verir: «Mən zəfərli qızılbaş qoşunun çərxçisi olduğum üçün bu, mənim
137
Aləmarayi-Səfəvi, Tehran, h.1350, səh.81.
138
Lüğətnamə № 50, səh.156.
139
Aləmarayi-Şah İsmayıl, Tehran, h.1349, səh.76.
140
Aləmarayi-Səfəvi, səh.59.
141
F.Xunci. Göst.əsər, səh.53-54.
142
Aləmarayi-Səfəvi, səh.89.
40
işimdir».
143
Demək, çərxçinin fəaliyyəti dairəsinə döyüş sürsatının daşınması və
yerləşdirilməsi də daxil idi.
Qeyd etməliyik ki, çərxçi və çərxçibaşı məfhumları hələ tamamilə açılmadı
və gələcəkdə bu məsələ üzərində araşdırma aparılmalıdır. Çərxçi ilə yanaşı başqa
bir istilah - «muçi» istilahı da diqqəti cəlb edən orta əsr istilahlarındandır. Biz vaxtı
ilə «muçi» istilahı ilə məşğul olaraq onun səfəvilər dövründə yarandığını ehtimal
etmiş və XV əsr hadisələrinin təsvirində muçi dəstələri haqqında məlumata təsadüf
etmədiyimizi yazmışdıq.
144
О vaxt bu doğrudan da belə idi və bizim əlimizdə
Fəzullah Xuncinin «Tarixi-aləmarayi-Əmini» kimi qiymətli mənbəyi yox idi. Bu
məsələ ilə əlaqədar indi isə F.Xuncinin mənbəyinə müraciət edək: Ağqoyunlu taxt-
tacına sahiblik uğrunda iki qardaş - Sultan Xəlil və Yaqubla ölüm-dirim mübarizəsi
getdiyi zaman, yuxarıda yazıldığı kimi, artıq tərəflər üz-üzə gəlmişdilər. Mənbədə
oxuyuruq: «Xəlil qoşununun münqəlay hissəsinin adlı-sanlı rəhbərləri də
çərxçilərin dəf olunmalarında iştirak edirdilər. Onlar çərxçiləri muçi əmirlərinə
tərəf - Həsənəli ibn Şeyx Əli Möhrdara, Hüseyn bəy Qaramaniyə, Seydi Əhməd
bəy Pornaka və Şahməhəmməd bəy Duxarluya tərəf sıxışdırdılar. Xəlilin
münqəlayındakı əmirlər muçi əmirlərindən iki dəfə güclü olduqlarından onlar muçi
əmirlərini geriyə qaytardılar».
145
Deməli, Ağqoyunlu qoşununda «muçi əmirləri»
adlanan xüsusi dəstə də mövcud olmuşdur. Ç.N.Seddon «muçi» sözünün heç bir
lüğətdə olmadığını yazır.
146
Doğrudan da onun lüğəvi mənası aydınlaşmamışdır,
lakin V.F.Minorski fars dilindən rus dilinə çevirdiyi «Tarixi-aləmarayi-Əmini»
əsərinin «Qeydlər» hissəsində yazır: «Muçi istilahı Həsən Rumlunun «Əhsənüt-
təvarix»ində vardır. Çaldıran döyüşü zamanı fars hərbi sərkərdəsi Saru Pirə (Saru =
Sarı Pirə, adından da göründüyü kimi, fars əmiri deyil, türk əmiri olmuşdur - Ş.F.)
çərxçi alayı ilə osmanlı münqəlayına hücum edərək onu olduğu yerdən geriyə,
muçilərə tərəf atdı, amma elə о vaxt muçilərin rəisi Saru Pirənin ardınca hücuma
keçdi»
147
. V.F.Minorski bu istilahın mənası ilə əlaqədar sözünə davam edib yazır:
«Əsərin 404-cü səhifəsində yenə də həmin müəllif (Həsən Rumlu - Ş.F.) döyüşə
muçi və çərxçilərsiz getməyə ürək edən fars əmirlərinin (türk qızılbaş əmirlərinin -
Ş.F.) özbəklərlə məğlubiyyətini təsvir edir».
148
Bu məşhur rus şərqşünasının fikrincə «çərxçi» ilk təşəbbüs göstərən, ilk
başlayan anlamını verir, «muçi» isə güman ki, münqəlayın arxasındakı ehtiyat
əskərlərinə verilən ad olmuşdur.
149
143
Yenə orada, səh.78.
144
Ş.Fərzəliyev. Azərbaycan XV-XVI əsrlərdə...,səh.72.
145
F.Xunci. Göst. əsər, səh.54.
146
Əhsənüt-təvarix. Baroda, səh.12.
147
F.Xunci. Göst. əsər, səh.128
.
148
Yenə orada.
149
Yenə orada.
41
Ordunun hərbi quruluşu ilə əlaqədar «qulluqçu» istilahı da diqqəti cəlb edir.
Müasir azərbaycan dilində də işlənən bu söz təxminən orta əsrlərdə, о cümlədən
XV əsrdə işlənən «qulluqçu»nun daşıdığı mənanı bildirir. Lakin, göstərmək
lazımdır ki, qulluqçular о zaman hərbi dəstələrdə xidmət edir, istilahın məzmununa
müvafiq olaraq at, dəvə və başqa heyvanlara qulluq edirdilər.
150
V.F.Minorski
qulluqçuların süvari və ya piyada olduqlarının müəyyənləşmədiyini yazır,
151
italyan
diplomatı Katerino Zeno isə qulluqçuların süvari olduqlarını nəzərə çatdırır: «Bu
süvarilərin nökər və qulluqçuları da yaxşı atlara minirlər və dəmirdən tökülmüş
zirehli libas geyinirlər».
152
Müharibənin gərgin vaxtlarında qulluqçular da döyüşə
çıxarılırdılar.
Qeyd etməliyik ki, bəhs etdiyimiz dövrdə döyüşçülərə məvacib «divani-
ləşkər» («qoşun divanı») adlanan maliyyə divanı tərəfindən ödənilirdi. Ordu ayrı-
ayrı dəstələrə bölünmüşdü. Silahlar arasında qılınc, xəncər, ox, tüfəng (az
miqdarda - Ş.F.), balta, gürz və qaladağından silahlar - rəadə, mancanaq da vardı.
Ağqoyunlu ordusu əsrin sonuna yaxın az da olsa toplar və tüfənglərlə
silahlanmışdı. Silahlar «qurxanə» adlanan silah anbarında saxlanılır, qurxanənin
fəaliyyətinə xüsusi cəbbədarlar rəhbərlik edirdilər. Həsən bəy Rumlu yazır ki, Qara
Yusif və Cahanşah Qaraqoyunlu döyüşçülərinin əksəriyyəti zirehli (cövşənpuş)
idilər. Kəcim adlanan örtük də döyüş libasları sırasına daxil idi.
153
Cəngə surən
(əskərlərin nərəsi), nəfir, şeypur, nağara, gəbrəgə (böyük nağara) təbil və bayraqla
yollanırdılar. Hücum zamanı kərənay (uzun zurna), qələbə əldə ediləndə isə nağara
səsləndirilirdi. Döyüşün gedişatı vaxtı əskəri qüvvələrin bir hissəsi ehtiyatda (tərh)
durur, vuruşmanı müşahidə edir və lazım olduqda döyüş meydanına
çıxarılırdılar.
154
Qoşunlar əskərlərinin mənsub olduqları yerin adı ilə adlandırılırdı:
Qarabağ, Muğan, Şirvan qoşunu
155
və s.
Müharibə gözlənilən vaxt yerlərə istimalətnamə (cəlbedici məktub, nəvaziş
məktubu) göndərilib ənam vəd edilir və beləliklə qoşun toplanışı surətləndirilirdi.
Əskər yığımı «yasaq» adlanırdı. Vilayətlərdə yaşayan əmir və əyanlar fərman alan
kimi öz çərikləri ilə padşaha köməyə gəlir, yalnız müharibə bitdikdən sonra öz
yerlərinə geri qayıdırdılar.
Döyüş gözlənilən təqdirdə hökmdarlar arasında hərbi ittifaqın yaranması da
vacib hərbi siyasət sayılırdı. 1414-cü ildə Şirvanşah I İbrahim Qaraqoyunlu Qara
Yusiflə döyüşməkdən ötrü Şəki hakimi Şəmsəddin Əlinin oğlanları, habelə
Gürcüstan valisi Kustandil (Konstantin) ilə ittifaqa girmişdi.
150
Сборник статей по истории Азербайджана...., səh.79.
151
Minorsky V.А Civil and Military Review in Fars in 881/1476, B SOS, vol X p.1,1940, s.164.
152
Səfərnamehayi-venizyan ..., səh.216
153
Ş.Fərzəliyev. Azərbaycan XV-XVI əsrlərdə...,səh.68.
154
Yenə orada.
155
Yenə orada səh.68.
42
Müharibə baş tutmadıqda, yaxud dövlətlər arasında ümumi razılıq əldə
ediləndə sülhnamə (sülh müqaviləsi) tərtib edilirdi. Məğlubiyyətə uğrayan tərəfin
məşhur əmirlərinin qalib gələn tərəfə cəlb edilməsindən ötrü «nəvazişnamə»
(«nəvaziş məktubu») yazılırdı. Qələbə xəbərini qonşu dövlətlərə bildirməkdən ötrü
«fəthnamə» («qələbə məktubu») yollanırdı. Çətinliklə ələ keçirilən şəhərin
əhalisindən müqavimət göstərib orduya ziyan vurduqları üçün böyük məbləğdə
təzminat alınırdı. Başqa dövlət başçıları qalib tərəfi qələbə münasibətilə təbrik edir
(təhniyət), töhfə yollayırdılar.
156
Bəhs olunan dövrdə ordunun müxtəlif hissələri
belə adlandırılmışdır:
Cəvanğar, yaxud meysərə (sol qol, yaxud sol cinah);
Bəranğar, yaxud meymənə (sağ qol, yaxud sağ cinah);
Qul (ordunun mərkəzi), yaxud qəlb;
Mənqəlay, yaxud pişdar (ordunun ön hissəsi). Mənqəlayın da cəvanğar və
bərənğarı olurdu. Mənqəlayda minlərlə döyüşçü vuruşdu, çünki mənqəlay
hücumunun döyüşün sonrakı gedişi üçün böyük əhəmiyyəti vardı.
XV əsr Azərbaycan feodal dövlətlərində bu hərbi istilahları əsasən
özlərindən əvvəlki monqol və teymuri ordularından əxz etmişdilər. Bu baxımdan
Əmir Teymurun kitabına bir daha müraciət etmək yerinə düşərdi: "Əsl sərdar odur
ki, qırx min atlı hərbçini on dörd bölüyə ayırıb düzə bilsin. Əvvəl özünə tabe olan
cərgələri nizama düzüb onu "qol" adlandırsın. Sonra bəranğarın üç bölüyünü
nizamlayıb onların birinə "bəranğar hiravulu" (sağ cinahın ön dəstəsi-Ş.F.) adını
versin. Sonra cəvanqarın üç bölüyünü düzüb, onların birini "cəvanqar hiravulu"
(sol cinahın ön dəstəsi – Ş.F.) adlandırsın. Bu tərz ilə bəranğar bölüklərinin yanına
daha üç qoşun düzüb onlara “çapavul” adını qoysun, həmin üç bölükdən birini isə
"çapavulun hiravulu" adlandırsın. Bu qayda ilə daha üç qoşunu nizamla düzüb,
onları cəvanğarın alt hissəsində yerləşdirib, "şigavul" adını qoysun, həmin üç
qoşundan birinə "şigavulun hiravulu"
adını versin. Bundan sonra "qol"un
qarşısında sınanılmış, təcrübəli oxçular, qılıncoynadanlar, nizətullayanlar və
bahadırlardan ibarət böyük bir hiravul düzsünlər, çünki hiravulun məhz bu
qoşunları güclü surən salıb (urra çəkib) düşməni məğlubiyyətə uğradacaqdır...
Sərdar əvvəlcə onlara qarşı böyük hiravul dəstələrini üz-üzə gətirməli və döyüşə
buraxmalıdır. Bunun arxasınca böyük hiravula kömək üçün çapavul hiravulunu və
şigavul hiravulunu döyüşə buraxmaq lazımdır. Onların arxasınca gərək çapavulun
ikinci qismi və şigavulun birinci bölüyünü döyüşə göndərmək gərəkdir. Əgər
düşmənə endirilən bu yeddi zərbədən sonra da qələbə əldə olunmasa, о zaman
bəranğar və cəvanğarın hiravulu cəngə başlamalıdır. Bununla düşmənə doqquz
zərbə vurulmuş olacaq. Əgər doqquz zərbədən sonra da fəth və zəfər müyəssər
156
Ş.Fərzəliyev. Azərbaycan XV-XVI əsrlərdə..., səh.69-70; Yenə onun: Azərbaycan və Osmanlı
imperiyası XV-XVI əsrlərdə. Bakı, 1995. Səh. 49.
43
olmasa, bəranğarın birinci bölüyü və cəvanğarın ikinci bölüyünü döyüşə yeritmək
lazımdır. Əgər bu on bir zərbədən sonra da qələbədən səs-soraq çıxmasa,
bəranğarın ikinci bölüyünü və cəvanğarın birinci bölüyü döyüşə başlamalıdır. Bu
on üç zərbədən sonra düşmənin yeniləcəyinə və qələbəyə ümid etmək olar. Əgər
bu on üç zərbədən sonra da fəth və zəfər hasil olmasa, sərdar gərək qolun
əsgərlərini vuruşa hazırlayaraq, özü də onlarla bərabər cəngə yerisin, özünü
düşmən gözünə dağ tək göstərib ağır-ağır hərəkət etsin. Döyüş bahadırlarına
buyursun ki, qılınclarını çəkib hücuma keçsinlər, oxatanlar isə yaylardan ox
yağdırsınlar. Əgər bu zaman da zəfər və fəth əldə olunmasa sərdarın özü gərək
cəng meydanına girsin." (Бах: Temur Tüzukları, Daşkənd, 1996, səh. 129-130,
Dostları ilə paylaş: |