“Biıja” sözünün yaranma mənbəyi iri ticarət məntəqəsi olan Fi- landriya-Brüggedir. Burada
ticarət yığmcaqlan “Burse” mehmanxanasının yaxınlığında qərarlaşırdı. Mehmanxana sahibini
Vander Burse çağırırdılar. O, ticarətçilər üçün pul kisəsi rəmzi olan gerbi ilə üstünü bəzədiyi bir
ev tikmişdir.
Əcnəbi kommersantlar Brüggeyə gələndə adətən həmin mehmanxanada qalır, digər tacirlərlə
tanış olur, sazişlər bağlayır, nailiyyət və müflisləşmələr haqda təzə məlumatlar öyrənirdilər.
“Burse” ona görə tacir qonaqlara əlverişli idi ki, onun yaxınlığında Florensiyanm və Gen-
siyanın iri ticarət mərkəzlərinin nümayəndələri məskən salırdılar. Bir çox tacirlər saziş bağlamaq
üçün məhz bu mehmanxanaya gəlməli olurdular. Müasir “biıja” sözü də elə buradan Burse
adından yaranmışdır.
Biıja üçün ilk xüsusi bina 153l-ci ildə Brügge şəhərinin rəqibi Antvepenedə tikilmişdir. Bu
binanın frontonunda “Bütün ölkələrin ticarət adamlan üçün” yazısı həkk olunmuşdur.
XVII əsrin əvvəllərində ticarət və maliyyə fəaliyyətinin mərkəzi Amsterdama keçirilirdi.
1608-ci ildə məhz burada dünyanın ən məşhur lıirjası yaradılır. Bu firmanın nailiyyətlərində
Niderland dünyanın güclü maliyyə dövləti hesab olunurdu. Amsterdamda işgüzar əməliyyatlar
lıoyata keçirilirdi. Minlərlə makler birjaya gələnlərə xidmət göstərirdi.
Dostları ilə paylaş: