E) 1,3,5
80. Biri yazılı kommunikasiyaya uyğun deyil:
A) Xarakterinə görə monolojidir, yalnız düşüncəni aydınlaşdırmaq, mesajı ünvanlandığı
şəxsə, heç bir xəyali təmas olmadan, yazılı nitq formasında çatdırmaq üçündür
B) Yazılı nitqin dialoq variantları da geniş yayılmışdır, səsli nitqə yaxınlaşmaq
istiqamətində inkişaf edir
C) Zəngin intonasiya imkanları - melodiya, intensivlik, artan-azalan tempi var; insan
duyğusunu, hiss və həyəcanlarını, əhval-ruhiyyəsini və s. bütün çalarları ilə büruzə verir
D) Yazılı nitq informasiyanın ötürülməsinin əsas vasitələrindən biridir; dil nitqdə reallaşır və
onun sayəsində kommunikasiya funksiyaları yerinə yetirilir
E) İşgüzar kommunikasiya prosesində dilin yerinə yetirdiyi funksiya sözlərin seçimi ilə
müəyyən edilir, iştirakçılardan asılı olaraq ifadə formaları yerinə yetirilir
81. Terminin əsas xüsusiyyəti nədir?
A) Terminlər yalnız doğma dildə yaranır
B) Terminlər dildən- dilə keçmir
C) Terminlər məcazilik xüsusiyyətinə malik olur
D) Dildə konkret mənası olur
E) Terminlər çoxmənalılıq xüsusiyyətinə malik olur
Dostları ilə paylaş: